Rusiya Ukraynaya eyni anda 2000-ə qədər PUA buraxmaq niyyətindədir.
Axar.az xəbər verir ki, bunu Almaniya Müdafiə Nazirliyinin Ukrayna üzrə situasiya mərkəzinin rəhbəri, general-mayor Kristian Froydinq deyib.
“Rusiya Ukraynaya qarşı müharibədə pilotsuz təyyarələrin kütləvi istifadəsi üçün istehsal gücünü əhəmiyyətli dərəcədə genişləndirir. Moskva eyni anda 2000 pilotsuz təyyarə buraxmağı planlaşdırır ki, bu da Ukraynanın hava hücumundan müdafiə sisteminə ciddi problem yaradacaq”, - Froydinq bildirib.
General əks tədbirlərin işlənib hazırlanmasının zəruriliyini qeyd edib:
“Çünki ənənəvi vasitələrdən, xüsusən “Patriot” hava hücumundan müdafiə sisteminin raketlərindən 30-50 min avroya başa gələn “Şahid”lərə qarşı istifadə məntiqsizdir. Bir “Patriot” raketinin qiyməti 5 milyon dollardan çoxdur. Ukraynanın qiyməti 2000-4000 avro arasında olan ucuz anti-dron avadanlıqlarına ehtiyacı var ki, bu da ona kütləvi hücumlara effektiv cavab verməyə imkan verəcək”.