"TCF" BOKT kiçilib, gəlirləri və mənfəəti azalıb .....                     Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib .....                     Maşınlar AYNA-nın əlindən səkilərə çıxdı: piyadalara QANAD AÇMAQ QALIR... .....                     Saleh Səmədov həbs edildi .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyi daha bir məhkəmə işini uduzdu: .....                     İlon Maska qarşı sensasion ittiham .....                     Köçkün tələbələrin təhsil güzəşti ləğv olunur? .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     "Duqinin açıqlamaları xof yaratmaq məqsədi güdür" .....                     BU NƏDİ BELƏ: Eltisinin ölümünə görə həbs olunan həkim iş başında... .....                     Əmək müqaviləsinin ləğv edilməsi barədə... .....                     Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb .....                     Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb? .....                     Aqil Abbasdan analara çağırış: .....                     Zəngəzur dəhlizinə problem yaradan 4-cü ölkə: Əsas hədəfi budur .....                     Simonyanın “300 min azərbaycanlı” açıqlaması qorxuludur? .....                     "Merkuri BOKT"-nın mənfəəti 2,7 dəfə azalıb .....                     "Bu addım atılarsa, sülh müqaviləsinin imzalanması ehtimalı güclənə bilər" .....                     “Xəstə əməliyyat üçün Qüdrət Həsənquliyevdən icazə alacaq?” .....                     İrəvanın “sülh tələsi” .....                     Sərhəddə mobil telefon əməliyyatı: təhqiqatçı islah işlərinə məhkum edildi .....                     Müharibədə ciddi dönüş: .....                     Paşinyan düşmənləri ilə mübarizədə .....                     Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? .....                     Kamran Əliyevdən yüksək vəzifəyə TƏYİNAT .....                     AZERCELL-dən YENİ BAHALAŞMA DALĞASI .....                     Tanış olduğu qadınları qarət edən .....                     Xüsusi məktəbdə müəllim azyaşlıya şiddət göstərib? .....                     Azərbaycan - Türkiyə - Pakistan birliyi … .....                     Prezidentin “mesajlar lazımi ünvana çatacaq” ismarışı .....                     Rəvan Qarayev qəzaya düşdü .....                     Qorxmaz Hüseynovdan ƏMANƏT QALAN TENDERYEYƏN... .....                     Dostunun maşınını qarət edən keçmiş FHN əməkdaşı həbs edildi .....                     Əmrullayevin QURBANLIQ DİREKTORLARI... .....                     Cəlilabadda kartof sürətlə .....                     ABŞ Ukraynaya 2 iyun danışıqlarında iştirak etmək barədə təzyiq edə bilər .....                     "Bu ölkələrin bundan sonra da birgə layihələri olacaq" .....                     Moskvanın Zəngəzur planları: Sülh prosesinin əhəmiyyəti... .....                     Qarabağın “Kəşmiri” ilə bağlı mühüm qərar .....                     Tramp sülh istəyir, ona görə də Bakıya gələ bilər .....                 

Dövlət Komissiyası 18 hərbçimizlə bağlı müraciət etdi - SİYAHI
Tarix: 9-12-2016, 08:51 | Çap et
Dövlət Komissiyası 18 hərbçimizlə bağlı müraciət etdi
“Dövlət Komissiyası itkin düşmüş şəxs kimi adları qeydiyyatda olan vətəndaşlarla bağlı dəqiqləşdirmə işini bu gün də davam etdirir. Dəqiqləşmə prosesində təbii ki, yeni-yeni məqamlar da üzə çıxır. Misal üçün, bu il ərzində aparılmış araşdırmalar zamanı itkin düşmüş 3118 hərbçinin arasında 1979-1989-cu illərdə Sovet ordusunun tərkibində Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirmiş və Qarabağda torpaqlarımızın müdafiəsi uğrunda hərbi əməliyyatlarda itkin düşmüş 18 hərbçinin adını müəyyən etdik. Ümumiyyətlə, bu, çox həssas və çoxşaxəli problemdir və araşdırdıqca yeni çalarlar ortaya çıxır. Bu gün Dövlət Komissiyasını itkin düşmüş 18 Əfqanıstan veteranının taleyi çox düşündürür”.

diaaz.space xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov Trend-ə müsahibəsində deyib.

“Sizin vasitənizlə xüsusilə Əfqanıstanda döyüş yolu keçmiş MDB ölkələrinin bu sahədə fəaliyyət göstərən təşkilatlarına və harada yaşamasından asılı olmayaraq, beynəlmiləl ruhu ilə yaşayan hər bir “əfqanlı”ya müraciət edirik. Onlardan xahiş edirik ki, döyüş yoldaşlarının taleyinə biganə qalmasınlar və onların taleyinin müəyyən edilməsi işində yardımçı olsunlar. MDB ölkələrindəki təşkilatlara ona görə müraciət edirik ki, onların qarşı tərəfə ən azından söz demək, təmas yaratmaq imkanları var. Əgər bu sahədə qeyd etdiyim təşkilatlar və insanlar bizə kömək edərsə və heç olmasa, bircə insanın da taleyi müəyyən edilərsə, biz o insanlara minnətdar olarıq. Mən şübhə etmirəm ki, səsimizə səs verən tapılacaq. İndi axtardığımız həmin 18 nəfərin bəlkə də vaxtilə Əfqanıstanda ölümdən qurtardığı cəbhə, səngər yoldaşları hazırda başqa bir ölkədə, başqa bir şəhərdə yaşayır. Əminəm ki, bu müsahibəmdən sonra onlar səngər dostlarının taleyinə biganə qalmayacaqlar. Çox çətin də olsa, söyləyim, bəlkə də 18 nəfərdən bəziləri bu gün həyatda yoxdur. Amma, heç olmasa, onların ruhu qarşısında bir dost, yoldaşlıq borcunu qaytarmış olarlar”-deyə o bildirib.

1979-1989-cu illərdə Sovet ordusunun tərkibində Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirmiş və Qarabağda torpaqlarımızın müdafiəsi uğrunda hərbi əməliyyatlarda itkin düşmüş 18 hərbçimiz barədə məlumatları təqdim edirik:

1. Abbasov Rəfael Soltan oğlu – 1968-ci ildə Ermənistan Respublikası, Amasiya rayonu, Mağaracıq kəndində anadan olmuş, Ermənistandan qovulmuş Rəfael ailəsi ilə Azərbaycanda məskunlaşmış və itkin düşənədək Bakı şəhərində yaşamışdır. Hərbi hissədə zirehli döyüş maşınının sürücü-mexaniki vəzifəsində xidmət etmiş, 8 may 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğalı zamanı ağır yaralı vəziyyətdə köməksiz qalan Rəfael ermənilər tərəfindən əsir götürülmüşdür. Bir neçə mənbədən alınmış məlumata əsasən, Rəfael əvvəl Yerevan şəhər həbsxanasında saxlanılmış, sonra Sovetakana (bəzi məlumatlarda bu yer Sovetaşen kimi də göstərilir) göndərilmişdir.

2. Əliyev Əliyar Fərrux oğlu – 1961-ci ildə Ağdam rayonunda anadan olmuş, itkin düşənədək Bakı şəhərində yaşamış, 08.05.1992-ci il tarixdə Şuşa şəhəri ətrafında gedən döyüşlərdə itkin düşmüşdür.

İtkin düşənədək Əliyev Əliyar Fərrux oğlu Suraxanı Rayon Hərbi Komissarlığının qeydiyyatında olmuşdur.

3. Əliyev Rəsul Arif oğlu – 1960-cı ildə Sumqayıt şəhərində anadan olmuş, itkin düşənədək Sumqayıt şəhərində yaşamış, 28.10.1993-cü il tarixdə Füzuli rayonunun Kürdmahmudlu kəndi yaxınlığında çiynindən yaralanaraq əsir götürülmüşdür.

4. Hacıyev Azər Nəriman oğlu – 1962-ci ildə Şuşa şəhərində anadan olmuş, itkin düşənədək Bakı şəhərində yaşamış, 13.02.1994-cü il tarixdə Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşmüşdür.

5. Həmidov İlqar Şahgəldi oğlu – 1965-ci ildə Lerik rayonunun Livədirgə kəndində anadan olmuş, itkin düşənədək Lerik rayonunun Livədirgə kəndində yaşamış, 02.10.1992-ci il tarixdə Laçın rayonunun Səfiyan kəndi ətrafında gedən döyüşlərdə itkin düşmüşdür. Bir neçə mənbədən alınmış məlumata əsasən, İlqar yaralı vəziyyətdə ermənilər tərəfindən əsir götürülmüş və Ermənistan ərazisində saxlanılmışdır.

6. Qarayev Şakir İmdad oğlu – 1964-cü ildə Ağdam rayonunda anadan olmuş, itkin düşənədək Ağdam rayonunun Muradbəyli kəndində yaşamış, 23.07.1993-cü il tarixdə Ağdam rayonunda gedən döyüşlərdə itkin düşmüşdür.

7. Qarayev Rasim İmdad oğlu – 1962-ci ildə Ağdam rayonunda anadan olmuş, itkin düşənədək Ağdam rayonunun Muradbəyli kəndində yaşamış, 23.07.1993-cü il tarixdə Ağdam rayonunda gedən döyüşlərdə itkin düşmüşdür.

8. Həsənov Əsədulla Nuşirəvan oğlu – 1963-cü ildə Qubadlı rayonunun anadan olmuş, itkin düşənədək məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşmış, 13.02.1994-cü il tarixdə Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşmüşdür.

9. Qasımov Əli Baloğlan oğlu – 1967-ci ildə Salyan rayonunun Boranıkənd kəndində anadan olmuş, itkin düşənədək Salyan rayonunun Boranıkənd kəndində yaşamış, 09.02.1994-cü il tarixdə Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşmüşdür.

10. Quliyev Sadıq Əli oğlu – 1966-cı ildə Tərtər rayonunun Kəngərli kəndində anadan olmuş, itkin düşənədək Mingəçevir şəhərində yaşamış, 04.01.1994-cü il tarixdə Ağdam rayonunun Çeyil yüksəkliyi ətrafında gedən döyüşlərdə itkin düşmüşdür.

11. Cabbarov Əli Telman oğlu – 1971-ci ildə Bakı şəhərində anadan olmuş və itkin düşənədək Bakı şəhərində yaşamışdır. 8 may 1992-ci ildə Şuşanın Ermənistan hərbçiləri tərəfindən işğalı zamanı yaralı vəziyyətdə əsir götürülmüşdür. Bir neçə mənbədən alınmış məlumata əsasən, Əli əvvəl Yerevan şəhər həbsxanasında saxlanılmış, sonra Sovetakana (bəzi məlumatlarda bu yer Sovetaşen kimi də göstərilir) göndərilmişdir.

12. İmaməliyev Arif Ələkbər oğlu – 1960-cı ildə Bakı şəhərində anadan olmuş, itkin düşənədək Bakı şəhərində yaşamış, 15.02.1994-cü il tarixdə Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşmüşdür.

13. İsaqov Elbrus İsaq oğlu – 1966-cı ildə Cəbrayıl rayonunda anadan olmuş, itkin düşənədək Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində yaşamış, 10.02.1994-cü il tarixdə Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşmüşdür.

14. Mustafayev Vidadi Şəfa oğlu – 1963-cü ildə Xankəndi şəhərində anadan olmuş, 1988-ci ildə digər Xankəndi şəhərində yaşayan azərbaycanlı əhali ilə birlikdə evlərindən qovulmuş Vidadi ailəsi ilə Xocalı şəhərində məskunlaşmış və itkin düşənədək Xocalı şəhərində yaşamışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbçiləri və terrorçu-quldur birləşmələri tərəfindən dinc Xocalı əhalisinin qəddarcasına məhv edildiyi zaman Vidadi bir neçə Xocalı sakini ilə birlikdə əsir götürülmüş və Əsgəran rayon milis şöbəsinə aparılmışdır. Şahidlərin məlumatına əsasən, Vidadi onların gözü qarşısında Ermənistan hərbçiləri tərəfindən kameradan çıxarılmış və bundan sonra onu görən olmamışdır.

15. Nəbiyev Kamil Zaman oğlu – 1960-cı ildə Sumqayıt şəhərində anadan olmuş, itkin düşənədək Sumqayıt şəhərində yaşamış, 12.02.1994-cü il tarixdə Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşmüşdür. Onun həyat yoldaşı bu xəbəri eşidərək özünə qəsd etmiş, qısa müddətdə atasını və anasını itirmiş Kamilin 3 azyaşlı uşağı yetim qalmışdır.

16. Nəsirov Cəmil Bəndə oğlu – 1962-ci ildə Tovuz rayonunda anadan olmuş, itkin düşənədək Tovuz rayonunun Qaraxanlı kəndində yaşamış, 10.02.1994-cü il tarixdə Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşmüşdür.

17. Səmədov Etibar Tapdıq oğlu – 1969-cu ildə Cəlilabad rayonunda anadan olmuş, itkin düşənədək Cəlilabad rayonunun Göytəpə kəndində yaşamış, 15.06.1992-ci il tarixdə Ağdam rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə itkin düşmüşdür. Aparılmış araşdırmalar nəticəsində toplanılmış şahid ifadələri nəzərə alınaraq, Etibar Səmədovun döyüş bölgəsində yaralı vəziyyətdə əsir götürüldüyü ehtimal olunur.

18. Xəlilov Yunis Abduləli oğlu – 1969-cu ildə Kürdəmir şəhərində anadan olmuş, itkin düşənədək Ucar rayonunun Küçəkənd kəndində yaşamış, 15.05.1992-ci il tarixdə Şuşanın Turşsu kəndində gedən döyüşlərdə itkin düşmüşdür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"TCF" BOKT kiçilib, gəlirləri və mənfəəti azalıb - HESABAT
Bu gün, 13:05
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib - FOTO
Bu gün, 13:00
Maşınlar AYNA-nın əlindən səkilərə çıxdı: piyadalara QANAD AÇMAQ QALIR... - FOTOFAKT
Bu gün, 12:58
Saleh Səmədov həbs edildi - DETALLAR
Bu gün, 12:52
Təhsildə Keyfiyyət Təminatı Agentliyi daha bir məhkəmə işini uduzdu: - tələbənin diplomu tanınacaq
Bu gün, 12:44
İlon Maska qarşı sensasion ittiham - Bu icmanın ölümünə səbəb olur...
Bu gün, 12:43
Köçkün tələbələrin təhsil güzəşti ləğv olunur? - AKTUAL
Bu gün, 12:21
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:16
"Duqinin açıqlamaları xof yaratmaq məqsədi güdür"
Bu gün, 12:15
BU NƏDİ BELƏ: Eltisinin ölümünə görə həbs olunan həkim iş başında... - Müştəri qəbul edir
Bu gün, 12:04
Əmək müqaviləsinin ləğv edilməsi barədə... - Ekspert danışır...
Bu gün, 11:58
Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb - İNCƏLƏMƏ
Bu gün, 11:53
Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb? - DİM sədri AÇIQLADI
Bu gün, 11:41
Aqil Abbasdan analara çağırış: - “Oğlan uşağına bunu geyindirməyin!”
Bu gün, 11:38
Zəngəzur dəhlizinə problem yaradan 4-cü ölkə: Əsas hədəfi budur - AÇIQLAMA
Bu gün, 11:35
Simonyanın “300 min azərbaycanlı” açıqlaması qorxuludur? - “Fakt”
Bu gün, 11:32
"Merkuri BOKT"-nın mənfəəti 2,7 dəfə azalıb - HESABAT
Bu gün, 11:30
"Bu addım atılarsa, sülh müqaviləsinin imzalanması ehtimalı güclənə bilər" - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 11:17
“Xəstə əməliyyat üçün Qüdrət Həsənquliyevdən icazə alacaq?” – Həkimdən ETİRAZ
Bu gün, 11:12
İrəvanın “sülh tələsi” - Bakı “B planı”nı işə sala bilər
Bu gün, 11:10
Sərhəddə mobil telefon əməliyyatı: təhqiqatçı islah işlərinə məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 11:06
Müharibədə ciddi dönüş: - bunu gözləməyə dəyərdi
Bu gün, 11:01
Paşinyan düşmənləri ilə mübarizədə Yaradandan kömək dilədi...
Bu gün, 10:59
Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? – Məleykə Abbaszadə AÇIQLADI
Bu gün, 10:56
Kamran Əliyevdən yüksək vəzifəyə TƏYİNAT - ƏMR
Bu gün, 10:44
AZERCELL-dən YENİ BAHALAŞMA DALĞASI - SİYAHI
Bu gün, 10:41
Tanış olduğu qadınları qarət edən azərbaycanlı gənc TUTULDU
Bu gün, 10:38
Xüsusi məktəbdə müəllim azyaşlıya şiddət göstərib? - FOTO
Bu gün, 10:34
Azərbaycan - Türkiyə - Pakistan birliyi …
Bu gün, 10:31
Prezidentin “mesajlar lazımi ünvana çatacaq” ismarışı - Xəbərdarlıq düz oxunmasa...
Bu gün, 10:29
Rəvan Qarayev qəzaya düşdü
Bu gün, 10:27
Qorxmaz Hüseynovdan ƏMANƏT QALAN TENDERYEYƏN... - İLGİNC FAKTLAR...
Bu gün, 10:21
Dostunun maşınını qarət edən keçmiş FHN əməkdaşı həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:53
Əmrullayevin QURBANLIQ DİREKTORLARI... - NƏ BAŞ VERİR?
Bu gün, 09:48
Cəlilabadda kartof sürətlə UCUZLAŞIR
Bu gün, 09:44
ABŞ Ukraynaya 2 iyun danışıqlarında iştirak etmək barədə təzyiq edə bilər - “The Washington Post“
Bu gün, 09:35
"Bu ölkələrin bundan sonra da birgə layihələri olacaq" - deputat
Bu gün, 09:25
Moskvanın Zəngəzur planları: Sülh prosesinin əhəmiyyəti... - NƏ ETMƏLİ?
Bu gün, 09:19
Qarabağın “Kəşmiri” ilə bağlı mühüm qərar – Üç ölkə razılaşdı
Bu gün, 09:18
Tramp sülh istəyir, ona görə də Bakıya gələ bilər - AKTUAL
Bu gün, 09:15
Qeyri-neft sektorunun istənilən artımına sevinmək lazımdır - ÇÜNKİ...
Bu gün, 09:06
Vasif Talıbovun səhhəti pisləşdi: Ölkədən buraxılmadı - TƏFƏRRÜAT
Bu gün, 09:00
Zəngəzur dəhlizinə qarşı “üçlü” ittifaq - Məkrli plan
Bu gün, 08:49
İctimai nəqliyyatın MÖVSÜMİ PROBLEMİ... - Düzələnə oxşamırıq...
Bu gün, 08:45
PULSUZ SƏHİYYƏNİN DAHA BİR İFŞASI: Bu sistemdə vəziyyət bərbaddır! - AXI NİYƏ?..
Bu gün, 08:40
Qalmaqallı rektorun ucuz piar cəhdi -FOTOFAKT
Bu gün, 08:32
Ramilə Seyidova 108 min manatlıq maşın aldırır
Bu gün, 08:22
Yüksək rütbəli məmur QƏZA TÖRƏTDİ: İndi də gizlədirlər... - TƏFƏRRÜAT
Bu gün, 08:16
Zabratda dövlət qurumun LAQEYDLİYİ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:06
Bu gün 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək - UEFA Çempionlar Liqası
Bu gün, 07:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru