İran İsraillə nə edəcək? .....                     Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" .....                     Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir .....                     Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var .....                     Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI .....                     72 yaşlı bələdiyyə sədri cəzalandırıldı .....                     “Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq .....                     Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... .....                     "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət .....                     Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: .....                     “Forfinance” BOKT-a lisenziya verilib .....                     Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT .....                     Bir qrup dövlət qulluqçusu təltif edilib .....                     Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib .....                     Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: .....                     Bəşər Əsədin əmisi oğlu saxlanılıb .....                     Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” .....                     Pirallahıdan Allahın da xəbəri yoxdur... .....                     İranın vuran əlini “sındırdılar” .....                     Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı .....                     ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq .....                     Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi .....                     Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI .....                     Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı .....                     Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını .....                     Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... .....                     Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI .....                     Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq .....                     “Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində .....                     İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb .....                     Paşinyan Türkiyəyə bu məqsədlə gedib .....                     Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb .....                     “Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb .....                     “A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub .....                     “Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” .....                     “Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir .....                     Putindən İrana AÇIQ DƏSTƏK .....                     Əliuzun məmurların qandallanması .....                     Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? .....                     "Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" .....                 

İlqar Qasımov vaxtilə ADP-də Ali Məclis sədri postuna necə gəlibmiş - sərt ittihamlar
Tarix: 4-08-2015, 09:53 | Çap et
İlqar Qasımov vaxtilə ADP-də Ali Məclis sədri postuna necə gəlibmiş
Keçmiş milli təhlükəsizlik naziri Nəriman İmranovun və Rusiyanın sabiq ədliyyə işçisi İlqar Qasımovun “Avrasiya Hərəkatı” yaratması ölkəmiz əleyhinə daha bir təhlükənin anonsu kimi qiymətləndirilir. Azərbaycan mətbuatı bu hərəkatı birmənalı olaraq Rusiyanın ölkəmizə qarşı növbəti provokasiyası, Putinin yaratdığı Avrasiya İttifaqının Azərbaycan cəmiyyəti arasında təbliğatı üçün ortaya çıxdığı qurum olaraq təqdim edir.

Parlament seçkiləri ərəfəsində, eyni zamanda Rusiyanın Azərbaycanı Avrasiya İttifaqına qoşmaq üçün böyük səylər göstərdiyi zamanda adları Rusiya kəşfiyyatına, hərbi dairələrinə bağlı olan şəxslərin təşəbbüs qrupu yaratması təsadüfi deyil. “General” ayamalı İlqar Qasımov Azərbaycanı yenidən Kremlin təsir dairəsinə qaytarmağa çalışan siyasətçilərdən biri kimi tanınır. Onun yeni ideyadaşı, sabiq milli təhlükəsizlik naziri Nəriman İmranov haqda isə bunu demək olmaz.

Ömrünü Rusiya Dövlət Təhlükəsizlik Komitəsinin (DTK-KQB) divarları arasında keçirən çekist N.İmranov 1992-ci ilin yazında, fəxri təqaüdə çıxmasına 6 ay qalmış doğma DTK divarları onu sıxmağa başlayıb. 24 il 6 aylıq xidmətdən sonra N.İmranov istefa verib və Azərbaycana gəlib. N.İmranovun bu hərəkətinin vətənpərvərlik hisslərindən qaynaqlandığını deyənlər az keçmədi ki, yanıldıqlarını başa düşdülər.

Ölkədə siyasi gərginliyin olduğu bir vaxtda N.İmranovun dönüşü haqda o dövrün siyasi hakimiyyəti, AXC iqtidarı da məlumatlı olub. Bu dönüşün heç də yaxşı nəticələr verməyəcəyini təxmin etsələr də, lazımi addım atmağa tələsməyiblər. Hakimiyyətdəkilər qərar qəbul etməyə tələsmədikləri bir vaxtda N.İmranov gözlənilənlərin əksinə olaraq Gəncəyə yollanıb.

Milli hakimiyyət devrildikdən sonra məlum olur ki, N.İmranov qiyamçı polkovnik Surət Hüseynovun əsas məsləhətçilərindən olub.

1993-cü ilin yayında AXC hakimiyyətinin süqutundan sonra, iyulun 3-də Nəriman İmranov milli təhlükəsizlik naziri vəzifəsinə təyin edilib. 1994-cü ilin may ayının 15-də ona general-mayor rütbəsi verilib.

1994-cü il oktyabr ayının 15-də N.İmranov bir qrup şəxsin MTN-in təcridxanasından qaçırılmasının təşkilində iştirakda, vətənə xəyanətdə təqsirləndirilərək həbs olunub və ömürlük azadlıqdan məhrum edilib. 2002-ci ildə prezident Heydər Əliyev N.İmranovu əfv edib və o, azad olunandan sonra Rusiyaya yollanıb. Bu illər ərzində N.İmranovun adı gündəmə 4 iyun qiyamı ilə bağlı xatirələrdə gətirilirdi. N.İmranov isə Rusiyada oturub susmağa üstünlük verirdi.

Onun yenidən siyasi səhnəyə qayıtmasını öz saatını, vaxtını gözləməsi kimi də dəyərləndirmək olar.

Nəriman İmranovun gözlənilmədən ictimai-siyasi fəaliyyətə başlaması yeni və daha təcrübəli kadrların Azərbaycan uğrunda mübarizəyə qoşulması kimi də qiymətləndirilir. Görünən odur ki, Rusiya siyasi dairələri Azərbaycanı öz nüfuz dairəsinə qaytarmaq üçün yeni oyuna başlayıblar. Komandanın başçıları ortadadır, onların ətrafına toplaşacaq üzvlərinin meydana çıxmasına da elə də çox vaxt qalmayıb.

Azərbaycanın demokratik müxalifət qüvvələrinin "Avrasiya Hərəkatı"na münasibəti isə sərtdir.

Bu barədə danışan ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, "Avrasiya Hərəkatı" Azərbaycanı Rusiyanın köləliyinə salmaq üçün təbliğat aparmağa xidmət eləyən qurum kimi yaradılıb: “1996-cı ildə ADP ilə Ədalət Partiyası birləşəndən sonra İlqar Qasımov təxminən iki il bizim partiyanın Ali Məclisinin sədri olub. O, Ədalət Partiyasının üzvü kimi gəlmişdi. Sonra İlyas İsmayılova da xəyanət etdi. Onu partiyadan uzaqlaşdırdıqdan sonra Azərbaycanı tərk edib Rusiyaya getdi. Moskvada fırıldaq yolu ilə ədliyyə sisteminə daxil oldu və özünün dediyinə görə ədliyyə generalı rütbəsi alıb. Həmin status altında da çox maxinasiyalar həyata keçirib. Rusiya kəşfiyyatı da ardıcıl olaraq ondan istifadə edib. Mən onu çox yaxşı tanıyıram, yalançının, fırıldaqçının biridir. Onun ADP-dən çıxarıldıqdan sonrakı dövrlərdəki fəaliyyətini də izləyirəm. O, Rusiya kəşfiyyat orqanları tərəfindən ”verbovka" olunmuş bir adamdır. İlqar Qasımov yalnız Azərbaycanda Rusiyanın maraqlarını müdafiə edir. Azərbaycandakı demokratik güclərin zəiflədilməsinə xidmət eləyən proseslərin içindədir. Təsadüfi deyil ki, KQB-nin Rusiyaya bağlı olan keçmiş rəhbəri ilə təşkilat yaradır. Hər ikisi təbii ki, Rusiya ilə bağlıdır. Moskva burada ən müxtəlif qurumlar yaradır, hakimiyyətin özünün içində Rusiyaya xidmət eləyən insanlar var. Hətta demokratik ad ilə Rusiyanın maraqları ilə uzlaşan qüvvələr var, belə qüvvələri tapıb təşkilatlandırırlar, məsələn, Milli Şura kimi. Eyni zamanda Avrasiya Hərəkatı kimi aç-aydın şəkildə Rusiyanı müdafiə eləyən qüvvələr də yaradılır. Azərbaycanda kifayət qədər keçmiş rus imperiyasının köləliyi xiffəti ilə yaşayan insanlar var. Psixologiya sübut edib ki, köləlikdən azad olan insanların sırasında dərin köləliyə məruz qalmış insanlar köləlik xiffəti ilə yaşayırlar. Rusiya da həmin insanları öz ətrafına çəkib özünün buradakı maraqlarının müdafiəçisinə çevirə bilir. İndiki halda İlqar Qasımov da birmənalı şəkildə Rusiyanın maraqlarını müdafiə məqsədi güdən birisidir".

AMİP sədri Yusif Bağırzadə də "Avrasiya Hərəkatı"nı yaradan adamların Rusiya tərəfindən təlimatlandırıldığını və onlara cəmiyyətin birmənalı olaraq yox deyəcəyini bildirdi: “İlqar Qasımov həmişə Azərbaycanda seçkilər öncəsi hansısa təşkilatlar yaratmaq, nələrsə etmək cəhdində bulunur. Ancaq Nəriman İmranovun 15 il sonra qəfil peyda olması artıq başqa şeylərdən xəbər verir. Onların yaratdığı quruma cəmiyyətdə, müxalifətdə inam yoxdur və ola bilməz. Azərbaycan dövləti Avropaya inteqrasiya etməlidir. Azərbaycanı Rusiyanın əsarəti altına sürükləmək istəyən qurumlara və şəxslərə dəstək ola bilməz. Biz AMİP olaraq belə təşəbbüsləri pisləyirik. Aidiyyəti dövlət orqanları Avrasiya Hərəkatı kimi qurumların fəaliyyətini, onu yaradanların addımlarını ciddi nəzarətdə saxlamalıdır, gərəkəndə ciddi tədbirlərə əl atmalıdır”.

Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirdi ki, təmsil olunduğu partiya heç bir halda, heç bir şərtlə "Avrasiya Hərəkatı" adlanan bir quruma qoşulmaq, ona müsbət münasibət bəsləmək niyyətində deyil: "Çünki həmin qurumun dəstək verdiyi Avrasiya İttifaqı ideyası Azərbaycana uğur gətirən məsələ deyil. Müsavat Partiyasının həmin adla olan hər hansı bir təşkilatda olması, ona müsbət yanaşması mümkün deyil. Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycanın yolu avrointeqrasiya olmalıdır. Azərbaycanın çıxış yolunu, gələcəyini Avropaya ineqrasiyada görürük. Avrasiya məsələsi isə heç vaxt Müsavat tərəfindən dəyərləndirilməyib. Əgər kimlərsə, Avrasiya adı altında təşkilat yaradırsa, biz hesab edirik ki, həmin təşkilat Azərbaycan dövlətinə zərərli işlərlə məşğul olan qurum olacaq. Onun adından da bu qənaətə gəlmək mümkündür. Müsavat Partiyası bu məsələni yəqin ki, Divanda da müzakirə edib mövqeyini ortaya qoyacaq. Mən hesab edirəm ki, Avrasiya adı altında yaradılmış təşkilat Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, demokratiyanın qurulması istiqamətində hər hansı müsbət addım atmayacaq".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
Bu gün, 17:08
Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
Bu gün, 17:01
Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
Bu gün, 16:59
Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
Bu gün, 16:57
Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
Bu gün, 16:04
72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
Bu gün, 15:51
“Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
Bu gün, 15:47
Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
Bu gün, 15:45
"Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
Bu gün, 15:42
Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
Bu gün, 15:37
“Forfinance” BOKT-a lisenziya verilib
Bu gün, 15:26
Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
Bu gün, 15:24
Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
Bu gün, 15:19
Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:15
Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Bu gün, 15:00
Bəşər Əsədin əmisi oğlu saxlanılıb - TASS
Bu gün, 14:49
Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” - MƏHKƏMƏ
Bu gün, 14:43
Pirallahıdan Allahın da xəbəri yoxdur... - BU NƏDİ BELƏ?
Bu gün, 14:36
İranın vuran əlini “sındırdılar” – “Hizbullah” çaşqın və iflic vəziyyətdə
Bu gün, 14:29
Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı - Heç kimə sirr deyil ki...
Bu gün, 14:26
ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq - İran XİN rəhbəri
Bu gün, 14:15
Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi - FOTO
Bu gün, 14:14
Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI - İLGİNC
Bu gün, 14:10
Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı - TƏFƏRRÜAT
Bu gün, 14:00
Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər
Bu gün, 13:55
Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... - REALDIR...
Bu gün, 13:53
Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI - Nikol Ərdoğanla nələri müzakirə edib?
Bu gün, 13:38
Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq - İDDİA
Bu gün, 13:34
“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
Bu gün, 13:27
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
Bu gün, 13:23
Paşinyan Türkiyəyə bu məqsədlə gedib - Koncoryan
Bu gün, 11:09
Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb - DİQQƏT!
Bu gün, 11:06
“Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb - HESABAT
Bu gün, 11:05
“A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:03
“Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” - nə deyəsən, necə deyəsən, niyə susasan...
Bu gün, 11:01
“Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir
Bu gün, 10:59
Putindən İrana AÇIQ DƏSTƏK - “Sky News Arabia”
Bu gün, 10:53
Əliuzun məmurların qandallanması – “qaramaskalı”ların qonaq gedəcəyi yerlər çoxdur
Bu gün, 10:52
Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? - İNCƏLƏMƏ
Bu gün, 09:17
"Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" - deputat
Bu gün, 09:15
Jurnalist Ağaddin Babayev vəfat edib
Bu gün, 09:12
EKSPERTLİK MƏRƏZİ... - Əcəb işə düşmüşük...
Bu gün, 09:10
Rövşən Nəcəf təcili müdaxilə etməzsə... - NHMT sədri MÜRACİƏT ETDİ
Bu gün, 09:05
Oğluna güvənən direktorun yeni macəraları - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:48
Zəngəzur dəhlizi: fürsət pəncərəsi, yoxsa təhlükəli səhv? - GƏLİŞMƏ
Bu gün, 07:41
Azərbaycana yay fəsli daxil olub
Bu gün, 06:53
İrana hərbi müdaxilə ilə rejimi dəyişmək olarmı? - Görünəni odur ki...
Bu gün, 06:48
Ağsuda səhiyyə sistemi İFLİC DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:44
"Diplom almaq çətinləşdirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:29
Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir? - MÜDAFİƏ NAZİRİNƏ MÜRACİƏT
Bu gün, 06:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru