"Bizim Ucar rayonu Şahlıq kəndi Bakı-Tiflis magistral yolunun 6-cı km.-də, Ramal və Əlikənd kəndindən sonra axırıncı kənddir. O biri iki kənd yol qırağı olduğu üçün gözdən pərdə asmaq üçün orada dövlət hesabına qaz çəkilişi, telefon internet çəkilişi edirlər, amma Şahlıqdan bütün bu işləri kənd sakinlərindən pul yığıb edirlər". Bu barədə diaaz.space-ya edilən müraciətdə deyilir.
Narazı vətəndaşlar adından edilən müraciədə daha sonra bildirilir: "Təbii qaz həmin iki kəndə pulsuz, amma bizim Şahlıq kəndindən ev başına 500-600 manat yığılmaqla çəkildi.
Bizim kəndin adı Şahlıq olduğu üçündür yəqin?
Kənd camaatı kəndin adını dəyişmək üçün müraciət edəcək... Qullar kəndi etsinlər adını.
İndi də telefon-internet hər iki kəndə pulsuz - dövlət hesabına çəkilib, amma bizim Şahlıq kəndinin girişində boş "stolba" basdırıb dayanıblar ki, yəqin Şahlıq kəndinin ŞAHƏNŞAH sakinləri əllərini ciblərinə atsın.
Bu nə deməkdir axı?
Bizim kəndin adı Şahlıq olsa da, qul kimi yaşayırıq. Kas adı qul olub... şah kimi yasayaydıq..."