İsrail İranda rejimi dəyişməyə çalışmır.
Teleqraf xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar CNN-ə verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, İsrail hökumətinin məqsədi İran rəhbərliyini devirmək deyil.
"Təhlükəsizlik Kabineti məqsədlər müəyyən edib - rejimi devirmək bu məqsədlərdən biri deyil. Bu, İran xalqının qərar verəcəyi məsələdir. Biz, İran xalqını düşmənimiz hesab etmirik. 1979-cu ildə baş vermiş İslam inqilabına qədər, çox vəhşi bir rejim hakimiyyətə gələnə qədər İranla əla münasibətlərimiz olub.... Bunlar “Amerikaya ölüm, İsrailə ölüm” şüarı səsləndirən insanlardır", - Saar bildirib.
Xatırladaq ki, daha əvvəl mətbuatda İsrailin ABŞ-yə İranın Ali Rəhbəri Əli Xameneini məhv etmək planını təqdim etdiyi, lakin ABŞ lideri Donald Trampın bu plana veto qoyduğu barədə xəbərlər yayılmışdı.