"İcra başçısı rüşvət almadan kabinetində otura bilər, amma rayonda iş dayanacaq" - deputat
Tarix: 15-09-2021, 08:09 | Çap et
 Dünən Prezident İlham Əliyev Cəlilabad və Şəmkir rayonlarına yeni icra başçıları təyin olunması haqqında Sərəncam imzalayıb. Cəlilov Rafiq Əsgər oğlu Cəlilabad rayonuna, Rəşad Ənvər oğlu Tağıyev isə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ölkə başçısı həmin şəxsləri icra başçıcı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib, bir sıra mühüm məqamlara toxunub. Prezident qeyd edib: “Cəlilabad və Şəmkir rayonlarına icra başçıları təyin olunarkən onlara göstəriş vermişdim ki, siz artıq yerdə qalan məsələləri həll edin. Əsas böyük işlər görülüb, çox gözəl zəmin yaradılıb. Siz isə gündəlik həyatda elə işləyin, elə çalışın ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də rayonların inkişafı sürətlə getsin və təşəbbüs göstərin, investorları cəlb edin, sahibkarlara şərait yaradın.
Ancaq əfsuslar olsun ki, real həyatda biz bunun tam əksini görürük. Bunun nəticəsində və eyni zamanda, buraxılmış ciddi nöqsanlar, pozuntular, rüşvətxorluq və korrupsiya hallarına görə həm Cəlilabad, həm də Şəmkir rayonlarının keçmiş icra başçıları cinayət məsuliyyətinə cəlb olunmuşlar. İndi hər kəs görür ki, heç kim qanundan yuxarı dayana bilməz və burada hər kəs qanun qarşısında bərabərdir. Heç kimdə immunitet yoxdur və ola bilməz. Bütün dövlət məmurlarını vəzifəyə təyin edərkən mən bu tövsiyələri verirəm”.
Ölkə başçısı məmur özbaşınalığı ilə bağlı daimi olaraq xəbərdarlıqlar edir, yeni vəzifəyə təyin olunan şəxslərin şəffaf işləməsini və xalqa xidmət etməsini xüsusilə vurğulayır. Ancaq yenə də bəzi məmurlar etimadı doğrultmurlar.
Yeni təyinatlarla bağlı “Sherg.az”a danışan millət vəkili Razi Nurullayev bildirib ki, bu gün iki yeni icra başçısının vəzifəyə təyin olunması prosesin başlamasından və növbəti rayonlara da belə təyinatların olacağından xəbər verir:
“Hansısa rayonlara icra hakimlərini təyin olunan zaman onların qarşısına qoyulan şərt həmin rayonun inkişafı və şəffaf idarəçilikdir. Ancaq nə qədər şəffaf işləsələr də, rüşvətdən kənar qalsalar da, vəsait olmadan iş görmək mümkün deyil. Ona görə də icra hakimlərinin iş adamlarını sərmayəyə cəlb etməsi və onlar üçün lazımi şərait yaratması vacibdir.
Amma bu günə qədər olan təyinatların bir çoxunda əsaslı dəyişiklik olduğunu görə bilmirik. Yeni icra başçıları təyin olundusa, onların əksəriyyəti tam olaraq gözləntiləri doğruldub, investisiya cəlb edə biliblər.
Bununla bağlı gözəl nümunələr var. Lakin icra başçılarının əksəriyyəti haqqında bunu demək olmur. Ona görə də məsələ yalnız şəffaflıq və rüşvət almamaqda deyil. İcra başçısı rüşvət almadan kabinetində otura bilər, amma rayonda iş dayanacaq. Əsas olan məsələ rayonlarda iş yeri yaratmaq, bura sərmayəçiləri cəlb etmək, canlılıq yaratmaqdır. Amma buna nə qədər əməl edə bildikləri sual altındadır.
Prezident yeni icra başçılarını qəbul edərkən də müsbət nəticələrin olmadığını əsas gətirdi. Hesab edirəm ki, ölkəmizdə bütün idarəçilik sistemində dəyişiklik etmək lazım gələcək. Azərbaycanda biznes mühitini tam şəkildə müzakirə etmək lazımdır. Bu gün iş adamlarına yaxşı şəraitin qurulduğunu söyləsək, yalan olar. İş adamlarından rüşvət istənilir, incidilirlər. Ona görə də yeni təyinatlardan yüksək gözləntim yoxdur”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Təhsil sistemində tenderi də özgəsinə vermirlər... - DAHA BİR FAKT...
Bu gün, 10:53 |
|
|
|
• Putinin planına sərt reaksiya: - Zəngəzur və Qarabağda...
Bu gün, 10:44 |
|
|
|
• Nazirlik qonaqları üçün bilet və otel xidmətini - BU ŞİRKƏTLƏRDƏN ALDI
Bu gün, 10:40 |
|
|
|
• Əməyin ödənilməsinin hansı təminatları var? - Ekspert danışır...
Bu gün, 10:35 |
|
|
|
• Bakının bu ərazisində torpağın 1 sotu 97 min manata yaxın bahalaşıb
Bu gün, 10:16 |
|
|
|
• "Daltonlar"- gəncləri tələyə salancinayət təşkilatı - TikTokda təhlükə
Bu gün, 10:12 |
|
|
|
• Pezeşkianın Paşinyana xəbərdarlığı: İrəvan eşidəcəkmi? - GƏLİŞMƏ
Bu gün, 10:02 |
|
|
|
• İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü
Bu gün, 09:49 |
|
|
|
• Paşinyan açıqladı: Bu ərazilər Bakıya qaytarılacaq - “Respublika Meydanı”
Bu gün, 09:47 |
|
|
|
• Qazilər arasında dava: Tüfənglə “Prado”nu yararsız hala saldı... - TƏFƏRRÜAT
Bu gün, 09:44 |
|
|
|
• Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 09:43 |
|
|
|
• SOCAR "RabitəBank"dan imtina etdi
Bu gün, 09:40 |
|
|
|
• 10 manatlıq şirkətin 655 min manatdan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 09:37 |
|
|
|
• "İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır..." - NARAZILIQ VAR...
Bu gün, 09:30 |
|
|
|
• Sabunçuda televizor pultu silaha çevrildi – ailə qalmaqalının sonu həbs oldu
Bu gün, 09:24 |
|
|
|
• Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi – Fərid Qayıbovun nəzərinə
Bu gün, 09:21 |
|
|
|
• Ermənistanla yekun sülh sazişi bu tarixdə imzalanacaq - sensasion iddia
Bu gün, 09:15 |
|
|
|
• Dostu tərəfindən döyülən şəxs məhkəmədə onu bağışladı - “Şikayətçi deyiləm”
Bu gün, 09:08 |
|
|
|
• Azərbaycanda sabiq rektor vəfat etdi - FOTO
Bu gün, 08:54 |
|
|
|
• Dövlət qurumu 3,4 milyonluq elektrik mallarını - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 08:52 |
|
|
|
• Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Bu gün, 08:49 |
|
|
|
• Diasporumuza qarşı “xüsusi əməliyyat” - Bakıdan reaksiya
Bu gün, 08:47 |
|
|
|
• Bu şirkət müştəri ilə işləməyi hələ öyrənməyib... - NƏ VAXTA QƏDƏR...
Bu gün, 08:38 |
|
|
|
• Rusiyanın ölkəmizə qarşı daha bir absurd addımı - BAŞLARI QAÇIB...
Bu gün, 08:26 |
|
|
|
• “Ulduz”u sönən məşhurlar - Qətl, şantaj, dələduzluq...
Bu gün, 08:24 |
|
|
|
• Rusiya 10 noyabr 2020-ci il sənədinə qayıtmaq üçün fürsət gözləyir - Bakıdan reaksiyalar
Bu gün, 08:14 |
|
|
|
• ABŞ NATO-ya Ukrayna üçün təhlükəsizlik zəmanətlərində minimal rol oynayacağını bildirib - "Politico" nəşri
Bu gün, 07:24 |
|
|
|
• "1 ildir ki, bu iki qurumun arasında qalmışam" - GİLEY
Bu gün, 07:22 |
|
|
|
• "Bazarstore" mağazalarında 1 milyondan çox vergi borcu - FOTO
Bu gün, 07:16 |
|
|
|
• Rayon bazarlarında qiymət paradoksu: Göy-göyərti baha, lobya isə lüks qiymətdə - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• İFŞA: “Poz-Qazan” BİZİ BELƏ QARƏT EDİR... - BU DA FAKT...
Bu gün, 07:01 |
|
|
|
• Möhtəşəm cütlüyün NÖVBƏTİ MƏZƏSİ - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48 |
|
|
|
• "Azərbaycanla sülh pozularsa, bu, Ermənistan dövlətinin sonunu gətirə bilər" - FAKT BUDUR!
Bu gün, 06:44 |
|
|
|
• Başçının Baş məsləhətçisi əgər oliqarxdırsa... - BU NƏDİ BELƏ?
Bu gün, 06:40 |
|
|
|
• Kino Agentliyi “Quşlar susanda” filminin çəkilişi üçün 459 min manat xərcləyəcək
Bu gün, 06:35 |
|
|
|
• Teymur Musayevin ölüvay susqunluğu və ya xəstənin üstündə “qılınc-qılınc” oynadanlar
Bu gün, 06:34 |
|
|
|
• Abituriyent sayı niyə plan yerlərini üstələdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:31 |
|
|
|
• Rusiyada türk xalqlarının hüquqları: söz və gerçəklik arasında - GƏLİŞMƏ
Bu gün, 06:29 |
|
|
|
• Britaniya Ukraynaya kontingent göndərə bilmir - "The Telegraph"
Bu gün, 06:27 |
|
|
|
• "Əgər Donald Tramp həmin dövrdə prezident olsaydı..." - deputat
Bu gün, 06:24 |
|
|
|
• Son 10 günün ən mühüm hadisəsi: Paşinyan bu sirri açdı - AKTUAL
Bu gün, 06:20 |
|
|
|
• Rusiyada azərbaycanlı bloger Hüseyn Həsənovun şirkəti ləğv edilib - TƏFƏRRÜAT
Bu gün, 06:17 |
|
|
|
• Avropa lider böhranı ilə üzləşib - Professor
Dünən, 18:11 |
|
|
|
• İrəvanda ilk Azərbaycan səfiri - “Böyük məsuliyyət daşıyacaq”
Dünən, 18:09 |
|
|
|
• Azərbaycanda ilk yaşanır: bu şəxslər də vergi ödəməli olacaqlar
Dünən, 18:06 |
|
|
|
• Kirayə mənzil bazarındakı təklif-tələb balanssızlığı qiymət artımına səbəb olub
Dünən, 18:02 |
|
|
|
• Dövlət Xidməti 6 milyon manata nələr alır? - TENDERLƏR, ŞƏRTLƏR
Dünən, 18:00 |
|
|
|
• Azərbaycan Moskvada keçiriləcək müsabiqədə iştirakdan imtina edib - DETALLAR..
Dünən, 17:56 |
|
|
|
• Rusiya Britaniyaya qarşı cavab sanksiyaları tətbiq edib
Dünən, 17:53 |
|
|
|
• Kremlin soyuq müharibəsinin yeni dalğası: - Podolyak Azərbaycana qarşı görün nə dedi
Dünən, 17:51 |
|
|
|
|