23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi .....                     Vidadi Mustafayevin Azərbaycan əleyhinə fəaliyyəti... .....                     Arvadına 20 bıçaq zərbəsi vuran qısqanc ərə .....                     Vəkil Cavidan Osmanlı dələduzluqda ittiham olunur .....                     Əbdül Xalidlə bağlı ŞOK İDDİA .....                     Bakıda İsrail və Suriya arasında kritik GÖRÜŞ .....                     Yetərsay çatmadı, bir qurumun tenderi .....                     İran “Mossad agenti”ni dar ağacına göndərdi .....                     Kişi 7-ci mərtəbədən yıxılıb öldü .....                     Paşinyanın növbəti hiyləsi: .....                     "Nazirlər ya telefonu götürmürlər, ya da məktublarımıza gec cavab verirlər" .....                     Vardanyanın Paşinyanı Bakıya gətirmək planı .....                     Zelenski Qərbə çağırış etdi: .....                     "Hələ də anlaya bilmirəm ki,..." .....                     Paşinyan II Qareginin yerinə namizəd tapıb .....                     Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara .....                     “Qarabağ”ın Lissabon FƏTHİ .....                     "Tamar" qaz layihəsinə görə Azərbaycanın İsrailə yatırımları yarım mlrd. dolları ötüb .....                     Kriminal aləmdə “Gəncəli Püsük” kimi tanınan şəxslə bağlı .....                     "Onları ifşa etdiyim üçün məni məhkəmənin əli ilə cəzalandırmaq istəyirdilər..." .....                     "Qarabağ"ın hər hücumu təhlükəli idi" .....                     Köhnə rəhbərlik NƏDƏN CƏZASIZ QALIB? .....                     Böyük Britaniya Cənubi Qafqaza qayıdır .....                     Gürcüstan Azərbaycana olan borcunu tam ödədi .....                     Paşinyandan “Putin NATO-su”na hücum .....                     Paşinyan Azərbaycanla sülhə sadiq olduğunu təsdiqləyib .....                     "Axı niyə fəhləyə qul kimi baxırlar?.." .....                     Sahil Babayev nazirin pulunu kəsdi .....                     Tərtərdə 20 illik hotel bağlanır .....                     Bakıdan İrəvana sərt tələb .....                     Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr .....                     Azərbaycanda BOKT ləğv olunur .....                     Azərbaycanın müttəfiqi Türkiyə ilə dostu İsrail arasında müharibə riski ən pik həddə çatıb .....                     "Finoko" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Teatrda heç kimlə ikili oyun oynamıram" .....                     "Benfika" "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb .....                     ‘Lotto Lombard’ mənim sığorta pulumu mənimsədi, maşınımı da qaytarmır” .....                     "Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları sonlandırılanda regionda təhlükəsizlik tam təmin olunacaq" .....                     Vasif Talıbovun korrupsiya ortağı BELƏ İLİŞDİ .....                     Dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır? .....                 

Paşinyandan “Putin NATO-su”na hücum - Bakıdan əl çəkmir
Tarix: Bu gün, 09:59 | Çap et

Ermənistanın baş naziri Nikol Paşinyan yenidən hədəfi dəyişməyib, bu dəfə də Azərbaycanın adını çəkərək “Putin NATO-su”na daş atıb. Modern.az xəbər verir ki, “Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025" beynəlxalq konfransında çıxış edən Paşinyan KTMT-ni Ermənistanın təhlükəsizliyini təmin edə bilməməkdə günahlandırıb.

Onun sözlərinə görə, artıq hərbi-siyasi ittifaqlar və ordunun özü ölkənin xarici təhlükəsizliyini qorumaq üçün effektiv mexanizm deyil: "Xüsusilə KTMT məsələsində 3 dəfə uğursuzluq olub. KTMT Azərbaycana eyni dərəcədə “qardaş ölkə” kimi yanaşıb və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Amma eyni yanaşmanı Ermənistan üçün görmək mümkün olmayıb". Paşinyan xatırladıb ki, 2021-ci ilin mayında, 2022-ci ilin sentyabrında, eləcə də İkinci Qarabağ müharibəsi zamanı Ermənistan KTMT-yə müraciət etsə də, cavab ala bilməyib. Lakin burada bir paradoks ortaya çıxır: Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa, o halda KTMT hansı əsasla Qarabağ uğrunda savaşda İrəvana hərbi dəstək verməliydi? Axı təşkilatın nizamnaməsi açıq şəkildə göstərir ki, yalnız üzv dövlətlərin suveren ərazisinə hücum olduqda kollektiv müdafiə mexanizmi işə düşür. Putin həmin vaxt açıq demişdi: “Müharibə Ermənistan ərazisində getmir”. İndi isə Paşinyan eyni fikri təsdiqləyir. Deməli, KTMT, sadəcə, nizamnaməyə uyğun davranıb. Əslində məsələ başqadır: son 2 ildə KTMT-nin bütün tədbirlərini boykot edən Ermənistan rəhbərliyi artıq bu blokdan çıxmaq üçün bəhanələr axtarır. İndi də günahı Azərbaycan üzərinə yıxaraq “Putin NATO-su”na qarşı ritorikanı sərtləşdirir. Amma Bakı üzərindən KTMT-yə hücum cəhdləri həm məntiqsizdir, həm də siyasi uğursuzluğa məhkumdur.

Hərbi ekspert Rövşən Məhərrəmli “Yeni Müsavat”a deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın son 2 ildə KTMT tədbirlərini boykot etməklə, faktiki olaraq bu qurumdan uzaqlaşma kursunu seçib: “Amma Ermənistan hələ də açıq şəkildə təşkilatdan çıxmağa cəsarət etmir. Çünki yaxşı anlayır ki, KTMT-dən tam qopmaq Moskva ilə münasibətlərin qəti şəkildə korlanması deməkdir və bu, həm siyasi, həm də iqtisadi baxımdan Ermənistan üçün ciddi risklər yarada bilər. Belə bir vəziyyətdə Paşinyan Qərbə inteqrasiya yolunu prioritet elan edib. Lakin burada da problem var, Ermənistan NATO və ya Avropa İttifaqı ilə yaxınlaşmaq istəsə də, onların heç biri Ermənistanı dərhal təhlükəsizlik "çətiri" altına almağa hazır deyil. Qərbin mövqeyi daha çox regional sabitliyə və Azərbaycanın üstün mövqeyinə hörmət əsasında formalaşır. Bu gün Azərbaycan bölgənin əsas hərbi-siyasi oyunçusudur və Qarabağ məsələsinin qəti həlli ilə öz suverenliyini tam təmin edib. Ermənistanın bütün arqumentlərinin iflasa uğraması da məhz bu reallıqdan qaynaqlanır".

Hərbi ekspert bildirib ki, Ermənistanın indiki təhlükəsizlik böhranı bir tərəfdən Moskva ilə münasibətlərin soyuqlamasından, digər tərəfdən isə Qərbin hələlik konkret hərbi dəstək təklif etməməsindən qaynaqlanır: “Yəni Ermənistan hazırda "boşluq" mərhələsini yaşayır. Belə şəraitdə Paşinyanın Azərbaycanı da işin içinə qataraq KTMT-ni ittiham etməsi, sadəcə, daxili auditoriyaya hesablanmış addımdır. Amma bu addımlar nə beynəlxalq miqyasda dəstək gətirəcək, nə də Ermənistanın real təhlükəsizlik problemlərini həll edəcək. Hazırda KTMT-də qalmaq Ermənistan üçün ənənəvi variantdır. Bununla Moskva ilə münasibətlərdə müəyyən sabitlik qorunur, iqtisadi asılılıq mexanizmləri davam edir. Paşinyanın son çıxışları göstərir ki, İrəvanın hədəfi Ermənistan Avropa İttifaqı və NATO ilə yaxınlaşmaqla siyasi dəstək və iqtisadi imkanlar əldə etməsidir. Ən önəmlisi budur ki, Qərb Azərbaycanın regiondakı gücünü və ərazi bütövlüyünü tanıyır. Hazırda Ermənistan üçün nəzəri olaraq ən balanslı yol Moskva ilə tam qarşıdurmadan yayınmaq, eyni zamanda Qərblə əməkdaşlığı inkişaf etdirməkdən keçir. Ermənistanın coğrafi mövqeyi, Rusiya hərbi bazasının Gümrüdə yerləşməsi və iqtisadi asılılıq bu siyasətin reallaşmasını çətinləşdirir. Bundan başqa, regionda neytral mövqeyi qorumaq üçün güclü dövlətçilik və sabit iqtisadi əsaslar lazımdır, amma Ermənistanda bunlar yoxdur. Buna görə də Ermənistanın təhlükəsizlik siyasəti dalana dirənib. Bu şəraitdə Paşinyanın Azərbaycan üzərindən KTMT-yə ittihamlar yönəltməsi əslində daxili auditoriyaya hesablanmış gedişdir. Amma strateji baxımdan Ermənistanın əlində real çıxış yolu görünmür".

Siyasi şərhçi Kamran Məmmədli “Yeni Müsavat”a deyib ki, Paşinyanın KTMT-yə qarşı son çıxışlarını sırf ittifaqdan məyusluq kimi dəyərləndirmək sadəlövhlük olar: “Burada məsələ daha dərindir. Əvvəla, Paşinyan etiraf edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu halda KTMT-dən Qarabağ uğrunda döyüşlərdə hərbi dəstək gözləməsi absurddur. Çünki təşkilatın nizamnaməsi yalnız üzv dövlətin beynəlxalq səviyyədə tanınmış ərazisinə hücum olduqda işə düşür. Bunu həm Putin, həm də digər KTMT liderləri açıq demişdilər. Əslində Paşinyanın çıxışlarında 2 paralel xətt var - Moskva ilə məsafəni artırmaq, Ermənistan artıq KTMT-nin iclaslarını boykot edir və faktiki olaraq təşkilatdan çıxışa hazırlaşır.

Bundan əlavə, daxili auditoriyanı bu addıma hazırlamaq. Paşinyan indiki halda çalışır ki, Ermənistan cəmiyyətinə “bizim günahımız deyil, KTMT bizi müdafiə etmədi” mesajını versin. Bu gün İrəvanda yaxşı anlayırlar ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və regionda yeni qaydaları müəyyən edən əsas gücə çevrilib. Burada bir mühüm detal da var. Ermənistan Qərbə doğru yönəlmək istəyir, amma Qərb Ermənistanın bütün arzularını dəstəkləməyəcək. Çünki Vaşinqton və Brüssel də Azərbaycanın ərazi bütövlüyünü tanıyır və regionda Bakı ilə əməkdaşlığı prioritet sayır".

Siyasi şərhçi deyib ki, Nikol Paşinyanın KTMT-yə qarşı ittihamlı ritorikası əslində Ermənistanın çıxılmaz vəziyyətini ört-basdır etmək cəhdidir: “Hədəf KTMT deyil, hədəf Moskva ilə balansı dəyişmək və Qərbə mesaj göndərməkdir. Amma bunu Azərbaycanı işin içinə qataraq etməsi həm diplomatik, həm də siyasi baxımdan uğursuzdur. Nikol Paşinyan bu cür gedişlərlə yalnız daxili auditoriyasını azdıra bilər”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi - MƏQALƏ
Bu gün, 12:05
Vidadi Mustafayevin Azərbaycan əleyhinə fəaliyyəti... - Diaspor adı altında Rusiya layihəsi
Bu gün, 12:00
Arvadına 20 bıçaq zərbəsi vuran qısqanc ərə 14 il HƏBS CƏZASI
Bu gün, 11:54
Vəkil Cavidan Osmanlı dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 11:51
Əbdül Xalidlə bağlı ŞOK İDDİA - “İlk evliliyindən olan uşağına…”
Bu gün, 11:47
Bakıda İsrail və Suriya arasında kritik GÖRÜŞ - "Sky News Arabia"
Bu gün, 11:41
Yetərsay çatmadı, bir qurumun tenderi - LƏĞV OLUNNDU
Bu gün, 11:34
İran “Mossad agenti”ni dar ağacına göndərdi - İRNA
Bu gün, 11:32
Kişi 7-ci mərtəbədən yıxılıb öldü - Bakıda DƏHŞƏT
Bu gün, 11:29
Paşinyanın növbəti hiyləsi: - “Qarabağ binası” niyə ləğv olunmur?
Bu gün, 11:27
"Nazirlər ya telefonu götürmürlər, ya da məktublarımıza gec cavab verirlər"
Bu gün, 11:23
Vardanyanın Paşinyanı Bakıya gətirmək planı – MƏHKƏMƏ ZALINDAN ERMƏNİSTANA ATILAN "BOMBA"
Bu gün, 11:17
Zelenski Qərbə çağırış etdi: - “Daha çox Ukraynanı düşünün”
Bu gün, 11:01
"Hələ də anlaya bilmirəm ki,..."
Bu gün, 10:58
Paşinyan II Qareginin yerinə namizəd tapıb
Bu gün, 10:56
Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara SƏRT REAKSİYA
Bu gün, 10:54
“Qarabağ”ın Lissabon FƏTHİ – “Benfika” qalibiyyəti illüziya yaratmamalıdır”
Bu gün, 10:52
"Tamar" qaz layihəsinə görə Azərbaycanın İsrailə yatırımları yarım mlrd. dolları ötüb
Bu gün, 10:47
Kriminal aləmdə “Gəncəli Püsük” kimi tanınan şəxslə bağlı QƏRAR
Bu gün, 10:46
"Onları ifşa etdiyim üçün məni məhkəmənin əli ilə cəzalandırmaq istəyirdilər..." - TƏFƏRRÜAT
Bu gün, 10:35
"Qarabağ"ın hər hücumu təhlükəli idi" - "Benfika"nın ukraynalı futbolçusu
Bu gün, 10:30
Köhnə rəhbərlik NƏDƏN CƏZASIZ QALIB? - Nöqsana görə işdən atılır, amma nöqsan aradan qaldırılmır...
Bu gün, 10:28
Böyük Britaniya Cənubi Qafqaza qayıdır -ŞƏRH
Bu gün, 10:15
Gürcüstan Azərbaycana olan borcunu tam ödədi
Bu gün, 10:08
Paşinyandan “Putin NATO-su”na hücum - Bakıdan əl çəkmir
Bu gün, 09:59
Paşinyan Azərbaycanla sülhə sadiq olduğunu təsdiqləyib
Bu gün, 09:57
"Axı niyə fəhləyə qul kimi baxırlar?.." - ETİRAZ VAR...
Bu gün, 09:55
Sahil Babayev nazirin pulunu kəsdi – Qayıbovun maliyyə qeybinin pərdəarxası
Bu gün, 09:47
Tərtərdə 20 illik hotel bağlanır
Bu gün, 09:40
Bakıdan İrəvana sərt tələb - o əski parçalarını yığışdır!
Bu gün, 09:39
Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr - MƏQALƏ
Bu gün, 09:33
Azərbaycanda BOKT ləğv olunur
Bu gün, 09:29
Azərbaycanın müttəfiqi Türkiyə ilə dostu İsrail arasında müharibə riski ən pik həddə çatıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20
"Finoko" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:16
"Teatrda heç kimlə ikili oyun oynamıram" - Nicat Kazımov
Bu gün, 09:14
"Benfika" "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb
Bu gün, 09:06
‘Lotto Lombard’ mənim sığorta pulumu mənimsədi, maşınımı da qaytarmır” - Qarabağ qazisi NARAZILIQ EDİR
Bu gün, 07:34
"Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları sonlandırılanda regionda təhlükəsizlik tam təmin olunacaq" - FAKT BUDUR!
Bu gün, 07:31
Vasif Talıbovun korrupsiya ortağı BELƏ İLİŞDİ - İDDİA
Bu gün, 07:28
Dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:25
Hərbi Hava Qüvvələrinin generalının adı ilə onun müəllimini necə aldadıblar? - TƏFƏRRÜAT
Bu gün, 07:23
Günbəgün bahalaşan dərman bazarı... - NƏ ETMƏLİ?
Bu gün, 07:18
“Onkoloji xəstənin pulunu verməmək hansı vicdana, hansı insafa sığar?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:16
Məmləkətin 'Azercell' boyda dərdi... - AXI NİYƏ?..
Bu gün, 07:13
Bu qanunsuzluq aradan qalxmasa... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:02
Təhsil problemini həll etməli olanlar... təhsilimizə belə PROBLEM YARADIR...
Bu gün, 06:58
Əmrullayev elə danışdı ki, elə bil ekspertdir... nazir deyil... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:52
Rusiya Azərbaycan-Böyük Britaniya münasibətlərinə qarşı: Kremli narahat edən nədir? - AKTUAL
Bu gün, 06:41
"Bunlar tam şəkildə açıqlanıb, ifşa olunub ictimaiyyətin diqqətinə çatdırılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:39
Bahalı geyimi ilə xalqa qarışmaq istədi... - AMMA belə fərqləndi...
Bu gün, 06:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru