Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir .....                     Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara .....                     “İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” .....                     "Mozalan Studiyası"na yeni direktor təyin edilib .....                     "İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? .....                     İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? .....                     “Peyk zavodu”nun direktoru dəyişib .....                     "Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" .....                     Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb .....                     “Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları .....                     Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub .....                     "Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən .....                     Baş həkim olmaq arzusu ona baha başa gəldi... .....                     "1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." .....                     Ermənistanın TŞ katibi İrana səfər edəcək .....                     İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA .....                     "Səba" külli miqdarda borca düşdü, .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb .....                     Vasif Əmirova daha yüksək vəzifə verildi .....                     Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... .....                     Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... .....                     Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                 

"Bu işin Azərbaycanda ən uğurlu sosial layihələrdən biri olacağına inanıram" - deputat
Tarix: 10-06-2023, 08:26 | Çap et
"Bu işin Azərbaycanda ən uğurlu sosial layihələrdən biri olacağına inanıram"
“Həftə içi”nə müsahibə verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bir sıra məqamlara aydınlıq gətirib. DİA.AZ onunla söhbəti təqdim edir:

– İndiki mərhələdə sosial sferada həllini gözləyən əsas prioritetlər hansılardır?

– Azərbaycan sosial dövlətdir və sosial siyasət həmişə prioritet istiqamətlərdən biridir. Cənab Prezident öz çıxışlarında, müraciətlərində də söyləyir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır. Hazırda bizim dövlətin daxili siyasətində qarşıda dayanan əsas məsələ – Qarabağın və Şərqi Zəngəzurun bərpası, təhlükəsizliyinin təmin olunması, ərazilərin minaların təmizlənməsi, məskunlaşma prosesinin sürətlənməsi, məcburi köçkün bacı-qardaşlarımıza yaşayış yerləri ilə yanaşı, iş yerlərinin açılmasıdır. Digər prioritet istiqamətlər də var ki, bunlar ölkənin müdafiə qüdrətinin artırılması, milli təhlükəsziliyin qorunması, strateji sahələrin, o cümlədən su, enerji, yol və sair infrastruktur layihələrin həyata keçirilməsidir. Bu mənada son dövrlərdə qəbul etdiyimiz qanunlar, qərarlar, proqramlar, əsasən, qeyd etdiyim strateji məsələlərə yönəlmişdir. Heç şübhəsiz ki, ilkin olaraq Zəngilanın Ağalı kəndinə məcburi köçkünlərimizin köçürülməsi, artıq burada sosial, mədəni infrastruktrun, iş yerlərinin yaradılması ilə yanaşı, həm də ən müasir şəkildə qurulması Azərbaycan Dövlətinin gücünün göstəricisi, həm də cənab Prezidentin sosial sahəyə nə qədər həssas yanaşmasının ifadəsidir. Bilirsiniz ki, artıq Laçına ilk köçürülmə baş tutdu. Təbii ki, burada məsələ tək sakinlərin işğaldan azad edilmiş ərazilərə köçürülməsi deyil, o insanların daimi yaşamasından ötrü iş yerlərinin açılması, sosial infrastrukturun qurulması, eyni zamanda, təhlükəsizliyin təmin edilməsi vacib məsələlərdir.

Bu gün bütün dünyada post-COVID dövrünün zərərli fəsadları iqtisadi və sosial sahədə xüsusilə yaşanır. Bu mənada Azərbaycanın sosial-iqtisadi mənzərəsindən danışanda, ilk növbədə, bu istiqamətdə məsələlərin həllində dövlətin niyyət və imkanlarını da nəzərə almaq lazımdır. Qeyd etmək lazımdır ki, Azərbaycanın dövlət büdcəsinin 30 faizindən çoxu sosial sahələrin maliyyələşdirilməsinə yönəldilib. Bu ilin dövlət büdcəsində sosial sahələrin maliyyələşməsinə, təxminən, 46 faizə yaxın büdcə vəsaiti ayrılıb ki, bu da büdcənin yarısı deməkdir. Əlbəttə ki, çətinliklər də var. Xüsusilə, pandemiyanın yaratdığı ümumdünya maliyyə iqtisadi böhranı və böhranın törətdiyi məhsul qıtlığı, infilyasiya Azərbaycanda da mənfi təsirini göstərir. Dünyada gedən qlobal təbiət hadisələri – istiləşmə, quraqlıqlar, ərzaq qıtlığı, su çatışmazlığı məsələləri yaxın 4-5 il müddətində ən ciddi problem olaraq qalacaqdır. Bunların aradan qaldırılması üçün dövlətin investisiya layihələri həyata keçirilir, tədbirlər görülür.

– Qiymət artımı, vətəndaş məşğulluğu, işlə təminat, maaşlar, qocalıqla bağlı pensiya, xəstəliklə bağlı əlilliyin təyinatı...

– Pandemiyanın mənfi təsirlərinin aradan qaldırılmasına illərlə vaxt lazım olacaq. İnfilyasiya məsələsi tək Azərbaycanın və yaxud hər hansı bir dövlətin daxili məsələsi deyildir. Bütün ölkələr bir-biri ilə iqtisadi, ticari əlaqələrə malikdirlər. Bir ölkədə baş verən qiymət artımı, digər ölkələrə də öz təsirini göstərir. Təəssüflər olsun, Azərbaycanda çoxişlənən malların, o cümlədən ərzaq məhsullarının böyük hissəsi xaricdən gətirilir. Biz bu mənada idxaldan asılı infilyasiyaya məruz qalmışıq. Hökumətimizin ötən ilin sonlarındakı hesabatında və büdcə təqdimatlarında verdiyi proqnoza görə, bu il infilyasiya Azərbaycanda birrəqəmli həddə düşəcəkdi, amma dünyada gedən proseslər onu göstərir ki, bu il infilyasiyanın həcmi kifayət qədər çox olacaq. Bunun da müqabilində maaşların, pensiyaların, müavinətlərin artırılması, digər sosial dəstək layihələrin həyata keçirilməsi zəruridir. Bilirsiniz ki, yanvar ayında cənab Prezidentin fərman və sərəncamları ilə 4-cü sosial islahatlar zərfi qəbul olundu. Büdcədən maliyyələşən bütün təşkilatların əməkhaqları artırıldı, minimum əməkhaqqının 300 manata qaldırılması ilə əlaqədar qeyri-büdcə təşkilatlarında, özəl sektorda da əməkhaqqının artırılması prosesi baş verdi. Minimum pensiya qaldırıldı. Orta aylıq pensiya, təxminən, 15 faiz həcmində yüksəldildi. Əlillərə müavinət və prezident təqaüdlərinin, o cümlədən tələbələrə, alimlərə verilən təqaüdlərin, pensiyaya əlavələrin məbləğləri və digər ödənişlər artırıldı.

Yeni iş yerlərinin açılması birbaşa investisiya tələb edən məsələdir. Bu sahədə, şübhəsiz, özəl sektora daha geniş imkanlar yaradılmalıdır. Vergi güzəştlərinin verilməsi, onların vergilərdən müəyyən müddət üçün azad edilməsi, yaxud kənd təsərrüfatı sahəsində güzəştli şərtlərlə kreditlərin verilməsi vacib məsələlərdir. Pandemiya təsirlərinin minimuma endirilməsi şərtləri daxilində turizmin inkişafı üçün yeni imkanlar yaradılır. Azərbaycanın qeyri-neft sektorunda ən qabaqcıl, daha çox gəlir gətirən sahələrindən biri turizmdir. Cənab Prezidentin turizmə diqqəti böyükdür və daxili turizmin inkişafına müəyyən imkanlar yaradılmalıdır. Azərbaycanın bütün turizm obyektlərində qiymətlər kifayət qədər bahadır, yəni Azərbaycanda haradasa 1 həftə istirahət etməyə çəkilən xərclər Türkiyənin kurortlarında çəkilən xərclərə bərabədir. Gürcüstanda istirahət yerlərindəki qiymətlər bizdən iki dəfə aşağıdır. Ona görə də aşağıbüdcəli istirahət yerlərini təşviq etmək lazımdır.

Eləcə də məşğulluqla bağlı aztəminatlı ailələrin, daha çox qayğıya ehtiyacı olan qazilərin, ümumi səbəbədən əlilliyi olan şəxslərin, şəhid ailələri, valideyn himayəsindən məhrum olmuş uşaqların işlə təmin olunması, ailə başçısını itirmiş ailələrdə qadınların, yaxud əmək qabiliyyəti olan digər üzvlərin məşğulluğu ön planda olmalıdır. Qeyd edim ki, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının işlə təmin olunmasında dövlətin xüsusi layihələri var. Onlar özünəməşğulluq proqramlarına cəlb olunur və yaxud müştərək maliyyələşmə şərtləri daxilində özəl sektorda işə dəvət olunurlar. Hesab edirəm, bu imkanların daha da genişləndirilməsinə ehtiyac vardır.

– Əlilliyin təyinatı üzrə aparılan işlər ölkə əhalisini düzgünmü əhatə edir? Problemlərin aradan qaldırılması üçün hansı işlər görülür?

– Əlilliklə bağlı ölkədə dərin islahatlar aparılır. Ötən il Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə əlilliyin təyin olunmasının yeni meyarları tətbiq olundu. Bu bizim üçün yeni olsa da, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə bütün dünya ölkələrində əlilliyin təyin olunmasının meyarlarının tətbiqi tövsiyə olunur. Azərbaycan, demək olar ki, əlillik təyinatında Avropa standartlarına gəlib-çatmışdır. Kifayət qədər narazılıqlar da var. Bəzən işin çoxluğu, obyektiv müayinənin aparılmaması, sənədlərin düzgün doldurulmaması, şəxslərin müalicəyə tam cəlb olunmaması səbəbindən, əlilliklə bağlı müraciətlərin geri qaytarılması halları da olur ki, bu da vətəndaşlarımızı narahat edən başlıca məsələlərdir. Bizə şikayət məktubları, şikayətçilər gəldiyi halda, onları Əmək və Əhalinin Sosial Müfadiəsi Nazirliyində Dövlət Əliliyin Ekspertizası və Reablitasiyası Xidmətinə yönəldirik. Beləliklə, şəxslərin əyani müayinəyə dəvət olunması, əlilliklə bağlı qərarların vətəndaşın özünə elan edilməsi, izahatın verilməsinin təmin edilməsi məsələləri nazirlik qarşısında əsas tələb kimi qoyulub. Əlillik təyin olunmayacağı halda, bu insanların gəlirlərinin nədən ibarət olacağını da taleyin ümidinə buraxmaq düzgün deyil. Əvvəllər əlillik pensiyası almış, sonradan əlilliyin dayandırılması ilə gəlirlərini itirmiş şəxslər işlə təmin olunmalıdırlar. Bəli, müəyyən müddət ərzində kifayət qədər əsaslandırılmamış əlilliyin ləğv olunmasının bütün vətəndaşlarımız tərəfindən ciddi narazılıqla qarşılandığını düşünmürəm. Narazı qalanların da arqumentləri budur ki, hardasa işlə təmin olunmalıdırlar. Bu, cəmiyyəti düşündürən məsələlərdəndir. Bu sahədə gərginlik əvvəlki kimi deyil, şikayətlərin sayı azalıb. Görünür ki, profilaktik tədbirlər öz müsbət nəticələrini verməkdədir.

– Büdcəyə dəyişikliklər fonunda pensiya və maasların, sosial yardımların artırılması mümkündür?

– Dövlət Büdcəsi, Sosial Müdafiə Fondunun büdcəsi, işçinin sığorta fondunun büdcəsi Milli Məclisdə birinci oxunuşda qəbul olundu. Dövlət büdcəsinin 3 milyard gəlir hissəsində, 3,2 milyard xərc hissəsində artımlar nəzərdə tutulub. Büdcənin profsitinə əlavə olunan bütün vəsaitlər qısa strateji hədəflərə sərf olunacaqdır: Qarabağın və Şərqi Zəngəzurun bərpasına, Ordumuzun qüdrətinin artırılmasına, milli təhlükəsizliyimizin güclənməsinə, eyni zamanda xaricdə beynəlxalq siyasətin həyata keçirilməsi üçün maddi təminatların yaxşılaşdırılmasına və bir sıra strateji investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilib. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə 4 milyon manatlıq artım nəzərdə tutulur. Bu artım uşağın doğulmasına görə birdəfəlik müavinətin artırılmasına yönəldiləcək. Prezidentin Sərəncamı ilə bu il yanvar ayının 1-dən uşağın doğulmasına görə müavinətin məbləği 300 manatdan 500 manata qaldırılıb. Digər xərclər isə Dövlət Sosial Müdafiə Fondunun strukturunun saxlanılmasına, maaşların verilməsinə və digər xərclərə yönəldiləcək. İşsizlikdən Sığorta Fondunun büdcəsinə 5 milyon manat gəlirləri və xərcləri artırılır. Xərclərin əsas istiqamətləri işsizlikdən sığorta müavinətlərinin artırılması, yeni iş yerlərinin açılmasına və haqqı ödənilən ictimai işlərdə əmək haqqının artırılmasına yönəldiləcək. Profisit büdcənin əsas məqsədi dediyim kimi, strateji məqsədlərlə bağlıdır.

– Milli Məclisdə səhiyyə və təhsil işçilərinin iş fəaliyyətinin 65 yaş həddində məhdudlaşdırılmasını düzgün hesab etmədiniz. Bunun yarada biləcəyi gərginliyi nəzərə alaraq, qanunla vətəndaşın əmək fəaliyyəti müddətinin 70-ə uzadılmasını təklif etdiniz. Bu məsələ o spektr əhali üçün nə dərəcdə zəruridir, əhəmiyyətlidir?

– Büdcədən maliyyələşən təşkilatlarda işçilərin son iş həddi 65-yaşa qədər müəyyən olunub. 65 yaş tamam olduqdan sonra Əmək Məcəlləsinin 10-1-ci maddəsinə görə işçi işdən çıxarılaraq pensiyaya göndərilir. Özəl sektorda çalışan eyni yaşda olan işçilər üçün belə bir məhdudiyyət yoxdur. Mən də hesab edirəm, əmək qabiliyyəti, peşə bilik bacarığı qaydasında olan yaşlı insanların yalnız yaşa görə məcburi pensiyaya göndərilməsi doğru deyil. Bu, onların əmək hüququnun məhdudlaşdırılmasıdır. Bu mənada məhdudiyyətlərlə bağlı bir qədər yumşaldılma aparılmalıdır. Digər tərəfdən, əgər gənc insanlar özlərinə iş tapmaq imkanlarına malikdirlərsə, yaşlı insanların belə imkanları olduqca məhduddur. Qeyd olunan peşə sahələri üzrə bölgələrdə olan boş iş yerlərində gənclərin gedib çalışması, adaptasya olunması daha rahat olar, nəinki yaşlı insanların. Əsas arqumentim ondan ibarətdir ki, əgər işçinin bilik, bacarıq vərdişləri yerindədirsə, sertifikasiyadan keçibsə, yaş onun işini davam etdirməsinə əngəl yaratmalı deyil. Ona görə də təklif etdim, bu yaşda insanlar da sertifikasiyadan keçsin, kimin yüksək balı varsa, qalıb işləməlidir. Kim lazım olan balı toplamırsa, yaşından asılı olmayaraq, onu başqa işə keçirmək, yaxud işdən kənarlaşdırmaq daha ədalətli olar. Bu fikirlər təəssüflər olsun ki, cəmiyyətə bir qədər təhrif olunmuş şəkildə təqdim olundu və bəzi hallarda sosial şəbəkələrdə, bəzi saytlarda bunu pensiya yaşının 70 yaşa qədər artırılması kimi təqdim etdilər. Bu yanlışdır. Bu təklif pensiya yaşı ilə bağlı deyildi. Təklifim ondan ibarətdir ki, insanlar pensiyaya çıxandan sonra da onlara işlərinə davam etmək imkanları yaradılmalıdır.

– Hazırda göstərilən pensiya yaş həddinin çox olduğu, hətta insanların o yaşa çatmadan dünyasını dəyişdiyi deyilir. Bu sahədə hansı islahata ehtiyac var?

– Pensiya yaş həddi barədə ekspertlər müxtəlif fikirlər söyləyir və bunu özləri bildikləri kimi arqumentləşdirirlər. Bu gün nə hökumətdə, nə də parlamentdə pensiya yaşının dəyişdirilməsi məsələsi müzakirə mövzusu deyil.

– İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı vəziyyət sizi qane edirmi?

–İcbari Tibbi Sigorta bu gün dünyada səhiyyənin idarə olunması, tibbi xidmətlərin göstərilməsi, maliyyələşdirilməsi sahəsində ən uğurlu modeldir. Bu modelin özü də tam mükəmməl deyil, əsas problem maliyyələşmə, xərclərin düzgün bölüşdürülməsi ilə bağlıdır. Eyni zamanda problem kadrların yerləşdirilməsi və idarəetmənin şəffaflığı ilə bağlıdır.

Azərbaycanda İcbari Sığorta iki ilə yaxındır ki, geniş tətbiq olunur. Onun da tətbiqinin 1-ci ili pandemiyanın ağır dövrünə düşdü. Bu prosesə çox ağır şəraitdə başlandı. İstər İcbari Tibbi Sığorta Agentliyində, istərsə də TƏBİB-də olduqca fədakar mütəxəssislərimiz çalışır. Onların iş prinsipləri, iş şəraiti ilə tanışam, olduqca çətin şəraitdə İcbari Tibbi Sığorta işini qura bildilər. Amma eyni zamanda hesab edirəm ki, İcbari Tibbi Sığortanın inkişafı üçün ona tam dəstək verilməlidir. Xüsusilə maliyyələşdirmə ilə bağlı xüsusi imkanlar yaradılmalıdır. Müxtəlif cərrahiyyə əməliyyatların xüsusilə çox vəsait tələb edən istiqamətləri var ki, onlarda da özəl sektordakı qiymətlərə yaxın qiymət müəyyənləşməlidir ki, istənilən nəticə real olsun. Digər məsələ ondan ibarətdir ki, burda vətəndaşların da əlavə ödəmələrinə imkanlar yaradılmalıdır. Tutaq ki, vətəndaş çox ağır şəraitdə özəl sektora İcbari Sığortaya əsasən minimum qiymətlərlə göndərilir, amma həmin qiymət özəl klinikalardakı xidmətlərə uyğun gəlmədiyinə görə ya vətəndaşı geri qaytarırlar, ya da müxtəlif bəhanələrlə əlavə vəsait alırlar. Bu məsələni hüquqi müstəvidə həll etmək olar. Yəni İcbari Sığorta öz imkanları daxilində maliyyə dəstəyini göstərsin, qalan hissəsini isə vətəndaş öz imkanları hesabına hüquqi qaydada ödəsin.

Dediyim kimi, ölkəmizdə İcbari Sığorta cəmi iki ildir tətbiq olunur. İşin gedişi prosesində yəqin ki, bu məsələlər də öz həllini tapacaq. Ən əsası isə odur ki, burada cənab Prezidentin, hörmətli birinci vitse- prezidentin qayğısı, diqqəti və siyasi iradəsi var. Bu işin Azərbaycanda ən uğurlu sosial layihələrdən biri olacağına inanıram.

– Azərbaycanın dərman bazarındakı bugünkü vəziyyəti necədir?

– Bu, hər birimizi narahat edən məsələdir. Burada iki mühüm məsələ hər zaman bir-biri ilə toqquşur: dərmanın keyfiyyəti və qiymətlər. Keyfiyyəti yüksək olan dərmanın qiymətinin də yüksək olması təbiidir. Bu da vətəndaşın imkanları daxilində olmalıdır. Burada obyektiv və subyektiv çətinliklər var. Obyektiv çətinlik ondan ibarətdir ki, Azərbaycan özü dərman istehsal edən ölkə deyil. Dərmanlarımızın 95 faizi xarici ölkələrdən alınır. Həmin ölkələrdəki infilyasiya, bahalaşma, dərmanın qiymətinin yüksək olması, yol-nəqliyyat və sair xərclər Azərbaycanda dərmanın qiymətinin artmasına səbəb olur. Subyektiv səbəblər ondan ibarətdir ki, dərmanların qiyməti Azərbaycanda tənzimlənir və o tənzimlənmənin özündə də müəyyən problemlər var. Ona görə də bir qədər əvvəl Türkiyə və Azərbaycan dərman bazarının birləşdirilməsi təklifini irəli sürmüşdüm. Türkiyədəki dərmanlar kifayət qədər keyfiyyətli və əlçatan qiymət həddindədir. Hər dövlətin də özünün daxili dərman siyasəti var və görünür, hökumət bu təklifi məqbul hesab etmədi. Reallıq onu göstərir ki, Azərbaycandan Türkiyəyə gedən insanların əksəriyyəti geridönüşdə bir-birinə hansısa dərmanları gətirmələrini xahiş edirlər. Hesab edirəm, bu reallıqla barışmaq lazımdır. Türkiyə dərmanlarının Azərbaycan bazarına daxil olması üçün hüquqi və texniki imkanlar yaradılmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12
Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bu gün, 11:05
“İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02
"Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51
"İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48
İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44
“Peyk zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 10:43
"Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" - vətəndaşdan SOS!!!
Bu gün, 10:41
Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Bu gün, 10:33
“Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 10:19
"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
Bu gün, 10:17
Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11
"1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09
Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru