"O hər zaman mənim qəlbimdə yaşayır" .....                     Ukrayna “Maşa və Ayı”nı qadağan edir: bəs biz uşaqlarımızı "Ayı"dan necə qoruyaq? .....                     MƏKTƏB YÜKÜ... .....                     “Kreml Rusiyada yaşayan azərbaycanlılara qarşı zorakılıq və təzyiqləri dayandırmalıdır” .....                     Cənab Mikayılovun nəyinə lazımdır QANUN-MANUN.. .....                     Lavrov bu ölkədə çimərliyə getdi, PUA-lar... .....                     Hüseynbala Mirələmov uzun fasilədən sonra DANIŞDI .....                     BP-nin qrantı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində .....                     Azərbaycanda quş əti ilə özünütəminat səviyyəsi kəskin azaldı .....                     "Moskva bu perspektivi özü üçün strateji risk kimi qiymətləndirir" .....                     Növbəti delimitasiya prosesi Zəngilan-Mehri istiqamətindən BAŞLAYA BİLƏR .....                     "Hazırlıqlar gedir, böyük amnistiya gözləyirik" .....                     İnsanların gəlirləri getdikcə azalır, kredit borcları isə artır .....                     Heydər Babayev bütün biznesini bu ölkəyə köçürdü .....                     İranın “yaxşı polis - pis polis” OYUNU .....                     Putinin Trampla dialoqu təqdir edilir .....                     Putini ilhamlandıran davranış: Əvvəl təşəkkür etdi, sonra meydan oxudu .....                     Zəngəzur dəhlizi geo-iqtisadi strategiyadır .....                     Rusiya bizə möhtacdır: BİZ ONLARA YOX... .....                     Bank of Baku” reklamdakı vədlərə əməl etmir? .....                     Paşinyan ağır imtahan qarşısında .....                     Bilgəhdə “Happy Days” restoranında müştəriləri belə aldadırlar .....                     Tələbələrə DÖVLƏT QAYĞISI adı altında TƏLƏ... .....                     Bu məmurlar İXTİSARA SALINIR... .....                     Kərə yağı adı altında xalqa nə satılır? .....                     Transxəzər boru kəmərini reallaşdırmaq üçün bundan yaxşı şans yoxdur .....                     "Özgüvəniniz olsa, artıq çəki dərd deyil..." .....                     Ruslar ermənilərdən də böyük xəstəliyə yoluxub .....                     Moskvanın baş naziri devirmək planları baş tutmayacaq .....                     Sərdar Cəlaloğlu haqda ŞOK İDDİA: Dəlixanaya yerləşdirilib? .....                     Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir .....                     Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib .....                     Rusiya ermənilərinin lideri: .....                     "Gərək alternativ yollardan istifadə edək..." .....                     Putin Azərbaycana heyət göndərir .....                     “Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin .....                     AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? .....                     Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı .....                     Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... .....                     Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... .....                 

YENİ DÖVLƏT MAXİNASİYASI - ARAŞDIRMA
Tarix: 13-10-2011, 15:30 | Çap et
YENİ DÖVLƏT MAXİNASİYASI - ARAŞDIRMA

MİQRANTLARLA BAĞLI BAŞ VERƏNLƏR DİA.AZ-DA

DİA.AZ: - Azərbaycana xaricdən gələn miqrantların sayı artdıqca bu sahədə boşluqlar da özünü göstərməyə başlayıb. Hazırda ölkədə nə qədər miqrantın olduğunu dəqiq deyən yoxdur. Bu sahənin mütəxəssisləri bildirirlər ki, Dövlət Miqrasiya Xidmətinin rəsmi açıqlamaları reallığı əks etdirmir.

Çünki əməkçi miqrant adı ilə Azərbaycana gələn əcnəbilərin böyük əksəriyyəti rəsmi qeydiyyata düşmürlər. Daha çox Gürcüstan, İran, Türkiyə, Çin və Əfqanıstandan olan bu şəxslər qeydiyyatsız fəailiyyət göstərirlər. Çünki onlar əməkçi miqrant kimi ölkəmizdə işləmək üçün lazım olan sənədləri yığsalar da, qeydiyyat üçün Miqrasiya Xidmətindən dövlət rüsumu adı altında külli miqdarda rüşvət tələb olunduğunu iddia edirlər. Özü də nə az, nə çox - hərəsinə 2-3 min manat.

Bəs, əslində əməkçi miqrant kimi Azərbaycana gələn əcnəbilər hansı sənədləri toplamalı və nə qədər rüsum ödəməlidirlər. Araşdırmamıza görə, xarici vətəndaşlar fərdi qaydada əməkçi miqrant kimi Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməlidir. Bunun üçün miqrant əvvəlcə nazirliyin miqrasiya şöbəsindən vahid ərizə formasını almalı və orada niyə Azərbaycanda işləmək istədiyini əsaslandırmalıdır. Bundan başqa, xarici əmək miqrantlarından pasport (viza müddətinin başa çatmasına ən azı 3 ay qalmaqla), ali təhsil haqqında diplomu (və ya sertifikat), işləyəcəyi müəssisənin təsis sənədlərini, Azərbaycanda qeydiyyatda olduğunu təsdiq edən vəsiqənin (bu sənəd Daxili İşlər Nazirliyi tərəfindən verilir) surətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki müvafiq komissiyaya təqdim etməlidir. Komissiya isə bu sənədləri Dövlət Miqrasiya Xidməti ilə müzakirə etdikdən sonra xarici vətəndaşın miqrant kimi Azərbaycanda işləməsinə icazə verilir. Bundan sonra miqrant 45 manat məbləğində dövlət rüsumu ödəməklə əmək fəaliyyətinə başlaya bilər.

Ancaq söhbət elədiyimiz əcnəbilər sənədləri toplayıb, dövlət rüsumu ödədikdən sonra da qeydiyyata düşməyin mümkün olmadığını bildirirlər. Onların dediyinə görə, hal-hazırda qeydiyyata düşməyin ən asan yolu miqrant dəllallarına müraciət etməkdir. Həmin dəllallar müxtəlif adda şirkətlər yaradaraq, guya əcnəbilərin Azərbaycana gəlib işləməsini təmin edirlər. Və bu şirkətlərin vasitəsilə 2-3 min manat pulun miqdarında kimi istəsən Dövlət Miqrasiya Xidmətindən qeydiyyatdan keçirə bilərsən. Özü də bunun üçün yuxarıda sadalanan sənədlərin hamısı tələb olunmur. Yalnız əcnəbi vətəndaşın pasportu və pulu kifayətdir.

Əcnəbilərin ölkəmizdə üzləşdiyi problemlərdən biri də Dövlət Miqrasiya Xidmətinin digər bir dövlət qurumu - Daxili İşlər Nazirliyinin miqrantların ölkədə yaşaması üçün verdiyi sənədi yetərli hesab etməməsidir. Bu da inamsızlığı göstərir. Dövlət qurumlarının bir-biri ilə çəkişməsindən isə vətəndaşlar əziyyət çəkir. Hər bir əcnəbi yalnız 5 il burada yaşadıqdan sonra vətəndaşlığı qəbul edə bilər. DİN-in verdiyi sənəd yetərsiz hesab edildikdə isə həmin şəxs məcburdur ki, daha 5 il burada vətəndaşlığı olmadan yaşasın. Bundan başqa, 1999-cu ildə vətəndaşlığa qəbul olunanlara və vətəndaşlığı olmayanlara vəsiqələrin verilməsi ilə bağlı tender keçirildi, milyonlarla vəsait xərcləndi. "Miqrantlar haqqında" qanuna əlavə və dəyişikliklər edildikdən sonra isə həmin sənəd etibarsız hesab olundu. Qanunda göstərildi ki, qeydiyyatı olmayanlarla əcnəbilərə eyni vəsiqə verilsin. Hələ heç vəsiqələrin nümunələri hazırlanmayıb. Üstəlik, yenidən tender keçirilməli, vəsiqələr çap olunmalıdır ki, bu da külli miqdarda vəsait tələb edir. Vəsiqələrin olmaması isə o deməkdir ki, 5 ildən sonra vətəndaşlığa iddia edən də olmayacaq.

Qanuna edilən əlavə və dəyişikliklərdən sonra vəziyyət çətinləşib. Əvvəllər ölkəyə gələn əcnəbi bütün prosedurlardan öz ölkəsində keçirdi və hazır sənəd gətirirdi. İndi isə Azərbaycana gələndən sonra məmurlarla tək-tək "görüşməlidir". Bu isə korrupsiyaya yol açır. Bundan başqa, Azərbaycan vətəndaşı olmayan şəxsi işə götürən qurum 30 min manat civarında cərimə ödəməlidir. Miqrasiya Xidmətində və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində miqrantları məlumatlandırma büroları fəaliyyət göstərsə də, bu barədə çoxu xəbərsizdir. Digər tərəfdən, 20-dək qanun olsa da, hələ də Miqrasiya Məcəlləsi qəbul olunmayıb. Bütün bunlar isə Azərbaycanda vətəndaşsızlıq probleminin böyüməsinə səbəb olur. Ölkə qanunları ikili vətəndaşlığa qarşı çıxmır. Elə bir norma, nə də hansısa ölkə ilə buna dair müqavilə yoxdur. Amma dövlət məmurları vətəndaşların əlindən digər ölkənin pasportunu alır. Bu da ondan irəli gəlir ki, məmurlar vətəndaşların öz hüquqlarını bilməsini istəmirlər və bu məlumatsızlıqdan öz xeyirləri üçün istifadə edirlər.

24 iyun 2008-ci ildə 658-IIIQD nömrəli qanun qəbul edilib, 5 avqust 2008-ci il tarixdə isə miqrasiya idarəetmə sisteminin inkişafı və bu qanunun tətbiq edilməsi haqqında Azərbaycan prezidenti 805 nömrəli fərman imzalamışdı. "İmmiqrasiya haqqında" əvvəlki qanunvericiliyə əsasən, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər immiqrant statusu almaq üçün Azərbaycanın xaricdəki diplomatik missiyasına müraciət etməli idi. Onlar ölkəyə gəlmədən immiqrant statusu və ya imtina cavabı ala bilərdilər. İndi isə onlar əvvəlcə iş icazəsi, sonra müvəqqəti yaşama icazəsi, bundan sonra immiqrant statusu almaq üçün Azərbaycana gəlməli və yerində məmurlarla görüşməlidirlər. Xarici vətəndaşlar bilavasitə Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi miqrasiya idarəsinin məmurları ilə iş görməlidirlər. Bu isə onu göstərir ki, qanunvericiliyə dəyişikliklər Dövlət Miqrasiya Xidmətinin və digər maraqlı idarələrin sifarişi ilə qəbul edilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"O hər zaman mənim qəlbimdə yaşayır"
Bu gün, 12:37
Ukrayna “Maşa və Ayı”nı qadağan edir: bəs biz uşaqlarımızı "Ayı"dan necə qoruyaq? - VACİBDİRMİ?
Bu gün, 12:35
MƏKTƏB YÜKÜ... - və yüklənən ana-ata...
Bu gün, 12:33
“Kreml Rusiyada yaşayan azərbaycanlılara qarşı zorakılıq və təzyiqləri dayandırmalıdır” - ÇÜNKİ...
Bu gün, 12:28
Cənab Mikayılovun nəyinə lazımdır QANUN-MANUN.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:26
Lavrov bu ölkədə çimərliyə getdi, PUA-lar... - Zaxarova
Bu gün, 12:14
Hüseynbala Mirələmov uzun fasilədən sonra DANIŞDI - "Zəng edib razılığımı alanda dedim ki.."
Bu gün, 12:12
BP-nin qrantı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bahalı alış-veriş...
Bu gün, 12:09
Azərbaycanda quş əti ilə özünütəminat səviyyəsi kəskin azaldı - "Qanunvericiliyi bəhanə edən yerli icra hakimiyyətləri buna imkan vermir"
Bu gün, 12:02
"Moskva bu perspektivi özü üçün strateji risk kimi qiymətləndirir" - deputat
Bu gün, 11:59
Növbəti delimitasiya prosesi Zəngilan-Mehri istiqamətindən BAŞLAYA BİLƏR - AKTUAL
Bu gün, 11:57
"Hazırlıqlar gedir, böyük amnistiya gözləyirik" - MÜHÜM AÇIQLAMA
Bu gün, 11:54
İnsanların gəlirləri getdikcə azalır, kredit borcları isə artır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:51
Heydər Babayev bütün biznesini bu ölkəyə köçürdü - TƏFƏRRÜAT
Bu gün, 11:47
İranın “yaxşı polis - pis polis” OYUNU - NƏ ETMƏLİ?
Bu gün, 07:27
Putinin Trampla dialoqu təqdir edilir - Peskov
Bu gün, 07:25
Putini ilhamlandıran davranış: Əvvəl təşəkkür etdi, sonra meydan oxudu - Görünəni odur ki...
Bu gün, 07:23
Zəngəzur dəhlizi geo-iqtisadi strategiyadır - deputat
Bu gün, 07:21
Rusiya bizə möhtacdır: BİZ ONLARA YOX... - AKTUAL
Bu gün, 07:18
Bank of Baku” reklamdakı vədlərə əməl etmir? - NARAZILIQ VAR...
Bu gün, 07:10
Paşinyan ağır imtahan qarşısında - NƏ BAŞ VERİR?
Bu gün, 07:06
Bilgəhdə “Happy Days” restoranında müştəriləri belə aldadırlar - FOTOFAKT
Bu gün, 07:04
Tələbələrə DÖVLƏT QAYĞISI adı altında TƏLƏ... - İLGİNC FAKTLAR
Bu gün, 07:01
Bu məmurlar İXTİSARA SALINIR... - SİYAHI
Bu gün, 06:49
Kərə yağı adı altında xalqa nə satılır? - SENSASİON AÇIQLAMA
Bu gün, 06:35
Transxəzər boru kəmərini reallaşdırmaq üçün bundan yaxşı şans yoxdur - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:30
"Özgüvəniniz olsa, artıq çəki dərd deyil..." - FOTO
Bu gün, 06:26
Ruslar ermənilərdən də böyük xəstəliyə yoluxub - FAKT BUDUR!
Bu gün, 06:23
Moskvanın baş naziri devirmək planları baş tutmayacaq - ÇÜNKİ...
Dünən, 23:19
Sərdar Cəlaloğlu haqda ŞOK İDDİA: Dəlixanaya yerləşdirilib? – AÇIQLAMA
Dünən, 23:16
Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir - Başqa cür ola da bilməz...
Dünən, 11:51
Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib
Dünən, 11:48
Rusiya ermənilərinin lideri: - Bakıdan növbəti qələbə...
Dünən, 11:45
"Gərək alternativ yollardan istifadə edək..."
Dünən, 11:37
Putin Azərbaycana heyət göndərir - Kremlin şərti var, Bakı isə...
Dünən, 11:07
“Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin - Qiymətini açıqladı
Dünən, 11:05
AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? - AKTUAL
Dünən, 10:59
Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı
Dünən, 10:53
Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... - ETİRAZ VAR...
Dünən, 10:39
Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... - Övladdan nəvə...
Dünən, 10:30
HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib - VİDEO
Dünən, 10:16
Şadlıq sarayları əhaliyə “toy tutur” - məcburi menyu problemi
Dünən, 10:14
Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:11
Rasim Balayevin səhhətində problem yarandı
Dünən, 10:05
Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib - KİV
Dünən, 09:56
Əməkdar artistdən həmkarlarına İRAD - "Muğamı regionlara, bölgələrə bölməyin"
Dünən, 09:55
Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur - ÇÜNKİ...
Dünən, 09:53
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? - rektordan AÇIQLAMA
Dünən, 09:47
Azərbaycanla normal iqtisadi münasibətlərimiz var - Rusiya Baş nazirinin müavini
Dünən, 09:41
Rusiya narazı qaldığını gizlədə bilmir - NECƏ OLMALI İDİ Kİ...
Dünən, 09:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru