Arvadına 20 bıçaq zərbəsi vuran qısqanc ərə .....                     Vəkil Cavidan Osmanlı dələduzluqda ittiham olunur .....                     Əbdül Xalidlə bağlı ŞOK İDDİA .....                     Bakıda İsrail və Suriya arasında kritik GÖRÜŞ .....                     Yetərsay çatmadı, bir qurumun tenderi .....                     İran “Mossad agenti”ni dar ağacına göndərdi .....                     Kişi 7-ci mərtəbədən yıxılıb öldü .....                     Paşinyanın növbəti hiyləsi: .....                     "Nazirlər ya telefonu götürmürlər, ya da məktublarımıza gec cavab verirlər" .....                     Vardanyanın Paşinyanı Bakıya gətirmək planı .....                     Zelenski Qərbə çağırış etdi: .....                     "Hələ də anlaya bilmirəm ki,..." .....                     Paşinyan II Qareginin yerinə namizəd tapıb .....                     Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara .....                     “Qarabağ”ın Lissabon FƏTHİ .....                     "Tamar" qaz layihəsinə görə Azərbaycanın İsrailə yatırımları yarım mlrd. dolları ötüb .....                     Kriminal aləmdə “Gəncəli Püsük” kimi tanınan şəxslə bağlı .....                     "Onları ifşa etdiyim üçün məni məhkəmənin əli ilə cəzalandırmaq istəyirdilər..." .....                     "Qarabağ"ın hər hücumu təhlükəli idi" .....                     Köhnə rəhbərlik NƏDƏN CƏZASIZ QALIB? .....                     Böyük Britaniya Cənubi Qafqaza qayıdır .....                     Gürcüstan Azərbaycana olan borcunu tam ödədi .....                     Paşinyandan “Putin NATO-su”na hücum .....                     Paşinyan Azərbaycanla sülhə sadiq olduğunu təsdiqləyib .....                     "Axı niyə fəhləyə qul kimi baxırlar?.." .....                     Sahil Babayev nazirin pulunu kəsdi .....                     Tərtərdə 20 illik hotel bağlanır .....                     Bakıdan İrəvana sərt tələb .....                     Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr .....                     Azərbaycanda BOKT ləğv olunur .....                     Azərbaycanın müttəfiqi Türkiyə ilə dostu İsrail arasında müharibə riski ən pik həddə çatıb .....                     "Finoko" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Teatrda heç kimlə ikili oyun oynamıram" .....                     "Benfika" "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb .....                     ‘Lotto Lombard’ mənim sığorta pulumu mənimsədi, maşınımı da qaytarmır” .....                     "Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları sonlandırılanda regionda təhlükəsizlik tam təmin olunacaq" .....                     Vasif Talıbovun korrupsiya ortağı BELƏ İLİŞDİ .....                     Dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır? .....                     Hərbi Hava Qüvvələrinin generalının adı ilə onun müəllimini necə aldadıblar? .....                     Günbəgün bahalaşan dərman bazarı... .....                 

Bakıdan İrəvana sərt tələb - o əski parçalarını yığışdır!
Tarix: Bu gün, 09:39 | Çap et

Ermənistan parlamentinin iclaslarında xüsusən də müxalifət deputatlarının qarşısında çoxdan dəfn olunmuş keçmiş xunta rejiminə aid “artsax bayraqları” görmək olar. Parlament üzvləri qondarma qurumun əski parçalarını önlərinə qoyaraq çıxışlar edirlər. Bu isə qanunverici orqanda açıq şəkildə Azərbaycana qarşı ərazi iddialarını saxlamaq, sülh prosesinə zərər vurmaqdır.

Lakin indiyədək nə parlamentin sədri Alen Simonyan, nə də iclaslarda vaxtaşırı iştirak edən baş nazir Nikol Paşinyan həmin revanşist təfəkkürlü deputatlara buna görə “gözün üstə qaşın var” deməyib. Halbuki Bakı və İrəvan sülh sazişini paraflayıb, Qarabağın Azərbaycana aid olduğu təsdiqlənib, qalır Ermənistan Konstitusiyasına dəyişiklik.

Üstəgəl, Paşinyan ölkəsində “Qarabağ hərəkatı”na imkan verməyəcəyini açıqlayıb. Amma fakt budur ki, “artsax”ın ayaq altına atılmış, döşəmə silməyə yararlı əskiləri Ermənistan parlamentində deputatların qarşısındadır. Eyni zamanda, mifik qurumun keçmiş oyuncaq başçısı Şahramanyan “artsax”ın ləğvi haqda “fərman” imzalayıb. O halda, bir ölkənin qanunverici orqanında niyə bu əski parçaları olmalıdır? Parlament sədri onların yığışdırılmasına tapşırıq verə bilərmi, yoxsa daxili ictimai qınaqdan çəkinir?

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik, korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, məlum olduğu kimi, bu məsələ sadəcə parlamentdə müxalifətçilərin istəyi deyil, Ermənistanın bugünki siyasi həyatının bariz göstəricisidir: “Necə ola bilər ki, Paşinyan hökuməti sülh sazişinin maddələrini paraflayıb, Qarabağın Azərbaycana məxsusluğunu qəbul edir, konstitusiya dəyişikliklərinə getməyin vacibliyi haqqında bəyanatlar verir, digər tərəfdən isə parlamentdə separatçı rejimin simvolları - qondarma ”artsax bayraqları" nümayiş olunur?! Bu, sülhün bərqərər olmasına ziddir və revanşist dairələrin təxribat cəhdidir". A.Nağıyev ardınca digər mühüm məqama da diqqət çəkdi: “Bir məsələni də qeyd etmək vacibdir ki, nə parlament sədri Alen Simonyan, nə də hökumət başçısı Nikol Paşinyan buna qarşı çıxış etmir və ya çıxmaq istəmir. Bunun səbəbi isə daxildə radikal müxalifətin təzyiqindən və ictimai qınaqdan ehtiyatlanmaq, Paşinyana qarşı yeni ”satqın" ittihamlarının yaranmasına gətirib çıxara biləcək amillər, eyni zamanda hökumətin öz mövqeyini açıq nümayiş etdirə bilməməsidir". Komitə sədri qeyd etdi ki, əgər Ermənistanın istər ABŞ, istər Azərbaycan qarşısında, istərsə də beynəlxalq səviyyədə öhdəlikləri varsa, bu “bayraqlar”ın parlamentdə yeri olmamalıdır: “Əks təqdirdə, bu, artıq ərazi iddialarının siyasi müstəvidə davam etdirilməsi deməkdir. Reallıq isə budur ki, Ermənistan simvolik də olsa, revanşist təfəkkürü parlamentdən yığışdırmalıdır, çünki bu, qarşılıqlı etimada və sülhün bərqərar olmasına ciddi zərbə vurur. Ermənistan nə qədər ki daxili və xarici siyasətində müstəqillik, qətiyyət nümayiş etdirməyəcək, oyuncağa çevriləcək, belə hallar təkrarlanacaq, bu isə ilk növbədə gələcək seçkilərdə özünü göstərəcək”.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi paraflandıqdan sonra baş nazir Nikol Paşinyan öhdəlik götürüb: “Həmin öhdəliyə görə, o, öz ölkəsində Azərbaycana qarşı hər hansı bir separatçı fəaliyyətə imkan verməyəcək. Artıq Türkiyə ilə bağlı addımlar atılır, Ağrıdağın şəkli Ermənistanın dövlət müəssisələrinin möhüründən çıxarılır. Bu, çox müsbət bir prosesdir. Keçmiş qondarma "artsax"ın əski parçaları isə hələ də Ermənistan parlamentindəki müxalifət fraksiyasının masalarında qalır”. Ekspert qeyd etdi ki, baş nazir Nikol Paşinyan bu məsələdə diqqətli olmalı, Azərbaycanın suverenliyini təhdid edən bir prosesin davam etməsinə imkan verməməlidr: “Ermənistan parlamentində separatçıların "bayrağı", həmin o əsi parçası qalırsa, burada məsuliyyəti Nikol Paşinyan daşıyır. Həmçinin İrəvanda keçmiş qondarma rejimin ofisi var. Ermənistan rəhbərliyi bunu da ləğv etməlidir. Ümumiyyətlə, Ermənistanın baş naziri bu kimi məsələlərdə zəiflik göstərsə, proses onun əleyhinə işləyə bilər". M.Əsədullazadə xatırlatdı ki, qondarma keçmiş rejimin nümayəndələrinin Ermənistandakı fəaliyyəti əslində N. Paşinyanın özünə qarşıdır: “Azərbaycan Ermənistandan tələb etməlidir ki, parlamentdən separatçı əski parçalar götürülsün! Bu, sülh prosesinə münasibətdə Ermənistanın səmimi olmadığını göstərir. Yoxsa bunu seçkilərdən sonraya saxlayırsa, yanılır. Çünki bir növ müxalifət belə əski parçalar ətrafında birləşir, həmçinin xaricdən dəstək alır”. Siyasi şərhçi Kremlin tətikləyici roluna da diqqət çəkdi: “Rusiyanın Ermənistanda Qarabağdan köçən ermənilərə "humanitar" dəstəyi göstərir ki, idarə olunan proses var. Biz gözləyirik ki, bu ayın axırı Ermənistan parlamentinin rəhbəri Alen Simonyan parlamentdə qondarma keçmiş "artsax"ın “bayrağ”ını yığışdırsın. Bir məsələni də unutmadıq: Ermənistanda revanşist qruplar sentyabrin 2-də İrəvanda “Qarabağ mitinqi” keçirdi. Bütün bunlarla bağlı Nikol Paşinyan konkret və real addımlar atmalıdır".

Yazı çapa hazırlanarkən radikalların daha bir addımı ilə bağlı məlumat yayıldı. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyana etimadsızlıq göstərilməsi ilə bağlı məsələ yenidən gündəmə gətirilib. AZƏRTAC erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentindəki müxalif “Şərəfim var” fraksiyası baş nazir Nikol Paşinyana qarşı etimadsızlığa dair layihəni parlamentə təqdim edib. Partiyanın parlamentdəki fraksiyasının rəhbəri Hayk Mamicanyan deyib ki, baş nazirə etimadsızlıq məsələsi tələb olunan 36 imza toplanacağı təqdirdə parlamentdə müzakirə oluna bilər. Təşəbbüskar “Şərəfim var” fraksiyasının 6 deputatı artıq var. Parlamentdə 28 yeri olan “Ermənistan” fraksiyasının dəstək verib-verməyəcəyi də hələlik bəlli deyil. Amma yenə də 2 imza çatışmır. Bildirilir ki, təşəbbüsün parlament tərəfindən qəbul olunması, yaxud baş nazirin impiçment edilməsi üçün isə minimum 54 deputatın səsi lazımdır. Yəni bunun üçün hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının 18 deputatının da səsi lazım olacaq. Hakim fraksiyadan isə təşəbbüsə dəstək verən yoxdur. İstənilən halda masalarında “artsax”ın əski parçalarını saxlayanların Paşinyana da dil uzatmaları təbiidir. Bu mənada N.Paşinyan özünü müdafiə etmək istəyirsə, əvvəlcə onların Qarabağa uzanmış barmağını qırmalı, əski parçalarının parlamentdən yığışdırılması, İrəvandakı separatçı ofisin qapadılmasına qərar verməlidir. Əks təqdirdə, onun özünün də bu təxribatın içərisində olduğuna şübhə yeri qalmayacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arvadına 20 bıçaq zərbəsi vuran qısqanc ərə 14 il HƏBS CƏZASI
Bu gün, 11:54
Vəkil Cavidan Osmanlı dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 11:51
Əbdül Xalidlə bağlı ŞOK İDDİA - “İlk evliliyindən olan uşağına…”
Bu gün, 11:47
Bakıda İsrail və Suriya arasında kritik GÖRÜŞ - "Sky News Arabia"
Bu gün, 11:41
Yetərsay çatmadı, bir qurumun tenderi - LƏĞV OLUNNDU
Bu gün, 11:34
İran “Mossad agenti”ni dar ağacına göndərdi - İRNA
Bu gün, 11:32
Kişi 7-ci mərtəbədən yıxılıb öldü - Bakıda DƏHŞƏT
Bu gün, 11:29
Paşinyanın növbəti hiyləsi: - “Qarabağ binası” niyə ləğv olunmur?
Bu gün, 11:27
"Nazirlər ya telefonu götürmürlər, ya da məktublarımıza gec cavab verirlər"
Bu gün, 11:23
Vardanyanın Paşinyanı Bakıya gətirmək planı – MƏHKƏMƏ ZALINDAN ERMƏNİSTANA ATILAN "BOMBA"
Bu gün, 11:17
Zelenski Qərbə çağırış etdi: - “Daha çox Ukraynanı düşünün”
Bu gün, 11:01
"Hələ də anlaya bilmirəm ki,..."
Bu gün, 10:58
Paşinyan II Qareginin yerinə namizəd tapıb
Bu gün, 10:56
Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara SƏRT REAKSİYA
Bu gün, 10:54
“Qarabağ”ın Lissabon FƏTHİ – “Benfika” qalibiyyəti illüziya yaratmamalıdır”
Bu gün, 10:52
"Tamar" qaz layihəsinə görə Azərbaycanın İsrailə yatırımları yarım mlrd. dolları ötüb
Bu gün, 10:47
Kriminal aləmdə “Gəncəli Püsük” kimi tanınan şəxslə bağlı QƏRAR
Bu gün, 10:46
"Onları ifşa etdiyim üçün məni məhkəmənin əli ilə cəzalandırmaq istəyirdilər..." - TƏFƏRRÜAT
Bu gün, 10:35
"Qarabağ"ın hər hücumu təhlükəli idi" - "Benfika"nın ukraynalı futbolçusu
Bu gün, 10:30
Köhnə rəhbərlik NƏDƏN CƏZASIZ QALIB? - Nöqsana görə işdən atılır, amma nöqsan aradan qaldırılmır...
Bu gün, 10:28
Böyük Britaniya Cənubi Qafqaza qayıdır -ŞƏRH
Bu gün, 10:15
Gürcüstan Azərbaycana olan borcunu tam ödədi
Bu gün, 10:08
Paşinyandan “Putin NATO-su”na hücum - Bakıdan əl çəkmir
Bu gün, 09:59
Paşinyan Azərbaycanla sülhə sadiq olduğunu təsdiqləyib
Bu gün, 09:57
"Axı niyə fəhləyə qul kimi baxırlar?.." - ETİRAZ VAR...
Bu gün, 09:55
Sahil Babayev nazirin pulunu kəsdi – Qayıbovun maliyyə qeybinin pərdəarxası
Bu gün, 09:47
Tərtərdə 20 illik hotel bağlanır
Bu gün, 09:40
Bakıdan İrəvana sərt tələb - o əski parçalarını yığışdır!
Bu gün, 09:39
Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr - MƏQALƏ
Bu gün, 09:33
Azərbaycanda BOKT ləğv olunur
Bu gün, 09:29
Azərbaycanın müttəfiqi Türkiyə ilə dostu İsrail arasında müharibə riski ən pik həddə çatıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20
"Finoko" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:16
"Teatrda heç kimlə ikili oyun oynamıram" - Nicat Kazımov
Bu gün, 09:14
"Benfika" "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb
Bu gün, 09:06
‘Lotto Lombard’ mənim sığorta pulumu mənimsədi, maşınımı da qaytarmır” - Qarabağ qazisi NARAZILIQ EDİR
Bu gün, 07:34
"Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları sonlandırılanda regionda təhlükəsizlik tam təmin olunacaq" - FAKT BUDUR!
Bu gün, 07:31
Vasif Talıbovun korrupsiya ortağı BELƏ İLİŞDİ - İDDİA
Bu gün, 07:28
Dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:25
Hərbi Hava Qüvvələrinin generalının adı ilə onun müəllimini necə aldadıblar? - TƏFƏRRÜAT
Bu gün, 07:23
Günbəgün bahalaşan dərman bazarı... - NƏ ETMƏLİ?
Bu gün, 07:18
“Onkoloji xəstənin pulunu verməmək hansı vicdana, hansı insafa sığar?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:16
Məmləkətin 'Azercell' boyda dərdi... - AXI NİYƏ?..
Bu gün, 07:13
Bu qanunsuzluq aradan qalxmasa... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:02
Təhsil problemini həll etməli olanlar... təhsilimizə belə PROBLEM YARADIR...
Bu gün, 06:58
Əmrullayev elə danışdı ki, elə bil ekspertdir... nazir deyil... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:52
Rusiya Azərbaycan-Böyük Britaniya münasibətlərinə qarşı: Kremli narahat edən nədir? - AKTUAL
Bu gün, 06:41
"Bunlar tam şəkildə açıqlanıb, ifşa olunub ictimaiyyətin diqqətinə çatdırılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:39
Bahalı geyimi ilə xalqa qarışmaq istədi... - AMMA belə fərqləndi...
Bu gün, 06:36
Barışa vurulacaq MÖHÜR... - GƏLİŞMƏ
Bu gün, 06:32
"Təəssüf olsun ki, bəzi insanlar mənim reklam etdiyimə inanırlar" - MÜRACİƏT
Bu gün, 06:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru