YAP Nizami rayon təşkilatında 700 bal toplamış abituriyentlərlə görüş keçirilib
Tarix: 16-07-2014, 16:33 | Çap et
 Bu il qəbul imtahanlarında 700 bal toplayan Nizami rayonunun gənc zəkaları ilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında görüş keçirilib. Onlara YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyevanın təbrikləri və xoş arzuları çatdırılıb. Bildirilib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında ən yüksək balı - mümkün 700 balı toplayan abituriyentlərin kimliyini və təhsil aldıqları məktəblərin adlarını açıqlayıb. Onların ümumi sayı 7 nəfər olsa da, 3 nəfəri Nizami rayonu ərazisindəki təhsil ocaqlarının abituriyentləridir. Məlumat verilib ki, Qurbanlı Könül Yusif qızı "Zəngi" litseyinin, İbrahimov Eltun Nazim oğlu "Kimya-biologiya" təmüyüllü respublika litseyinin və Hacılı Məmməd İsmayıl oğlu Azərbaycan Beynəlxalq Təhsil Kompleksi Beynəlxalq Dədə Qorqud litseyinin şagirdləri olublar. Vurğulanıb ki, qəbul imtahanlarında ən yüksək nəticəni göstərmək hər bir abituriyent və onun valideynləri üçün qürur hissidir, böyük xoşbəxtlikdir. Eyni zamanda, 700 bal toplamış abituriyentlər təmsil etdikləri rayonun fəxri olmaqla yanaşı, rayon sakinlərinin də böyük rəğbətini qazanmış olurlar. Görüşdə sevincini paylaşan Könül Qurbanlı deyib ki, əldə etdiyi nəticələrə və uğurlara görə müəllimlərinə və valideynlərinə minnətdardır. Təhsil aldığı "Zəngi" litseyinin rəhbərliyinin və müəllim heyətinin daim şagirdlərin mükəmməl təhsil almaları üçün səy göstərdiklərini bildirən Könül Qurbanlı əlavə edib ki, dövlətimizin təhsil sektoruna ayırdığı diqqət və qayğı şagirdlərin uğurlarının timsalında özünü göstərir. Eltun İbrahimov isə qeyd edib ki, bu uğuru qazanacağına əmin idi. Orta məktəbdə oxuyarkən hər zaman yüksək nəticələr göstərdiyini vurğulayan Eltun İbrahimov deyib: "Qəbul imtahanında 700 bal toplayacağıma öncədən əmin idim. Qəbuldan öncə keçirilən sınaq imtahanlarında da yaxşı nəticələr göstərdiyimə görə 700 bal yığacağıma inanırdım. Düzdür, müəyyən tərəddüdlərim var idi. Amma qələbəyə əminlik sonda öz sözünü dedi". Məmməd Hacılı da uğuruna əmin olduğunu bildirməklə ölkəmizdə gənclərin yüksək səviyyədə təhsil alması üçün yaradılan şəraitdən razılıq edib. Bildirib ki, dövlətimiz gəncərin inkişafı, onların yeni texnologiyalar, elmin yeni nailiyyətləri ilə yaxından tanışlığı üçün gözəl şərait və imkanlar yaradıb. Təhsil ocaqlarımız kompüterlərlə təchiz olunub, yüksək təlim-təhsil şəraiti mövcuddur: "Yüksək ixtisaslı, peşəkar müəllimlər mənə dərs deyib, öz müəllimlərimdən hər zaman razı olmuşam". Sonda qazandıqları bu uğurlara görə oxuduqları məktəbin müəllim kollekivinə və yaradılan şərait üçün Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıq edən Nizami royununun fəxrləri gələcək abituriyentlərə də daha yaxşı oxumağı arzuladılar: "Hər bir şagird uşaq yaşlarından hazırlaşmalıdır. Çünki uğura aparan yol yaxşı oxumaqdan, bilikli olmaqdan keçir". Valideynlər də öz növbələrində övladlarının bu böyük uğura imza atmaları ilə fəxr etdiklərini bildiriblər. Görüşdə bir daha təhsildə göstərdikləri uğurlara görə, abituriyentlərə uğurlar arzu edilib və onlar ailələrilə birlikdə rayonda keçirilən iftar mərasiminə dəvət olunublar.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İranın əsas hədəfi İsrail deyil, Türkiyə və Azərbaycandır – Türkiyəli ekspertdən şok açıqlamalar
Bu gün, 07:14 |
|
|
|
• İranın anonsunu verdiyi dağıdıcı zərbə - 3 variant var
Bu gün, 07:10 |
|
|
|
• İsrail İranda rejimi devirməyə çalışmır - İsrailli nazir
Bu gün, 07:06 |
|
|
|
• İrandan İsrailə doğru raket atəşi qeydə alındı
Bu gün, 05:39 |
|
|
|
• İran parlamenti Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsini təsdiqləyib - “Tasnim”
Bu gün, 05:36 |
|
|
|
• Fordo yaxınlığında zəlzələ – İranın nüvə obyektinə qarşı yeni təhlükə?
Bu gün, 03:14 |
|
|
|
• Yaxın Şərqdəki gərginlik fonunda neft KƏSKİN BAHALAŞDI - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 03:11 |
|
|
|
• “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları - MÜLKİYYƏTƏ ZORAKILIQ
Bu gün, 03:09 |
|
|
|
• Paytaxt sakinləri taksi xidmətindən necə “həzz” alır… - TƏFƏRRÜAT
Bu gün, 02:55 |
|
|
|
• Bu savaş İran üçün necə nəticələnəcək: Mühüm proqnozlar... - Görünəni odur ki...
Bu gün, 02:53 |
|
|
|
• İran rəhbərliyi Rusiyaya qaça bilər - QƏRAR
Bu gün, 02:41 |
|
|
|
• “Ruhanilər” və “sabiqlər” hakimiyyətə qarşı: ölüm-qalım savaşı - AKTUAL
Bu gün, 02:39 |
|
|
|
• “İndiki durumda istər Rusiya, istərsə də Çin İrana hərbi dəstək verə bilməz...” - RƏY
Bu gün, 02:36 |
|
|
|
• İranda rejim ilk dəfə çökmə həddinə çatıb - GƏLİŞMƏ
Bu gün, 02:34 |
|
|
|
• Makron Putinin İsrail və İran arasında vasitəçiliyinə qarşı çıxdı
Bu gün, 02:32 |
|
|
|
• İsrail üçün dəhşətli iddia – “Bütün HHM-lər sıradan çıxdı”
Bu gün, 02:29 |
|
|
|
• "Nədir bölüşə bilmədiyiniz?" - ETİRAZ
Bu gün, 02:26 |
|
|
|
• İsrail qırıcısı Zəncanda qəzaya uğradı
Bu gün, 02:24 |
|
|
|
• İran Xəzər dənizi üzərində İsrail PUA-larını vurduğunu açıqladı! - “Al Mayadeen”
Bu gün, 02:23 |
|
|
|
• Reydə İsrailin dron sexi aşkarlanıb - FOTO
Bu gün, 02:19 |
|
|
|
• AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib
Dünən, 21:20 |
|
|
|
• Hacıyevin Praqa səfərinin pərdəarxası – “Zəngəzurdan keçib Türkiyəyə doğru…”
Dünən, 17:17 |
|
|
|
• İran vuruldu, Ermənistan da hazırlıq görməlidir – Petrosyan təşvişə düşdü
Dünən, 17:14 |
|
|
|
• "Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı - DƏLİXANADIR, VALLAH...
Dünən, 17:09 |
|
|
|
• Fidan İsrailin İrana zərbələri ətrafındakı vəziyyəti Lavrovla müzakirə edib - TASS
Dünən, 17:03 |
|
|
|
• Bu, qurtuluş savaşıdır, qalib gələcəyik - Netanyahu
Dünən, 17:02 |
|
|
|
• Pekin İranın yanındadır: - İsrailə qarşı kəşfiyyat müharibəsi başlayır?
Dünən, 17:00 |
|
|
|
• Əbədi və əzəli Azərbaycan-Türkiyə qardaşlığı - MƏQALƏ
Dünən, 12:24 |
|
|
|
• Tehran Universitetində imtahanlar təxirə salındı
Dünən, 10:16 |
|
|
|
• İran ballistik raketlərin sayını 8 minə çatdıracaq - Kəşfiyyat
Dünən, 09:50 |
|
|
|
• Azərbaycanda prokuror müavini vəfat etdi
Dünən, 09:48 |
|
|
|
• Azərbaycanın bu rayonları təhlükədə – “Görünməz düşmən” hücuma keçə bilər
Dünən, 09:46 |
|
|
|
• İsrail–İran toqquşması: Hansı tərəf üstündür? - Markov
Dünən, 09:42 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi də belə başlamışdı - GƏLİŞMƏ
Dünən, 07:04 |
|
|
|
• Məktəb direktoru özünü QOÇU ZƏNN EDİR - BU NƏDİ BELƏ?
Dünən, 07:03 |
|
|
|
• "Bu hərəkətə dözə bilmirəm" - Xalq artisti
Dünən, 06:45 |
|
|
|
• "İrəvanla Bakı eyni yolu istəyir, fərq işləmə mexanizmindədir" - deputat
Dünən, 06:39 |
|
|
|
• İsrail-İran qarşıdurmasında 5 ən pis ssenari mümkündür - TƏFƏRRÜAT
Dünən, 06:37 |
|
|
|
• ABŞ-dən İrandaklı amerikalılara müraciət - Azərbaycanla sərhəddən keçib gəlin
Dünən, 06:34 |
|
|
|
• Dünyanı lərzəyə gətirən ölkə haqda bilmədiklərimiz – İsrail niyə bu qədər güclüdür?
Dünən, 06:29 |
|
|
|
• İsrail son günlər ABŞ-dən İranla münaqişəyə qoşulmağı xahiş edib - “Axios”
Dünən, 06:20 |
|
|
|
• "Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı" - ANIM
Dünən, 00:56 |
|
|
|
• Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan
14-06-2025, 23:21 |
|
|
|
• İran-İsrail müharibəsinin alovu sərhədimizə çatdı: Naxçıvandan raketlər görünür, insanlarımız narahatdır - TƏFƏRRÜAT
14-06-2025, 23:15 |
|
|
|
• İran İsrailə qarşı kütləvi hücum planlaşdırır - IRIB
14-06-2025, 23:13 |
|
|
|
• Netanyahunun oğlunun toyu təxirə salındı
14-06-2025, 18:04 |
|
|
|
• İran faktiki olaraq Rusiyaya silah və texnologiya verməklə bizə qarşı fəal işləyir - Zelenski
14-06-2025, 18:01 |
|
|
|
• Bu gün Bakının 550 küçəsi yuyulub - FOTO
14-06-2025, 17:17 |
|
|
|
• İrəvan-Bakı münasibətlərində sürpriz yenilik: - Müharibə iki ölkə arasında sülh yaradır?
14-06-2025, 17:11 |
|
|
|
• Azərbaycan Ermənistanın yerinə Avrasiya İqtisadi Birliyinə qoşulacaq? – Rusiyadan ŞƏRH
14-06-2025, 17:05 |
|
|
|
|