Böyük Britaniya Cənubi Qafqaza qayıdır .....                     Gürcüstan Azərbaycana olan borcunu tam ödədi .....                     Paşinyandan “Putin NATO-su”na hücum .....                     Paşinyan Azərbaycanla sülhə sadiq olduğunu təsdiqləyib .....                     "Axı niyə fəhləyə qul kimi baxırlar?.." .....                     Sahil Babayev nazirin pulunu kəsdi .....                     Tərtərdə 20 illik hotel bağlanır .....                     Bakıdan İrəvana sərt tələb .....                     Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr .....                     Azərbaycanda BOKT ləğv olunur .....                     Azərbaycanın müttəfiqi Türkiyə ilə dostu İsrail arasında müharibə riski ən pik həddə çatıb .....                     "Finoko" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Teatrda heç kimlə ikili oyun oynamıram" .....                     "Benfika" "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb .....                     ‘Lotto Lombard’ mənim sığorta pulumu mənimsədi, maşınımı da qaytarmır” .....                     "Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları sonlandırılanda regionda təhlükəsizlik tam təmin olunacaq" .....                     Vasif Talıbovun korrupsiya ortağı BELƏ İLİŞDİ .....                     Dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır? .....                     Hərbi Hava Qüvvələrinin generalının adı ilə onun müəllimini necə aldadıblar? .....                     Günbəgün bahalaşan dərman bazarı... .....                     “Onkoloji xəstənin pulunu verməmək hansı vicdana, hansı insafa sığar?” .....                     Məmləkətin 'Azercell' boyda dərdi... .....                     Bu qanunsuzluq aradan qalxmasa... .....                     Təhsil problemini həll etməli olanlar... .....                     Əmrullayev elə danışdı ki, elə bil ekspertdir... nazir deyil... .....                     Rusiya Azərbaycan-Böyük Britaniya münasibətlərinə qarşı: Kremli narahat edən nədir? .....                     "Bunlar tam şəkildə açıqlanıb, ifşa olunub ictimaiyyətin diqqətinə çatdırılmalıdır" .....                     Bahalı geyimi ilə xalqa qarışmaq istədi... .....                     Barışa vurulacaq MÖHÜR... .....                     "Təəssüf olsun ki, bəzi insanlar mənim reklam etdiyimə inanırlar" .....                     Tramp və Putinlə heç bir şərt olmadan görüşməyə hazıram .....                     Hafiz Hacıyevdən əməkhaqqı ilə bağlı məsələyə SƏRT REAKSİYA .....                     Azərbaycan suverenliyinin qələbəsi .....                     "Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı .....                     Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ .....                     Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb .....                     Bu da RUS MUNDARLIĞI... .....                     Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb .....                     Özü və xanımı yenidən tələbə oldu .....                     "İşimin başındayam, narahat olmayın" .....                 

Özəlləşdirmə maxinasiyaları: vətəndaşların iştirak hüququ məhdudlaşdırılıb - NƏ BAŞ VERİR?
Tarix: 21-07-2021, 15:41 | Çap et
Özəlləşdirmə maxinasiyaları: vətəndaşların iştirak hüququ məhdudlaşdırılıb
Vətəndaşların əlində qalan və heç bir işə yaramaz hala gələn özəlləşdirmə çeklərinin aqibəti barədə dəfələrlə yazılıb, danışılıb. Lakin hələlik ortada ciddi nəticə yoxdur və vətəndaş şikayətlərinin ardı-arası kəsilmir.

Ötən əsrin 90-cı illərinin sonlarında hər bir vətəndaşa əvəzsiz olaraq verilən 4 çekdən ibarət özəlləşdirmə paylarının tədavül müddəti başa çatıb. Lakin yüzminlərlə insan hələ də bu çekləri saxlayır və nə zamansa yenidən işə yaracağına ümid edir.

Hüquqşünas Fərhad Mehdiyev AYNA-ya şərhində deyib ki, özəlləşdirmə çeklərini verməkdə məqsəd sosialist iqtisadiyyatının bazar iqtisadiyyatına keçidi zamanı bütün əmlakın xalq arasında bölüşdürülməsinə nail olmaq idi: “Bunu isə özəlləşdirmə çekləri vasitəsilə həyata keçirməyi planlaşdırırdılar. Bunun nə qədər faydalı olması məsələsinə gəldikdə, onu deyə bilərəm ki, özəlləşdirmə məsələsi çox qeyri-şəffaf həyata keçirildi və çox ciddi qanunsuzluqlar baş verdi. Bunlar necə baş verdi? Müəssisə rəhbərləri təkbaşına, kollektivin əlinə keçmədən öz aralarında paylaşdırdılar. Amma bunun hamısı kiçik müəssisə rəhbələri tərəfindən olmadı. Ciddi oliqarxların özəlləşdirdikləri xeyli müəssisələr var”.

“Misal üçün, sözügedən çeklər vasitəsilə AZAL rəhbərliyinin Naftalanda özəlləşdirdiyi otellər var. Vətəndaşlar özəlləşdirmədə aktiv iştirak etməkdən məhrum olduqdan (həm qeyri-şəffaflıq, həm proseduru bilməməzliyə görə, kənddə yaşayan insan Bakıda özəlləşdirmədə necə iştirak edə bilərdi?) sonra onlar bazarda öz paylarını çox ucuz qiymətə satmağa başladılar. Məsələn, onlara deyilirdi ki, bir özəlləşdirmə çekinin qiyməti maksimum 100 dollardır. Halbuki özəlləşdirmə zamanı onlar heç vaxt o qiymətə hesablana bilməzdi. Onların qiyməti ən azı 1500-1800 dollar idi. Bəzən qiymətlər ondan da yüksək hesablanırdı”, - deyə həmsöhbətimiz bildirib.

Özəlləşdirmə çeklərinin tədavülü məsələsinə toxunan ekspertin sözlərinə görə, birinci özlləşdirmə qanununda özəlləşdirmə çeklərinin son tarixi barədə hər hansı bir məlumat yox idi: “Amma daha sonra müxtəlif hüquqi aktlarla onlara məhdudiyyətlər tətbiq olunmağa başladı. Lakin ilk çıxan özəlləşdirmə çeklərində son tarixin olmaması barədə məlumatı da qeyd etmək lazımdır”.

Hüquqşünas bununla da insanların özəlləşdirmədə iştirak hüququnun məhdudlaşdırıldığını vurğulayıb: “Çünki bir çox iri və ciddi müəssisələr özəlləşdirmə çeklərinin dayandırıldığı müddətə qədər özəlləşdirilmədi. Amma ondan sonra özəlləşdirməyə çıxarıldı. Əvvəl çeklərin tədavül müddəti 2 il, 2 il uzadılırdı. Vətəndaş da gözləyirdi ki, müddət onsuz da yenə uzadılacaq, özlləşdirilən müəssisələr açılacaq və o da iştirak edəcək. Lakin bunların heç biri baş vermədi. Ona görə də deyə bilərəm ki, bununla da vətəndaşların hüquqları məhdudlaşdırılmış oldu”.

Qeyd edək ki, Azərbaycan İnvestisiya Holdinqi (AİH) yaradılıb ki, onun da məqsədi dövlət mülkiyyətində olan müəssisələrin özəlləşdirilməsinin həyata keçirilməsidir. Və çeklər paylandığı zaman qanunda belə göstərilirdi ki, dövlət əmlakının özəlləşdirilməsində 65 faiz məhz özəlləşdirilmə çekləri vasitəsilə həyata keçirilməlidir.

AİH-in fəaliyyəti özəlləşdirilmə çeklərindən istifadəni aktuallaşdıra və onların tədavülü bərpa oluna bilərmi? Bu suala cavabında F.Mehdiyev qeyd edib ki, bununla bağlı ya Prezidentin fərmanı, ya da Nazirlər Kabinetinin qərarı olmalıdır: “Çünki İnvestisiya Holdinqinin təkbaşına belə bir məsələni həyata keçirmək səlahiyyəti yoxdur. Dövlət səviyyəsində qərar olmalıdır”.

İqtisadçı ekspert Eldəniz Əmirov isə AYNA-ya açıqlamasında öncə sadə formada səhmin mahiyyətinə toxunub: “Səhm öz sahibinə səhmdar cəmiyyətlərin idarə edilməsində və gəlirlərində şəriklik hüququ verir. Başqa sözlə, səhmdar cəmiyyətin səhmini əldə etmək - onun xalis mənfəətindən müvafiq həcmdə pay əldə etmək deməkdir. Səhmlər müxtəlif formada təsnifləşdirilsə də, sahibinə verdiyi hüquqa görə təsnifi daha əsasdır. Bu baxımdan səhmlər adi və imtiyazlı olur. Adi səhm sahibləri səhmdar cəmiyyətin mənfəətinə uyğun gəlir əldə edirlər. Yəni dividendlərin ödənilməsi barədə qərar qəbul olunduğu təqdirdə, sahib olduğu səhmin həcminə uyğun dividend əldə edir. Lakin imtiyazlı səhm sahiblərində vəziyyət başqadır. Səhmdar cəmiyyətin illik fəaliyyət nəticəsindən asılı olmayaraq, əvvəlcədən müəyyənləşdirilmiş, sabit faizlə dividend əldə edirlər. Digər fərq isə səsvermə hüququ ilə bağlıdır. Adi səhm sahibinin cəmiyyətin idarəçiliyində səsvermə hüququ olur, imtiyazlı səhm sahiblərinin isə belə bir hüququ olmur”.

“Qiymətli kağızlar bazarında adətən açıq səhmdar cəmiyyətlərin adi səhmlərinin sərbəst alqı-satqısı mümkündür. Səhmin nominal dəyəri isə səhmin dəyərinin cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş pul ifadəsidir və bu dəyər Azərbaycan Respublikasının milli valyutası ilə ifadə olunur. Qanunvericiliyə əsasən, açıq səhmdar cəmiyyətlərinin səhmlərinin yerləşdirilməsi fond birjası vasitəsi ilə həyata keçrilir. Azərbaycanda isə əsas fond birjası Bakı Fond Birjasıdır (BFB). Burada qiymətli kağızların əldə edilməsi və BFB tərəfindən təşkil edilmiş bazarlarda iştirak birja üzvləri vasitəsi ilə həyata keçirilir. Bunun üçün arzu edilən birja üzvünə müraciət etmək gərəklidir. Sadəcə bir məsələ var ki, xarici və yerli səhm bazarları arasında kəskin fərqlər hələ də qalmaqdadır. Bunun da öz obyektib və subyektiv səbəbləri var. Qısaca desək, bizdə səhm bazarı yox səviyyəsindədir”, - deyə iqtisadçı söyləyib.

Özəlləşdirmə çekləri ilə bağlı məsələyə gəldikdə, Əmirovun dediyinə görə, 90-cı illərdə əhali sayına uyğun hər bir vətəndaşa 4 çekdən ibarət özəlləşdirmə payı verildi: “Bu, ümumilikdə 31,9 milyon özəlləşdirmə çeki demək idi. Bunların istifadə müddəti bir neçə dəfə artırıldıqdan sonra, nəhayət 2011-ci il yanvar ayının 1-də başa çatdı. Lakin bu çeklərin hələ də 6,38 milyonu istifadə olunmayıb. Qalan çeklərin yenidən istifadə edilməsi üçün yenidən fərman imzalanmalıdır. Üstəlik qabaqkı özəlləmə prosesi zamanı ciddi qanunsuzluqlar yaşandı. Məsələn, bəziləri düşünürdü ki, böyük şirkətlərdə pay əldə etməklə varlanacaqlar. Sonradan məlum oldu ki, özəlləşdirilən müəssisələrin çoxu “ölü”dür. Bu səbəbdən əgər yerdə qalan çeklərin tədavülü bərpa olunacaqsa, tamam şəffad mexanizm yaradılmasa, yenə ciddi problemlər ortaya çıxacaq”.

Mütəxəssis problemin kökündə normal səhm bazarının olmamasının dayandığını qeyd edib: “Bu, əslində səhm bazarı məsələsi idi. Normal səhm bazarının olmadığı bir ortamda bu cür özəlləşmə çekləri fayda vermir. Çünki özəlləşmə çeklərini hansısa bir müəssisənin özəlləşdirilməsində pay olaraq qoyub, oradan dividend götürmək üçün səhm bazarı, şəffaf bir ortam olmalıdır ki, ondan istifadə edən vətəndaş da payçı olaraq öz gəlirini götürə bilsin. Ona görə də vətəndaşların əksəriyyəti həmin çekləri dəyər-dəyməzinə satdı”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Böyük Britaniya Cənubi Qafqaza qayıdır -ŞƏRH
Bu gün, 10:15
Gürcüstan Azərbaycana olan borcunu tam ödədi
Bu gün, 10:08
Paşinyandan “Putin NATO-su”na hücum - Bakıdan əl çəkmir
Bu gün, 09:59
Paşinyan Azərbaycanla sülhə sadiq olduğunu təsdiqləyib
Bu gün, 09:57
"Axı niyə fəhləyə qul kimi baxırlar?.." - ETİRAZ VAR...
Bu gün, 09:55
Sahil Babayev nazirin pulunu kəsdi – Qayıbovun maliyyə qeybinin pərdəarxası
Bu gün, 09:47
Tərtərdə 20 illik hotel bağlanır
Bu gün, 09:40
Bakıdan İrəvana sərt tələb - o əski parçalarını yığışdır!
Bu gün, 09:39
Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr - MƏQALƏ
Bu gün, 09:33
Azərbaycanda BOKT ləğv olunur
Bu gün, 09:29
Azərbaycanın müttəfiqi Türkiyə ilə dostu İsrail arasında müharibə riski ən pik həddə çatıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20
"Finoko" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:16
"Teatrda heç kimlə ikili oyun oynamıram" - Nicat Kazımov
Bu gün, 09:14
"Benfika" "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb
Bu gün, 09:06
‘Lotto Lombard’ mənim sığorta pulumu mənimsədi, maşınımı da qaytarmır” - Qarabağ qazisi NARAZILIQ EDİR
Bu gün, 07:34
"Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları sonlandırılanda regionda təhlükəsizlik tam təmin olunacaq" - FAKT BUDUR!
Bu gün, 07:31
Vasif Talıbovun korrupsiya ortağı BELƏ İLİŞDİ - İDDİA
Bu gün, 07:28
Dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:25
Hərbi Hava Qüvvələrinin generalının adı ilə onun müəllimini necə aldadıblar? - TƏFƏRRÜAT
Bu gün, 07:23
Günbəgün bahalaşan dərman bazarı... - NƏ ETMƏLİ?
Bu gün, 07:18
“Onkoloji xəstənin pulunu verməmək hansı vicdana, hansı insafa sığar?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:16
Məmləkətin 'Azercell' boyda dərdi... - AXI NİYƏ?..
Bu gün, 07:13
Bu qanunsuzluq aradan qalxmasa... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:02
Təhsil problemini həll etməli olanlar... təhsilimizə belə PROBLEM YARADIR...
Bu gün, 06:58
Əmrullayev elə danışdı ki, elə bil ekspertdir... nazir deyil... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:52
Rusiya Azərbaycan-Böyük Britaniya münasibətlərinə qarşı: Kremli narahat edən nədir? - AKTUAL
Bu gün, 06:41
"Bunlar tam şəkildə açıqlanıb, ifşa olunub ictimaiyyətin diqqətinə çatdırılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:39
Bahalı geyimi ilə xalqa qarışmaq istədi... - AMMA belə fərqləndi...
Bu gün, 06:36
Barışa vurulacaq MÖHÜR... - GƏLİŞMƏ
Bu gün, 06:32
"Təəssüf olsun ki, bəzi insanlar mənim reklam etdiyimə inanırlar" - MÜRACİƏT
Bu gün, 06:27
Tramp və Putinlə heç bir şərt olmadan görüşməyə hazıram - Zelenski
Bu gün, 06:19
Hafiz Hacıyevdən əməkhaqqı ilə bağlı məsələyə SƏRT REAKSİYA - “Min manat nə puldur ki...”
Dünən, 19:26
Azərbaycan suverenliyinin qələbəsi - İNCƏLƏMƏ
Dünən, 19:21
"Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı - QALİB ŞİRKƏT
Dünən, 17:42
Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ - TƏFƏRRÜAT
Dünən, 17:35
Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb
Dünən, 17:29
Bu da RUS MUNDARLIĞI... - VİDEO
Dünən, 17:26
Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb - ATƏT rəsmisi
Dünən, 17:21
Özü və xanımı yenidən tələbə oldu
Dünən, 17:19
"İşimin başındayam, narahat olmayın" - ETİRAZ
Dünən, 17:11
Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir - GƏLİŞMƏ
Dünən, 17:09
“Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutdu
Dünən, 17:06
Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub - YENİLƏNDİ
Dünən, 17:01
Ermənistan qadınlardan ibarət ordu qurur
Dünən, 16:48
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? – Tam siyahı
Dünən, 16:28
Dövlət qurumu 200 milyon manatlıq ərazi alır - DETALLAR
Dünən, 16:26
Əməliyyata gülə-gülə girən qadın iflic oldu - VİDEO
Dünən, 16:20
Keçmiş qondarma rəhbər imzasını danır – Şahramanyan dərsliklə dava edir
Dünən, 16:16
Təcavüzün cəzası NƏDİR – Zorakılıq, ya hüquq?
Dünən, 16:01
"Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" - Zərdüşt Əlizadə
Dünən, 15:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru