“TEHRAN HƏDƏ-QORXU GƏLMƏKLƏ MƏŞĞULDUR”
Tarix: 23-05-2012, 16:46 | Çap et
“QORXU ODUR Kİ, AZƏRBAYCANLILAR İSTİQLALINI İSTƏYİR”
“İran adlanan yerin hakimiyyəti Azərbaycana qarşı hər zaman, hətta sovet dönəmində və ondan öncə də adi məsələlərlə bağlı belə notalar verib. Hətta Azərbaycanda hər hansı yazıçının kitabında İranda yaşayan azərbaycanlılarla bağlı nəsə yazılanda belə, İran Azərbaycana qarşı hədələyici nota ünvanlayıb”, - Dünya Azərbaycanlıları Konqresinin Daimi Şurasının sədri Əjdər Tağızadə “Obyektiv” televiziyasına (www.obyektiv.tv) müsahibəsində bildirib.
Onun fikrincə, Azərbaycanın istiqlaliyyətinin dönməzliyi İranı qıcıqlandırır. Çünki İranda yaşayan çoxmilyonlu azərbaycanlı öz millətinin istiqlaliyyətinin dönməzliyindən ruhlanaraq Tehran rejimindən haqqını, azadlığını, istiqlaliyyətini tələb edir. “Tehran rejimi isə əksinə hədə-qorxu gəlməklə məşğuldur. Hətta Türkiyədə, Amerikada, İsveçdə və başqa ölkələrdə azərbaycanlıların hər hansı tədbir keçirməsi İran rejimini qorxu xəstəliyinə düçar edir. Tez gəlib Azərbaycan dövlətini hədələyir. Bu insanlar İranın diktatura rejimindən canını qurtarıb ölkədən qaçanlardır. Bunlar diktaturaya qarşı mübarizə edir. İranın xaricdə çoxsaylı müxalif qrupları da hər gün toplaşır. İran adlanan yerin rejimi müxaliflərlə bağlı bəyanatlar vermir, yalnız azərbaycanlıların tədbirlərindən qorxur. Qorxu odur ki, azərbaycanlılar istiqlalını istəyir”, - o bildirib.
Ə.Tağızadə İranın Azərbaycanda “Eurovision” mahnı müsabiqəsinin və guya gey-parad keçiriləcəyi ilə bağlı bəyanatlarını pisləyir: “İran rejimi məscidləri zəbt edib. İranda məscidlər ziyarət üçün deyil, casus şəbəkəsinin qərargahıdır, ordu düşərgəsidir. Ruhanilərin özləri deyirlər ki, məscidi rejim işğal edib. Avropa 500 il öncə kilsəni keşişlərdən azad edib. Avropada kilsələr xalq üçün tam açıqdır. Ora insanlar azad şəkildə gedir. Amma məscid mollardan azad edilməyib, rejimlərə tabedir. Məscidə gəl sənə iş verim, çörək verim ideologiyası hələ də işləyir. Məscidi silah anbarına çeviriblər”.
O, Güney Azərbaycanda Azərbaycan Respublikasının əleyhinə etirazların islam rejimi tərəfindən təşkil edildiyini bildirib. “Bu, qonşu ölkənin daxili işinə, mədəni tədbirinə qarışmaqdır. Azərbaycan heç zaman Tehranın hətta dünyanın terrorçularını İrana yığmasını, səfirlikləri niyə partlatmasını belə sual etməyib. Hansı ki, sual etməlidir. Gey məsələsinə gəlincə, bu hərəkətlər qədimdən İrandan qaynaqlanıb”, - o qeyd edib.
Ə.Tağızadə İranın siyasətinin səmimi olmadığını deyir. Onun sözlərinə görə, İran bir tərəfdən islam ənənələrindən danışır, digər tərəfdən xristian dinində bir qrup olan, müsəlman ölkəsi Azərbaycanın ərazilərini işğal etmiş Ermənistanın cinayətkar rəhbərlərini bağrına basır. “İran şiə torpağını işğal edən, müsəlman qanını axıdan, məscidləri məhv edən Ermənistana fitva vermir. Fitva verir ki, azərbaycanlı yazıçını öldürsünlər”, - o vurğulayıb.
Ə.Tağızadənin sözlərinə görə, İranda məscidləri partladırlar, dağıdırlar, amma fitva verən olmur. Çünki məscidləri molla rejiminin özü dağıdır.
DAK Daimi Şurasının sədri İranda gey probleminin ciddi olduğunu da diqqətə çatdırıb: “Bu problem hətta İran Ali Şurasının iclaslarında belə səslənib. Bir zamanlar bu şuranın məclisləri canlı olaraq radio ilə yayılırdı. Orada din xadimlərinin bir-birinin gey hərəkətləri ilə bağlı ittihamları səslənib. İran rejimi həbsxanalarda insanları zorlayıb. Bunlar faktdır”.
O həmçinin Azərbaycan hökumətini İran adlanan yerdə yaşayan 35 milyon türkün hüquqlarının müdafiəsi ilə bağlı davamlı konsepsiya hazırlamağa çağırıb. “İrandan rejimin zülmündən qaçan azərbaycanlıların hüquqlarını Azərbaycan Respublikası müdafiə etməlidir. Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlıların dövlətidir”, -o qeyd edib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Sərvət İnşaat”ın vergi borcu 1,6 milyon manata yaxınlaşıb - TƏFƏRRÜAT
Bu gün, 10:15 |
|
|
|
| • "Sonuncu"suna 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib - Balakən Rayon İcra Hakimiyyətinə kimlər rəhbərlik edib?
Bu gün, 10:02 |
|
|
|
| • İrəvan adının rəsmi dəyişdirilməsi sənədlərlə təsdiqləndi: SSRİ-nin 1936-cı il qərarı - FOTOFAKT
Bu gün, 09:53 |
|
|
|
| • “9 noyabr sənədi Qarabağı qorumaq üçün son imkan idi” - Köçəryan
Bu gün, 09:43 |
|
|
|
| • Xalq Bankdan kobud səhv: Azərbaycan bayrağını səhv təsvir etdi - FOTO
Bu gün, 09:42 |
|
|
|
| • "Arayik dedi ki, əgər Köçəryanla görüşsəm, Paşinyan məni yeyəcək" - Robert Köçəryan
Bu gün, 09:40 |
|
|
|
| • AQTA-da baş verənlərlə bağlı səs-küylü açıqlama - laboratoriyalarda nələr gizlədilir?
Bu gün, 09:22 |
|
|
|
| • Köçəryan və Sərkisyan KQB himayəsi altında “Qorbaçovçular xoru” formalaşdırır - Paşinyan
Bu gün, 09:20 |
|
|
|
| • Tiflis İrəvana təzyiq rıçaqlarını işə saldı - Mikaelyan
Bu gün, 09:17 |
|
|
|
| • Gücümüz dostu sevindirdi, düşməni isə... - ŞƏRH
Bu gün, 09:09 |
|
|
|
| • “Çəkilin, icra başçısı gəlir“ - “Zövqsüz, əttökən idi“
Bu gün, 09:06 |
|
|
|
| • 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs ƏLƏ KEÇDİ
Bu gün, 08:53 |
|
|
|
| • ABŞ Senatı şatdaunu aradan qaldıracaq qanun layihəsini təsdiqləyib - CNN
Bu gün, 08:50 |
|
|
|
| • Süni intellekt Britaniya şirkətlərində ixtisarlara səbəb olacaq
Bu gün, 07:58 |
|
|
|
| • Qanunsuz olaraq ölkədən çıxarılan milyonlar... - TƏFƏRRÜAT
Bu gün, 07:56 |
|
|
|
| • Rusiyanın "rəqəmsal pərdəsi": Kreml internet üzərində tam nəzarətə hazırlaşır - "Ura.news"
Bu gün, 07:11 |
|
|
|
| • Çin ABŞ ilə bəzi ticarət məhdudiyyətlərini dayandırıb
Bu gün, 07:09 |
|
|
|
| • Paşinyan razılaşdı: Bu ərazilər Azərbaycana verilir – Surenyants
Bu gün, 06:41 |
|
|
|
| • "Hər semestr 300 manat tələb olunar heç?" - NARAZILIQ VAR...
Bu gün, 06:38 |
|
|
|
| • "Trampdan Qərb liderləri kimi qorxmuram..." - Zelenski
Bu gün, 05:55 |
|
|
|
| • Təhsil sistemi: Belə davam edə bilməz... - ÇÜNKİ...
Bu gün, 05:52 |
|
|
|
| • Pulumuzu oğurlamaqda BİR DƏNƏDİR - "Niyə insanların haqqına girirsiniz?"
Bu gün, 05:32 |
|
|
|
| • Tısbağa yerişli 'SÜRƏT KARQO'... - BU NƏDİ BELƏ?
Bu gün, 05:25 |
|
|
|
| • “Erməniləri Qarabağdan Ermənistana köçürtdürən elə Ermənistan tərəfi olub...” - “Armtimes”
Bu gün, 04:59 |
|
|
|
| • "Dost itirəndə insan necə vəziyyətə düşür..."
Bu gün, 04:50 |
|
|
|
| • "Bir cümlədə uzlaşma əlaqəsi pozularsa, bu ciddi dil pozuntusudur" - Ekspert deyir ki...
Bu gün, 04:48 |
|
|
|
| • Ağdaşda gecə saatlarında ZƏLZƏLƏ
Bu gün, 04:40 |
|
|
|
| • Düz 5 il əvvəl Ermənistan O SƏNƏDİ İMZALADI
Bu gün, 04:38 |
|
|
|
| • Paşinyan hökuməti sərhəd koordinatlarını açıqlamır - KİV
Dünən, 20:54 |
|
|
|
| • Bakıdakı parada Ermənistan və Avropadan qəribə reaksiya... - İLGİNC
Dünən, 20:51 |
|
|
|
| • "Mətanət A" şirkətində xeyli miqdarda pul necə yoxa çıxıb? - TƏFƏRRÜAT
Dünən, 19:43 |
|
|
|
| • "İmmiqrasiya mərhələlərini keçdim" - ABŞ-yə köçən Hüsniyə
Dünən, 19:39 |
|
|
|
| • Burenkovun QARABAĞ SANCISI - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 19:36 |
|
|
|
| • Azərbaycan və Ermənistan nümayəndələri Antalyada görüşə bilər...
Dünən, 18:06 |
|
|
|
| • Bayrağı Meydanda ilk dəfə kim qaldırıb? - AKTUAL
Dünən, 18:03 |
|
|
|
| • Ziya Məmmədov uzun müddət sonra burada göründü - FOTO
Dünən, 17:56 |
|
|
|
| • Qusmana Türkiyədə mükafat verildi
Dünən, 17:53 |
|
|
|
| • Şimal-Cənub Nəqliyyat Dəhlizinin ən səmərəli marşrutu Azərbaycan üzərindən keçir - deputat
Dünən, 17:52 |
|
|
|
| • Vətən müharibəsi iştirakçısı olan vəkil vəfat etdi
Dünən, 13:23 |
|
|
|
| • Şeyxin etiraz etdiyi BU QANUN yenidən gündəmdə
Dünən, 13:18 |
|
|
|
| • Hərbi parad həm də... GÜC NÜMAYİŞİDİR...
Dünən, 11:00 |
|
|
|
| • “Tik-tokerlərin “lüks həyat” görüntülərinin arxasında təhlükəli plan var” - FAKT BUDUR!
Dünən, 10:58 |
|
|
|
| • “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin vergi borcu olan şirkətlə yarımmilyonluq planı - TƏFƏRRÜAT
Dünən, 10:55 |
|
|
|
| • Pensiya sistemində dəyişiklik: Yaş artacaq, ya məbləğ? - Görünəni odur ki...
Dünən, 10:52 |
|
|
|
| • Elektromobil alanı cəzalandırmaq məntiqsiz addımdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:00 |
|
|
|
| • Azərbaycan Bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir - MƏQALƏ
Dünən, 09:54 |
|
|
|
| • Sərkisyan deyib ki, istefasından sonra Putin ona 3 dəfə zəng edib... - Nədən danışıblar?..
Dünən, 09:08 |
|
|
|
| • AMEA müqəddəs yerdir: İMKAN VERİN, YESİNLƏR... - ETİRAZ VAR!
Dünən, 09:06 |
|
|
|
| • LEVİTAN, ŞƏMİSTAN BƏY, MÜMTAZ... - replika
Dünən, 09:01 |
|
|
|
| • Mahir Emreli ağır zədələndi, gözyaşlarını saxlaya bilmədi - FOTO
Dünən, 08:56 |
|
|
|
|