Köhnə rəhbərlik NƏDƏN CƏZASIZ QALIB? .....                     Böyük Britaniya Cənubi Qafqaza qayıdır .....                     Gürcüstan Azərbaycana olan borcunu tam ödədi .....                     Paşinyandan “Putin NATO-su”na hücum .....                     Paşinyan Azərbaycanla sülhə sadiq olduğunu təsdiqləyib .....                     "Axı niyə fəhləyə qul kimi baxırlar?.." .....                     Sahil Babayev nazirin pulunu kəsdi .....                     Tərtərdə 20 illik hotel bağlanır .....                     Bakıdan İrəvana sərt tələb .....                     Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr .....                     Azərbaycanda BOKT ləğv olunur .....                     Azərbaycanın müttəfiqi Türkiyə ilə dostu İsrail arasında müharibə riski ən pik həddə çatıb .....                     "Finoko" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Teatrda heç kimlə ikili oyun oynamıram" .....                     "Benfika" "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb .....                     ‘Lotto Lombard’ mənim sığorta pulumu mənimsədi, maşınımı da qaytarmır” .....                     "Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları sonlandırılanda regionda təhlükəsizlik tam təmin olunacaq" .....                     Vasif Talıbovun korrupsiya ortağı BELƏ İLİŞDİ .....                     Dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır? .....                     Hərbi Hava Qüvvələrinin generalının adı ilə onun müəllimini necə aldadıblar? .....                     Günbəgün bahalaşan dərman bazarı... .....                     “Onkoloji xəstənin pulunu verməmək hansı vicdana, hansı insafa sığar?” .....                     Məmləkətin 'Azercell' boyda dərdi... .....                     Bu qanunsuzluq aradan qalxmasa... .....                     Təhsil problemini həll etməli olanlar... .....                     Əmrullayev elə danışdı ki, elə bil ekspertdir... nazir deyil... .....                     Rusiya Azərbaycan-Böyük Britaniya münasibətlərinə qarşı: Kremli narahat edən nədir? .....                     "Bunlar tam şəkildə açıqlanıb, ifşa olunub ictimaiyyətin diqqətinə çatdırılmalıdır" .....                     Bahalı geyimi ilə xalqa qarışmaq istədi... .....                     Barışa vurulacaq MÖHÜR... .....                     "Təəssüf olsun ki, bəzi insanlar mənim reklam etdiyimə inanırlar" .....                     Tramp və Putinlə heç bir şərt olmadan görüşməyə hazıram .....                     Hafiz Hacıyevdən əməkhaqqı ilə bağlı məsələyə SƏRT REAKSİYA .....                     Azərbaycan suverenliyinin qələbəsi .....                     "Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı .....                     Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ .....                     Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb .....                     Bu da RUS MUNDARLIĞI... .....                     Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb .....                     Özü və xanımı yenidən tələbə oldu .....                 

“ALDP heç vaxt YAP-ın siyasi kursunu dəstəkləməyib” - Fuad Əliyev
Tarix: 15-02-2023, 08:07 | Çap et
 “ALDP heç vaxt YAP-ın siyasi kursunu dəstəkləməyib”
“Siyasi partiyalar haqqında” yeni qanunun təsdiqlənməsindən sonra ölkədə fəaliyyət göstərən bir sıra siyasi partiyalar hakim Yeni Azərbaycan Partiyasına (YAP) birləşmək qərarı verib.

Həmin partiyaların bu addımı yenidən qeydiyyat problemi ilə bağlıdır. “Siyasi partiyalar haqqında” yeni qanunda partiyaların qeydiyyata alınması üçün ən azı 5000 üzv tələb edilir. Həmin partiyalar isə bu tələbə cavab vermir. Baxmayaraq ki, partiyalara yeni qanuna uyğunlaşmaq üçün 6 ay vaxt verilib, YAP-a birləşmək istəyən təşkilatlar bu müddət ərzində də 5000 üzv toplaya bilməyəcəklərini düşünür.

YAP-a birləşmək istəyən partiyalar arasında Sosial Rifah Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal-Demokrat Partiyası və bu kimi partiyaların adı çəkilir.

Məlumat üçün deyək ki, adıçəkilən partiyalar uzun müddətdir ki, fəaliyyət göstərir və hakimiyyətə yaxın siyasi təsisatlar hesab olunurlar. Digər müxalifət və qeydiyyatla bağlı problem yaşayan partiyalar Qubad İbadoğlu kimi partiyasını qapadacaq, yoxsa hansısa birləşmə mümkündürmü?

AĞ Partiya başqanı Tural Abbaslı yeni qanundan narazılığını gizlətmədi: “Azərbaycanda yaradılmış siyasi mühit elə bir vəziyyət yaradıb ki, qeydiyyatdan keçmiş 60-a yaxın partiyanın bir çoxu bu qanundan qabaq da demək olar ki, faktiki olaraq fəaliyyətini dayandırmışdı. Ən yaxşı halda partiyaların 80%-i bir sədrlə təmsil olunurdu. Bir çoxunun rayon təşkilatları, üzvləri yox idi. Heç partiyalar var idi ki, bir otaqdan ibarət qərargahları belə yox idi. Yer tutmağa belə tələsmirdilər. Həmin partiya sədrləri müəyyən yerlərdə özlərini sədr kimi təqdim etməkdən başqa heç bir siyasi fəaliyyət göstərmirdilər. Düzdür, fəaliyyət göstərən partiyalar da var idi. Amma bu çox az sayda idi. 10-15 partiya var idi ki, müxtəlif təzyiqlərə rəğmən yenə də fəaliyyətlərini davam etdirirdilər. Amma siyasi mühit partiyaların perspektivinə mane olurdu. Ona görə də bu gün Azərbaycanda demək olar ki, sadə bir şərtə görə partiyalar sıradan çıxır. YAP-a birləşmək istəyən, yaxud bu imzaları təhvil verə bilməyən partiyalar zatən Azərbaycan siyasi səhnəsində yox idilər. Amma bu qanun azdan-çoxdan mövcud olan bəzi partiyalara maneçilik törədəcək. Siyasi proseslərdə iştirak edən, parlament seçkilərində azdan-çoxdan namizədlərlə iştirak edən, prezident seçkilərində iştirak etməyə cəhd göstərən, bələdiyyə seçkilərində proseslərə qoşulan, siyasi proseslərə rəy bildirən, təsir etməyə çalışan, müsahibələr verən, cəmiyyətdə rəy yaratmağa çalışan az sayda partiyalar var idi. Onlar da bu qanunla çətinliyə düşmüş olub”.

Partiya başqanı partiyasının üzvlük məsələsində heç bir problem yaşamadığını da qeyd etdi: “Biz hətta günü sabah belə siyahıları təqdim edə bilərik. Çünki bizdə zatən üzvlər elektronlaşdırılıb. Əslində partiyaların digər partiyalara birləşmələri bir az ideoloji məsələ olmalıdır. Partiyaların ideoloji xətləri eyni deyilsə, necə birləşə bilərlər. Şəxsi maraqları da təmin etmək üçün iqtidar partiyası ilə birləşib, ola bilsin ki, oradan nəsə almaq düşüncəsi olsun. Amma ideoloji xətləri uyğun olmayan partiyaların birləşməsi, sadəcə, gülüncdür. Məsələn, AG Partiya Azərbaycanda heç bir siyasi partiyaya birləşməz. Buna heç ehtiyacımız da yoxdur. İdeoloji baxımdan biz heç müttəfiq belə olmuruq”.

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev problem yaşamayacaqlarına ümid edir: “Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Yeni Azərbaycan Partiyasına birləşəcəyi ilə bağlı xəbər həqiqətə uyğun deyil. ALDP heç vaxt YAP-ın siyasi kursunu dəstəkləməyib. Biz müxalifət partiyası olaraq daim onların siyasətini tənqid etmişik. Bu gün də daxili siyasətlə, sosial problemlərlə bağlı tənqidi çıxışlar edirik. Biz hansısa partiya ilə birləşmək fikrimiz yoxdur. ALDP ilə kimlər birləşmək istəyərsə, təklifləri müzakirə etməyə hazırıq.

“Siyasi Partiyalar haqqında” yeni qanuna uyğun olaraq, hər bir partiya 5 min üzvün qeydiyyatını aparmalıdır. Bu istiqamətdə heç bir çətinliyimiz yoxdur, kifayət qədər üzvümüz var, sənədləri vaxtında Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Bu istiqamətdə də hazırda işləyirik. Üzvlərimizə bir daha baxış keçiririk. Çünki 24 illik partiyayıq. Üzvlərdən rəhmətə gedənlər, yaxud partiyadan çıxanlar da ola bilər. Biz indi onları araşdırırıq. Lazım olan 5 min üzvdən çox siyahı da təqdim edə bilərik".

AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov bəzi partiyaların YAP-a birləşməsinin ən doğru qərar olduğunu söylədi: “Əslində "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra bir sıra partiyaların Yeni Azərbaycan Partiyasına birləşəcəyi və ya hansısa partiyaların öz aralarında birləşmək qərarı alacağı gözlənilən idi. Burada partiyaların təkrar qeydiyyat üçün 5000 üzv olması şərti əsas rol oynasa da, eyni şəkildə bir sıra partiyaların ölkənin siyasi həyatında aktiv rol almaması da səbəblərdən biridir.

AMİP olaraq hər bir partiyanın öz gələcək fəaliyyəti ilə bağlı qəbul etdiyi qərara sayğı ilə yanaşırıq və bu yöndə istənilən qərarın qəbulunu partiyaların daxili işi hesab edirik. Düşünürəm ki, hakimiyyətin siyasi kursunu dəstəkləyən və ayrılıqda siyasi proseslərə təsir imkanı olmayan partiyaların elə YAP-a birləşməsi ən uyğun qərardır. Eyni şəkildə ideoloji baxışları və siyasi proseslərə münasibətləri eyni olan, təkbaşına fəaliyyət və təsir imkanları yetərli olmayan partiyaların da öz aralarında birlik qərarları alması müsbət addım olardı. Konkret adını çəkdiyiniz partiyalara gəldikdə isə deməliyəm ki, bu haqda məlumatlar getdikdən sonra Sosial Rifah Partiyasının sədri Əsli xanım və Liberal Demokrat Partiyasının sədri Fuad bəy həmin məlumatları təkzib edən açılamalarla çıxış ediblər. Liberal Demokrat Partiyasının bütün səviyyəli seçkilərdə öz namizədləri ilə iştirak etdiyini nəzərə alaraq, partiyanın təyin olunan müddət ərzində müvafiq sayda insanı səfərbər edərək qeydiyyat işini müsbət həll edə biləcəyinə inanıram. Amma yenə təkrar edirəm ki, ölkədə kifayət qədər partiya var ki, onların fəaliyyəti hiss olunmur və ictimai rəyə təsir etmək imkanları yox səviyyəsindədir. Odur ki, yeni siyasi münasibətlərin fonunda bu partiyaların YAP-a birləşmə və ya öz aralarında birlik qərarları verməsi ən düzgün addım olardı.

Azərbaycan Milli İstiqlal Partiyası olaraq bizim təbii ki, hər hansı bir qeydiyyat problemimiz yoxdur. Biz ən yaxın vaxtlarda tələb olunan siyahıları müvafiq dövlət qurumuna təqdim edəcəyik".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Köhnə rəhbərlik NƏDƏN CƏZASIZ QALIB? - Nöqsana görə işdən atılır, amma nöqsan aradan qaldırılmır...
Bu gün, 10:28
Böyük Britaniya Cənubi Qafqaza qayıdır -ŞƏRH
Bu gün, 10:15
Gürcüstan Azərbaycana olan borcunu tam ödədi
Bu gün, 10:08
Paşinyandan “Putin NATO-su”na hücum - Bakıdan əl çəkmir
Bu gün, 09:59
Paşinyan Azərbaycanla sülhə sadiq olduğunu təsdiqləyib
Bu gün, 09:57
"Axı niyə fəhləyə qul kimi baxırlar?.." - ETİRAZ VAR...
Bu gün, 09:55
Sahil Babayev nazirin pulunu kəsdi – Qayıbovun maliyyə qeybinin pərdəarxası
Bu gün, 09:47
Tərtərdə 20 illik hotel bağlanır
Bu gün, 09:40
Bakıdan İrəvana sərt tələb - o əski parçalarını yığışdır!
Bu gün, 09:39
Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr - MƏQALƏ
Bu gün, 09:33
Azərbaycanda BOKT ləğv olunur
Bu gün, 09:29
Azərbaycanın müttəfiqi Türkiyə ilə dostu İsrail arasında müharibə riski ən pik həddə çatıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20
"Finoko" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:16
"Teatrda heç kimlə ikili oyun oynamıram" - Nicat Kazımov
Bu gün, 09:14
"Benfika" "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb
Bu gün, 09:06
‘Lotto Lombard’ mənim sığorta pulumu mənimsədi, maşınımı da qaytarmır” - Qarabağ qazisi NARAZILIQ EDİR
Bu gün, 07:34
"Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları sonlandırılanda regionda təhlükəsizlik tam təmin olunacaq" - FAKT BUDUR!
Bu gün, 07:31
Vasif Talıbovun korrupsiya ortağı BELƏ İLİŞDİ - İDDİA
Bu gün, 07:28
Dərmanların tərkibi dəyişdirilir, keyfiyyəti aşağı salınır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:25
Hərbi Hava Qüvvələrinin generalının adı ilə onun müəllimini necə aldadıblar? - TƏFƏRRÜAT
Bu gün, 07:23
Günbəgün bahalaşan dərman bazarı... - NƏ ETMƏLİ?
Bu gün, 07:18
“Onkoloji xəstənin pulunu verməmək hansı vicdana, hansı insafa sığar?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:16
Məmləkətin 'Azercell' boyda dərdi... - AXI NİYƏ?..
Bu gün, 07:13
Bu qanunsuzluq aradan qalxmasa... - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:02
Təhsil problemini həll etməli olanlar... təhsilimizə belə PROBLEM YARADIR...
Bu gün, 06:58
Əmrullayev elə danışdı ki, elə bil ekspertdir... nazir deyil... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:52
Rusiya Azərbaycan-Böyük Britaniya münasibətlərinə qarşı: Kremli narahat edən nədir? - AKTUAL
Bu gün, 06:41
"Bunlar tam şəkildə açıqlanıb, ifşa olunub ictimaiyyətin diqqətinə çatdırılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:39
Bahalı geyimi ilə xalqa qarışmaq istədi... - AMMA belə fərqləndi...
Bu gün, 06:36
Barışa vurulacaq MÖHÜR... - GƏLİŞMƏ
Bu gün, 06:32
"Təəssüf olsun ki, bəzi insanlar mənim reklam etdiyimə inanırlar" - MÜRACİƏT
Bu gün, 06:27
Tramp və Putinlə heç bir şərt olmadan görüşməyə hazıram - Zelenski
Bu gün, 06:19
Hafiz Hacıyevdən əməkhaqqı ilə bağlı məsələyə SƏRT REAKSİYA - “Min manat nə puldur ki...”
Dünən, 19:26
Azərbaycan suverenliyinin qələbəsi - İNCƏLƏMƏ
Dünən, 19:21
"Bakubus" 87 milyon manata 160 eletrik avtobusu aldı - QALİB ŞİRKƏT
Dünən, 17:42
Birinə SOCAR-da, birinə nazirlikdə vəzifə söz verdi - Bakıda külli miqdarda DƏLƏDUZLUQ - TƏFƏRRÜAT
Dünən, 17:35
Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb
Dünən, 17:29
Bu da RUS MUNDARLIĞI... - VİDEO
Dünən, 17:26
Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb - ATƏT rəsmisi
Dünən, 17:21
Özü və xanımı yenidən tələbə oldu
Dünən, 17:19
"İşimin başındayam, narahat olmayın" - ETİRAZ
Dünən, 17:11
Separatçılara qucaq açan Fransa - Makron hökumətinin təxribatları bitmir - GƏLİŞMƏ
Dünən, 17:09
“Veysəloğlu Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutdu
Dünən, 17:06
Cəlilabadda məktəblinin öldürülməsinin təfərrüatları məlum olub - YENİLƏNDİ
Dünən, 17:01
Ermənistan qadınlardan ibarət ordu qurur
Dünən, 16:48
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satır? – Tam siyahı
Dünən, 16:28
Dövlət qurumu 200 milyon manatlıq ərazi alır - DETALLAR
Dünən, 16:26
Əməliyyata gülə-gülə girən qadın iflic oldu - VİDEO
Dünən, 16:20
Keçmiş qondarma rəhbər imzasını danır – Şahramanyan dərsliklə dava edir
Dünən, 16:16
Təcavüzün cəzası NƏDİR – Zorakılıq, ya hüquq?
Dünən, 16:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru