"AZƏRSU", YOXSA "AZƏRYEZİD"? .....                     Dilqəm Məhərrəmovun adı siyahıda olmadı .....                     Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi .....                     Binəqədidə iş yerində yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır .....                     Ermənistanda respondentlərin 12%-i Paşinyana səs verməyə hazırdır .....                     Bakı Moskvaya yenə “yox” dedi .....                     Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil .....                     Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya DAVASI .....                     10 GÜNDÜR ÖLÜB, YAXINLARININ XƏBƏRİ YOXDUR .....                     Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? .....                     Kişi geyimində evdən 45 min manat oğurlayan qadın saxlanılıb .....                     Amal Qrup MMC-nin özbaşnalığı…. .....                     Paşinyan yolların açılmasından danışdı .....                     Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib .....                     Mollayevi cəzalandıran olacaqmı? .....                     ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" .....                     Sabiq qərargah rəisi vəfat etdi .....                     Hadrutda binalarının təmirinə 4.6 milyon manat xərclənəcək .....                     İrəvanda təşviş: .....                     “Qala Həyat”ın rəhbərliyinə təyinat olub .....                     Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadı .....                     Gecə 3-də maşınını “ştrafnoy”dan qaçırmaq istədi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsidir .....                     Bu gün “Şərurlu İsfəndiyar”ın məhkəməsidir .....                     Məhkəməyə versə də... FAİZ YÜKÜ DURMADAN ARTIR... .....                     Həkim səhvlərindən ölüm faktlarına görə məsuliyyətə cəlb edilən tibb işçiləri var .....                     “Almet Baku” kiçilib .....                     "Cənab Eşqi Bağırov, siz bilirsiniz, odun peçinə uzbe qoşsaq, printer işləyər?" .....                     İsrailin 5 dollarlıq yeni silahı .....                     "Harda yazılıb ki, xanəndə botoks etdirməz və ya dırnaq qoydurmaz?" .....                     Rəqəmsal qiyamət: apokalipsis ilə reallıq arasında .....                     “Sülh müqaviləsi 2026-ya qalmayacaq...” .....                     Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər? .....                     3 100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”nun MİLYONLUQ gəlirləri .....                     Sərhədlər yalnız sülh sazişindən sonra açıla bilər .....                     Cənubi Qafqazda sülh prosesi: strateji nəticələr və yeni regional sistem .....                     `Paşa Sığorta` şəhid ailəsini bir il süründürsə də... .....                     Dələduzluq edən qadınla bağlı qərar açıqlandı .....                     Dolların məzənnəsi ilə bağlı son qərar MANATA NƏ VƏD EDİ? .....                     Naxçıvanlı taksi sürücüləri Türkiyənin yol polisindən şikayətçidir .....                 

"Mark Libbi həm də auditoriya təcrübəsi olan biridir" - deputat
Tarix: 1-07-2022, 08:19 | Çap et
"Mark Libbi həm də auditoriya təcrübəsi olan biridir"
ABŞ prezidenti Cozef Bayden Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə Mark Libbinin namizədliyini irəli sürüb. Vaşinqtonda yaşayan azərbaycan əsilli jurnalist Aleks Raufoğlu “Turan”a müsahibəsində bu mümkün təyinatı şərh edib.

O deyib ki, Mark Libbi İraq, Kipr kimi fərqli qaynar siyasi nöqtələrdə xidmət etmiş, eləcə də Dövlət Departamentinin Əməliyyat Mərkəzində böhranların idarə edilməsi üzrə çalışmış peşəkar diplomatdır: “Lakin həmkarlarının təbirincə, onun ən çətin diplomatik vəzifəsi, yəqin ki, 2018-ci ilin ortalarından Brüsseldə Tramp administrasiyasını təmsil etməsi olub və bu işi səliqə ilə bacarıb. Hər halda, prezident Co Baydenin andiçmə mərasiminin ardından ABŞ-ın Aİ-dəki missiyasına müvəqqəti rəhbərlik ona həvalə olundu. Ötən yay Brüsseldəki fəaliyyətini başa vuraraq, Vaşinqtona qayıdıb və buradakı Milli Müharibə Kollecində dərs deyir”.

“Niyə məhz Mark Libbi? Onun Azərbaycana səfir kimi göndərilməsində hansı siyasi mənalar axtarmaq olar” sualına isə belə cavab verib: “İlk növbədə bu seçim ondan xəbər verir ki, Birləşmiş Ştatlar Azərbaycanla münasibətlərdə müəyyən ardıcıllığın qorunmasında maraqlıdır. Üç il bundan öncə ABŞ hökuməti karyera diplomatı Litzenbergeri Azərbaycana göndərməklə bir dönüşə imza atmışdı.

Xatırlayırsınızsa, ondan əvvəlki 3 səfirin rezyümesində əsasən enerji təcrübəsi göz qamaşdırırdısa, Lee Litzenberger tamamilə başqa səmtdən - hərbi-siyasi bürodan gəlirdi, üstəlik, Brüssel təcrübəsinə malik idi. Cənab Libbinin diplomatik portreti də sələfininkinə çox uyğun gəlir. Xüsusilə Bayden Administrasiyasının Şərqi Avropa, Balkanlar və Qafqaz strategiyalarının uzlaşdırılmasında son aylar Brüsselə verdiyi önəmi nəzərə alsaq, səfir Libbinin təcrübəsindən Azərbaycanda təyinatı üzrə istifadə oluna bilər. Mən ötən ilin yazında dövlət katibi Blinkenin Avropaya səfərlərindən birinin ardından səfir Libbinin ABŞ-Avropa gənc peşəkarları qarşısında bir çıxışını yaxından izləmişdim. Təxminən 10 dəqiqəlik çıxışın əksər hissəsini o, dəyərlərə və dəyərlər əsasında münasibətlərin inkişafına həsr etmişdi. Ümumi mesaj təxminən ondan ibarət idi ki, dəyərlər üzərində möhkəmlənən münasibətlər ölkələri və xaqları bir-birinə sıx bağlamaqla, ən etibarlı və uzunmüddətli əməkdaşlığı şərtləndirir. ABŞ-Azərbaycan münasibətləri çoxdandır belə yanaşma tərzinə susayıb... Təcrübə sübut edib ki, karyera diplomatlarından fərqli olaraq, enerji profilli səfirlər - əlbəttə ki, müəyyən istisnalar hər zaman olur - fəaliyyətləri dövründə məsələn, insan haqları kimi mövzularda ictimai çıxışlardan, o cümlədən müstəqil media və müxalifət liderləri ilə birbaşa təmaslardan çəkiniblər. Bakını tərk etdikdən sonra isə öz ölkələrində Azərbaycan hakimiyyətinin neft-qaz siyasətinə lobbiçilik etməyi üstün tutublar, bununla da onlar ABŞ xalqının Azərbaycanla dəyərlərə söykənən uzunmüddətli əməkdaşlıq maraqlarını, özlərinin, belə demək mümkünsə, fərdi yanaşmalarına qurban veriblər. Sualınıza qayıdaraq, bir amili də vurğulamaq istərdim ki, son dövrlər Dövlət Departamentinin Azərbaycanla bağlı illik hesabatlarında Bakıdakı səfirliyin, xüsusilə də səfirin siyasi məhbuslar, azadlıqlar və təhlükəsizlik kimi mövzularda hökumətlə davamlı təmaslarının nəticələrinə tez-tez istinad edilir. Belə təmasların qorunub gücləndirilməsi vacibdir. Hətta ən böhranlı anlarda belə... Hər iki sahədə cənab Libbinin təcrübəsi ümumi işə ciddi töhfə qata bilər. Xüsusilə də nəzərə aldıqda ki, Birləşmiş Ştatlar Azərbaycanla bağlı hazırkı siyasətində “proqnozlaşdırıla bilinmə”nin tərəfdarıdır".

Yeni səfir təyinatı hələ bir müddət çəksə də, aydındır ki, Ağ Ev seçimini edib. Ekspertin deməsindən belə aydın olur ki, ABŞ enerji məsələlərini deyil, “daxili vəziyyətə” daha çox nüfuz etmək istəyindədir.

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev bu namizədliyi müsbət sayır: “Mark Libbinin namizədliyinin Azərbaycanda fəaliyyət göstərəcək səfir kimi irəli sürülməsi hesab edirəm ki, Baydenin strateji anlamda düşündüyü və verdiyi vacib qərarlardan biridir. Bunun isə bir çox səbəbləri var. Əvvəla, Libbinin həm də akademik təcrübəsi var. Onun məlum namizədliyə qədər Milli Müharibə Kollecində müəllim kimi çalışması da dediklərimə dəlalət edir. Yəni Mark Libbi həm də auditoriya təcrübəsi olan biridir və dünya siyasətində söz sahibi olan hazırki liderlərin, eyni zamanda böyük diplomatların tərcümeyi halına nəzər salsaq görərik ki, söylədiyim məqam karyera tramplinində olduqca vacib əhəmiyyətə malikdir. İkincisi, Bayden inauqurasiyadan dərhal sonra ABŞ-ın Aİ-dəki missiyasına müvəqqəti rəhbərliyi Libbiyə həvalə edib. Səbəb isə heç şübhəsiz ciddi etimad və güvən olub. Ən nəhayət, Mark Libbi Kipr və İraq kimi kritik nöqtələrdə xidmət göstərib və həmin xidmət müddətində vəziyyəti idarə etmək, balans tapmaq, hər gün dəyişən diplomatik duruma uyğun qərarlar vermək təbii ki, bu işə məsul insandan böyük istedad, təcrübə tələb edib. Düşünürəm ki, Mark Libbi kimi peşəkar diplomatın namizədliyinin irəli sürülməsi yaxşı haldır. Üstəlik, hər iki ölkə üçün yaxşı haldır”.

Siyasi analitik Asif Nərimanlı burada Türkiyə ilə paralellik apardı: “ABŞ-ın enerji profilli səfir təcrübəsini dəyişdirməsi Cənub Qaz Dəhlizi layihəsinin başa çatdırılması ilə bağlı ola bilər. Artıq bu layihə işləyir, hərçənd Rusiya ilə qarşıdurmadan sonra Avropanın enerji təhlükəsizliyinin daha da aktuallaşması və Azərbaycanın bu prosesdə açar ölkələrdən biri kimi qəbul edilməsi fonunda bu dəyişiklik də diqqət çəkir. Təbii ki, yeni səfir də enerji məsələlərini prioritet olaraq görəcək, xüsusilə Transxəzər layihəsinin aktual olması baxımından. Lakin Mark Libbinin namizədliyinin irəli sürülməsinə bir neçə kontekstdə baxmaq mümkündür: birincisi, onun Brüssel təcrübəsinə sahib olmasıdır. Vaşinqtonun Cənubi Qafqazda Avropa İttifaqı üzərindən hərəkət etmək istəyi görünür. Qarabağ məsələsinin həllindən sonra bu daha qabarıq şəkildə ortaya çıxdı. Mümkündür ki, ABŞ eyni xətti davam etdirmək məqsədilə belə təyinata gedir. İkincisi, yeni səfir namizədin ”daxili məsələyə" daha çox diqqət yetirərsə, ki, bunu fəaliyyətə başladıqdan sonra daha aydın görə biləcəyik, bu, Vaşinqtonun böyük strategiyasında taktiki gedişli olaraq qiymətləndirilə bilər. Fikrimcə, Ukraynada sonra əsas qarşıdurma cəbhələrindən biri Cənubi Qafqaz olacaq, hətta bu prosesin başlandığını da deyə bilərik və burada toqquşan tərəflər təkcə ABŞ-Rusiya yox, həm də ABŞ-Çindir. Çinin “Bir kəmər bir yol” layihəsinin ən aktual marşrutu olan orta dəhlizi Azərbaycan üzərindən keçir, Zəngəzur dəhlizi də bu layihənin kompenentlərindən biridir. ABŞ başda olmaqla, Qərb dəhlizin “yol məntiqi” ilə açılmasında maraqlıdır, çünki Rusiyanın burada təsir gücünün olmasını istəmirlər, lakin son proseslər, xüsusilə Lavrovun Ankara-İrəvan-Tehran-Bakı marşrutu üzrə səfəri Brüssel razılaşmasının arxa plana keçdiyini, “dəhliz məntiqinin” önə çıxdığını göstərir. Bu, Çinin də bölgədə aktivləşməsinin önünü aça bilər. Bu gözləntilər fonunda Vaşinqtonun Bakının “daxili işlərinə” mümkün müdaxiləsi də təzyiq məqsədi daşımasına hesablanmış addımı ola bilər. Burada Türkiyədə 2023-cü il seçkiləri də xüsusi qeyd olunmalıdır. Türkiyə daxilindəki proseslər göstərir ki, AKP-nin seçki ilə iqtidardan getməsi planları dövriyyədədir. Türkiyədə post-Ərdoğan dövrünə hazırlaşanlar Azərbaycanda da eyni prosesin həyata keçirilməsində, ən azı Bakı və Ankaranın türk coğrafiyası üzərindəki planlarının ABŞ-ın maraqlarına uyğunlaşdırılmasında maraqlıdır. İstisna deyil ki, Türkiyə daxilində gözlənilən proseslər Azərbaycanda da həyata keçirilsin. Bu kontekstdə yeni səfirin “daxili məsələlərə” nə qədər diqqət ayıracağı önəmli məqam olacaq".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"AZƏRSU", YOXSA "AZƏRYEZİD"? - Bu qurum daha nə qədər sakinlərə zülm verəcək?!
Bu gün, 15:34
Dilqəm Məhərrəmovun adı siyahıda olmadı - Bu yola əl atdı
Bu gün, 15:29
Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi - FOTO
Bu gün, 15:23
Binəqədidə iş yerində yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır
Bu gün, 15:16
Ermənistanda respondentlərin 12%-i Paşinyana səs verməyə hazırdır - KİV
Bu gün, 13:39
Bakı Moskvaya yenə “yox” dedi - bu məsələdə...
Bu gün, 13:25
Paşinyan Trampın Ermənistanı Albaniya ilə səhv salmasından narahat deyil - "Sputnik Armenia"
Bu gün, 13:22
Təyyarə qəzasında ölən bacı-qardaşın kompensasiya DAVASI – Dövlət hansı qərarı VERƏCƏK?
Bu gün, 13:13
10 GÜNDÜR ÖLÜB, YAXINLARININ XƏBƏRİ YOXDUR – Rusiyada rəhmətə gedən azərbaycanlının ailə üzvləri axtarılır
Bu gün, 13:09
Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? – Vüqar Qurbanova sual olunur
Bu gün, 13:03
Kişi geyimində evdən 45 min manat oğurlayan qadın saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:00
Amal Qrup MMC-nin özbaşnalığı…. - Təhçizatçılar Qubadlıda gördükləri işin ödənişini almaq üçün rəsmi qurumlardan imdad diləyirlər….
Bu gün, 12:58
Paşinyan yolların açılmasından danışdı
Bu gün, 12:47
Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib
Bu gün, 12:44
Mollayevi cəzalandıran olacaqmı? - NARAZILIQ VAR...
Bu gün, 12:42
ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - BU NƏDİ BELƏ?
Bu gün, 12:34
Sabiq qərargah rəisi vəfat etdi
Bu gün, 12:31
Hadrutda binalarının təmirinə 4.6 milyon manat xərclənəcək
Bu gün, 12:29
İrəvanda təşviş: - bu sahələr Azərbaycanın nəzarətinə keçəcək
Bu gün, 12:24
“Qala Həyat”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:22
Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadı - TENDER LƏĞV OLUNDU
Bu gün, 12:20
Gecə 3-də maşınını “ştrafnoy”dan qaçırmaq istədi - Həbs olundu
Bu gün, 12:16
Bu gün Oleq Bakinskinin məhkəməsidir - bəraət istəyir
Bu gün, 12:11
Bu gün “Şərurlu İsfəndiyar”ın məhkəməsidir - həbs oluna bilər
Bu gün, 12:10
Məhkəməyə versə də... FAİZ YÜKÜ DURMADAN ARTIR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:02
Həkim səhvlərindən ölüm faktlarına görə məsuliyyətə cəlb edilən tibb işçiləri var - Baş Prokurorluq
Bu gün, 11:51
“Almet Baku” kiçilib - HESABAT
Bu gün, 11:49
"Cənab Eşqi Bağırov, siz bilirsiniz, odun peçinə uzbe qoşsaq, printer işləyər?" - ETİRAZ VAR!
Bu gün, 11:41
İsrailin 5 dollarlıq yeni silahı - “Dəmir günbəz”i geridə qoydu
Bu gün, 11:37
"Harda yazılıb ki, xanəndə botoks etdirməz və ya dırnaq qoydurmaz?" - Xalq artisti
Bu gün, 11:31
Rəqəmsal qiyamət: apokalipsis ilə reallıq arasında - AKTUAL
Bu gün, 11:28
“Sülh müqaviləsi 2026-ya qalmayacaq...” - sensasion gəlişmə
Bu gün, 11:16
Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər? - Üç dəfə bəraət alıb
Bu gün, 11:13
3 100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”nun MİLYONLUQ gəlirləri - ARAŞDIRMA
Bu gün, 11:08
Sərhədlər yalnız sülh sazişindən sonra açıla bilər - ŞƏRH
Bu gün, 11:06
Cənubi Qafqazda sülh prosesi: strateji nəticələr və yeni regional sistem - İNCƏLƏMƏ
Bu gün, 11:03
`Paşa Sığorta` şəhid ailəsini bir il süründürsə də... - AXI NİYƏ?
Bu gün, 11:00
Dələduzluq edən qadınla bağlı qərar açıqlandı
Bu gün, 10:52
Dolların məzənnəsi ilə bağlı son qərar MANATA NƏ VƏD EDİ? - AKTUAL
Bu gün, 10:49
Naxçıvanlı taksi sürücüləri Türkiyənin yol polisindən şikayətçidir - "Yoxsa, onlarla ailə çörəksiz qalacaqdı..."
Bu gün, 10:37
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq
Bu gün, 10:33
Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi - MƏQALƏ
Bu gün, 10:30
Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib - DETALLAR
Bu gün, 10:26
Rusiyada Azərbaycan məhsullarına “stop”: - 220 kq yük məhv edildi
Bu gün, 10:23
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub - TƏFƏRRÜAT
Bu gün, 10:17
Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Ağdama gedir
Bu gün, 10:15
Anri “Qarabağ”a niyə inanırdı? - Səbəb heyrətamizdir
Bu gün, 10:14
Eldar Mahmudovu hər gün lənətləyir, Pərviz Həşimlidən üzrxahlıq diləyir – Elçin Quliyevin zindan gündəliyi
Bu gün, 10:05
"Çox cılız bir adam gəlib, çox möhtəşəm, əzəmətli bir rol oynaya bilməz"
Bu gün, 09:54
Vətən müharibəsi iştirakçısını bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 09:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru