MİLLİ MƏCLİSDƏ DAVA
Tarix: 15-05-2012, 13:04 | Çap et
DEPUTATLAR NİYƏ BİR-BİRİLƏRİLƏ TOQQUŞDU?
Milli Məclisin (MM) Regional məsələlər Komitəsinin iclasında “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi məsələsi müzakirə olunub.
APA-nın məlumatına görə, Gədəbəy rayonundakı bələdiyyələrin adları kəndlərin adlarının dəyişdirilməsinə uyğunlaşdırılıb.
Müzakirələr zamanı Komitənin üzvü Qalib Salahzadə ilə komitə sədri Arif Rəhimzadə və komitənin digər üzvü Rüstəm Xəlilov arasında mübahisə düşüb. Q. Salahzadə bələdiyyələrin xəritələrinin olmaması problemini vurğulayıb: “Bələdiyyələrin əlində xəritə yoxdur. Sonra da torpaq satanda deyirlər, qanunsuzdur. Bu zaman onlara nə deyə bilərik? Təkcə bir qərar çıxarıblar ki, bələdiyyədir, amma xəritə verilməyib. Bələdiyyələrin inkişafı, pul qazanması üçün gərək onların xəritəsi olsun. Bələdiyyələr öz sərhədlərini tanımadığından bu, xoşagəlməz hallara səbəb olur. Məsələn, qanunsuz yerlərdə, neft ərazilərində evlərin tikilməsinə səbəb olur. Sonra Rövnəq Abdullayev əlində xəritə gəlib o evləri sökdürəndə də qəzetlər düşür Rövnəq Abdullayevin üstünə. Onun günahı yoxdur. Onun əlində sənəd var, o düz edir”.
Komitə sədri Arif Rəhimzadə isə Q. Salahzadəni müzakirə edilən məsələ barədə danışmağa çağırıb: “Siz əsas məsələni kənarda qoyursunuz. Bu məsələni yüz dəfə demişik”.
Q. Salahzadə Komitə sədrinin sözünü kəsərək yenidən danışmaq istəyib. Amma A. Rəhimzadə çıxışını dayandırmayıb: “Sən danışanda, mən dinlədim. Növbə ilə danışaq. Xəritə verilməyibsə də, bu, olacaq, iş gedir. Bakı və Sumqayıt şəhərlərində həqiqətən də çox gərgin bir vəziyyət yaranıb. Artıq bununla bağlı iş görülür. Çətinliklər var. Dövlət mülkiyyətində olan torpaqlarla bələdiyyə torpaqları arasında qarmaqarışıqlıq olub. Təqsir özümüzdədir də… Qanunsuz yerdə ev tikirik, sonra da deyirik ki, evi sökürlər. Özümüz edirik də”.
A. Rəhimzadə Q. Salahzadənin əvvəllər bələdiyyədə çalışdığını xatırladaraq onun özünə də irad bildirib: “Siz bələdiyyədə işləyəndə hər işi lazımınca görürdünüz? Kimsə gəlib xahiş edəndə arabir qanuna göz yumaraq qanunsuz hərəkətlər etmək zorunda qalırdınız”.
Q. Salahzadə yenidən çıxış etmək istəyərkən komitənin digər üzvü Rüstəm Xəlilov deputatı müzakirə olunan məsələ üzrə çıxış etməyə çağırıb. Amma Q. Salahzadə bundan əsəbiləşib: “Sən sədrsən? Niyə sözümü kəsirsən?”
A. Rəhimzadə isə Q. Salahzadəni söz atmaqda ittiham edib.
Daha sonra məsələ səsvermə ilə qəbul olunaraq parlamentin plenar sessiyasına tövsiyə olunub.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kino Agentliyinin 792 minlik film festivalı təxirə salındı: tender ləğv edildi - SƏBƏB?
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanlılar Rusiyaya ən çox gedənlər arasında ilk onluqdadır - KİV
Bu gün, 10:45 |
|
|
|
• “SOCAR-AQŞ”nin 54 milyonluq mənimsəmədə ittiham olunan sabiq baş direktoruna hökm oxunub - 14 il...
Bu gün, 10:43 |
|
|
|
• "Mənim adımı yox, qardaşım oğlunun adını yazın: məni dilə-dişə salmayın..." - Alim Qasımov
Bu gün, 10:42 |
|
|
|
• Naxçıvanda hakim sifarişli işin icraatından İMTİNA ETDİ - TƏFƏRRÜAT
Bu gün, 10:37 |
|
|
|
• Rusiya elə bir tozanaq qoparır, sanki Azərbaycan Rusiyanın sərnişin təyyarəsini vurub - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:31 |
|
|
|
• "Ola bilər insanın 25 yaşı var, amma beyni çox iylənmiş, qoxumuş, köhnə fikirlərlə doludur" - Əkrəm Əylisli
Bu gün, 10:30 |
|
|
|
• Azərbaycanda dərs saatları dəyişdirilir? – MÜHÜM AÇIQLAMA
Bu gün, 10:26 |
|
|
|
• “İnşaat Konstruksiyalar” MMC: DAHA BİR DƏLƏDUZLUQ... - BU DƏFƏ...
Bu gün, 10:19 |
|
|
|
• Xalq artistindən televiziyalara müraciət: - “Məni tez-tez efirə dəvət etməyin”
Bu gün, 10:12 |
|
|
|
• Tanınmış iş adamı Fuad Allahverdiyevdən xəbər var - NARAZIDIR...
Bu gün, 10:07 |
|
|
|
• “İki Azərbaycanın birləşməsi İran üçün təhlükədir” - Keçmiş səfir
Bu gün, 10:01 |
|
|
|
• Anti-Azərbaycan qüvvələrin kabusu - İNCƏLƏMƏ
Bu gün, 09:57 |
|
|
|
• Qafqazda “son döyüş” başlayır – Ermənistan qalib çıxa bilər
Bu gün, 09:42 |
|
|
|
• Məktəb direktoru işdən çıxarıldı - ƏMR
Bu gün, 09:40 |
|
|
|
• “Umid Babek Operating Company”də YENİ TƏYİNAT - FOTO
Bu gün, 09:36 |
|
|
|
• Yeni dövrün QATİLLƏRİ: Kosmetoloqlar... - ÇALIŞIN Kİ...
Bu gün, 09:34 |
|
|
|
• "Bu, İranda və Azərbaycanda yaşayan azərbaycanlıların ortaq faciəsidir" - deputat
Bu gün, 09:31 |
|
|
|
• Ağalıda AĞILLI-BAŞLI YEYİNTİ: Ötən il açılışı olan otel TƏMİRƏ DAYANDI... - AXI NİYƏ BELƏ EDİRSİNİZ Kİ?..
Bu gün, 09:26 |
|
|
|
• Universitetlərə qeydiyyat bu gün başa çatır - DİQQƏT!
Bu gün, 09:19 |
|
|
|
• Ukrayna Timur Yunusovu beynəlxalq axtarışa verdi - BUNA GÖRƏ...
Bu gün, 09:16 |
|
|
|
• Göyçayda bələdiyyə sədri ÖZBAŞINA QALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:12 |
|
|
|
• Bağça müdirəsi uşaqların ərzağını oğurlayarkən yaxalandı VƏ... - TƏFƏRRÜAT
Bu gün, 09:09 |
|
|
|
• İran bizimlə ədavətdən iqtisadi ziyan da çəkib... - Özləri deyir...
Bu gün, 09:04 |
|
|
|
• Səhiyyəmiz GÜL AÇIR: Əməliyyat masasında qeyri-etik RƏQS-ŞOU - BU NƏDİ BELƏ?
Bu gün, 09:00 |
|
|
|
• "Pulunuz heyifdir... əsəbləriniz də həmçinin..." - GİLEY
Bu gün, 08:53 |
|
|
|
• Baş nazir buna NECƏ NAİL OLACAQ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:43 |
|
|
|
• "Bunların əlindən neçə nəfər intihar edib" - BU NƏDİ BELƏ?
Bu gün, 08:34 |
|
|
|
• Tramp yaxın günlərdə Putinlə danışacağını gözlədiyini bildirib - KİV
Bu gün, 06:20 |
|
|
|
• Bakı bulvarında təhlükə: sudan çıxarıldı, sakinlər təşvişə düşdü - NƏ BAŞ VERİR?
Bu gün, 06:18 |
|
|
|
• Azərbaycanla bağlı qərar bu maşında verilib? - AKTUAL
Dünən, 18:08 |
|
|
|
• "Tanımayanın sözü mənim yolumu dəyişməz"
Dünən, 18:06 |
|
|
|
• Rusiya ya qatildir, ya yox!? Seçim Moskvanındır! - Mir Şahinin YAZISI
Dünən, 17:49 |
|
|
|
• Azərbaycandan sonra növbə Özbəkistanındır - Rusiya dayanmayacaq...
Dünən, 17:47 |
|
|
|
• Azərbaycanda ət niyə bahalaşır? - Mühüm səbəblər
Dünən, 17:43 |
|
|
|
• "O hər zaman mənim qəlbimdə yaşayır"
Dünən, 12:37 |
|
|
|
• Ukrayna “Maşa və Ayı”nı qadağan edir: bəs biz uşaqlarımızı "Ayı"dan necə qoruyaq? - VACİBDİRMİ?
Dünən, 12:35 |
|
|
|
• MƏKTƏB YÜKÜ... - və yüklənən ana-ata...
Dünən, 12:33 |
|
|
|
• “Kreml Rusiyada yaşayan azərbaycanlılara qarşı zorakılıq və təzyiqləri dayandırmalıdır” - ÇÜNKİ...
Dünən, 12:28 |
|
|
|
• Cənab Mikayılovun nəyinə lazımdır QANUN-MANUN.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:26 |
|
|
|
• Lavrov bu ölkədə çimərliyə getdi, PUA-lar... - Zaxarova
Dünən, 12:14 |
|
|
|
• Hüseynbala Mirələmov uzun fasilədən sonra DANIŞDI - "Zəng edib razılığımı alanda dedim ki.."
Dünən, 12:12 |
|
|
|
• BP-nin qrantı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bahalı alış-veriş...
Dünən, 12:09 |
|
|
|
• Azərbaycanda quş əti ilə özünütəminat səviyyəsi kəskin azaldı - "Qanunvericiliyi bəhanə edən yerli icra hakimiyyətləri buna imkan vermir"
Dünən, 12:02 |
|
|
|
• "Moskva bu perspektivi özü üçün strateji risk kimi qiymətləndirir" - deputat
Dünən, 11:59 |
|
|
|
• Növbəti delimitasiya prosesi Zəngilan-Mehri istiqamətindən BAŞLAYA BİLƏR - AKTUAL
Dünən, 11:57 |
|
|
|
• "Hazırlıqlar gedir, böyük amnistiya gözləyirik" - MÜHÜM AÇIQLAMA
Dünən, 11:54 |
|
|
|
• İnsanların gəlirləri getdikcə azalır, kredit borcları isə artır - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:51 |
|
|
|
• Heydər Babayev bütün biznesini bu ölkəyə köçürdü - TƏFƏRRÜAT
Dünən, 11:47 |
|
|
|
• İranın “yaxşı polis - pis polis” OYUNU - NƏ ETMƏLİ?
Dünən, 07:27 |
|
|
|
|