Müğənni Nurlan Əzizbəyli əmisi, Xalq artisti Ramiz Əzizbəyli ilə bağlı sosial şəbəkədə paylaşım edib.
Axşam.az xəbər verir ki, o, mərhum aktyoru doğum günündə bu sözlərlə yad edib:
"Canım əmim, əvəzi olmayan sənətkar. Mövludun mübarək olsun. Heyif səndən, çox heyif. Tarixlərdə yaşayacaq sənətkar Ramiz Əzizbəyli, məkanın Cənnət olsun!".
Qeyd edək ki, Xalq artisti Ramiz Əzizbəyli üç dəfə insult keçirib. Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.