"Hələ də inana bilmirəm..." .....                     AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... .....                     ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər .....                     Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu .....                     Azərbaycanın keçmiş Baş naziri 29 il sonra .....                     Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi .....                     Durmadan bahalaşır: .....                     Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək .....                     İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər .....                     Qətllərdən sonra 30 il gizlənə bilmişdi .....                     Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb .....                     Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir .....                     ""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" .....                     Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb .....                     İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar .....                     Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE .....                     Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi .....                     "Hansı bəyin səsi varsa, o da oxuya bilər" .....                     “ABŞ Qəzzanı zonalara bölür” .....                     Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir .....                     Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! .....                     "Bizim üçün demokratiya Qərbin təqlidi deyil" .....                     Qərb nəşrindən ilginc iddia .....                     Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir .....                     Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb .....                     İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı .....                     DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı .....                     Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu .....                     "Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..." .....                     Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil .....                     TRAMP HAQLI İMİŞ... .....                     Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb .....                     Gəncə Regional Kollecdə narazılıqlar... .....                     İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... .....                     İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” .....                     Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır .....                     “Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir .....                     Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... .....                     "MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... .....                     'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB .....                 

“Uğur-2" yaşayış kompleksində sahibkarlar nədən giley edir? - "Biz bir ay işləyə bilməmişik..."
Tarix: 1-08-2019, 11:01 | Çap et
“Uğur-2" yaşayış kompleksində sahibkarlar nədən giley edir?
Paytaxtın Bakıxanov qəsəbəsində 8 binanın alkaponlarının sökülməsi obyektlərin bazarını “öldürüb”. “Yeni Müsavat” xəbər verir ki, “Uğur-2" yaşayış kompleksində iki aydan çoxdur fasadların üzlüklərinin sökülməsi və təmir işləri gedir. Bununla əlaqədar binaların altındakı mağazalar müştəri üzünə həsrət qalıblar.

Təhlükəsizlik tədbirlərinə görə binaların giriş-çıxışları məhdudlaşdırılıb, “fanerka” (dikt) ilə əhatələnib, dükanların qarşısı tam bağlanıb.

Bu da öz növbəsində obyektlərin alverini zəiflədib. Ancaq ticarətçiləri narazı salan təmir işləri deyil, “Uğur - 2" yaşayış kompleksidə yaradılan bir MMC-nin obyektlərin aylıq icarəsində güzəşt etməməsidir. Sahibkarlar qeyd edirlər ki, şirkət ticarətçilərin vəziyyətini nəzərə almalıydı: “Biz bir ay işləyə bilməmişik. Buna görə bir qəpik də yer pulu verməməliydik. Biz neçə dəfə xahiş elədik ki, arendanın məbləğində güzəşt edin, dedilər müraciətə baxılacaq, amma nəzərə almadılar. Əgər sən təmir işlərinə başlamısansa və mən sənin ucbatından öz gəlirlərimdən olmuşamsa, ən azı icarə haqqında hesablanmalıdır, heç olmasa yarısı verilməlidir”.

Sahibkarların sözlərinə görə, hər tərəf taxtalarla bağlanıb, dükanlar görünmür, müştəriyə həsrət qalıblar: “Burada kimisi ayda 400, kimisi 600 manat arenda verir. Biz də evimizə çörək aparırıq. Gözümüzü bu dükanlara dikmişik. Alver olmayandan sonra mən necə dolanım? Biz neçə dəfə dedik ki, siz gərək yer pulunda güzəşt edəsiniz. Amma nəzərə almadılar”.

Bu binaların altında xeyli sayda mağazalar fəaliyyət göstərir. Kompleksin içinə açılan dükanlar da var, magistrala baxan obyektlər də. Amma alkapon söküntüsü bütün işləri korlayıb. Ticarətçilər isə ziyanla işləməkdədirlər. Yeri gəlmişkən, obyekt sahibləri qədər sakinlər də narazıdırlar. Bir tərəfdən iş ləng gedir, bir yandan da binaların liftləri düz-əməlli işləmir, bərbad gündədir, bloklarda hər mərtəbədə balkon qapıları olmalıdır, çoxusunda yoxdur. Bəzi mərtəbələrdə sakinlər yığışıb öz cibindən pul qoyub qapı alıblar, divarlara emosiya çəkdiriblər, döşəməyə metlax düzdürüblər.

Amma bunu sakinlər deyil, “Uğur-2" eləməlidir. Sakinlər soruşurlar ki, liftlər nə zaman normal işləyəcək. Hər binada 3 lift var, biri mütləq bağlanır, 19 mərtəbəli binanın camaatı 2 liftin ümidinə qalır. O liftlər də həftədə 2 dəfə xarab olmalıdır. Çünki əsaslı təmir edilmir.

Onu da deyək ki, Bakının Nizami rayonunda yerləşən “Diqlas” Ticarət Mərkəzindəki yanğın binaların tezalışan üzlüklərlə üzlənməsi məsələsi ilə bağlı hərəkətlənməyə səbəb olub. Çünki alkapon üzlük tezalışan materialdır və nə vaxtsa qarşısıalınmaz bir faciəyə səbəb ola bilərdi.

“Diqlas” Ticarət Mərkəzinin yanması, ətrafdakı alkapon üzlüklü obyektlərin külə dönməsi “Uğur-2" ilə bağlı real addım atmağa vadar edib. 2000-dən çox sakinin yaşadığı 20 mərtəbəli 8 binanın bütün alkaponları söküləcək.

8 binanın bir-bir alkaponlardan azad edilməsi xeyli vaxt alacaq. Onlar ümid edirlər ki, sentyabra qədər söküntü işlərini yekunlaşdıracaqlar. Amma bu iş o qədər də asan görünmür və ilin sonuna kimi uzanacağı istisna edilmir. Bundan sonra binaların fasadlarının hansı materialdan olacağına hələ qərar verilməyib.

Bəzi versiyalara görə, əvvəlki qaydada fasadlar rənglənəcək. Lakin başqa üzlüklərin vurulması da nəzərdən keçirilir. Bildirilir ki, alkaponlar söküldükdən sonra mənzillərin çıxarışları (kupça - E.S.) sakinlərə paylanacaq. Hətta iddialar var ki, alkaponların sökülməsi şərt kimi qarşıya qoyulub, yalnız bu halda “kupça”lar şirkətə verilə bilər.

Bu qərar isə sakinlərin ürəyincədir. Onlar deyirlər ki, həm çıxarışların verilməsi prosesi sürətlənəcək, həm də təhlükəsizlik tədbirləri görülür.

Sakinlər bildirirlər ki, bu alkaponlar binalara xüsusi yaraşıq versə də, əsas məsələ insanların təhlükəsizliyidir.

Qeyd edək ki, 2015-ci ilin mayında Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş məşum yanğın hadisəsində böyük itkilərin olması da məhz çoxmərtəbəli binanın tezalışan - poliuretan adlı materialla üzlənməsi ilə əlaqələndirilmişdi. İstintaqın gəldiyi, sonradan məhkəmə hökmü ilə bərkidilən qənaətə görə, binanın üzlüyü tezalışan kimyəvi birləşmələrdən ibarət olub və yanarkən zəhərli qazlar ayrılıb. Binanın üzlük materialında başlayan yanğın bir anın içində böyük bir ərazini əhatə edib, sakinlərin bir hissəsi binadan çıxmağa imkan tapmayıblar.

2015-ci ildəki məşum olaydan 3 il 10 ay sonra Bakının Nizami rayonunda “Diqlas” Ticarət Mərkəzi az bir müddətdə alışıb kül oldu. Olaydan sonra yenə də məlum oldu ki, binanın kibrit çöpü kimi bir anın içində yanıb külə dönməsinin səbəbi üzlük materialdır.

“Uğur-2" yaşayış kompleksində sahibkarlar nədən giley edir?
“Uğur-2" yaşayış kompleksində sahibkarlar nədən giley edir?
“Uğur-2" yaşayış kompleksində sahibkarlar nədən giley edir?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Hələ də inana bilmirəm..." - FOTO
Bu gün, 03:31
AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... - BU DƏFƏ İSƏ...
Bu gün, 03:27
ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər
Dünən, 12:55
Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu - DETALLAR
Dünən, 12:52
Azərbaycanın keçmiş Baş naziri 29 il sonra - FOTO
Dünən, 12:49
Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi - VİDEO
Dünən, 12:46
Durmadan bahalaşır: - Ət bazarında böhran yaradan gözəgörünməz qüvvə kimdir?
Dünən, 12:39
Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək - TƏFƏRRÜAT
Dünən, 12:36
İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər - ARAŞDIRMA
Dünən, 12:30
Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
Dünən, 12:22
Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - DETALLAR
Dünən, 12:21
Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir - DİQQƏT
Dünən, 11:53
""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" - ÇAĞIRIŞ...
Dünən, 11:49
Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb - TƏFƏRRÜAT
Dünən, 11:40
İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar - deputat
Dünən, 11:35
Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE - BUNDAN SONRA...
Dünən, 11:17
Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi - TƏFƏRRÜAT
Dünən, 11:08
"Hansı bəyin səsi varsa, o da oxuya bilər" - Xalq artisti
Dünən, 10:58
“ABŞ Qəzzanı zonalara bölür” - The Gardian
Dünən, 10:48
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Dünən, 10:41
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Dünən, 10:39
"Bizim üçün demokratiya Qərbin təqlidi deyil" - Zəlimxan Məmmədli
Dünən, 10:25
Qərb nəşrindən ilginc iddia - Azərbaycan bu qərarı versə...
Dünən, 10:21
Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:19
Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb - TƏFƏRRÜAT
Dünən, 10:16
İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı - Bakıdan sərt reaksiya
Dünən, 10:13
DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı - TENDER NƏTİCƏSİ
Dünən, 09:54
Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu 850 min manatı ötdü
Dünən, 09:53
"Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..."
Dünən, 09:36
Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil - ONA GÖRƏ DƏ...
Dünən, 09:23
TRAMP HAQLI İMİŞ... - belə çıxır...
Dünən, 09:17
Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb - FOTO
Dünən, 09:11
Gəncə Regional Kollecdə narazılıqlar... - bitmək bilmir!
Dünən, 09:02
İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... - MALƏSƏF...
Dünən, 08:54
İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” - 11-ci kim olacaq?
Dünən, 08:46
Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır - Tramp
Dünən, 08:43
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir - FOTO
Dünən, 07:46
Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... - FAKT BUDUR!
Dünən, 07:41
"MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... - Təhsil mafiyası kimin əli ilə hərəkət edir?
Dünən, 07:39
'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB - BU NƏDİ BELƏ?
Dünən, 07:35
1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı - Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti
Dünən, 07:29
Həbsdə olan həmkarlarının yanına gedəcəklər... - Başqa cür ola da bilməz...
Dünən, 07:22
Gədəbəyi yarıtmışdı: İNDİ DƏ... - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:20
Zəngəzur dəhlizində yenilik: Kimin xeyrinədir? - GƏLİŞMƏ
Dünən, 07:08
Dinamika əvvəlki illərlə müqayisədə 80 faiz artıb - ŞƏRH
Dünən, 07:05
Rəhbərsiz qalan nazirlik... - Görünəni odur ki...
Dünən, 07:04
8 Noyabr Zəfər paradından sonra 3 dost ölkə ilə bağlı 3 diqqətşəkən olay... - Bağlılıq varmı?..
Dünən, 07:01
Erməni lobbisinin əsiri olan qanun: 907-ci düzəlişin taleyi necə olacaq? - AKTUAL
Dünən, 06:58
ABŞ termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb - KİV
Dünən, 06:54
Jurnalistlər NECƏ DOLANACAQ? - heç düşündülərmi?
Dünən, 06:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru