"Rusiya məmnuniyyətlə o tora düşmək istəyir"
Tarix: 10-07-2015, 09:47 | Çap et
 BRİKS sammiti Rusiyanı Qərbin sanksiyalarından üzü ağ çıxara biləcəkmi? Bildirilir ki, dünya əhalisinin yarısını təşkil edən üzv dövlətlər tezliklə nizamnamə kapitalı 200 milyard dollar olan investisiya bankını yaradacaqlar. Qarşılıqlı ticarət dövriyyəsinin yaxın altı ayda ən azı 30 faiz artırılması da planlaşdırılıb. Əgər Ufa sammiti uğurlu alınsa deməli, Rus ayısı bu dəfə də Qərbin əlindən sivişib çıxacaq. Bəs sizin qənaətiniz və proqnozlarınız necədir?
Eks - spiker Rəsul Quliyev Moderator.az - ın bu suallarını cavablandırıb:
"BRİKS və ŞOS İttifaqlarında oynayan oyunçular müxtəlif liqaların oyunçularıdır. Birinci liqadan cəmi bir oyunçu iştirak edir, Çin Xalq Respublikası. Yerdə qalanlar ya ikinci, ya da 3 - cü liqalarda oynayırlar. Əhalinin sayının çoxluğu imkanların güclü olması demək deyildir. BRİKS - in üzvü olan və dünya əhalisinin demək olar ki, yarısını təmsil edən ölkələrin (3.5 milyard) istehsal etdiyi illik ümumi məhsulun həcmi 17 trilyon dollara yaxındır. Və bu 17 trilyon dollarlıq məhsulun təqribən 10 trilyonu Çinin payına düşür. Bu ölkələrin hamısı birlikdə təqribən 3.5 trilyon dollarlıq məhsul eksport (onun 2.4 trilyonu Çinin payına düşür) edirlər. Rusiyanın eksportda payı 530 milyard dollardır, onun da 500 milyardı neft və qazın eksportundan, 30 milyardı silah satışındandır. Bu ölkələr təqribən 3 trilyon dollarlıq (Çinin payı 2 trilyondur) məhsul import edirlər. RF 350 milyard dollarlıq məhsul import edir. Bu ölkələrin arasında eksport məhsullarını artıra biləcək yeganə ölkə Çindir, yerdə qalan ölkələrin eksport satışına çıxarmaq üçün məhsul istehsal etmək şansı sıfırdır. Məsələn, dediyiniz Rus ayısı bu ölkələrə satmaq üçün neft və qazdan başqa nə təklif edə bilər, metallom sayılan hərbi texnikasından başqa nə istehsal etməyə qadirdir, heç bir şey. İynədən tutmuş təyyarə istehsalına qədər RF - nın istehsal etdiyi məhsulu heç kim almaz, aşağı keyfiyyətinə görə. Hindistan bu günkü 300 milyard eksportuna hansı malını əlavə edə bilər? 30 faiz nəyi artıracaq? Banan satışını? Təbii ki, qeyri - ciddidi məsələdir.
BRİKS - in yaradıcısı Rusiya deyildir, Çindir. Əgər belə bir bank yaradılsa deməli onun nizamnamə kapitalının 50 faizindən yuxarısını Çin qoymalıdır. Belə olan halda həmin bank idarə edən də Çin olacaq. Çin yaxın bir neçə 10 illikdə superdövlət olmaq istəyir. Ona Hindistan ac - yalavac əhalisi ilə lazım deyildir. Braziliya Amerika qitəsində plasdarm rolunu oynamalıdır. Rusiya torpaqları isə insan potensialının kifayət qədər yüksək olduğu Çin üçün yeni istehsalat obyektlərinə çevrilməlidir. Çin rus mujikini qanı alkoqoldan zəhərlənmiş yarım insan kimi qəbul edir. Məqsədi uzun müddətə rus və özlərini rus adlandıranları Urala qədər olan torpaqlardan vurub çıxarmaqdır. Bu ölkələrin heç birinin Çindən başqa ticarət imkanlarını artırmaq şansı yoxdur. Bu çox elementar izah edilir. Hər bir rus ildə orta hesabla 8 min, braziyalı 9 min, çinli 4 min, hindistanlı 2 min (Cənubu Afrikanı yazmıram, çünki o kiçik ölkədir və böyük əhəmiyyət kəsb etmir) dollarlıq mal ala bilər maksimum. Çünki aldıqları maaş, ölkədəki pul kütləsi bu qədərdir. Putin rejiminin korrupsiya ilə oğurladığı pullar ölkədə xərclənmir. Faktiki 3 milyard əhalinin xərclədiyi cəmi pul tək ABŞ - ın xərclədiyi pula bərabərdir, çünki amerikalı ildə 45 min dollar xərcləyir. İndi bu ölkələr nəyin hesabına 30 faiz ticarətlərini artırırlar, bunu izah etməyə qüdrəti çata biləcək kimsə varsa irəli çıxsın.
Məsələn, Rusiya Qərbə embarqo qoyduğu malları bu ölkələrdən almaqla importunu artırmağa söz verib. Bəs pulu hardan tapacaq? Yenidən Sovet dövründəki kim barter əməliyyatına keçəcəklər. Onun üçün bu ölkələrin hamısında Qos Plan yaradılmalıdır, valyuta hökümətin hesabında yığılmalıdır və sair. Bir sözlə, bu BRİKS nağılı Çin üçün lazımdır. Rusiya məmnuniyyətlə o tora düşmək istəyir. Hindistan, Brazilya və Cənubi Afrika ölkələrinin də bu tora düşmək istədiklərinə inanmıram."


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
Bu gün, 17:08 |
|
|
|
• Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
Bu gün, 17:01 |
|
|
|
• Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
Bu gün, 16:59 |
|
|
|
• Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
Bu gün, 16:57 |
|
|
|
• Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
Bu gün, 16:04 |
|
|
|
• 72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
Bu gün, 15:51 |
|
|
|
• “Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
Bu gün, 15:47 |
|
|
|
• Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
Bu gün, 15:45 |
|
|
|
• "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
Bu gün, 15:42 |
|
|
|
• Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
Bu gün, 15:37 |
|
|
|
• “Forfinance” BOKT-a lisenziya verilib
Bu gün, 15:26 |
|
|
|
• Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
Bu gün, 15:24 |
|
|
|
• Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
Bu gün, 15:19 |
|
|
|
• Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:15 |
|
|
|
• Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Bu gün, 15:00 |
|
|
|
• Bəşər Əsədin əmisi oğlu saxlanılıb - TASS
Bu gün, 14:49 |
|
|
|
• Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” - MƏHKƏMƏ
Bu gün, 14:43 |
|
|
|
• Pirallahıdan Allahın da xəbəri yoxdur... - BU NƏDİ BELƏ?
Bu gün, 14:36 |
|
|
|
• İranın vuran əlini “sındırdılar” – “Hizbullah” çaşqın və iflic vəziyyətdə
Bu gün, 14:29 |
|
|
|
• Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı - Heç kimə sirr deyil ki...
Bu gün, 14:26 |
|
|
|
• ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq - İran XİN rəhbəri
Bu gün, 14:15 |
|
|
|
• Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi - FOTO
Bu gün, 14:14 |
|
|
|
• Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI - İLGİNC
Bu gün, 14:10 |
|
|
|
• Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı - TƏFƏRRÜAT
Bu gün, 14:00 |
|
|
|
• Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər
Bu gün, 13:55 |
|
|
|
• Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... - REALDIR...
Bu gün, 13:53 |
|
|
|
• Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI - Nikol Ərdoğanla nələri müzakirə edib?
Bu gün, 13:38 |
|
|
|
• Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq - İDDİA
Bu gün, 13:34 |
|
|
|
• “Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
Bu gün, 13:27 |
|
|
|
• İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
Bu gün, 13:23 |
|
|
|
• Paşinyan Türkiyəyə bu məqsədlə gedib - Koncoryan
Bu gün, 11:09 |
|
|
|
• Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb - DİQQƏT!
Bu gün, 11:06 |
|
|
|
• “Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb - HESABAT
Bu gün, 11:05 |
|
|
|
• “A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:03 |
|
|
|
• “Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” - nə deyəsən, necə deyəsən, niyə susasan...
Bu gün, 11:01 |
|
|
|
• “Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir
Bu gün, 10:59 |
|
|
|
• Putindən İrana AÇIQ DƏSTƏK - “Sky News Arabia”
Bu gün, 10:53 |
|
|
|
• Əliuzun məmurların qandallanması – “qaramaskalı”ların qonaq gedəcəyi yerlər çoxdur
Bu gün, 10:52 |
|
|
|
• Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? - İNCƏLƏMƏ
Bu gün, 09:17 |
|
|
|
• "Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" - deputat
Bu gün, 09:15 |
|
|
|
• Jurnalist Ağaddin Babayev vəfat edib
Bu gün, 09:12 |
|
|
|
• EKSPERTLİK MƏRƏZİ... - Əcəb işə düşmüşük...
Bu gün, 09:10 |
|
|
|
• Rövşən Nəcəf təcili müdaxilə etməzsə... - NHMT sədri MÜRACİƏT ETDİ
Bu gün, 09:05 |
|
|
|
• Oğluna güvənən direktorun yeni macəraları - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:48 |
|
|
|
• Zəngəzur dəhlizi: fürsət pəncərəsi, yoxsa təhlükəli səhv? - GƏLİŞMƏ
Bu gün, 07:41 |
|
|
|
• Azərbaycana yay fəsli daxil olub
Bu gün, 06:53 |
|
|
|
• İrana hərbi müdaxilə ilə rejimi dəyişmək olarmı? - Görünəni odur ki...
Bu gün, 06:48 |
|
|
|
• Ağsuda səhiyyə sistemi İFLİC DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:44 |
|
|
|
• "Diplom almaq çətinləşdirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:29 |
|
|
|
• Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir? - MÜDAFİƏ NAZİRİNƏ MÜRACİƏT
Bu gün, 06:25 |
|
|
|
|