"Rusiyanın quruma üzv olmaq istəyinin arxasında iki niyyətdən biri dayanır" - Partiya sədri
Tarix: 25-05-2021, 08:24 | Çap et
 Rusiya Xarici işlər naziri Sergey Lavrov Moskvanın türkdilli ölkələrlə daha sıx əməkdaşlıq etmək istədiyini bildirib. XİN rəhbəri vurğulayıb ki, Rusiya Türk Şurasına qoşulmağa hazırdır: “Başa düşürük, bu birlik türkdilli ölkələr üçün yaradılıb, amma bizim də içimizdə tatar, altay, çuvaş, başqırd, yakut kimi türk xalqları var. Razılıq olsa, qatılmağımızda bir problem olmamalıdır”. Lavrov bu təklifi 2019-cu ilin iyul ayında da səsləndirmişdi. Bu dəfə Lavrov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlətlərarası bir təşkilat olduğunu xatırladaraq üzvlük üçün dominant əhalinin türk olmasının problem olmadığını bəyan edib. Bəzi politoloqlar Rusiyanın bu təkliflə türkün gücünü etiraf etmiş olduğunu dilə gətirirlər.
Digər qisim isə hesab edir ki, bu “təşəbbüs” daha çox türkləri nəzarətdən kənarda saxlamamaq cəhdinə, onların arasında olub, yeni nifaqlar yaratmaq istəyinə daha çox bənzəyir. Son dövrlər Türk Şurası regional təsir gücünə malik təşkilata çevrilməkdədir. Şuraya daxil olan dövlətlərin əksəriyyəti yeraltı təbii sərvətlərlə zəngindir. Türkiyənin bu ölkələrlə yaxınlaşmasını Rusiya özü üçün təhdid hesab edə bilər. Həmçinin, Türk Şurasına daxil olan dövlətlər beynəlxalq nəqliyyat qovşağının üzərində yerləşir. Təşkilatın güclənməsi regionda yeni gücün formalaşması deməkdir ki, bu da əsas strateji bölgələrin Rusiya tərəfindən itirilməsinə gətirib çıxarır. Bir məqamı da vurğulayaq ki, Rusiyada yaşayan türkdillilərin sayı 35 milyondan çoxdur. Bu günə qədər onlar Rusiya Federasiyası daxilində subyektlər kimi fəaliyyət göstəriblər. Zaman-zaman Rusiyadakı bəzi siyasi elitadan Türk Birliyinin qurulmasına qarşı sərt reaksiyaların şahidi olmuşuq. Eyni zamanda Rusiyadakı siyasi müxalifətin bəzi nümayəndələri də türk dövlətlərinin birliyindən narahat olduqlarını bu və ya digər formada dilə gətiriblər.
Sabiq millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Şərq”ə bildirib ki, son yaşananlardan sonra türk dövlətləri dünya gündəmindədir. Partiya rəhbərinin sözlərinə görə, artıq super güclər türk dünyası ilə hesablaşmaq məcburiyyətini hiss edirlər:
“Türk Şurasının genişlənməsi və qüdrətlənməsi bu qurumu Avropa Birliyi kimi təşkilatlardan daha da güclü edəcək. Türkiyənin dünya gücünə çevrildiyi etiraf olunur. Azərbaycan isə ən azından bölgə gücü sayılır.
Bütün bu reallıqlar onu göstərir ki, gələcək inteqrasiyada, digər türk dövlətləri bir araya gəldikdən sonra çox nəhəng iqtisadi ev formalaşacaq. Bu həm də özünümüdafiə blokunun təşkil olunması deməkdir. Qələmə aldığım “Yeni dünya düzənində Azərbaycanın yeri və rolu” kitabında Turan adlı bir blokdan bəhs etmişdim. Hesab edirdim ki, dünyanın qəlbi deyilən bir yerdə mütləq Türk Evi yaranmalıdır”.
F.Quliyev vurğulayıb ki, dünənə qədər Türkiyənin üzərinə gələnlər, indi qardaş ölkənin ayağına gəlmək məcburiyyətində qalıblar:
“Türkiyə ilə zor dilində danışmağın mümkünsüzlüyünü görənlər Ankara hökuməti ilə yaxınlaşmaqda maraqlı görünürlər. Əlbəttə, burada iki niyyətin olması gözləniləndir. Məqsədlərdən biri türk birliyinə daxil olaraq onu içəridən parçalamaq və qurumda təşəbbüskar olaraq önə çıxmaqdır.
Digər məqsəd isə öz iqtisadiyyatını və gələcəyini müəyyənləşdirmək üçün həqiqi dostluq və əməkdaşlıq qurmaqdır.
Ancaq düşünürəm ki, vurğuladığım iki seçim bunu təklif edən Rusiyanın özünə belə tam aydın deyil. Moskva son və həqiqi istəyinin nədən ibarət olduğuna qərar verə bilmir. Məncə, ilk etapda təşəbbüskarlığı öz üzərlərinə almaq üçün cəhdlər edəcək.
Əgər görsələr ki, bunu edə bilmirlər, o halda əməkdaşlıq mərhələsinə keçəcəklər. Əsas məqam odur ki, Türk Şurası aparıcı qurum kimi şahmat dili ilə desək, “ağlarla oyuna başladı”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22 |
|
|
|
• "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19 |
|
|
|
• Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37 |
|
|
|
• Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34 |
|
|
|
• İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32 |
|
|
|
• Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28 |
|
|
|
• "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32 |
|
|
|
• Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29 |
|
|
|
• Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48 |
|
|
|
• Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45 |
|
|
|
• Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41 |
|
|
|
• Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22 |
|
|
|
• Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15 |
|
|
|
• Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12 |
|
|
|
• Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31 |
|
|
|
• “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29 |
|
|
|
• Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25 |
|
|
|
• Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22 |
|
|
|
• Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16 |
|
|
|
• Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14 |
|
|
|
• Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11 |
|
|
|
• "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05 |
|
|
|
• Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02 |
|
|
|
• "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58 |
|
|
|
• "Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55 |
|
|
|
• Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38 |
|
|
|
• Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35 |
|
|
|
• "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30 |
|
|
|
• "Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25 |
|
|
|
• Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56 |
|
|
|
• PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01 |
|
|
|
• Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55 |
|
|
|
• Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47 |
|
|
|
• Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46 |
|
|
|
• Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42 |
|
|
|
• 10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40 |
|
|
|
• Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37 |
|
|
|
• Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32 |
|
|
|
• “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27 |
|
|
|
• Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25 |
|
|
|
• Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19 |
|
|
|
• Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15 |
|
|
|
• "Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12 |
|
|
|
• Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08 |
|
|
|
• "Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00 |
|
|
|
• “Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50 |
|
|
|
• SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46 |
|
|
|
|