Qumara qurşanan məhkəmə hakimi camaatın pulunu qaytarmır... - NARAZILIQ VAR...
Tarix: 12-08-2024, 11:09 | Çap et
 Şərur rayonunda məhkəmə hakimi tanışlarını aldadaraq, onların 10 minlərlə manatını ələ keçirib. Hakimi buna məcbur edən isə, onun „Topaz“ mərc oyununa qurşanması olub. O, tanışlarından borc adı ilə aldığı pulları bu oyunlarda uduzub, indi də vəzifəsindən istifadə edərək, borclarını qaytarmaq istəmir. Bu haqda „Gündəlik Naxçıva“a hakimin dələduzluğu ilə üzləşdiklərini deyən bir qrup yerli sakin məlumat verib. Şikayətçilər bildirirlər ki, hakmi Seymur Qarayev pul alarkən, „şantaj olunuram, təcili pul lazımdır“ deyərək, onları aldadıb. O, pulu olmayan tanışlarının bəzisini banklardan kredit götürməyə də təhrik edib. Bu yolla aldanılanlardan biri də Şərur rayon sakini Zeynəb İbrahimovadır. O, Seymur Qarayevin həyat yoldaşı ilə rəfiqə olduğunu bildirir. Elə, rəfiqəsinin xahişi ilə anasının qızıllarını və bankdan kreditlə götürdüyü 45 min manatı Seymur Qarayevə verib: “İl yarım öncə həyat yoldaşı dedi ki, Seymur Qarayev telefonda kimisə təhqir edib. Guya təhqir olunan adam da onun səsini yazıb və şantaj yoluyla 50 min manat istəyir ki, səs yazısını sosial şəbəklərdə yaymasın. Mən də sadəlöhvlük edib, bu hekayəyə inandım. Anamın qızıllarını verdim, aparıb girov qoyub, 13 min manat götürdülər. Sonra yalvardı ki, bu pul çatmır, bankdan 45 min manat götürüb onlara verim, krediti də hər ay özləri ödəyəcəklər. Mən razılaşdım. Lakin, kreditdən cəmi 6 ay ödədilər. Bir ildən artıqdır ki, məcbur qalıb, özüm ödəyirəm. İndiyə kimi borc tapıb, 20 min manata kimi ödəmişəm. Artıq, krediti ödəmək üçün heç bir imkanım qalmayıb. Dəfələrlə pulumu istəsəm də, nəticəsi olmayıb. Seymur Qarayev deyir ki, sənə bir qəpik də geri verməyəcəm, get, əlindən gələni əlli qaba çək, mən hakiməm deyə, heç kim mənə heç nə edə bilməz”. Zeynəb İbrahimova deyir ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, nəticəsi olmayıb: “Hamısı deyir ki, onun hakim toxunulmazlığı olduğundan heç nə edə bilməzlər. Sonuncu dəfə yerli DİN-ə getdim. Orada mənimlə kobud davranıb, „özünü boşuna yorma“ dedilər. Bu hakim məni dələduzluq yoluyla aldadaraq, pullarımı və qızıllarımı mənimsəyib. Əlimdə kifayət qədər dəlil və sübutlar olsa da, işə heç kim baxmır. Hakim qanunları nizamlamalı olduğu halda niyə qanunsuzluğun ən böyüyünü edir və bu qanunsuzluğa da dövlət qurumları susur? Mənim ürəyim yandı, bu məsuliyyətin altına girib, ona pul verdim. Sonradan eşitdim ki, əslində aldadılmışam və hakim həmin pulları Topaz oyununda uduzub. Fərqi yoxdur hara xərcləyib, mən pulumu və qızıllarımı geri istəyirəm. Mən dövlətimizin ədalətinə inanıram və inanıram ki, bu ədalətə xələl gətirən, vəzifəsindən istifadə edib, dələduzluq edənlər mütləq cəzalanacaqlar”. Digər şikayətçi G. Bayramov da pulunu hakimdən geri ala bilmədiyindən şikayətlənir: “Mənə də şantaj olunduğunu deyib, 17 min manat borc aldı. Dedi ki, 1-2 aya qaytaracaq. Lakin, bir ildən çoxdur ki, pulumu ala bilmirəm. Çünki, məndən və digərlərində aldığı pulları qumar oyununda uduzub. İndi, harasa şikayət etməyə də qorxuram ki, sonra özümü ilişdirərlər”. Hakimin fırıldağı ilə üzləşdiklərini deyən digər şikayətçilər təhlükəsizlik baxımından geniş danışmaq istəmədilər.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Politoloq Sergey Markov Rusiyada xarici agent elan edilib - RUSLARIN BAŞI QAÇIB
Bu gün, 18:15 |
|
|
|
• Prezidentin Təhlükəsizlik Xidmətinin mayoru vəfat etdi - FOTO
Bu gün, 17:59 |
|
|
|
• “Heç bir böhtana inanmayın’” -Məlahat İbrahimqızı yalan məlumatlara CAVAB VERDİ
Bu gün, 17:49 |
|
|
|
• Qusarın təzə icra başçısı da özünə tender yoldaşları müəyyən edib... - TƏFƏRRÜAT
Bu gün, 17:46 |
|
|
|
• İki ay əvvəl vəzifəyə təyin edilən jurnalist istefa verdi - ÖZÜ DEDİ
Bu gün, 17:30 |
|
|
|
• Tramp Kiyevin hərəkətindən qəzəblənib
Bu gün, 17:27 |
|
|
|
• Moskva və Bakı birgə fəaliyyət üçün istiqamətləri müəyyən ediblər - Overçuk
Bu gün, 17:20 |
|
|
|
• Putin və Zelenskinin yaxın vaxtlarda görüşü nəzərdə tutulmur
Bu gün, 17:15 |
|
|
|
• Fərhad Əhmədovun Azərbaycandakı mülklərinə həbs qoyuldu - detallar
Bu gün, 16:52 |
|
|
|
• Paris Bakıya “yumşalma siqnalı” GÖNDƏRDİ – Yeni səfir münasibətləri xilas edə BİLƏCƏK?
Bu gün, 16:50 |
|
|
|
• Müğənniyə sui-qəsd İŞİ: - AST Telmanın mühafizəçisi bəraət qazanır
Bu gün, 16:45 |
|
|
|
• Terror aktı hazırlamağa cəhddə ittiham olunan erməni iş adamının həbs müddəti uzadılıb
Bu gün, 16:37 |
|
|
|
• Süleyman Mikayılov Qobustanda qəbul keçirdi - FOTO
Bu gün, 16:17 |
|
|
|
• Kərbəlaya gedən zəvvarları aldadıb yarıyolda qoyan şəxs tutuldu - TƏFƏRRÜAT
Bu gün, 16:13 |
|
|
|
• Şərurlu İsfəndiyarın binalarında YOXLAMA? - AÇIQLAMA
Bu gün, 16:08 |
|
|
|
• Azərbaycan nəyə və niyə hazır olmalıdır? - AKTUAL
Bu gün, 16:01 |
|
|
|
• Paşinyan-Ter-Petrosyan davası yenə qızışıb
Bu gün, 15:59 |
|
|
|
• FTB Con Boltonun evində axtarış aparıb - “New York Post”
Bu gün, 15:54 |
|
|
|
• 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Cavid Səfərov Alay Komandiri təyin olunur? - İDDİA
Bu gün, 15:49 |
|
|
|
• Əraziyə zəncir vurulub: kim aradan qaldırmalıdır? - İcra başçısı Coşqun Cəbrayılovun nəzərinə...
Bu gün, 15:44 |
|
|
|
• Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdi - ƏMR
Bu gün, 15:20 |
|
|
|
• Azərbaycanda internet tam kəsiləcək? - AÇIQLAMA
Bu gün, 15:18 |
|
|
|
• Sahibkar gömrük sisteminin eybəcərliklərini İFŞA ETDİ - Prezidentə MÜRACİƏT
Bu gün, 15:06 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” törəmə şirkətinə yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59 |
|
|
|
• Azərbaycanda 10-15 manatlıq «mini tenderlər» də keçirilirmiş - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 14:48 |
|
|
|
• Dövlət Mühafizə Xidmətinin hərbçiləri təltif edilib - SİYAHI
Bu gün, 14:39 |
|
|
|
• Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"
Bu gün, 14:30 |
|
|
|
• “Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” – Xalq artisti
Bu gün, 14:17 |
|
|
|
• Qriqoryan və ABŞ-nin İrəvandakı səfiri Vaşinqtonda əldə olunmuş razılaşmaları müzakirə ediblər
Bu gün, 14:11 |
|
|
|
• “Azercell” abunəçilərindən hər yolla pul qoparmağa çalışır... - GİLEY
Bu gün, 13:55 |
|
|
|
• Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək
Bu gün, 13:46 |
|
|
|
• "SEPAH İranın daxili problemlərini ört-basdır etmək üçün xaricə təhdidlə diqqət yayındırır"
Bu gün, 13:44 |
|
|
|
• İcra Hakimiyyətinin vəzifəli şəxsi 8 sutka həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:41 |
|
|
|
• İran telekanalı Pezeşkianı ələ saldı - “Sadəlöhv adam”
Bu gün, 13:11 |
|
|
|
• Paşinyan Zəngəzurla bağlı əsl razılaşmanı gizlədir - Zurabyan
Bu gün, 13:05 |
|
|
|
• “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
Bu gün, 13:01 |
|
|
|
• Moskva Paşinyanı küncə sıxdı – “Ya Aİİ-dən çıx, ya da sanksiyalara hazır ol”
Bu gün, 12:48 |
|
|
|
• Putinin nümayəndəsindən Azərbaycana qarşı təxribat - NƏ BAŞ VERİR?
Bu gün, 12:31 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:21 |
|
|
|
• Qəbələnin başçısının guya BUNDAN XƏBƏRİ YOXDUR? - NARAZILIQ VAR...
Bu gün, 12:20 |
|
|
|
• Ukraynanın taleyi ABŞ-nin masasındadır - ŞƏRH
Bu gün, 12:15 |
|
|
|
• Gələcəkdə bu dəhlizdən Azərbaycandan Türkiyəyə qaz xətti çəkilsə... - İranın qaz ixracatı zərəri böyük olar...
Bu gün, 12:10 |
|
|
|
• Dövlət Xidmətinin 8,4 milyon manat vergi borcu var - DETALLAR
Bu gün, 12:01 |
|
|
|
• Bu gün Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək
Bu gün, 11:57 |
|
|
|
• Tofiq Cəfərli vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:54 |
|
|
|
• Rusiyadakı dairələr ölkəmizi süni “mərmi” böhtanı ilə “vurmaq istəyirlər” - AMMA...
Bu gün, 11:37 |
|
|
|
• "Olmayan məhsulları necə sata bilirsiniz, axı..." - NARAZILIQ VAR...
Bu gün, 11:34 |
|
|
|
• “Bu pulu vermək bizi yandırır” - Şərurlu İsfəndiyar
Bu gün, 11:18 |
|
|
|
• "İran İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycana qarşı təhdidi ilk deyil..." - SON DA OLMAYACAQ...
Bu gün, 11:15 |
|
|
|
• "Azərbaycan Dəmir Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb
Bu gün, 11:11 |
|
|
|
|