Bakcell abunəçilərinə eksklüziv endirim və imtiyazlar gündən günə artır
Tarix: 4-02-2019, 15:35 | Çap et
 DİA.AZ: - Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin ən genişmiqyaslı loyallıq proqramını həyata keçirməklə öz abunəçilərini eksklüziv endirimlər və imtiyazlarla təmin etməyə davam edir.
DİA.AZ xəbər verir ki, artıq 5 ildən çoxdur ki Azərbaycanda ən uğurlu loyallıq proqramlarından biri hesab olunan “Ulduzum”un geniş partnyor şəbəkəsi 270 yerli və beynəlxalq tərəfdaşın 400-dən artıq satış və xidmət nöqtəsindən ibarətdir və bu göstərici gündən günə artmaqdadır.
“Ulduzum” proqramının ən aktiv və populyar tərəfdaşları siyahısında yer alan “158 Taxi” xidməti və “Pierre Cardin” mağazalar şəbəkəsi ötən ilin oktyabr ayından başlayaraq istifadəçi sayının artımı üzrə yüksək templər nümayiş etdirirlər.
2018-ci ilin oktyabr ayından bəri “Ulduzum” proqramının tərəfdaşı olan “Pierre Cardin” mağazalar şəbəkəsinin təklif etdiyi kampaniyadan təkcə son 3 ay ərzində min nəfərdən çox Bakcell abunəçisi yararlanıb. “Ulduzum” istifadəçilərinə Pierre Cardin mağazalarında yeni kolleksiyaya 10%, 50%-dək endirimli məhsullara isə 5% endirim təqdim olunur.
"Pierre Cardin", "Karaca" və "Roman" brendləri olaraq “Ulduzum” ilə əməkdaşlıqdan çox razıyıq. Ulduzum proqramı həm texniki həm də marketinq baxımından Azərbaycanda ən inkişaf etmiş proqramlardan biridir. Həmçinin proqram vasitəsi ilə biz də öz müştərilərimizin loyallığını artıraraq, onlara maraqlı kampaniyalar təqdim etmiş oluruq. Əməkdaşlığımız zamanı müxtəlif kanallar vasitəsi ilə brendimiz təşviq olunur və daha çox kütləyə tanınır. Proqram çərçivəsində Ulduzumun dəstəyi ilə müştərilərimiz ilə əlaqəmiz daha da möhkəmlənir” deyə "Pierre Cardin", "Karaca" və "Roman" mağazalarının rəhbəri Onur Efe qeyd edib.
2018-ci ilin oktyabr ayından etibarən “Ulduzum” tərəfdaşı olan “158 Taxi” xidmətinin xüsusi təklifindən qısa müddət ərzində min nəfərdən çox Bakcell istifadəçisi yararlanıb. Xüsusi kampaniyanın şərtlərinə əsasən “Ulduzum” kodu vasitəsilə sifariş olunmuş hər 5 gedişdən sonra abunəçilərə 1 PULSUZ gediş təqdim edilir.
“Hər bir Ulduzum istifadəçisi 158 Taxi sifariş verərkən pulsuz gedişlər qazana bilər. Bunun üçün əsas şərt müştərinin Ulduzum istifadəçisi olmasıdır. Pulsuz gedişlər 158 TAXI müştəriləri üçün olduqca cəlbedici və effektivdir. Kampaniyanın, yalnız Ulduzum istifadəçilərinə şamil edilməsi isə rəqabət şəraitində müştərilər arasında səmərəli seçim şansı yaradır. Bakcell şirkəti ilə uğurlu əməkdaşlıq qurmaqdan böyük məmnuniyyət duyuruq. Düşünürük ki, bu əməkdaşlığın davamlı olması rəqabətli bazar mühitində atılan səmərəli addımlardan biridir” deyə “158 Taxi” xidmətinin Müştəri Marketinqi üzrə meneceri İbrahim Osmanov bildirib.
Bu günə kimi “Ulduzum” loyallıq proqramına 3 milyondan artıq Bakcell abunəçisi qoşulub. Proqramın istifadəçiləri populyar restoran və otellər, nüfuzlu geyim, parfümeriya və elektronika mağazaları ilə yanaşı, sağlamlıq, idman və əyləncə mərkəzləri, ən populyar kinoteatrlar, banklar, kitab dükanları, kabel televiziya provayderləri və digər sahələrdə fəaliyyət göstərən tərəfdaşlarımızın təklif etdiyi özəl kampaniyalar və endirimlərdən yararlanmaq imkanına malikdirlər.
Hər bir Bakcell müştərisi “Ulduzum”a qoşula bilər. Bunun üçün heç bir abunə haqqı tələb edilmir. Loyallıq proqramında iştirak etmək üçün “1” rəqəmini 5555 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir. Ulduzum barədə daha ətraflı məlumat www.ulduzum.az səhifəsində əldə oluna bilər.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp Putinlə razılığa gəlsə, ona Nobel Sülh Mükafatını təqdim edəcəyəm - Klinton
Bu gün, 02:53 |
|
|
|
• "Ermənistan vaxtilə bu dövlətlərin təsir dairəsində olub" - ONA GÖRƏ DƏ...
Bu gün, 02:51 |
|
|
|
• Rəqsanə İsmayılovanın vəkili DANIŞDI - "Əhvalı əladır"
Bu gün, 02:49 |
|
|
|
• AzTV Rəqsanə ilə bağlı süjet hazırladı - VİDEO
Bu gün, 02:45 |
|
|
|
• Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... - ŞƏRH
Dünən, 13:17 |
|
|
|
• İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... - “Qarabağın ermənilərdə qalması üçün heç nə etmədik”
Dünən, 13:12 |
|
|
|
• Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir
Dünən, 13:03 |
|
|
|
• Tramp bu ittifaqı dağıda biləcəkmi? - İNCƏLƏMƏ
Dünən, 13:00 |
|
|
|
• Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu - KİV
Dünən, 12:41 |
|
|
|
• Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib - SİYAHI
Dünən, 12:38 |
|
|
|
• DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib - SƏRƏNCAM
Dünən, 12:37 |
|
|
|
• Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 12:26 |
|
|
|
• Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU - VİDEO
Dünən, 12:17 |
|
|
|
• Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... - BU NƏDİ BELƏ?
Dünən, 12:13 |
|
|
|
• Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb
Dünən, 12:00 |
|
|
|
• Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
• AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib
Dünən, 11:53 |
|
|
|
• Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib - VİDEO
Dünən, 11:51 |
|
|
|
• Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
Dünən, 11:48 |
|
|
|
• “CDC Klinik”də işçilərin hüququ POZULUR - NARAZILIQ VAR
Dünən, 11:43 |
|
|
|
• İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? - AKTUAL
Dünən, 11:33 |
|
|
|
• Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 11:29 |
|
|
|
• Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 11:25 |
|
|
|
• "Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" - Qulamhüseyn Əlibəyli
Dünən, 11:23 |
|
|
|
• Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: - “Bunu edib getdi”
Dünən, 11:17 |
|
|
|
• Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: - Azərbaycana qarşı bu taktikanı seçib
Dünən, 11:14 |
|
|
|
• Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! - FÜRSƏTDİR...
Dünən, 11:08 |
|
|
|
• Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... - TƏFƏRRÜAT
Dünən, 11:03 |
|
|
|
• “Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” - PROBLEM
Dünən, 10:56 |
|
|
|
• Bakıya xalasıgilə gələn qız itkin düşdü - FOTO
Dünən, 10:43 |
|
|
|
• Putinin adamının müəmmalı İran səfəri - Bakıya qarşı oyun?
Dünən, 10:36 |
|
|
|
• Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ - MÜRACİƏT
Dünən, 10:01 |
|
|
|
• “Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” - “Həkimə pul verirlər ki, məni o ifritəyə bənzət”
Dünən, 09:59 |
|
|
|
• Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? - AKTUAL
Dünən, 09:47 |
|
|
|
• Başçını ittiham edən qohumu barədə qərar verildi - TƏFƏRRÜAT
Dünən, 09:33 |
|
|
|
• “Azərbaycanlı ana kimi düşməni bağışlamıram” - Xalq artisti
Dünən, 09:30 |
|
|
|
• Barışıq tələskənliyi... - NƏ BAŞ VERİR?
Dünən, 09:27 |
|
|
|
• Ayvazyanın GERİ ZƏKASI...
Dünən, 09:19 |
|
|
|
• Su həmişə təmizlik mənbəyi deyil... - NƏ ETMƏLİ?
Dünən, 09:13 |
|
|
|
• “Rusiya Güney Qafqaza girəcək...” - Sensasion iddia
Dünən, 09:02 |
|
|
|
• Paşinyan “ev tapşırığı”nın icrasına başladı - Əliyevin o tələbi...
Dünən, 08:48 |
|
|
|
• Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... - GƏLİŞMƏ
Dünən, 08:39 |
|
|
|
• Dövlət Departamentinin hesabatı: faktlar, düşüncələr, proqnozlar - İNCƏLƏMƏ
Dünən, 07:09 |
|
|
|
• Tramp-Putin görüşü nəyi sübut etdi? - FƏRİD ŞAHBAZLI YAZIR
Dünən, 07:04 |
|
|
|
• Bələdiyyənin vergi borcuna görə bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu - İLGİNC
Dünən, 06:59 |
|
|
|
• Təhsil nazirliyi milyonluq TENDERİ kimə həvalə etdi? - TƏFƏRRÜAT
Dünən, 06:54 |
|
|
|
• İcra başçıları kütləvi şəkildə İSTEFAYA GÖNDƏRİLİR - səlahiyyətləri isə...
Dünən, 06:50 |
|
|
|
• Korrupsioner direktoru nazir HİMAYƏ EDİR - İTTİHAM VAR...
Dünən, 06:46 |
|
|
|
• Zəngəzur dəhlizi Naxçıvan sakinləri üçün AÇIQ OLACAQ? - deputat ŞƏRH EDİR
Dünən, 06:30 |
|
|
|
• Trampla Putin yenidən görüşə bilər - bu dəfə Moskvada...
Dünən, 06:23 |
|
|
|
|