“Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik .....                     Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb .....                     “ƏDV geri al” kampaniyası başa çatır? .....                     Deputatdan İcra başçısının .....                     Naxçıvanla bağlı nə baş verir? .....                     Sayt rəhbərlərinə hökm oxundu .....                     “A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     Mərkəzi Bankda yeni təyinat .....                     İran İsraillə nə edəcək? .....                     Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" .....                     Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir .....                     Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var .....                     Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI .....                     72 yaşlı bələdiyyə sədri cəzalandırıldı .....                     “Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq .....                     Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... .....                     "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət .....                     Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: .....                     “Forfinance” BOKT-a lisenziya verilib .....                     Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT .....                     Bir qrup dövlət qulluqçusu təltif edilib .....                     Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib .....                     Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: .....                     Bəşər Əsədin əmisi oğlu saxlanılıb .....                     Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” .....                     Pirallahıdan Allahın da xəbəri yoxdur... .....                     İranın vuran əlini “sındırdılar” .....                     Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı .....                     ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq .....                     Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi .....                     Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI .....                     Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı .....                     Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını .....                     Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... .....                     Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI .....                     Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq .....                     “Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində .....                     İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb .....                     Paşinyan Türkiyəyə bu məqsədlə gedib .....                     Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb .....                 

Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
Tarix: Bu gün, 16:57 | Çap et

Külli miqdarda dələduzluqda ittiham edilən müəllimin cinayət işinin təfərrüatı məlum olub. Müəllim bir neçə nəfərdən övladını ali təhsil müəssisəsinə tələbə kimi qəbul etdirmək adı ilə pul alıb. Onun pul aldığı şəxslərdən biri də həbsxana rəisi olub.

Musavat.com xəbər verir ki, külli miqdarda dələduzluqda ittiham olunan 51 yaşlı Aqşin Həsənov 2013–2017-ci illərdə Masazır kənd 2 saylı tam orta məktəbdə müəllim işləyib. Həsənov həmin vaxt müəllim yoldaşını aldadıb xeyli miqdarda pulunu aldığına görə işdən çıxarılmışdı. Həmin əməlinə görə ona həbslə bağlı olmayan cəza verilib.

Bundan sonra Həsənov eyni yolla daha bir neçə nəfəri aldadıb. İstintaqla müəyyən edilib ki, Həsənov Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə tələbə qəbul etdirmək adı ilə 74 900, orta məktəbə müəllim kimi qəbul etdirəcəyi şəxsdən 10 030, BDU-nun Hüquq fakültəsinə qəbul etdirəcəyini dediyi abituriyentin yaxınından 70 000, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına tələbə kimi qəbul etdirəcəyini dediyi şəxsin ailəsindən 8 000, Azərbaycan Kooperasiya Universitetinin İqtisadiyyat fakültəsinə tələbə kimi qəbul etdirəcəyi barədə yalan vəd verdiyi şəxsdən 25 000, İqtisadiyyat Universitetinin Kompüter mühəndisliyi fakültəsinə tələbə kimi qəbul etdirəcəyini dediyi gəncin valideynindən 40 000, Kürdəmir şəhər 2 saylı tam orta məktəbdən Sumqayıt şəhəri ərazisində yerləşən orta məktəblərin birinə ibtidai sinif müəllimi vəzifəsinə köçürəcəyini dediyi qadından 14 000, Sumqayıtda yerləşən orta məktəblərin birinə fizika müəllimi vəzifəsinə qəbul etdirəcəyi barədə yalan vəd verdiyi digər qadından 24 000, həyat yoldaşını Bakıda yerləşən orta məktəblərin birinə Azərbaycan dili-ədəbiyyat müəllimi vəzifəsinə qəbul etdirəcəyi barədə yalan vəd verdiyi kişidən isə 15 000 manat alaraq dələduzluq edib.

Həsənov ifadəsində bu əməli maddi ehtiyaclarını qarşılaya bilmədiyi üçün etdiyini deyib. Bildirib ki, özünü Dövlət İmtahan Komissiyasında nəzarətçi işləyən, Komissiyada yaxşı əlaqələri olan şəxs kimi, eləcə də Məleykə Abbaszadənin yaxın adamı kimi təqdim edib.

Görüşdüyü adamlara çox adamı universitetə qəbul etdirdiyini deyən Həsənov hətta bəzi şəxslərin övladını universitetə apararaq orada şəkillərini çəkib. Həmin şəkilləri uşaqların valideynlərinə göndərərək onlara təbrik mesajı da göndərib. Dərs ili başlayanda isə pul aldığı şəxslərin övladlarının ali məktəblərə qəbul olmadığı məlum olub.

Həsənovun aldatdığı şəxslərdən biri də 14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi olmuş Rövşən Həsənov olub.

Təqsirləndirilən şəxs Rövşən Həsənovdan 2019-cu ildə qızını orta məktəblərdən birinə müəllimə kimi işə düzəldəcəyini vəd edərək 10 min manat pul alıb. Bu görüş və danışıq elə Cəzaçəkmə Müəssisəsində olub. Rövşən Həsənov öz xidməti otağında 5 900 dolları təqsirləndirilən şəxsə verib. Sonra aldadıldığını başa düşüb.

Rövşən Həsənovun ifadəsində diqqət çəkən bir məqam var. Belə ki, Rövşən Həsənov təqsirləndirilən şəxsi Lütfi adlı şəxs vasitəsilə tanıyıb. Lütfi həmin zaman Rövşən Həsənovun rəisi olduğu həbsxanada cəza çəkirmiş. Aqşin Həsənov Lütfinin yanına görüşə gələn zaman rəis onu görüb. Rəis həbsdə olan Lütfi ilə söhbət zamanı Aqşinin nə işlə məşğul olduğunu soruşub. Lütfi də Aqşinin müəllim olduğunu, Təhsil Nazirliyində tanışlarının olduğunu deyib.

“Qızım müəllimlərin imtahanından 48 bal toplamışdı. Keçid balı isə 50 idi. 2019-cu ildə Aqşinlə görüşəndə dedi ki, bu işi həll edəcək. Mən də 5 900 dollar verdim. Puldan cəmi 3 min manatı qaytarılıb. Bu barədə qızımın məlumatı yox idi. Düşünürdüm ki, əgər iş alınsa, qızım özü qəbul olmuş kimi bilsin”, – deyə Rövşən Həsənov ifadəsində bildirib.

Qeyd edək ki, Rövşən Həsənov bu ilin fevral ayında tutduğu vəzifədən uzaqlaşdırılıb.

Zərərçəkmişlərdən biri də daş karxanasının müdiridir. O, kirvəsi olduğu Qəzənfəri “Kooperasiya” Universitetinin İqtisadiyyat fakültəsinə qəbul etdirməsi üçün Həsənova 30 min manat pul veribmiş.

Bu işdə Aqşin Həsənovun tanışı olan Lütfi adlı şəxsin də adı keçir. Belə ki, Həsənov aldatdığı şəxslərin bəzilərini Lütfinin vasitəsilə tanıyıb. Lütfi ilə Aqşin Həsənov tələbə yoldaşı olublar.

Zərərçəkmişlərin ifadələrindən məlum olub ki, Aqşin Həsənov özünü həm də Təhsil Nazirliyinin işçisi, məktəb direktorunun müavini kimi də təqdim edib.

Məhkəmə istintaqı zamanı məlum olub ki, Aqşin Həsənov aldatdığı şəxslərdən ümumilikdə 271 min manat pul alıb. Aldığı pulların 50 min manatını hissə-hissə zərərçəkmişlərə ödəyib. Zərərçəkmişlər pullarını tam ala bilmədiyi üçün şikayətçidirlər. Məhkəmənin hökmü ilə Aqşin Həsənov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Həsənovun apellyasiya şikayəti təmin edilməyib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
Bu gün, 18:00
Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
Bu gün, 17:56
“ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
Bu gün, 17:41
Deputatdan İcra başçısının həbsinə REAKSİYA
Bu gün, 17:38
Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
Bu gün, 17:34
Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 17:25
“A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:19
Mərkəzi Bankda yeni təyinat - ƏMR
Bu gün, 17:15
İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
Bu gün, 17:08
Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
Bu gün, 17:01
Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
Bu gün, 16:59
Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
Bu gün, 16:57
Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
Bu gün, 16:04
72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
Bu gün, 15:51
“Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
Bu gün, 15:47
Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
Bu gün, 15:45
"Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
Bu gün, 15:42
Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
Bu gün, 15:37
“Forfinance” BOKT-a lisenziya verilib
Bu gün, 15:26
Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
Bu gün, 15:24
Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
Bu gün, 15:19
Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:15
Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Bu gün, 15:00
Bəşər Əsədin əmisi oğlu saxlanılıb - TASS
Bu gün, 14:49
Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” - MƏHKƏMƏ
Bu gün, 14:43
Pirallahıdan Allahın da xəbəri yoxdur... - BU NƏDİ BELƏ?
Bu gün, 14:36
İranın vuran əlini “sındırdılar” – “Hizbullah” çaşqın və iflic vəziyyətdə
Bu gün, 14:29
Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı - Heç kimə sirr deyil ki...
Bu gün, 14:26
ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq - İran XİN rəhbəri
Bu gün, 14:15
Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi - FOTO
Bu gün, 14:14
Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI - İLGİNC
Bu gün, 14:10
Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı - TƏFƏRRÜAT
Bu gün, 14:00
Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər
Bu gün, 13:55
Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... - REALDIR...
Bu gün, 13:53
Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI - Nikol Ərdoğanla nələri müzakirə edib?
Bu gün, 13:38
Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq - İDDİA
Bu gün, 13:34
“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
Bu gün, 13:27
İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
Bu gün, 13:23
Paşinyan Türkiyəyə bu məqsədlə gedib - Koncoryan
Bu gün, 11:09
Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb - DİQQƏT!
Bu gün, 11:06
“Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb - HESABAT
Bu gün, 11:05
“A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:03
“Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” - nə deyəsən, necə deyəsən, niyə susasan...
Bu gün, 11:01
“Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir
Bu gün, 10:59
Putindən İrana AÇIQ DƏSTƏK - “Sky News Arabia”
Bu gün, 10:53
Əliuzun məmurların qandallanması – “qaramaskalı”ların qonaq gedəcəyi yerlər çoxdur
Bu gün, 10:52
Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? - İNCƏLƏMƏ
Bu gün, 09:17
"Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" - deputat
Bu gün, 09:15
Jurnalist Ağaddin Babayev vəfat edib
Bu gün, 09:12
EKSPERTLİK MƏRƏZİ... - Əcəb işə düşmüşük...
Bu gün, 09:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru