DİA.AZ: - Gəncə şəhər sakini Aylin Quliyeva marketdən aldığı ərzağın vaxtının ötməsindən, sağlamlıq üçün təhlükəli olmasından şikayətçidir. Qida Təhlükəsizliyi Agentliyinin müvafiq idarəsinin əməkdaşlarına müraciət edərək nəzarətsizliyin baş alıb getdiyini bildirən narazı vətəndaşın şikayətini DİA.AZ olduğu kimi təqdim edir:
"Şikayətim "Veyseloğlu MMC" şirkətindəndir. Bitli, qurdlamış düyü istehsal edirlər. Gəncədə M.C.Paşayev küçəsində yerləşən "Araz" marketden alınıb. Vitrinə məhsul yığanda niyə işçiləriniz nəzarət eləmir? Belə özbaşınalıq olar?"
diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Narazı vətəndaşın yolladığı fotoları təqdim edirik: