Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... .....                     Zakir Qaralov uzun müddət sonra göründü .....                     Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... .....                     “Məğlub edilməmiş Rusiya” İMİCİ .....                     Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu .....                     Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı .....                     Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub .....                     Paşinyan xalqdan legitimlik dəstəyi istəyir .....                     Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir .....                     Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı .....                     Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı .....                     Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb .....                     “Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” .....                     Bu qürurun başlanğıcı tarixi Zəfərdir .....                     20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür .....                     Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi .....                     Putinin masasındakı “gizli qovluq”da nələr var? .....                     Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb .....                     Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı .....                     Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... .....                     Sülhün qarşısında OHANYAN SƏDDİ .....                     Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb .....                     Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi .....                     Azərbaycanda logistika şirkəti bağlanır .....                     Cəlilabadda ağacyeyənlər peyda olub .....                     Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... .....                     Sülh müqaviləsi tezləşir .....                     Qardaş olub İngilistan... Azərbaycan... .....                     Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb .....                     Barışığa Qarabağdan atılan güllələr .....                     Geosiyasətin cinayət yolu... .....                     Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? .....                     Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR .....                     “Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” .....                     Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq .....                     'Şirvanşah'ın kadrları hədəfdə: HƏBS TƏDARÜKÜ... .....                     “Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü .....                     Türkiyə-Ermənistan sərhədi açılır? .....                     Jurnalist "Qarabağ"in məğlubiyyətini proqnozlaşdırdı .....                 

“Bu, Paşinyanın yeni hiyləsidir - guya problem işğal yox, insan hüquqları və təhlükəsizlik məsələsiymiş”
Tarix: 29-06-2023, 11:39 | Çap et
“Bu, Paşinyanın yeni hiyləsidir
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov ilə Ararat Mirzoyan arasında Vaşinqtonda danışıqlar keçirilir. İyunun 27-də başlayan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair saziş üzrə müzakirələrin növbəti raundu bu gün (iyunun 29-da) başa çatacaq. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama verib.

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə keçirilən görüşün yekunları ilə bağlı mətbuata bəyanatın veriləcəyi gözlənilir. Bu raundda konkret hansı detalların müzakirə olunduğu açıqlanmayıb.

Xatırladaq ki, Blinken görüşdən əvvəl XİN başçıları ilə ayrılıqda görüş keçirib.

DİA.AZ-ın məlumatına görə, nazirlərin Vaşinqton görüşündən gözləntiləri AYNA ilə bölüşən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov bildirib ki, bu növbəti üçgünlük görüşdə hansı razılaşmaların əldə olunacağını demək çətindir:

- Əsas olan odur ki, Azərbaycanın sülh gündəliyi var və danışıqlar o gündəliyin əsasında aparılmalıdır. Xatırlatmaq istəyirəm ki, Prezident İlham Əliyev hərbçilər qarşısındakı son çıxışında bildirdi ki, sülh olmayacaq - əgər Bakının tələbləri yerinə yetirilməsə. Bəziləri hesab edir ki, sülh sazişi hədəfdir. Amma belə deyil, sülh müqaviləsinin içərisində olanlar Bakı üçün əsasdır. Azərbaycan Ermənistan qarşısında konkret tələblər qoyub: Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələri çıxarılmalıdır, qondarma qurum ləğv edilməlidir. Bundan sonra Azərbaycan Qarabağ erməniləri ilə necə təmas quracaq, kimlərlə dialoqa gedəcəyini özü müəyyənləşdirəcək. İrəvan ya bunu xoşluqla yerinə yetirməlidir, ya da Azərbaycan hərbi güclə həll edəcək.

Hesab edirəm ki, Vaşinqtondakı görüşdə nəticəsizliyin özü də bir nəticə olacaq. Çünki bundan sonra Bakı necə addım atmalı olduğunu daha da dəqiqləşdirəcək. İndi gözləyək görək, XİN başçılarının üç gün davam edən görüşü barədə yekun bəyanat nə olacaq.

- Əvvəlki görüşlərdə “Qarabağın statusu”, “müstəqillik” kimi ifadələrə rast gəlməmişik, sadəcə Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi qabardılıb. Eyni zamanda, Bakı ilə ermənilərin dialoqu təşviq edilib. Vaşinqton görüşündə yenə də eyni məsələlərin müzakirə olunacağı gözlənilir. Bundan bir nəticə çıxacaqmı?

- Hesab edirəm ki, İrəvanın Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyindən danışmağı hiyləgər gedişdir. Paşinyan hökuməti beynəlxalq auditoriyaya, vasitəçilərə belə bir mesaj ötürür ki, son bir ildə “status”, “Dağlıq Qarabağ”, “öz müqəddəratını təyinetmə”, “müstəqillik” sözlərindən istifadə etmirlər. Guya ki, İrəvanı yalnız Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi maraqlandırır. Amma hesab edirəm ki, belə deyil. Yenə deyirəm, bu, hiyləgər yanaşmadır.

Bunun İrəvanın növbəti hiyləsi olduğunu anlamaq üçün Ermənistanda müharibədən sonrakı seçkilərdə yenə hakimiyyətə gələn Paşinyan hökumətinin proqramına baxmaq lazımdır. Həmin proqramda Nikol hakimiyyəti Qarabağla bağlı hədəflər qoyub. Həmin hədəflərdə açıq-aydın deyilir ki, Ermənistan hökumətinin əsl məqsədi Qarabağ ermənilərinin “xilas olma naminə ayrılması”dır. Burada İrəvan “ayrılıq” deyərkən Qarabağın Azərbaycandan ayrılmasını nəzərdə tutur. Həmin proqramdan İrəvan imtina etməyib. Demək ki, burada hiylə var.

İkinci məsələ, Azərbaycan ərazilərinin 30 illik işğalını kölgə altına salmaq niyyəti güdürlər. İrəvan elə fon yaratmaq istəyir ki, guya problem işğal yox, insan hüquqları və təhlükəsizlik məsələsidir, liberal mövzudur. Bunu dünya ictimaiyyətinə belə çatdırmaq niyyətindədirlər. Bununla Azərbaycan ərazilərində 30 il müddətində törətdikləri cinayətləri, vəhşilikləri, bir milyona yaxın insanın 30 ildən çox qaçqın həyatı yaşamasını, Azərbaycana vurduqları milyardlarla dollar məbləğində ziyanı gündəmdən çıxarmaq istəyirlər. Məsələni təcavüz platformasından insan hüquqları platformasına gətirməyə çalışırlar. Demək istədiyim budur ki, İrəvanın “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi” adlı yanaşması növbəti hiyləgərlikdir.

Azərbaycan dövləti özü vətəndaşlarının hüququnu da, təhlükəsizliyini də qorumağa qadirdir, qanunları ilə, davranışları ilə buna təminat verir. Qarabağ ermənilərinin məsələsinin Ermənistana dəxli yoxdur, bu, Azərbaycanın daxili işidir. İrəvan sülh istəyirsə, sadəcə Bakının sülh gündəliyinə razı olmalı, tələbləri yerinə yetirməlidir.

- Ermənistan Baş naziri İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir neçə dəfə bəyan edib. Amma biz bunu rəsmən, sənədlə təsdiq edildiyini görmürük...

- Məsələ də odur ki, sözdən əmələ keçilmir. Azərbaycanın şərtləri bəllidir. XİN başçısı Ceyhun Bayramov ATƏT-də çıxışı zamanı rəsmi Bakının 4 tələbini səsləndirdi: Birincisi, Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı qrupları çıxarılmalıdır. İkincisi, Ermənistan Azərbaycanın daxili işlərinə qarışmamalıdır. Üçüncüsü, Azərbaycanın Qarabağ erməniləri ilə dialoq prosesinə müdaxilə etməməlidir. Sonuncu isə Azərbaycana qarşı qaralama kampaniyalarına son qoymalıdır. Ermənistan Qarabağ erməniləri məsələsini gündəmə gətirərək qaralama kampaniyası aparır. Biz görürük ki, Ermənistan bu siyasətindən əl çəkmir. Ona görə də Paşinyanın ərazi bütövlüyü ilə bağlı dedikləri səmimiyyətdən uzaq görünür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Bu gün, 11:52
Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Bu gün, 11:50
Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Bu gün, 11:39
“Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Bu gün, 11:22
Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Bu gün, 11:20
Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Bu gün, 11:07
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Bu gün, 11:06
Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Bu gün, 11:03
Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir - DETALLAR
Bu gün, 11:00
Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Bu gün, 10:52
Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Bu gün, 10:36
Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:28
Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Bu gün, 10:26
“Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Bu gün, 10:22
Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Bu gün, 10:17
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Bu gün, 10:15
Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar
Bu gün, 09:57
Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb
Bu gün, 09:55
Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı - “İravunk” qəzeti
Bu gün, 09:54
Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... - BU NƏDİ BELƏ?
Bu gün, 09:41
Sülhün qarşısında OHANYAN SƏDDİ - təsirli ola bilərmi?
Bu gün, 09:29
Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb - CƏDVƏL
Bu gün, 09:24
Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 09:22
Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 09:20
Cəlilabadda ağacyeyənlər peyda olub - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:17
Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11
Sülh müqaviləsi tezləşir - seçkilər referendumla eyni vaxtda olacaq?
Bu gün, 09:06
Qardaş olub İngilistan... Azərbaycan... - NƏ BAŞ VERİR?
Bu gün, 09:05
Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb - bu iş rus kəşfiyyatçısına həvalə edilibmiş...
Bu gün, 09:01
Barışığa Qarabağdan atılan güllələr - niyə məhz indi?
Bu gün, 08:59
Geosiyasətin cinayət yolu... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? - AKTUAL
Bu gün, 07:22
Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 07:14
“Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” - Direktor müavini haqqında hökm dəyişdi
Bu gün, 07:09
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq – Araz Paşayevin qərarı etiraz doğurdu
Bu gün, 07:06
'Şirvanşah'ın kadrları hədəfdə: HƏBS TƏDARÜKÜ... - GƏLİŞMƏ
Bu gün, 07:03
“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTO
Bu gün, 06:50
Türkiyə-Ermənistan sərhədi açılır? - AKTUAL
Bu gün, 06:42
Jurnalist "Qarabağ"in məğlubiyyətini proqnozlaşdırdı - "Nəinki qələbəyə, heç heç-heçəyə belə ümid etmirəm"
Bu gün, 06:40
"Müəllimlikdən anlayışı olmayan Təhsil İnstitutuna rəhbərlik edir" - Ekspertdən ETİRAZ
Bu gün, 06:36
Xankəndində terror: NƏYƏ İŞARƏDİR? - Görünəni odur ki...
Bu gün, 06:34
NATO-nun acizliyi: müharibə və rüsvayçılıq arasında seçim - NƏ ETMƏLİ?
Bu gün, 06:31
"Maştağada uşaqlar gölməçədən keçib, dərsə gedirlər" - ETİRAZ
Bu gün, 06:18
Naxçıvanda daha bir narazılıq... - sürücülər işsiz qaldı...
Bu gün, 06:10
Bərdə sakini möcüzə ilə ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:06
"Hara, kimə şikayət edəcəyimizi bilmirik..." - NARAZILIQ VAR...
Bu gün, 06:03
"Ermənilərin belə addımları ilə yenə də qarşılaşa bilərik..." - ONA GÖRƏ DƏ...
Bu gün, 05:34
Ermənistan sülh prosesində irəliləyiş göstərsə də, təzyiqlər artır - GƏLİŞMƏ
Bu gün, 05:32
"Bu gün dünyanın ən güclü ordularından birinə sahibik" - partiya sədri
Bu gün, 05:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru