Gürcüstan Azərbaycana olan borcunu tam ödədi .....                     Paşinyandan “Putin NATO-su”na hücum .....                     Paşinyan Azərbaycanla sülhə sadiq olduğunu təsdiqləyib .....                     "Axı niyə fəhləyə qul kimi baxırlar?.." .....                     Sahil Babayev nazirin pulunu kəsdi .....                     Tərtərdə 20 illik hotel bağlanır .....                     Bakıdan İrəvana sərt tələb .....                     Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr .....                     Azərbaycanda BOKT ləğv olunur .....                     Azərbaycanın müttəfiqi Türkiyə ilə dostu İsrail arasında müharibə riski ən pik həddə çatıb .....                     "Finoko" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Teatrda heç kimlə ikili oyun oynamıram" .....                     "Benfika" "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb .....                     ‘Lotto Lombard’ mənim sığorta pulumu mənimsədi, maşınımı da qaytarmır” .....                     "Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları sonlandırılanda regionda təhlükəsizlik tam təmin olunacaq" .....                     Vasif Talıbovun korrupsiya ortağı BELƏ İLİŞDİ .....                     Dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır? .....                     Hərbi Hava Qüvvələrinin generalının adı ilə onun müəllimini necə aldadıblar? .....                     Günbəgün bahalaşan dərman bazarı... .....                     “Onkoloji xəstənin pulunu verməmək hansı vicdana, hansı insafa sığar?” .....                     Məmləkətin 'Azercell' boyda dərdi... .....                     Bu qanunsuzluq aradan qalxmasa... .....                     Təhsil problemini həll etməli olanlar... .....                     Əmrullayev elə danışdı ki, elə bil ekspertdir... nazir deyil... .....                     Rusiya Azərbaycan-Böyük Britaniya münasibətlərinə qarşı: Kremli narahat edən nədir? .....                     "Bunlar tam şəkildə açıqlanıb, ifşa olunub ictimaiyyətin diqqətinə çatdırılmalıdır" .....                     Bahalı geyimi ilə xalqa qarışmaq istədi... .....                     Barışa vurulacaq MÖHÜR... .....                     "Təəssüf olsun ki, bəzi insanlar mənim reklam etdiyimə inanırlar" .....                     Tramp və Putinlə heç bir şərt olmadan görüşməyə hazıram .....                     Hafiz Hacıyevdən əməkhaqqı ilə bağlı məsələyə SƏRT REAKSİYA .....                     Azərbaycan suverenliyinin qələbəsi .....                     "Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı .....                     Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ .....                     Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb .....                     Bu da RUS MUNDARLIĞI... .....                     Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb .....                     Özü və xanımı yenidən tələbə oldu .....                     "İşimin başındayam, narahat olmayın" .....                     Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir .....                 

Qərbi Azərbaycana qayıtmaq haqqımızdır - NİYƏ DƏ YOX?
Tarix: 18-02-2023, 09:38 | Çap et
Qərbi Azərbaycana qayıtmaq haqqımızdır
“Həftə içi”nə müsahibə verən filologiya elmləri namizədi, professor İbrahim Bayramov bu barədə danışır...

– “Qərbi Azərbaycan” deyəndə, hansı tarixi keçmişimizə dönüşü dərk etməli, anlamalıyıq? Qərbi Azərbaycan hansı coğrafiyadır?

- Ermənistan adlı dövlət Azərbaycanın qədim torpaqları üzərində qurulub. Biz azərbaycanlılar tarixin müxtəlif dönəmlərində o dədə-baba, tarixi torpaqlarımızdan deportasiyalara, qaçqınlıq həyatına məcbur edildik. Azərbaycanlıların son deportasiyası, 1988-1991-ci illərdə baş verdi. Bu gün Ermənistan adlanan o yurdda - Qərbi Azərbaycanda bir nəfər də olsun azərbaycanlı qalmayıb.

Bu, indiki Ermənistanda qərbi azərbaycanlılara qarşı XX əsrdə törədilmiş IV deportasiya aktı idi. Bununla əlaqədar 1989-cu ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” yaradılıb. Cəmiyyət Azərbaycanın, demək olar ki, 60-dan çox rayonunda məskunlaşmış Qərbi Azərbaycan qaçqınları ilə bağlı məlumatları toplayıb, onların hüquqlarının qorunması ilə bağlı əlaqədar təşkilatlar qarşısında məsələlər qaldırıb. “Azərbaycan Qaçqınlar Cəmiyyəti” bazasında 2022-ci ilin avqustunda “Qərbi Azərbaycan İcması” yaradılıb. İcmanın əsas vəzifəsi indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olmaqdır.

Hesab edirəm, buna nail olacağıq və Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Qərbi Azərbaycanımızla bağlı dediyi fikirlər tarixi torpaqlarımıza qayıdışımızı birmənalı təsdiq edən möhürdür.

Qərbi Azərbaycana qayıdışımızla bağlı qətiyyət və iradə Prezidentin dediyi və Azərbaycan xalqının istəyini ifadə edən bu fikirlərdə xüsusilə əks olunur: “Qərbi Azərbaycan azərbaycanlıların tarixi vətənidır. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, İcma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.

- Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas əhəmiyyəti, tələbi nədir?

- Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan ziyalıları ilə görüşdə icmanın qarşısında duran vəzifələrin istiqamətlərini proqram xarakterli çıxışında aydın şəkildə göstərmişdir. Mən daha etibarlı bir mənbə olaraq məhz bunu əsas sitat olaraq qabartmaq istərdim.

Orada deyilir: “Hesab edirəm, Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hər kəs - həm Qərbi Azərbaycandan olan insanlar, həm də bütün Azərbaycan xalqı üçün çox önəmlidir. İcma bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir. Əlbəttə ki, ölkə daxilində bu icmanın fəaliyyəti daha da gözəgörünən olmalıdır. Hər halda Azərbaycan çərçivəsində bu icmanın fəallığı çox önəmli ola bilər. Bununla bərabər, hesab edirəm ki, İcmanın bundan az əhəmiyyət kəsb etməyən beynəlxalq müstəvidə fəaliyyəti olmalıdır. Çünki biz bu həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, necə ki, Qarabağ həqiqətlərini çatdırmışdıq. Faktiki olaraq biz 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvürü tamamilə dəyişdirə bildik. İnformasiya müharibəsi və İkinci Qarabağ müharibəsi onu göstərdi ki, bu, az əhəmiyyət kəsb etmir. Ona görə burada da İcmanın xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir. Bizim bir çox ölkələrdə diaspor təşkilatlarımız var və bu il biz Şuşada tarixi Azərbaycan diaspor təşkilatlarının qurultayını keçirdik. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır. Yəni biz haqlı olaraq öz hüququmuzu tələb etməliyik. Bu, bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdur”.

Prezident çıxışında göstərdiyi kimi, Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması icmanın əsas fəaliyyət istiqamətlərindəndir. Bununla bağlı tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün geniş tədqiqatlar aparmaq, onları ingilis, fransız, rus, alman dillərinə tərcümə etmək əsas vəzifə kimi qarşıda dayanır. Eyni zamanda beynəlxalq səviyyəli konfranslar keçirilməlidir. Çalışmaq lazımdır ki, bu sahədə tədqiqat aparan xarici mütəxəssislər də iştirak etsin. Bunlar ermənilərin saxtakarlığının iç üzünün açılmasında xüsusi rol oynayacaq, həmçinin Ermənistan dövlətinin havadarları tarixi həqiqətləri öyrənəcəklər.

– Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdıb, hüquq və haqlarını bərpa etmələri üçün bundansonrakı fəaliyyət necə qurmalıdır?

- Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların tarixi vətənlərinə qayıtması soydaşlarımızın haqqıdır. Bunun üçün “Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmalı və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqları qorunmalıdır.

Qərbi Azərbaycanda azərbaycanlıların tarixən yaşadığı yaşayış məntəqələri, Qərbi Azərbaycandakı tarixi-mədəni abidələr haqqında məlumatlar müasir texnologiyalardan istifadə etməklə beynəlxalq ictimaiyyətə çatdırılmalı və doğulub boya-başa çatdığı ərazilərlə bağlı məlumatlar, tarixi sənədlərlə birlikdə şəxsi sənədlər əsasında beynəlxalq məhkəmələrə müraciət edilməlidir. Heç şübhəsiz, ədəbiyyat yazılmalıdır.

Qayıdış Konsepsiyasında bununla bağlı aydın şəkildə göstərilir və qeyd edilir. Yol xəritəsində qeyd olunur ki, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir. Eyni zamanda bildirilir ki, geriyə qayıtma prosesi müvafiq təhlükəsizlik, humanitar, sosial-iqtisadi yardım proqramları ilə təminat altına alınmalıdır. Eləcə də geriyə qayıtmış əhalinin yenidən qovulmasına, onlara qarşı hər hansı ayrı-seçkilik həyata keçirilməsinə və zərər vurulmasına imkan verməmək üçün beynəlxalq monitorinq, hesabatlılıq, təhlükəsizlik, müdaxilə və digər zəruri fəaliyyətin bərqərar edilməsi şərti, tələbi qoyulur.

Konsepsiya beynəlxalq nəzarət altında yenidənqurma və barışıq tədbirlərinin həyata keçirilməsi yolu ilə geriyə qayıtmış insanların davamlı reabilitasiya və reinteqrasiyasının təmin edilməsini də ehtiva edir. Təbii ki, Qayıdış Konsepsiyasının uğurla davam etməsi və nəzərdə tutulanların həyata keçirilməsində bütün fəaliyyətimiz hədəfə istiqamətləndirilməlidir. Hamımız qərbi azərbaycanlı olmalıyıq...

- Qərbi Azərbaycanda olan mövcud tarixi abidələrin araşdırılıb üzə çıxarılması, toponimlərinin həqiqi sahiblərinə qovuşması üçün hansı dəstəyə və maarifləndirməyə ehtiyac var?

- Qərbi Azərbaycanın coğrafi adları, tarixi abidələri ilə bağlı araşdırmalar aparılmışdır. Bu sahədəki tədqiqatların xaricdə yaşayan həmvətənlərimiz vasitəsilə dünya ictimaiyyətinə çatdırılması üçün səylərimizi artırmalı, diasporamızın köməyindən istifadə etməliyik. Eləcə də Qərbi Azərbaycanla bağlı mövzular həm orta, həm də ali məktəblərdə dərs vəsaitlərində, dərsliklərdə öz əksini tapmalıdır. Ali məktəblərin tarix, coğrafiya, hətta filologiya ixtisaslarında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, dialektologiyası tədris edilməli, beynəlxalq və respublika səviyyəli “Qərbi Azərbaycan həqiqətləri” mövzusunda elmi konfransın keçirilməsi məqsədəuyğun hesab edilməlidir.

Qərbi Azərbaycandan azərbaycanlılar XX əsrdə 4 dəfə -1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə deportasiya olunВ­muşВ­lar. Bununla bağlı əlimizdə kifayət qədər tarixi sənəd, xəritələr var. Qərbi AzərВ­baycanla bağlı “Deportasiya” muzeyi yaradılarsa, həmin maВ­teВ­rialВ­lar nümayiş etdirilə bilər.

- Qərbi Azərbaycanın əsl sahibləri olaraq əsas faktlardan biri o diyarda doğulub-yaşamağımız və həmin mədəniyyətə sahib olmağımızdır. Siz Qərbi Azərbaycanın hansı bölgəsindənsiniz?

- Qərbi Azərbaycanın Göyçə mahalının Toğuca kəndindənəm. Orta təhsilimi o kənddə bitirib qədim Azərbaycan şəhəri olan İrəvanda ali təhsil almışam. İrəvan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinin Azərbaycan bölməsini bitirmişəm. Ali məktəbi bitirdikdən sonra, Toğuca kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi, 1988-ci ilə qədər məktəb direktoru vəzifəsində işləmişəm. 1988-ci ildə Ermənistan dövlətinin yeritdiyi ayrı-seçkiliyin, azərbaycanlılara qarşı törətdiyi vəhşiliyin nəticəsində doğulub boya-başa çatdığım Toğuca kəndindən deportasiya olunub Azərbaycanda –– Bakı şəhərində məskunlaşmağa məcbur olmuşam. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Təşkilati şöbəsinin müdiri vəzifəsində işləyirəm.

Toğuca kənd orta məktəbində işlədiyim dövrdə ermənilərin xüsusi olaraq azərbaycanlılara qarşı kin-küdurətinin canlı şahidi olmuşam. Bu münasibəti İrəvanda təhsil alanda da görmüşəm. Azərbaycanlılara bəslənilən münasibət həmişə qəlbağrıdan hal idi. Yaşadığım Toğuca kəndi Çəmbərəkənd, “Krasnoselsk” deyilən rayonun tabeliyində idi. On doqquz yaşayış məntəqəsinin 16-sında yalnız azərbaycanlılar yaşayırdı.

1988-ci ilin dekabrında qərbi azərbaycanlıların bütün sakinləri kimi erməni vəhşiliyi, vandallığı nəticəsində tarixi torpaqlarımızdan deportasiya olunduq. Amma biz öz torpaqlarımıza qayıdacağıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstan Azərbaycana olan borcunu tam ödədi
Bu gün, 10:08
Paşinyandan “Putin NATO-su”na hücum - Bakıdan əl çəkmir
Bu gün, 09:59
Paşinyan Azərbaycanla sülhə sadiq olduğunu təsdiqləyib
Bu gün, 09:57
"Axı niyə fəhləyə qul kimi baxırlar?.." - ETİRAZ VAR...
Bu gün, 09:55
Sahil Babayev nazirin pulunu kəsdi – Qayıbovun maliyyə qeybinin pərdəarxası
Bu gün, 09:47
Tərtərdə 20 illik hotel bağlanır
Bu gün, 09:40
Bakıdan İrəvana sərt tələb - o əski parçalarını yığışdır!
Bu gün, 09:39
Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr - MƏQALƏ
Bu gün, 09:33
Azərbaycanda BOKT ləğv olunur
Bu gün, 09:29
Azərbaycanın müttəfiqi Türkiyə ilə dostu İsrail arasında müharibə riski ən pik həddə çatıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20
"Finoko" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:16
"Teatrda heç kimlə ikili oyun oynamıram" - Nicat Kazımov
Bu gün, 09:14
"Benfika" "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb
Bu gün, 09:06
‘Lotto Lombard’ mənim sığorta pulumu mənimsədi, maşınımı da qaytarmır” - Qarabağ qazisi NARAZILIQ EDİR
Bu gün, 07:34
"Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları sonlandırılanda regionda təhlükəsizlik tam təmin olunacaq" - FAKT BUDUR!
Bu gün, 07:31
Vasif Talıbovun korrupsiya ortağı BELƏ İLİŞDİ - İDDİA
Bu gün, 07:28
Dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:25
Hərbi Hava Qüvvələrinin generalının adı ilə onun müəllimini necə aldadıblar? - TƏFƏRRÜAT
Bu gün, 07:23
Günbəgün bahalaşan dərman bazarı... - NƏ ETMƏLİ?
Bu gün, 07:18
“Onkoloji xəstənin pulunu verməmək hansı vicdana, hansı insafa sığar?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:16
Məmləkətin 'Azercell' boyda dərdi... - AXI NİYƏ?..
Bu gün, 07:13
Bu qanunsuzluq aradan qalxmasa... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:02
Təhsil problemini həll etməli olanlar... təhsilimizə belə PROBLEM YARADIR...
Bu gün, 06:58
Əmrullayev elə danışdı ki, elə bil ekspertdir... nazir deyil... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:52
Rusiya Azərbaycan-Böyük Britaniya münasibətlərinə qarşı: Kremli narahat edən nədir? - AKTUAL
Bu gün, 06:41
"Bunlar tam şəkildə açıqlanıb, ifşa olunub ictimaiyyətin diqqətinə çatdırılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:39
Bahalı geyimi ilə xalqa qarışmaq istədi... - AMMA belə fərqləndi...
Bu gün, 06:36
Barışa vurulacaq MÖHÜR... - GƏLİŞMƏ
Bu gün, 06:32
"Təəssüf olsun ki, bəzi insanlar mənim reklam etdiyimə inanırlar" - MÜRACİƏT
Bu gün, 06:27
Tramp və Putinlə heç bir şərt olmadan görüşməyə hazıram - Zelenski
Bu gün, 06:19
Hafiz Hacıyevdən əməkhaqqı ilə bağlı məsələyə SƏRT REAKSİYA - “Min manat nə puldur ki...”
Dünən, 19:26
Azərbaycan suverenliyinin qələbəsi - İNCƏLƏMƏ
Dünən, 19:21
"Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı - QALİB ŞİRKƏT
Dünən, 17:42
Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ - TƏFƏRRÜAT
Dünən, 17:35
Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb
Dünən, 17:29
Bu da RUS MUNDARLIĞI... - VİDEO
Dünən, 17:26
Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb - ATƏT rəsmisi
Dünən, 17:21
Özü və xanımı yenidən tələbə oldu
Dünən, 17:19
"İşimin başındayam, narahat olmayın" - ETİRAZ
Dünən, 17:11
Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir - GƏLİŞMƏ
Dünən, 17:09
“Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutdu
Dünən, 17:06
Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub - YENİLƏNDİ
Dünən, 17:01
Ermənistan qadınlardan ibarət ordu qurur
Dünən, 16:48
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? – Tam siyahı
Dünən, 16:28
Dövlət qurumu 200 milyon manatlıq ərazi alır - DETALLAR
Dünən, 16:26
Əməliyyata gülə-gülə girən qadın iflic oldu - VİDEO
Dünən, 16:20
Keçmiş qondarma rəhbər imzasını danır – Şahramanyan dərsliklə dava edir
Dünən, 16:16
Təcavüzün cəzası NƏDİR – Zorakılıq, ya hüquq?
Dünən, 16:01
"Onlar satqın, milli qeyrətini pula dəyişənlərdir" - Zərdüşt Əlizadə
Dünən, 15:58
Zaqatalada BASQIN: 58 yaşlı kişini bağında döydülər - TƏFƏRRÜAT
Dünən, 15:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru