'Azəriqaz' rəhbərliyinin işsiz qoyduğu Qarabağ qaziləri Prezidentdən KÖMƏK İSTƏDİ .....                     Bakının dostu müharibə elan etdi .....                     Fuad Nəcəflinin təyyarədən fotosu yayıldı .....                     Deputatın qızı şikayətləndi .....                     Kanada Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib .....                     Naxçıvan Ali Məclisi Baş nazirin vəzifədən azad edilməsi barədə qərar verib .....                     Həbsdə olan Rəqsanənin uşaqlarına .....                     Ramiz Mehdiyevin bankı da narazılıq yaradır .....                     Sabiq nazir müşavirinə yeni vəzifə verildi .....                     Yeni icra başçısı bu məmurun bacısı oğludur .....                     TƏBİB 1,8 milyon manata .....                     Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq .....                     Naxçıvanı NƏ GÖZLƏYİR: Ceyhun Cəlilov necə davranacaq?.. .....                     Məşhur stomatoloqdan “halal vergi” təklifi .....                     Rusiyada saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu .....                     “Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib" .....                     Ədliyyə Nazirliyinin sabiq idarə rəisinə yeni vəzifə verilib .....                     London “dialoqda mən də varam” demək istəyib .....                     Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub .....                     Açıq rəngli BİTKİ YAĞLARI təhlükə SAÇIR – XƏBƏRDARLIQ .....                     Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir .....                     10 manatlıq şirkətdən ADNSU və Azərbaycan-Fransız Universiteti üçün 608 minlik nə alınacaq? .....                     Füzuli hərbi prokuroruna yeni müavin təyin edilib .....                     Bakıda 161 nömrəli marşrutla bağlı şikayətlər bitmir .....                     Şahin Məmmədov Dövlət Xidmətində yeni vəzifəyə təyin edildi .....                     Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub .....                     Əmrullayevin əmrindəki təhsilimiz... .....                     Zəfərin mübarək, Azərbaycan .....                     Həmin təyyarə ikinci əl imiş... .....                     "Ərimdən boşanmağa məcburam, ona təzyiqlər edilir" .....                     Mehdiyev işində mühüm detal ortaya çıxdı: Yeni şübhəlilər var .....                     Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı .....                     “Bakı Kristal Zalı”na yeni rəhbər təyin olundu .....                     “Music Gallery”nin meneceri şirkətin məhsullarını qumarda uduzub .....                     “Pilot bu səbəbdən siqnal ötürə bilməyib” .....                     “İndi meydanı veriblər Manafa” .....                     Nizami Rəmzinin qızına iş kəsildi .....                     Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır .....                     “Fuad Nəcəfli Naxçıvanı “dədə malı” kimi idarə edirdi” .....                 

Gəncədə kimlərin həbs olunma ehtimalı daha çoxdur? - İLGİNC İDDİALAR...
Tarix: 19-03-2024, 10:39 | Çap et
Gəncədə kimlərin həbs olunma ehtimalı daha çoxdur?
Martın 4-də elektron mediada Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhər İcra Hakimiyyətində əməliyyat keçirilməsi barədə xəbərlər yayılmışdı. İlkin məlumatlarda əməliyyat zamanı Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomiyev və digər müavinlərin də saxlanıldığı qeyd olunurdu. Lakin sonradan bu məlumatlar İcra Hakimiyyəti tərəfindən təkzib olundu. Daha sonra isə Baş prokurluq İcra Hakimiyyətində əməliyyatın keçirilməsini təsdiqlədi və əlavə məlumatların veriləcəyini açıqladı. Lakin üstündən artıq neçə gün keçməsinə baxmayaraq sözügedən əməliyyatın hansı səbəbdən keçirilməsi ilə bağlı Baş prokurluqdan hələ heç bir məlumat açıqlanmayıb.

Buna baxmayaraq missiya.az Gəncə şəhər İcra Hakimiyyətindəki mənbələrinə əsaslanıb olduqca ilginc məlumatlar yaydı. Məlumatda əməliyyat nəticəsində şəhərin baş memarı Elxan Məmmədovun saxlanıldığı iddia olunur və qeyd edilir ki, keçirilmiş əməliyyat adi şikayət əsasında deyil, ciddi faktlar əsasında aparılıb və bu məsələnin arxasında çox dərin mətləblər dayanır. Məlumata görə, hətta 1-ci müavinin saxlanılması barədə xəbərin dövriyyəyə buraxılması və sonradan təkzib olunmasının arxasında belə məkrli oyun dayanıb. Bu oyunu kim qurub və hansı məqsədlə? https://missiya.az/64834-gencede-hebsler-davam-edecek.html

Aktualinfo.org Gəncə şəhər İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı yayılan xəbərlərdən sonra yaydığı məqalədə Baş Prokurorluğun verəcəyi açıqlamadan asılı olmayaraq Niyazi Bayramovun öz əməllərinə kimisə qurban edəcəyini göstərmişdi. Bəzi əlavələrə ehtiyac olduğundan mövzuya bir daha qayıtmalı olduq. Təbii ki, burada ibtidai istintaqa maneəçilik, yaxud da gedişata mənfi təsir göstərə biləcək hər hansı bir hala yol verməmək şərti ilə.

Qeyd etdiyimiz kimi missiya.az-ın Gəncə şəhər İcra Hakimiyyətindəki mənbələrdən aldığı məlumatlarda şəhərin baş memarı Elxan Məmmədovun saxlanıldığı iddia olunur. Bəs baş memarın Gəncə şəhər İcra Hakimiyyətinin bulaşdığı korrupsiya işlərində nə kimi iştirakı ola bilər? Məlum olduğu kimi İcra Hakimiyyətinin baş memarı daha çox şəhər ərazisində yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçir, o cümlədən özbaşına tikinti işlərinin qarşısının alınmasını təmin edir. Yəni, baş memarın hər hansı bir obyektin, evin tikintisinə icazə verməkdən başqa o qədər də güclü səlahiyyəti yoxdur və bu işləri də İcra başçısının göstərişləri ilə həyata keçirir. Buradan da o, ancaq rüşvət ala, müəyyən pay götürə bilər. O, da Niyazi Bayramovdan xəbərsiz ola bilməz. Yəni Elxan Məmmədov yalnız rüşvətlə var-dövlət yığırsa, Niyazi Bayramov rüşvətlə bərabər, büdcədən ayrılan pullardan da paya sahibdir.

Elektron medianın yaydığı bəzi məlumatlardan başqa bu gün Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Gəncə şəhər İcra Hakimiyyətində qəfil keçirdiyi əməliyyatın təfərrüatı heç kimə məlum deyil. Çox böyük ehtimalla sözügedən qurumun keçirdiyi əməliyyat Gəncə şəhər İcra Hakimiyyətində yol verilən dövlət vəsaitlərinin mənimsənilməsi, korrupsiya halları ilə bağlıdır.

Məlum olduğu kimi Gəncə şəhərində təmir-bərpa, abadlıq-quruculuq işlərinin, yeni infrastruktur layihələrinin həyata keçirilməsinə hər il dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Bu vəsaitlərin böyük əksəriyyəti Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən keçirilən dövlət satınalma müsabiqələrinin qalibi seçdikləri şirkətlər vasitəsi ilə mənimsənilib.

Son vaxtlar sosial şəbəkələrdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramovun milyonlarla manat dəyəri olan dəbdəbəli maşın kolleksiyasının olması barədə yayılan məlumatlar bu yöndə şübhələri bir az da artırmış oldu. Bu da ictimaiyyət arasında bir məmur oğlunun hansı vəsaitlə bahalı maşınlar aldığına dair haqlı suallar doğurur. https://anaxeber.info/54346-gencenin-icra-bascisi-ogluna-6-bahali-masin-alib-arasdirma-video.html

Aşağıda Niyazi Bayramovun Gəncə İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra şəhərin təmir-bərpa, abadlıq-quruculuq işlərinə ayrılmış dövlət vəsaitlərinin kiçik bir qısmini diqqətinizə çatdırırıq. Onda Niyazi Bayramovun oğlu Bəhram Bayramovun milyonlarla manat dəyəri olan dəbdəbəli maşın kolleksiyasına pulu haradan aldığını təxmin etmək olar. Bununla da Gəncədə kimlərin həbs olunma ehtimalının daha çox olduğunu müəyyən etmək olar.

Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2020-2023-cü illərdə “ƏRDAGI” MMC ilə küçə və prospektlərdə abadlıq işlərinin abadlıq-quruculuq işlərinin satın alınması üzrə ümumi dəyəri 12 220 277 manat olan 5 satınalma müqaviləsi bağlayıb.

Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2018-2023-cü illərdə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC MMC ilə küçə və prospektlərdə abadlıq işlərinin, yolların əsaslı təmiri işlərinin, abadlıq-quruculuq işlərinin satın alınması üzrə ümumi dəyəri 45 054 591 manat olan 9 satınalma müqaviləsi bağlayıb.

Bunlardan başqa Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan İstehsalat Birliyi tərəfindən 2018-2023-cü illərdə Gəncə şəhərində çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və təmiri işləri üzrə Ximekspress-2000 firması 6.173.373,55 manat, “OASA” MMC ilə 2.435.000 manat, “Gəncə Avtomobil zavodu” İstehsalat Birliy ilə 5.985.000 manat, “ATLAS ES” MMC ilə birbaşa müqavilə 3.301.261,44 manat, Gəncə şəhərində qəza vəziyyətində olan yataqxana və yaşayış binalarının tikintisinin davam etdirilməsi üzrə “ALİANS”MMC ilə 8.506.646,26 manat, istirahət parklarında əsaslı təmir və abadlıq işləri, işıqlandırılma sistemlərinin əsaslı təmiri işləri üzrə “ELVİ.M.M. SERVİCES GROUP” MMC ilə 1.623.552,89 manat və 897.824 manat, “VEDİ CONSTRUCTİON” MMC ilə 897.240,78 manat və abadlıq işlərinin satınalınmsı üzrə 1.225.288 manat məbləğində ümumi dəyəri 31 045 214 manat olan 9 satınalma müqaviləsi bağlanılıb.

Biz buraya Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə ayrılan vəsaitləri əlavə etməmişik. Bu məqsədlə Gəncə şəhər İcra Hakimiyyəti ilə “Rövşən Oğuz Qrup” MMC arasında ümumi dəyəri 78 644 630 manat olan 9 satınalma müqaviləsinin bağlanıldığı barədə məlumat dövlət satınalmalarının vahid elektron portalı vasitəsi ilə açıqlanıb. Bununla da Gəncə şəhər İcra Hakimiyyəti 2019-2023-cü illərdə, yəni son 4 ildə Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsinə tam 100 milyon manata yaxın dövlət vəsait ayrılıb, amma işlər hələ də yekunlaşmayıb.

Qeyd edək ki, bu məlumatlar dəyəri milyon manatdan yuxarı olan satınalmalar üzrə hesablanıb. Gəncə şəhərində hər il küçə və prospektlərdə abadlıq, yolların əsaslı təmiri, abadlıq-quruculuq işlərinin satın alınması məqsədi ilə ayrılan yüz minlərlə manat dövlət vəsaitləri də var ki, müəmmalı MMC-lər vasitəsi ilə təyinatından kənarlaşdırılıb.

Onu xüsusilə vurğulamaq istərdik ki,Niyazi Bayramov bütün bu kimi işləri Gəncədə təkbaşına görmür. Ona bu işlərdə yaxından köməklik göstərənlərin biri İcra Hakimiyyətinin tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Nurəhməd Əhmədovdur. O, 1999-2016-cı illərdə Vergilər Nazirliyində baş müfəttiş, şöbə rəisi vəzifələrində çalışıb. 2017-2018-ci illərdə biznes fəaliyyəti ilə məşğul olub. Niyazi Bayramov 2018-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra Nurəhməd Əhmədov da MKTİB-də rəis müavini vəzifəsinə gətirilib.O, 2022-ci ilin yanvar ayından isə Birliyin rəisi vəzifəsində çalışır.

Maraqlıdır, Bakıda anadan olmuş, uzun müddət Vergilər Nazirliyi kimi bir qurumda müxtəlif vəzifələrdə çalışmış Nurəhməd Əhmədovu Gəncə şəhərində “JEK” müdiri işləməyə nə vadar edib? Avtobioqrafiyasından da göründüyü kimi Vergilər Nazirliyində işləyib, maliyyə işini yaxşı bilir, biznes fəaliyyəti ilə də məşğul olub, geniş əlaqələri var. Niyazi Bayramova da Gəncə şəhərinə ayrılan pulları talan etməyə məhz Nurəhməd Əhmədov kimi peşəkar lazımdı.

Niyazi Bayramovun Gəncədə talançılıq işlərinin başında başqa bir neçə şəxslər də var. Əldə etdiyimiz məlimatlara görə onlardan biri Gəncə şəhər Maliyyə İdarəsinin rəisi Rəşid Yusifovdu. O, da Niyazi Bayramov 2018-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyin edildikdən dərhal sonra bu vəzifənin başına gətirilib. Gəncədə İdman Sarayının da, Dram Teatrının da yeni binasının tikintilərinə və digər abadlıq-quruculuq işlərinə ayrılan pulların dəqiq hesabını, Niyazi Bayramovun bu yollarla nələrin əldə etdiyini hamıdan yaxşı Rəşid Yusifov bilir. Onunla bağlı əldə etdiyimiz məlimatlara ayrıca qayıdacağıq.

Həmçinin İcra başçısının yaxın dostu, adını hələlik hallandırmaq istəmədiyimiz başqa bir nəfərin Niyazi Bayramovla olan işbirliyinə də ayrıca toxunacağıq. Əldə etdiyimiz ən səhih məlumatlara görə Niyazi Bayramov həmin dostuna məxsus (əslində isə şərik olduğu) bir neçə şirkəti də işğaldan azad edilmiş Qarabağ torpaqlarında aparılan yenidənqurma işlərinə qoşub külli miqdarda pullar qazanır. Oğluna da milyonlarla manat dəyəri olan dəbdəbəli avtomobillər alır.

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
'Azəriqaz' rəhbərliyinin işsiz qoyduğu Qarabağ qaziləri Prezidentdən KÖMƏK İSTƏDİ - VİDEOMÜRACİƏT
Bu gün, 06:13
Bakının dostu müharibə elan etdi – Bu üç ölkəyə zərbələr endiriləcək
Bu gün, 06:05
Fuad Nəcəflinin təyyarədən fotosu yayıldı – Görün, nə edir
Bu gün, 00:27
Deputatın qızı şikayətləndi - Atamla bağlı müraciətim...
Bu gün, 00:24
Kanada Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Dünən, 18:19
Naxçıvan Ali Məclisi Baş nazirin vəzifədən azad edilməsi barədə qərar verib
Dünən, 18:18
Həbsdə olan Rəqsanənin uşaqlarına KİM BAXIR?
Dünən, 17:58
Ramiz Mehdiyevin bankı da narazılıq yaradır - TƏFƏRRÜAT
Dünən, 17:55
Sabiq nazir müşavirinə yeni vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:44
Yeni icra başçısı bu məmurun bacısı oğludur - FOTO
Dünən, 17:39
TƏBİB 1,8 milyon manata - AUDİTOR SEÇDİ
Dünən, 17:37
Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq
Dünən, 17:31
Naxçıvanı NƏ GÖZLƏYİR: Ceyhun Cəlilov necə davranacaq?.. - Görünəni odur ki...
Dünən, 17:27
Məşhur stomatoloqdan “halal vergi” təklifi - "1800 manat çoxdur"
Dünən, 17:19
Rusiyada saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:12
Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu - Oyun planı dəyişməyib?
Dünən, 17:11
“Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib" - AZAL-ın keçmiş prezidenti
Dünən, 17:07
Ədliyyə Nazirliyinin sabiq idarə rəisinə yeni vəzifə verilib - ƏMR
Dünən, 17:01
London “dialoqda mən də varam” demək istəyib - ŞƏRH
Dünən, 16:48
Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub
Dünən, 16:44
Açıq rəngli BİTKİ YAĞLARI təhlükə SAÇIR – XƏBƏRDARLIQ – XƏBƏRDARLIQ
Dünən, 16:36
Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir - Özünün xəbəri yoxdur
Dünən, 16:33
10 manatlıq şirkətdən ADNSU və Azərbaycan-Fransız Universiteti üçün 608 minlik nə alınacaq?
Dünən, 16:30
Füzuli hərbi prokuroruna yeni müavin təyin edilib - ƏMR
Dünən, 16:28
Bakıda 161 nömrəli marşrutla bağlı şikayətlər bitmir - Sərnişinlər narazıdır
Dünən, 16:27
Şahin Məmmədov Dövlət Xidmətində yeni vəzifəyə təyin edildi - BUNDAN SONRA...
Dünən, 16:17
Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub - FOTO
Dünən, 16:15
Əmrullayevin əmrindəki təhsilimiz... - Burda işlər əyridir...
Dünən, 16:10
Zəfərin mübarək, Azərbaycan - MƏQALƏ
Dünən, 16:06
Həmin təyyarə ikinci əl imiş... - YENİ DETALLAR
Dünən, 15:56
"Ərimdən boşanmağa məcburam, ona təzyiqlər edilir" - Səidə Haqverdiyeva
Dünən, 15:54
Mehdiyev işində mühüm detal ortaya çıxdı: Yeni şübhəlilər var - TƏFƏRRÜAT
Dünən, 15:48
Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı - Paşinyan təkzib etdi
Dünən, 15:44
“Bakı Kristal Zalı”na yeni rəhbər təyin olundu - BUNDAN SONRA...
Dünən, 15:39
“Music Gallery”nin meneceri şirkətin məhsullarını qumarda uduzub – MƏHKƏMƏ İŞİ
Dünən, 15:28
“Pilot bu səbəbdən siqnal ötürə bilməyib” - Məşhur polkovnikin qəza ilə bağlı VERSİYALARI
Dünən, 15:22
“İndi meydanı veriblər Manafa” - Xalq artisti
Dünən, 15:21
Nizami Rəmzinin qızına iş kəsildi - “Kaş atam o qadınla ailə həyatı qurmazdı”
Dünən, 15:10
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
Dünən, 15:08
“Fuad Nəcəfli Naxçıvanı “dədə malı” kimi idarə edirdi” – Siyasi şərhçidən Ceyhun Cəlilovla bağlı PROQNOZ
Dünən, 14:50
Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı - Paşinyan təkzib etdi
Dünən, 14:47
“UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb - Mediada yayılan məlumatlar əsasında
Dünən, 14:34
Rusiya qəribə hesabat yaydı: - "İrəvanın öpüşü"
Dünən, 14:28
Məktəblərdə “bıçağı sümüyə dirəyən” SƏBƏB - Kişi müəllim QITLIĞI, YOXSA?
Dünən, 14:27
Türkiyənin Gürcüstanda qəzaya uğrayan təyyarəsinin qara qutusu tapılıb - NTV
Dünən, 14:24
"Vəsait ayrılmasa, etiraz edəcəyik" - Rasim Balayev
Dünən, 14:22
Nazirlik dövlət tədbirlərinə dəvət olunan müğənnilərə ödənişin edilib-edilməməsinə aydınlıq gətirib
Dünən, 14:17
“Mənzər Nurəliyeva Mədəniyyət Nazirliyində korrupsiya ocağı açıb, amma toxunulmazdır” - İTTİHAM VAR...
Dünən, 14:09
Texniki nasazlıq, yoxsa... – Hərbi təyyarə qazası ətrafında şübhələr
Dünən, 14:05
Kağızı pula çevirəcəyini vəd edən sehrbaza hökm oxundu
Dünən, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru