Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb .....                     Samir Abasov yenə öz ampluasında .....                     "25 min manat verdilər getmədim" .....                     Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI .....                     "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm" .....                     Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi .....                     "Həmin şəxslər ora təhrik edilərək gətirilib" .....                     Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi .....                     İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü .....                     Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi .....                     Ermənistan maşınları yolda qaldı .....                     Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən .....                     "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." .....                     Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                     İrana zərbə halında Tehranın cavabı necə olacaq? .....                     "Bu hökumət belə bir addım atsa..." .....                     Tramp hamının planını pozub... .....                     ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb .....                     Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi .....                     "İri bankların əsas problemi odur ki, acgözdürlər..." .....                     Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər .....                     Bakı ilə Tiflis yaxınlaşırsa... .....                     "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." .....                     ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… .....                     “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər” .....                     İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər .....                 

“Əllərində böyük resurslar olan “5-ci kolon”a qarşı iqtidar-müxalifət həmrəyliyi olmalıdır” - deputat
Tarix: 12-09-2020, 10:42 | Çap et
“Əllərində böyük resurslar olan “5-ci kolon”a qarşı iqtidar-müxalifət həmrəyliyi olmalıdır”
Son zamanlar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatlar nəticəsində bir çox məmur cinayət başında yaxalanıb və cinayət məsuliyyətinə cəlb edilib. Və prosesin davam edəcəyi də istisna deyil. AYNA-nın mövzu ətrafında suallarını Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının (VP) sədri Tahir Kərimli cavablandırıb.

- Tahir bəy, həbs olunan məmurlar, barələrində çıxarılan qərarlardan apellyasiya şikayəti verərək, günahsız olduqlarını iddia edirlər. Məsələnin hüquqi tərəfi aydındır, amma siyasi və mənəvi tərəfləri maraqlıdır...

- Əlbəttə ki, bütün vətəndaşların apellyasiya, kassasiya şikayətləri vermək hüquqları var və buna heç kim bir söz deyə bilməz. Lakin bunun siyasi və mənəvi tərəfi var. Bunun ən əsas tərəfi də ondan ibarətdir ki, həmin insanlar düşmürlər ki, nə üçün onlarla eyni işi görən digər adamlar azadlıqda qalır, amma onlar azadlıqdan məhrum olurlar. Ona görə də mən həmişə demişəm ki, cənab Prezidentin başlatdığı islahatları mahiyyəti üzrə, kompleks şəkildə həyata keçirmək lazımdır ki, ədalət tərəzisi pozulmasın. Hər halda kimlərsə görk üçün açıq cinayətlər törədiblər, cinayətləri sübut olunub və haqlarında məhkəmə hökmləri çıxarılıb. Adətən, onların bu məqamda şikayətləri həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı olur. Amma bu, cəmiyyətdə heç də xoş qarşılanmır. Çünki bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin öz əməkdaşı Akif Çovdarov azadlığa çıxdı, yeyib-içmək məclisi nümayiş etdirdi və bu, cəmiyyətdə böyük aqressiya ilə qarşılandı. Ona görə də ən başlıcası, daha böyük cinayət törədən daha böyük insanlar məsuliyyətə cəlb olunmalı və əllərindən varidatları alınıb dövlətə təhvil verilməlidir. Adətən, orta səviyyəli məmurlar həbs edilirlər, digərləri azadlıqda qalır deyə, ola bilər ki, bu, onları həvəsləndirir. Yəni, həm cinayət məsuliyyətindən yaxa qurtarmaq istəyirlər, həm də ictimai mənada “niyə görə yalnız mən həbs olunmalıyam” düşüncəsi ilə hərəkət edirlər.

Amma başa düşmək lazımdır ki, ölkə başçısının da dediyi kimi, “qanunun əli hamının qapısını döyəcək” və döyməlidir də. Heç kim məsuliyyətdən azad ola bilməz. Məsələn, elə təəssürat yaranmışdı ki, bu cür adamlar rahatlıqla xalqı yağmalayır, divan tuturlar. Amma görürük ki, bunlar da məsuliyyətə cəlb edilirlər və cəmiyyət də bunu alqışlayır. Amma biz də bu işlərdə ölkə başçısının köməkçisi olmalıyıq. Vəzifədən çıxarılanlar, cinayət əməli törədənlər, onların adamları özlərinin çirkin yolla topladıqları pulları dövlət əleyhinə yönəldir, başqalarına sərmayə verirlər. Ona görə də cənab Prezidentin başlatdığı islahatların tərəfində durmağa, o cümlədən bu cür kadr təmizliyi ilə müşahidə olunan və digər kadrların məsuliyyətə cəlb olunması məsləsinə yardımçı olmaq vacibdir.

- Bəs, bu cür şəxslərə necə cəza verilməlidir ki, digərlərinə də ibrət olsun?

- Düzdür, onlar cinayət məsuliyyətinə cəlb olunanda, yaxud inzibati və ya intizam məsuliyyətinə cəlb olunanda, bu, digər vəzifəli şəxslərə də təsir edir. Ancaq müəyyən müddət keçəndən sonra soyuma baş verir, yenə öz əməllərini təkar edirlər və düşünürlər ki, belə bir aqibət onların başına gəlməz. Biz gördük ki, bir neçə icra başçısı məsuliyyətə cəlb olunmuşdu, amma başqaları yenə də həmin rolu oynamağa davam edirdilər. Ona görə də bu, daha yüksək vəzifəli şəxslərə də aid olmalıdır. Məsələn, Türkiyənin Azərbaycana dəstək verməsi, nəinki hərbi sahədə, bütün sahələrdə Rusiya və kadrlarının Azərbaycandan təmizlənməsinə kömək edir. Amma bunların çox güclü müqavimət potensialları, əks tədbirlər görmək imkanları var. Ona görə də dövlət və xalqın birliyi çox zəruridir. Təkcə deputatlar yox, cəmiyyətin hər bir fərdi bu məsələdə aktiv rol oynamalı, dövlətlə birlik nümayiş etdirməlidir. Ki, daha ağır cinayət törədənlər, daha çox dövlət və xalqın malını mənimsəyənlər cinayət məsuliyyətinə cəlb edilsinlər.

- Daha ağır cinayət törətmiş şəxslərin güclü müqavimət potenisalları və əks tədbirlər görmək imkanlarının olduğunu vurğuladınız. Bu amil daxili qarşıdurmalarla nəticələnə bilərmi?

- Hazırkı hakimiyyətin ənənəvi resursları var. Yəni cənab İlham Əliyevin tarixi təcrübəsi var, ətrafını möhkəmləndirib və xeyli dərəcədə hakimiyyət bacarıqları ənənələrinə malikdir. Ancaq bununla belə, biz post-sovet məkanında yaşayırıq deyə, Sovet dövründən qalan ənənələr digərlərini stimullaşdırıb və onlar çoxlu inzibati və maliyyə resursları əldə ediblər. Ona görə də onları hər bir vəchlə diqqətdə saxlamaq lazımdır. Çünki bir dəqiqənin içində müxalifətlə gizli əlbir olub dərhal açıq müstəviyə keçirlər. Necə ki, Əli İnsanovda biz bunun şahidi olduq. Müxalifətə dərin nifrət edən adam dərhal müxalifətlə hakimiyyətə qarşı birləşdi. O cümlədən bu, digərlərinə də aiddir. Ona görə də həmişə ayıq-sayıq olmaz lazımdır. Ən başlıcası isə xalqla iqtidarın birliyi olmalıdır ki, bunlara qarşı mübarizə aparsınlar. “5-ci kolon” deyirlər, onlar müxalifət təmsilçiləri deyil, zaman-zaman başqa dövlətlərin nümayəndələrini Azərbaycanda kadr kimi işləməyə məcbur edənlərdir. Onları himayə ediblər, kənarlaşmağa qoymayıblar. Hətta, bəzən təyinatlara da nail olublar və digər dövlətlərin marağını ifadə ediblər. Özlərinə də böyük sərvətlər toplayıblar. Bax, bunların hamısına qarşı biz birlikdə olmasaq, onda vəziyyət pis olar. Mən müxalifətə də müraciət etmək istəyirəm. Ki, onlar da ayıq-sayıq olsunlar. İmkan verməsinlər ki, daha çirkin qüvvələr onlardan istifadə etsinlər. Yəni, onlar hakimiyyətə olan nifrətlərini daha böyük nifrətə layiq olan adamlarla birləşdirməsinlər. Ölkəmizi istəməyənlərə, müstəqilliyimizi qəsb edənlərə, zaman-zaman xalqın varidatını mənimsəyib xaricə daşıyanlara qarşı birgə mübarizə aparmaq lazımdır. Burada isə hakimiyyət-müxalifət -xalq birliyi lazımdır.

- Yəni, iqtidar-müxalifət birliyi bu cür hadisələrin qarşısını almağa yardım edə bilər?

- Əlbəttə! Mən dəfələrlə Milli Məclisdəki çıxışlarımda da, müsahibələrimdə də bunu demişəm. Bu gün ən əsas məsuliyyət hakimiyyətin üzərinə düşür. Hakimiyyət yeri gəlsə, müxalifətin nazı ilə oynamalıdır. Hər dəfə müxalifətə də müraciət edirəm ki, daşı ətəyinizdən tökün! Çünki indiki vəziyyətdə sizin hakimiyyətə gəlmək imkanınız yoxdur və siz ancaq daha çirkin qüvvələr üçün alət ola bilərsiniz. Hakimiyyətə də dəfələrlə müraciət etmişəm ki, müxalifətdə yüzlərlə, minlərlə təmiz, bacarıqlı və peşəkar şəxslər var. Onları da cəlb edin dövlət idarəçiliyinə. Bütün xalqımız hakimiyyət-müxalifət bölgüsündə, idarəçiliyində iştirak eləsin. Qarabağımızı da birlikdə azad edək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Bu gün, 22:26
Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Bu gün, 22:24
"25 min manat verdilər getmədim"
Bu gün, 22:22
Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Bu gün, 22:19
"Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36
Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35
"Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33
Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31
İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29
Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59
Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55
Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43
Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40
“Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37
Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38
Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31
Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23
Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20
"5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07
Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru