ABŞ və Çin tarifləri daha 90 gün donduracaq .....                     Xəzər dənizi üzərində TƏHLÜKƏ SİQNALI .....                     Xalq artisti VALYUTA QAÇAQMALÇISI ÇIXDI .....                     Tehranın Moskva ilə birləşmək planı .....                     ABŞ-ın rüsumlarını azaltmaq üçün Aİ Rusiya qazını Amerika LNG-si ilə əvəzləyəcək .....                     Azər Məmmədovun başında dayandığı İDXAL İMPERİYASI .....                     MƏMMƏDLİNİN "PAZ"I, TEYMUROVUN AMBİSİYASI, AXUNDOVUN YENİ LAYİHƏSİ... .....                     Səfirliklərin Bakı “döyüşü” .....                     “Onu lüt soyundurdular, ac qoydular və...” .....                     Gəncədə klinika meyiti "girov" götürüb: Mərhumun yaxınlarından etiraz .....                     “Rusiya parçalanacaq, Qusman haqsızlığın qurbanıdır” .....                     Bakı bu silahları təqdim etdi - Rusiya kanalı "narahat" oldu .....                     SEPAH-dan Azərbaycana qarşı növbəti namərd hücum: bizi elə şeylərdə ittiham edirlər ki… .....                     Ermənistanda vəziyyət GƏRGİNLƏŞİR: .....                     “Anamın ağrılardan canı qurtardı” .....                     İran yola gəlməsə... .....                     Azərbaycanda 31 il əvvəl başlayan proses .....                     FHN əməkdaşı olan Mahirin ölümünün təfərrüatı .....                     NATO-nun gizli təyyarəsi havadan Rusiyanı izləyir .....                     "Putinin hərbi iqtisadiyyatı çat verir: Rusiya mülki sektoru çökür" .....                     Qarabağ qazisi və polis oğlunun məzarı Laçına köçürüldü .....                     SEPAH Zəngəzurdan əl çəkmir: NATO, sionist və pantürkistlər... .....                     "Televiziyalar onları yığışdırmalıdır” .....                     “Dərbəndin sahibi kimdir?” .....                     "Nazir o vaxt yeni gələndə demişdi ki..." .....                     Binəqədinin Hacıbalası olmasa da... .....                     "Neçə gündür ki, bu sevincin nəşəsini yaşayıram..." .....                     "Yaxşı ki, Vasif Talıbovu götürdülər" .....                     "Parlamentdə deputatlar da var ki, hamısı mənə dəstək verir" .....                     Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı .....                     Ərdoğan Bakıya görə Putinlə danışacaq? .....                     İsrail ordusu Qəzzaya humanitar yardım göndərdiyini açıqlayıb .....                     Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır? .....                     Yoldaş Mikayılovun QUDA SEVGİSİ .....                     Bakıdakı RUS AGENTURASI .....                     Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü .....                     Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” .....                     Mobil telefon təhsilə əngəlmi, fürsətmi? .....                     "1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..." .....                     Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. .....                 

Ötən il də Azercell uğurlu fəaliyyəti ilə seçildi
Tarix: 22-02-2017, 16:08 | Çap et
Ötən il də Azercell uğurlu fəaliyyəti ilə seçildi
“Azercell Telekom” MMC fəaliyyət göstərdiyi 20 il ərzində ölkə iqtisadiyyatında öz sözünü deyən şirkətlərdən biri olub. 2016-cı ildə də bir çox sahədə liderliyi qoruyub saxlayan mobil operator əksər göstəricilər üzrə irəliləyib. Bu haqda Azercell Telekom MMC-nin 2016-cı il üçün hesabatında məlumatlar əks olunub.

“Azercell Telekom” MMC Azərbaycanın mobil rabitə bazarının 48%-nə nəzarət edir. Onun şəbəkəsi ölkə əhalisinin 99,8%-ni, ərazinin isə 80%-ni (20% işğal olunmuş ərazini çıxmaq şərtilə) əhatə edir. Bu gün Azercell-in xidmətlərinə üstünlük verən abunəçilərin sayı 4.5 milyon nəfəri keçir.

Azercell ölkənin qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayədarı olmaqda davam edir. 2016-cı ildə Azercell dövlət büdcəsinə 175,1 milyon manat, 20 il ərzində isə 1 milyard 458,2 manat vəsait ödəyib. Ötən il Azercell ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən respublika budcəsindəki ümumi ödənişlərin 2.3%-ni, qeyri-neft sektoru üzrə ödənişlərin 2.9%-ni təşkil edib. Azercell 2016-cı il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 31 milyon 16 min ABŞ dolları, ölkədə fəaliyyət göstərdiyi 20 il ərzində isə 1 milyard 443 milyon ABŞ dolları ödəyib. 2016-cı ildə Azercell öz işçilərinin inkişafına 659 430.21 ABŞ dolları, 20 il ərzində isə 22 434 173.21 ABŞ dolları sərmayə yatırıb. Ötən bir il ərzində Azercell ölkədə sosial layihələrin həyata keçirilməsi üçün 255 683.84 ABŞ dolları, 20 il ərzində isə 18 722 027.66 ABŞ dolları həcmində vəsait sərf edib.

2016-ci il müştərilərimiz üçün “Azercell-ə həyat 4G sürətilə paylaşılan hər anı ilə gözəldir” lozunqu altında keçdi. 1 il ərzində 4G şəbəkəsini 84% gücləndirdik, sürətli interneti əlçatan etmək üçün mobil internet tariflərinə 27% endirim etdik. 4G-ni dəstəkləyən ən müasir mobil cihazları güzəştli şərtlərlə Azercell abunəçilərinə təqdim etdik və İphone smartfonlarının Azərbaycanda yeganə rəsmi təqdimatçısı olduq.

Hər il olduğu kimi, ötən il də müştərilərimizə xeyli güzəştlər təqdim etdik. Rouminqdə vahid endirimli tariflə ünsiyyət saxlanıla biləcək ölkələrin siyahısını genişləndirdik. Müştərilərimizə daha çox sərbəstlik və rahat seçim imkanı vermək üçün Yeni Konsepsiyalı satış və xidmət mərkəzlərinin sayını artırdıq. Z. Tağıyev küçəsində yerləşən ilk müştəri xidmətlərini və

Gənclik Mall-da açılan yeni ofisimizi müasir Skandinaviya stilində yeni konsepsiyada təqdim etdik.

Hazırda Azercell Azərbaycanda ən böyük müştəri xidmətləri şəbəkəsi - 63 Ön Masa və Azercell Ekspress ofisləri və 393 rəsmi satış məntəqəsindən ibarət ən geniş satış şəbəkəsi vasitəsilə abunəçilərinə sevə-sevə xidmət göstərir.

Mükafatlar baxımından da 2016-cı il şirkət üçün çox uğurlu oldu. Azercell Telekom-un prezidenti Vahid Mürsəliyev beynəlxalq “The Business Year” dərgisi tərəfindən “İlin şirkət rəhbəri” mükafatını aldı. O, həmçinin BMT nəzdindəki Beynəlxalq Rabitə Akademiyasının akademiki tituluna layiq görüldü, ölkədə Paralimpiya hərəkatının inkişafındakı xidmətlərinə görə Milli Paralimpiya Komitəsinin fəxri diplomu ilə təltif edildi.

Eyni zamanda Azercell Telekom Stevie Beynəlxalq Biznes Mükafatı üzrə 3 nominasiyada qalib oldu, “İlin telekommunikasiya şirkəti” və “İlin Korporativ Ünsiyyət Departamenti” nominasiyası üzrə bürünc mükafatı, Azercell "Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzinin

nəzdində yaranaraq fəaliyyət göstərən "Sumaks” şirkəti isə "İlin Startapı” nominasiyası üzrə gümüş mükafata layiq görüldü. Eyni zamanda Azercell növbəti dəfə Şərqi Avropa ölkələrinin bazarlarını əhatə edən tədqiqat nəticələrinə əsasən, bazarda 3 ən yaxşı işəgötürən şirkətdən biri elan olundu.

4,5 milyonluq abunəçi ailəsinə xidmət göstərən şirkət sosial şəbəkələrdə də öz aktiv fəaliyyəti ilə seçilib və Facebook sosial şəbəkəsi üzərindən istəkləri cavablama reytinqini 100%-ə, Twitter social şəbəkəsi üzərindən isə 79%-a çatdıraraq “Socialbakers” şirkəti tərəfindən yenidən dəyərləndirildi.

2016-cı ildə Azercell keyfiyyət sistemini daha da təkmilləşdirərək daha 2 Beynəlxalq standartın tələblərini şirkətdə tətbiq etdi və sertifikasiya auditindən uğurla keçdi. Bunlar “Ətraf mühitə göstərilə biləcək təsirlərin idarə edilməsi”nə dair İSO 14001:2015 və “Əməyin təhlükəsiz təşkili və mühafizəsi”nə dair OHSAS 18001 Standartlarıdır.

Korporativ Sosial Məsuliyyəti Azercell Telekom əsas biznesindən ayırmır. Sürətli İnternetin və qabaqcıl texnologiyaların köməyi ilə azərbaycanlıların həyatını müasirləşdirməyə və asanlaşdırmağa çalışmaqla yanaşı Azercell internet istifadəçilərin müdafiəsi və təhlükəsizliyini düşünür. 1 iyun 2016-cı il tarixində Azercell “Kaspersky Lab” şirkəti ilə bu sahədə əməkdaşlığa başladı və cəmiyyətin diqqətini həm uşaqların həm də böyüklərin onlayn müdafiəsinə cəlb etdi. Layihə çərçivəsində İnternetdən istifadəni daha təhlükəsiz edən 3 yeni məhsul təqdim olundu: “Universal Müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti”.

Uşaqlar arasında mütaliə mədəniyyətini təbliğ etmək üçün Azercell-in dəstəyi ilə məşhur İsveç yazıçısı Astrid Lindqrenin uşaq əsərlərindən ibarət 5490 ədəd kitab Azərbaycan dilinə tərcümə edilib, nəfis tərtibatda, ilk dəfə orijinal illüstrasiyalarla nəşr etdirərək 610 qaçqın məktəbinin kitabxanasına hədiyyə olundu. Bundan əlavə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində məcburi köçkün uşaqların iştirakı ilə “Uzuncorab Pippi” səhnə əsərinin nümayişi baş tutdu.

Azercell-in Mobil Göz və Mobil Diş Klinikaları 2016-cı il ərzində regionlara səfər edərək 2.000-ə yaxın, fəaliyyətə başladığı 2010-cu ildən bu günədək isə 6. 000-dən çox kimsəsiz uşaq, ahıl və

aztəminatlı ailələri müayinə və müalicə edib. Azercell-in dəstəyi ilə fəaliyyət göstərən Bakı və Gəncə Uşaq Qaynar Xətti xidmətinə 2016-ci il ərzində 3. 700-ə yaxın müraciət daxil olub. 2010-2016-cı illər ərzində isə bu say 18. 000-dən artıq olub. Ötən ilin sonunda Azercell-in təşəbbüsü və dəstəyi ilə Uşaq Qaynar Xəttinin Android üçün mobil aplikasiyası hazırlandı. 2006, 2007 və 2009-cu illərdə də Ümidli Gələcək Gənclər Təşkilatının Uşaq Hüquqları üzrə QHT Alyansı ilə birlikdə təsis etdikləri “Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq” Milli İctimai Mükafatını bu il də alan Azercell uşaq hüquqlarının müdafiəsi sahəsinə böyük tövfə verən təşkilat kimi dəyərləndirilib. Həmçinin “ASAN Könüllüləri”-nin təşkilatçılığı ilə Lahıcda baş tutmuş respublika miqyaslı sosial layihənin - “Həmrəylik düşərgəsi”nin əsas mobil rabitə təminatçısı olub.

Azercell Telekom MMC-nin 2014-cü ildən dəstək verdiyi Milli Uşaq Paralimpiya komitəsinin gənc üzvləri II Uşaq Paralimpiya Oyunlarında iştirak ediblər.

Bundan əlavə, şirkət hər zaman olduğu kimi, öz fəaliyyəti ilə ölkədəki gəncləri də həvəsləndirib. Belə ki, tələbələr üçün “Yay Təcrübə Proqramı” davam edib, 2016-cı ildə 28 tələbə isə Azercell-in Təqaüdçüsü adına layiq görülüb.

Azercell-in köməyilə ölkəmizdə ilk dəfə olaraq möhtəşəm Oracle konfransı, “Big Data Day Baku”, “Barama HackDay 2016” kimi tədbirlər baş tutub.

Eyni zamanda 2016-cı il ərzində həm müəllimlər, həm startuplar üçün seminarlar təşkil olunub, jurnalistlər üçün ingilis dil kursları davam etdirilib. Bu il dil kurslarına qatılmaq istəyən jurnalistlərin sayı yüz nəfəri ötüb.

Ölkənin lider mobil operatoru olaraq 2017-ci ildə də fəaliyyətimizi peşəkarcasına davam etdirəcəyik. Dünyanı müştərilərimizə daha yaxın etmək üçün bundan sonra da yüksək sürətli interneti hamı üçün əlçatan etməyi, Azercell abunəçi ailəsinə ən yaxşı müştəri təcrübəsini yaşatmağı, ölkəyə müasir texnoloji innovasiyaları gətirməyi qarşımıza məqsəd qoymuşuq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ və Çin tarifləri daha 90 gün donduracaq - SCMP
Bu gün, 06:14
Xəzər dənizi üzərində TƏHLÜKƏ SİQNALI - Təyyarə məcburi eniş etdi
Bu gün, 05:57
Xalq artisti VALYUTA QAÇAQMALÇISI ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 02:02
Tehranın Moskva ilə birləşmək planı - GƏLİŞMƏ
Bu gün, 01:58
ABŞ-ın rüsumlarını azaltmaq üçün Aİ Rusiya qazını Amerika LNG-si ilə əvəzləyəcək - Ursula fon der Lyayen
Bu gün, 01:46
Azər Məmmədovun başında dayandığı İDXAL İMPERİYASI - Dövlət büdcəmizin anası belə ağlar günə qalır...
Bu gün, 01:38
MƏMMƏDLİNİN "PAZ"I, TEYMUROVUN AMBİSİYASI, AXUNDOVUN YENİ LAYİHƏSİ... - AFFA-nın yeni sözçüsü nəyə yarıyacaq?
Bu gün, 01:28
Səfirliklərin Bakı “döyüşü” - NƏ BAŞ VERİR?
Bu gün, 01:22
“Onu lüt soyundurdular, ac qoydular və...” – Rusiya əsirliyində yaşananlar
Bu gün, 01:20
Gəncədə klinika meyiti "girov" götürüb: Mərhumun yaxınlarından etiraz - BU NƏDİ BELƏ?
Bu gün, 01:11
“Rusiya parçalanacaq, Qusman haqsızlığın qurbanıdır” - ETİRAZ
Bu gün, 01:08
Bakı bu silahları təqdim etdi - Rusiya kanalı "narahat" oldu - SİYAHI
Bu gün, 01:03
SEPAH-dan Azərbaycana qarşı növbəti namərd hücum: bizi elə şeylərdə ittiham edirlər ki… - TƏFƏRRÜAT
Bu gün, 01:01
Ermənistanda vəziyyət GƏRGİNLƏŞİR: - Paşinyan sözündən dönmür
Dünən, 19:23
“Anamın ağrılardan canı qurtardı” - Milli qəhrəmanın qardaşı
Dünən, 19:21
İran yola gəlməsə... - ŞƏRH
Dünən, 16:47
Azərbaycanda 31 il əvvəl başlayan proses – Əliyevdən vacib gediş
Dünən, 16:43
FHN əməkdaşı olan Mahirin ölümünün təfərrüatı - Nişanı da təxirə salınmışdı
Dünən, 16:40
NATO-nun gizli təyyarəsi havadan Rusiyanı izləyir - Business Insider
Dünən, 16:38
"Putinin hərbi iqtisadiyyatı çat verir: Rusiya mülki sektoru çökür" - “Bloomberg”
Dünən, 14:51
Qarabağ qazisi və polis oğlunun məzarı Laçına köçürüldü - Torpaqlarımız azad olunandan sonra bir ilk
Dünən, 14:48
SEPAH Zəngəzurdan əl çəkmir: NATO, sionist və pantürkistlər... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:42
"Televiziyalar onları yığışdırmalıdır” - ÇAĞIRIŞ
Dünən, 12:03
“Dərbəndin sahibi kimdir?” – keçmiş XİN rəhbəri rus millətçilərə cavab verdi
Dünən, 12:00
"Nazir o vaxt yeni gələndə demişdi ki..."
Dünən, 09:17
Binəqədinin Hacıbalası olmasa da... - HACIBABASI VAR...
Dünən, 09:15
"Neçə gündür ki, bu sevincin nəşəsini yaşayıram..."
Dünən, 07:44
"Yaxşı ki, Vasif Talıbovu götürdülər" - "...yoxsa Naxçıvan özü əldən gedirdi"
Dünən, 07:40
"Parlamentdə deputatlar da var ki, hamısı mənə dəstək verir" - Xalq artisti
Dünən, 07:17
Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı - FOTO
Dünən, 07:14
Ərdoğan Bakıya görə Putinlə danışacaq? – Xankəndidə mesaj verdi, sonra isə…
Dünən, 07:12
İsrail ordusu Qəzzaya humanitar yardım göndərdiyini açıqlayıb - KİV
Dünən, 07:01
Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır? - AKTUAL
Dünən, 06:59
Yoldaş Mikayılovun QUDA SEVGİSİ - Qanun hərləyən kimdir ki...
Dünən, 06:56
Bakıdakı RUS AGENTURASI - İLGİNC İDDİALAR
Dünən, 06:37
Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü - BU NƏDİ BELƏ?
Dünən, 06:27
Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” - Zərdabda su işində xaos
Dünən, 06:19
Mobil telefon təhsilə əngəlmi, fürsətmi? - Baxır, kim nə üçün istifadə edir...
Dünən, 06:11
"1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..." - "Bunu bütün bağçalar belə edir..."
Dünən, 06:08
Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. - GƏLİŞMƏ
Dünən, 06:01
Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?.. - “O heç nə deməyəcək...”
Dünən, 05:59
Ermənistanda faşizm əleyhinə abidəni sökürlər
Dünən, 05:55
Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO
Dünən, 05:50
Bakının daşınmaz əmlak bazarı: Qiymətlər niyə “cib yandırır”? - AKTUAL
Dünən, 05:46
Makronla Ərdoğan Qəzzadakı vəziyyəti müzakirə ediblər - "X"
Dünən, 05:44
Yeni doktrina formalaşır... - layihə təkcə region deyil, dünya üçün də əhəmiyyətlidir
Dünən, 05:42
"Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir"
26-07-2025, 22:01
Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı
26-07-2025, 21:59
İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir - TƏFƏRRÜAT
26-07-2025, 21:57
Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır - AMMA...
26-07-2025, 18:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru