"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                     Xalq artisti TƏƏSSÜFLƏNDİ .....                 

Əli Kərimlinin virtual praymerizləri, sorğuları və “5-ci kolon”un strategiyası - GƏLİŞMƏ
Tarix: 17-05-2021, 11:02 | Çap et
Əli Kərimlinin virtual praymerizləri, sorğuları və “5-ci kolon”un strategiyası
2000-ci illərdə məşhur bir cəbhəçinin obrazlı sözü vardı və qəzetlərin birindəki müsahibəsində rezonans doğurmuşdu. Həmin müsahibədə başqa bir adam nəzərdə tutularaq deyilirdi ki, sənə salam verərlər, səs verməzlər... Düzdür, o fikir başqa adama deyilmişdi, amma bu gün Əli Kərimlinin əməllərini, trol dəstəsinin çanfəşanlığını görəndə, bu sözlərin əslində ona necə uyğun gəldiyi görünür.

Əli Məsimovun Əli Kərimovdən Kərimov Əliyə çevirdiyi, AXCP-ni zəbt edib ömürlük sədrlik kreslosunu mənimsəyən bu adama doğrudan da səs yox, bəlkə salam verələr. O da onu yaxından tanımayanlar. Yaxından tanıyanlarla bir haqq-salam əlaqəsi də daha qalmayıb. Fazil Mustafa, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Əli Məsimli, Arif Paşa, Razi Nurullayev salam verir bəlkə biz bilmirik?! Yox, heç biri! Çünki adam salam haqqını da itirib. Dostlarından salam haqqını itirən adam xalqdan səs haqqını çoxdan itirmiş olur. O haqqı itirdiyinə görə də indi Əli Kərimli canına əl qatıb.

Elmi və sosial sifarişi əks etdirməyən sorğularla özünü hamıdan güclü göstərmək istəyir. O sorğular ki, sualın qoyuluşu ancaq ona sərf edir, komponentləri müəyyən deyil, uyğun statistik məlumatlar bazası və hədəf qrupları tamamilə yalandır. Lakin usanmadan bu formada da olsa, sosial şəbəkələrdə yer qoymur, sorğu keçirtdirir və özünü birinci yerə çıxartdırır. Bəlkə də çıxardır! Yəni sorğunu özü təşkil etdiyi kimi səsi də şəxsən işlətdiyi profillərlə özü verir və “birincilik” qazanır.

Adama sual edərlər ki, bu, sənin nəyinə lazımdır? Məgər seçkidir? Yaxud seçki ilidir? Nədən indi, seçki qoxusunun olmadığı halda özünə əl qatıb, tərəfdarlarına “rəhbər” göstərişlərini verib, camaatın Rusiyaya, İrana, Ermənistana etiraz etdiyi, Zəngəzur dəhlizi üçün mübarizə apardığı bir zamanda sən sorğu keçirtdirirsən? Bu ölkənin problemi sənin reytinq göstəricisində harada, kimdən sonra və ya əvvəl olmağındırmı? Dövlət olaraq, ictimaiyyət olaraq hər kəs dövlət başçısının strateji və taktiki addımlarını dəstəkləyir. Ölkənin 50 siyasi partiyası Ali Baş Komandanın 44 günlük müharibə dövründə və bu gün apardığı taktiki-strateji addımlarında hər an onunla birlik nümayiş etdirir. Ayrı-ayrı səslər xaric, ölkədə böyük mənada siyasi həmrəylik və vətəndaş birliyi hökm sürür.

Lakin bu dəstə... Çoxlarına aydındır ki, Ermənistanın güncə sıxıldığı bir dönəmdə Əli Kərimli və onun dəstəsi bu məsələlərdən danışa bilməz. Səbəbi isə çox sadədir. Bu, Qərbin xoşuna gəlməz və kəsərlər... Nəyi kəsərləri isə hər kəs yaxşı bilir. Verdiyini, pulunu, vədini... Zəngəzurdan danışmaq da işinə yaramır. Rusiyanı incik salmamaq üçün bunu da deməz. Çünki Rusiya hələ 2013-cü ildə yaratdığı Milli Şuradan imtina edər və ya Milli Şuradan imtina onun özünün Rusiya biznesinə xələl gətirər. Axı hələ 1995-ci ildə AXC-nin yoxa çıxan 70 min ABŞ dolları neçə ildir elə Rusiyada dövriyyədədir və gəlirləri də ona çatır...

Milli məsələlərdən yan keçib gündəmdə qalmaq, xalqın başının altına yenidən yastıq qoymaq üçün çıxış yolu sosial şəbəkədəki bloqqerlik və yutuberliyə qalır. Orada da yazmaq, danışmaq artıq keçərli deyil. İnsanlar eyni sözü nə qədər eşitməlidirlər ki?! “İlham Əliyev belə etdi”, “Azərbaycan hakimiyyəti belə getdi”, “Müxalifətdə hamı satqındır”, “Ancaq biz, biz, biz, mən, mən, mən...” Artıq insanlar boş sözü dinləmir. “Əgər sözün, təklifin, xalqdan dəstəyin varsa, çıxış yolunu de və hərəkət et” prinsipini istəyir. Ancaq bu hərəkət yoxdur və heç zaman da olmayacaq. Çünki Kərimli bəzi xarici qüvvələrə və daxildə vurulmuş “5-ci kolon”a Azərbaycan hakimiyyətinə təzyiq, müxalifəti isə xalqın gözündən salmaq üçün lazımdır. O qüvvələr öz məqsədlərinə çatmaq üçün Kərimlini vasitə seçiblər və istəkləri odur ki, biz Zəngəzurdan danışmayaq, sülhməramlıların fəaliyyətinə göz yumaq, Ermənistandan minalanmış ərazilərin xəritəsini istəməyək, 28 il olduğumuz kimi hakimiyyətli-müxalifətli-xalqı başımızı aşağı salıb günümüzü keçirək və “Qarabağ Azərbaycandır” deməyək.

İndi görünən odur ki, Kərimlinin yeni tapşırığı var. Fransanın, Kanadanın bəyanatla etdiklərini bu dəstə müxtəlif formada təkrarlayır. Budəfəki tapşırıq da belədir. Seçkisiz, seçki qoxusu belə hiss olunmayan ildə praymeriz keçirmək, sosial şəbəkənin olmayan üzvlərindən rəy almaq və özünü birinci kimi sırımaqla cəmiyyətin başını qatmaq, fikrini yayındırmaq... Son bir ayda 8 belə sorğu keçirtdirib və hamısında da “birincilik” qazanıb- 53 faiz, 63 faiz, 72 fazi v s. Bəzən də “kvorum”u qəsdən adlamayıb ki, inandırıcılığı təmin etsin. Ay səni, praymeriz nəticələri...

Burada bir hadisənin xatırlanması yerinə düşər. 2010-cu ildə keçirilən parlament seçkilərindən sonra çoxumuzun təmsil olunduğumuz bir İctimai Palata yaradıldı. İlk əvvəllər hamımız inandıq ki, səmimi birlikdir, nəticəsi də olacaq. Amma çox keçmədi ki, İctimai Palata dağıldı. Bu qurumun da digərləri kimi dağılmasında Əli Kərimlinin rolunu kimsə inkar edə bilməz. Budəfəki dağılmanın kökündə duran isə sadə bir səbəb idi. 2012-ci ildə İctimai Palatanın Koordinasiya Şurasına keçirilən seçkilərdə nəinki İsa Qəmbər, hətta digər üzvlərin əksəriyyəti belə Əli Kərimlidən daha çox səs topladı. Bunu sinirə bilməyən Kərimli də İctimai Palatanı dağıtdı, müxalifətin digər blokları kimi. Real seçkilərin nəticəsi həmişə belə olur. Əli Kərimli uduzacağını bilir və uduzur. Amma virtual seçkidə nə qədər desən, səs qazanır. Bu, bir hikmətdir, amma bu hikməti indi hamımz bilirik. AXCP-də olan hər funksionerin əlinin altında azı 20-25 saxta profil olur və onlar “Facebok”da, “Youtube”da, bəlkə lap “Odnoklassnik”də belə Əli Kərimlini birinci edirlər...

Əli Kərimli bu oyunda tək deyil. Hakimiyyətin içindən qovulan “5-ci kolon” da onunladır. Strategiya və proqram birgə hazırlanır. İcrası isə onun trol şəbəkəsinə həvalə edilir.
Cebhe.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru