"Onların dəyərləndirilməsi və qiymətləndirilməsi də ayrı-ayrılıqda olmalıdır" - Partiya sədri
Tarix: 29-04-2020, 09:51 | Çap et
 Rəsmi məlumatlara əsasən, indiyədək Azərbaycanda 1 717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 1 221 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib, 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 22 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Azərbaycan dövləti COVID-19-la mübarizə üçün bir sıra tədbirlər həyata keçirir.
“Report”un əməkdaşı koronavirusla mübarizə çərçivəsində Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərə münasibətini öyrənmək üçün partiya sədrlərinə müraciət edib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli "Report"a açıqlamasında Azərbaycan dövlətinin koronavirusla mübarizə çərçivəsində gördüyü işləri müsbət qiymətləndirib:
"Azərbaycan dünyada az-az dövlətlərdəndir ki, virusun yayılmasının qarşısını almaq üçün vaxtında qabaqlayıcı tədbirlər həyata keçirdi. Bu tədbirlər ölkəmizdə kronavirus bəlasının yayılmasının qarşısını aldı. Baxmayaraq ki, bizim qonşumuz olan İranda virusun yayılması geniş vüsət almışdı. Bizim vətəndaşlar tərəfindən qonşu ölkəyə çoxlu gediş-gəliş vardı. Çox böyük ehtimal var idi ki, bu bəla ölkəmizdə geniş yayıla bilər. Ölkəmizdə ilk olaraq cənab Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Bundan başqa, 4 istiqamət üzrə plan hazırlandı. Əvvəlcə 1, sonra isə 2,5 milyard manat vəsait ayrıldı".
Partiya sədri əlavə edib ki, koronavirus digər ölkələrin olduğu kimi Azərbaycanın da iqtisadiyyatına zərər vurub: "Buna baxmayaraq cənab Prezident qeyd etdi ki, sosial sahədə heç bir ixtisarlar olmayacaq. Həqiqətən də biz bunu görürük. Bundan əlavə, cənab Prezident insanlara 190 manatlıq birdəfəlik müavinətin verilməsi ilə bağlı sərəncam imzaladı. Daha sonra birdəfəlik müavinəti alacaq şəxslərin sayı 200 mindən 600 minə qaldırıldı. Digər sahələrdə də əhaliyə ciddi dəstək göstərilir".
T.Kərimli həmçinin koronavirusla mübarizə çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xalqa bir neçə dəfə müraciət etdiyini xatırladıb: "Mehriban xanım Əliyeva insanları yardımlaşmaya çağırdı. Azərbaycan vətəndaşları bu kampaniyaya qoşulmağa başladı. Xalqımızın müsbət cəhətləri önə çıxdı".
Partiya sədri onu da əlavə edib ki, koronavirusla mübarizə çərçivəsində Azərbaycan dövlətinin gördüyü işlər hələ davam edəcək: "Artıq ölkəmizdə yoluxma halları getdikcə azalır, sağalmalar çoxalır. Mən əminəm ki, Azərbaycan çox ciddi uğurla bu bəladan çıxacaq".
Ağ Partiyanın sədri Tural Abbaslı isə "Report"a açıqlamasında bildirib ki, Azərbaycan dövlətinin koronavirus pandemiyası ilə mübarizədə gördüyü işləri bir istiqamətdə dəyərləndirmək olmaz:
"Pandemiya ilə mübarizə çərçivəsində səhiyyə, sosial, iqtisadi və s sahələrdə müxtəlif istiqamətlərdə işlər görüldü. Hesab edirəm ki, onların dəyərləndirilməsi və qiymətləndirilməsi də ayrı-ayrılıqda olmalıdır".
Partiya sədri Azərbaycanda koronavirusa yoluxanların, ölənlərin sayının və xəstəliyin yayılma arealının az olmasını müsbət hal kimi qiymətləndirib:
"Dünya dövlətləri ilə müqayisədə Azərbaycanda koronavirusa yoluxma və ölüm halları az olub. Sağalmalar isə kifayət qədər yüksəkdir. İnsanların karantin şəraitində ilk vaxtlar problem yaransa da, sonradan bu işlər qaydasında qoyuldu. Karantinə alınan insanlar 3-4 ulduzlu otellərdə yerləşdirildi. İnsanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər görüldü. Düzdür, insanların 190 manat birdəfəlik müavinət almasında müəyyən problemlər yarandı. Birdəfəlik müavinət ehtiyacı olan hər adama çatmadı".
T.Abbaslının sözlərinə görə, pandemiya ilə əsas mübarizə karantin dönəmi bitdikdən sonra başlayacaq:
"İqtisadiyyatın dirçəldilməsi istiqamətində dövlət daha ciddi addımlar atmalıdır. Əhalinin yoxsul kəsiminə daha çox diqqət ayrılmalıdır. Bu istiqamətdə hələlik müəyyən çatışmazlıqlar var. Ümumilikdə isə Azərbaycan dövlətinin koronavirusla mübarizə çərçivəsində atdığı addımları pozitiv qiymətləndirmək olar".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda mühüm gəlişmə: Moskva və Tehran sıradan çıxır – Ankara meydanda
Bu gün, 06:35 |
|
|
|
• ABŞ Azərbaycanı itirsə, Qafqazda təsirini itirə bilər - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• “Tapançalı direktor”un məktəbindən şikayət - Müəllimlər etiraz edir
Bu gün, 06:17 |
|
|
|
• Bakıda daha bir MTK ÖZBAŞINALIĞI - BU NƏDİ BELƏ?
Bu gün, 06:11 |
|
|
|
• Türk düşməni yenə Azərbaycanı hədəf aldı - NƏ ETMƏLİ?
Bu gün, 06:01 |
|
|
|
• Qarabağ modeli Ukrayna üçün yol xəritəsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:59 |
|
|
|
• Pul qazanmaq üçün... GERİYƏ... KƏNDƏ! - ARAŞDIRMA
Bu gün, 05:57 |
|
|
|
• Azərbaycanda test üsulu ləğv olunur? - Görünəni odur ki...
Bu gün, 05:53 |
|
|
|
• Əgər Ermənistan və Azərbaycan öz aralarında artıq sülh bağlayırsa... - ŞƏRH
Bu gün, 05:49 |
|
|
|
• "Özümü yaşlı adam hiss etmirəm"
Bu gün, 02:22 |
|
|
|
• Göyçay sakinləri niyə narazılıq edir - MÜRACİƏT
Bu gün, 02:16 |
|
|
|
• Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür - FOTO
Dünən, 14:03 |
|
|
|
• Bakıdan Moskvaya mesaj: Təyyarə qəzasının üzərindən sükutla keçilməyəcək! - GƏLİŞMƏ
Dünən, 13:39 |
|
|
|
• Tarixlərdə yaşayacaq sənətkar Ramiz Əzizbəyli.. - ANIM
Dünən, 13:26 |
|
|
|
• Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın... - REAKSİYA
Dünən, 13:23 |
|
|
|
• “Hazır olun, bunu birlikdə edəcəyik” - Baş nazir müraciət etdi
Dünən, 12:02 |
|
|
|
• Paşinyandan ilginc paylaşım... - II Qaregini elə birinə bənzətdi ki…
Dünən, 11:59 |
|
|
|
• Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır - GƏLİŞMƏ
Dünən, 11:56 |
|
|
|
• Bakıda faciənin qapısından dönüldü - TƏFƏRRÜAT
Dünən, 11:00 |
|
|
|
• Rusiyanın Ukraynaya qarşı planı: - Eyni anda 2 min PUA...
Dünən, 10:58 |
|
|
|
• Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur - Ukrayna kəşfiyyatının əməliyyatını azərbaycanlılara bağlayırlar
Dünən, 10:56 |
|
|
|
• İlham Əliyevdən YENİ İSMARICLAR - Hər şey açıq və net idi...
Dünən, 10:52 |
|
|
|
• Naxçıvanda baş nazir və çevrəsinin 345 KODLAMASI - komandada daha kimlər var...
Dünən, 10:50 |
|
|
|
• İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ - TƏFƏRRÜAT
Dünən, 09:55 |
|
|
|
• Putin Ukrayna müharibəsini davam etdirməklə hər şeyi itirə bilər - KİV
Dünən, 09:51 |
|
|
|
• İranın Azərbaycan və Türkiyə qarşısında gücü qalmayıb - Dəhliz açılacaq
Dünən, 09:49 |
|
|
|
• AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 09:46 |
|
|
|
• "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Dünən, 06:01 |
|
|
|
• İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu - Xameneinin “şahini” Azərbaycanı niyə hədəfə alıb?
Dünən, 05:51 |
|
|
|
• Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda - riyakarlıq...
Dünən, 05:49 |
|
|
|
• "Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." - AMMA İNDİ...
Dünən, 05:46 |
|
|
|
• Bilinmir: deputatdır, yoxsa QOÇU... - BU NƏDİ BELƏ?
Dünən, 05:44 |
|
|
|
• "Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." - FOTO
Dünən, 05:37 |
|
|
|
• Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib
19-07-2025, 18:30 |
|
|
|
• Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
19-07-2025, 13:00 |
|
|
|
• Kərim məhkəmədən narazıdır
19-07-2025, 12:51 |
|
|
|
• Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
19-07-2025, 12:44 |
|
|
|
• Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
19-07-2025, 12:37 |
|
|
|
• AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
19-07-2025, 12:31 |
|
|
|
• Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
19-07-2025, 12:28 |
|
|
|
• BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
19-07-2025, 12:26 |
|
|
|
• Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
19-07-2025, 12:24 |
|
|
|
• "Elçin mənim mükafatımdır"
19-07-2025, 11:19 |
|
|
|
• Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
19-07-2025, 11:17 |
|
|
|
• SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
19-07-2025, 10:25 |
|
|
|
• Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
19-07-2025, 10:19 |
|
|
|
• "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
19-07-2025, 10:03 |
|
|
|
• Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
19-07-2025, 09:45 |
|
|
|
• Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
19-07-2025, 09:43 |
|
|
|
• “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
19-07-2025, 09:36 |
|
|
|
|