Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür .....                     Bakıdan Moskvaya mesaj: Təyyarə qəzasının üzərindən sükutla keçilməyəcək! .....                     Tarixlərdə yaşayacaq sənətkar Ramiz Əzizbəyli.. .....                     Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın... .....                     “Hazır olun, bunu birlikdə edəcəyik” .....                     Paşinyandan ilginc paylaşım... .....                     Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır .....                     Bakıda faciənin qapısından dönüldü .....                     Rusiyanın Ukraynaya qarşı planı: .....                     Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur .....                     İlham Əliyevdən YENİ İSMARICLAR .....                     Naxçıvanda baş nazir və çevrəsinin 345 KODLAMASI .....                     İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ .....                     Putin Ukrayna müharibəsini davam etdirməklə hər şeyi itirə bilər .....                     İranın Azərbaycan və Türkiyə qarşısında gücü qalmayıb .....                     AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”... .....                     "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub .....                     İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu .....                     Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda .....                     "Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." .....                     Bilinmir: deputatdır, yoxsa QOÇU... .....                     "Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." .....                     Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib .....                     Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI .....                     Kərim məhkəmədən narazıdır .....                     Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi .....                     Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... .....                     AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb .....                     Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur .....                     BAHALAŞMA GÖZLƏNİLİR... .....                     Buna görə Gürcüstandan GERİDƏYİK... .....                     "Elçin mənim mükafatımdır" .....                     Xəstəxanada çəkilən video haqda detallar məlum oldu .....                     SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... .....                     Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: .....                     "UNIKAL-MTK" vergi qanunvericiliyini pozub .....                     Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar .....                     Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər .....                     “Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” .....                     Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları .....                 

Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur - Ukrayna kəşfiyyatının əməliyyatını azərbaycanlılara bağlayırlar
Tarix: Bu gün, 10:56 | Çap et

Musavat.com xəbər verir ki, Rusiya dövlət təbliğat maşını Azərbaycanı hədəfə alan yeni bir informasiya hücum mərhələsinə keçib. Bu dəfə Moskva açıq şəkildə Azərbaycan diasporunu Ukrayna kəşfiyyatının hərbi-sabotaj əməliyyatlarına cəlb etməkdə ittiham edir. Rusiyanın ultra-millətçi və Kremlin nəzarətində olan “Tsargrad TV” kanalı vasitəsilə yayımlanan süjetlərdə iddia edilir ki, Ukraynanın “Pautina” (“Hörümçək toru”) adlı əməliyyatı — yəni Rusiya ərazisində yerləşən strateji bombardmançı təyyarə bazalarına qarşı həyata keçirilmiş diversiya – guya Azərbaycan diasporunun köməyi və maliyyə dəstəyi ilə baş tutub.

Bu iddialar ilk baxışdan absurddur, lakin məqsəd açıqdır: Rusiyada yaşayan milyonlarla azərbaycanlını, xüsusilə də ictimai fəallığı olan diaspora liderlərini ləkələmək, hədəfə qoymaq, hüquqi və ya fiziki təzyiqlərlə üz-üzə buraxmaq. Daha öncə də Rusiya hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlı aktivistlər saxlanılıb, onların evlərində axtarışlar aparılıb, hətta bəzi hallarda qətllər baş verib. Lakin ilk dəfədir ki, Kreml təbliğatçıları bu qədər irəli gedərək Azərbaycanı birbaşa Ukraynanın kəşfiyyat əməliyyatına ortaq kimi göstərirlər.

Bu böhtanlar həm də Azərbaycan dövlətinə qarşı daha genişmiqyaslı informasiya savaşı üçün ideoloji zəmin hazırlamaq məqsədi daşıyır. Məqsəd yalnız diasporaya qarşı deyil, eyni zamanda Azərbaycan dövlətinin Ukrayna ilə yaxınlaşmasına, anti-Rusiya mövqeli beynəlxalq tədbirlər keçirməsinə cavab verməkdir.

Bununla paralel, diqqətçəkən digər detal da odur ki, bu kampaniya Azərbaycanın Şuşa şəhərində keçirdiyi 3-cü Qlobal Media Forumun dərhal ardından aktivləşib. Forumun ən çox diqqət çəkən qonaqlarından biri Ukraynanın tanınmış jurnalisti, anti-Putin mövqeyi ilə tanınan Dmitri Qordon idi. Qordon Rusiyanın informasiya və hərbi təcavüzünə qarşı Ukrayna xalqının ən ön cəbhə simalarındandır. O, illərdir Ukraynanın ərazi bütövlüyünü müdafiə edir, Putin rejimini ifşa edən jurnalistik fəaliyyəti ilə tanınır.

Qordon Forumda iştirak etməklə, Azərbaycanın informasiya müstəvisində suveren addımlar atdığına simvolik dəstək verdi. Qordon Azərbaycanı sevdiyini, Prezident İlham Əliyevi və onun rəhbərlik etdiyi siyasi xətti dəstəklədiyini dəfələrlə bildirib. Onun çoxmilyonlu auditoriyası qarşısında Azərbaycanı müdafiə etməsi Rusiyanı qıcıqlandırmaya bilməzdi.

Azərbaycan isə Qordonla yanaşı Rusiya dövlət xəbər agentliyi TASS-ın rəhbər şəxslərindən biri – Mixail Qusmanı da Şuşaya dəvət etməklə balanslı mövqeyini qorudu. Hətta Putinçi analitik Sergey Markov da forumda iştirak edir. Lakin buna baxmayaraq, Kreml informasiya cəbhəsində əsassız və təhlükəli hücuma başladı. Bu da göstərir ki, Moskva diplomatik etikaya deyil, təhdid və şantaja əsaslanan strategiyasına sadiqdir.

Prezident İlham Əliyev 19 iyulda Xankəndidə Forumun açılışında çıxışı zamanı Rusiya ilə münasibətlərə, xüsusilə də ötən ilin dekabr ayında Rusiya hərbi hava qüvvələrinə məxsus strateji təyyarənin Azərbaycanın raketləri ilə vurulmasına dair məsələyə də toxundu. Dövlət başçısı bu hadisənin qəza olmadığını, rəsmi Bakının Rusiyadan izahat, üzr və kompensasiya gözlədiyini, lakin bunların heç birinin baş vermədiyini bildirdi.

Əliyev çıxışında Rusiyanın cavablarını “uşaqcasına bəhanələr” adlandıraraq, Moskvanın məsuliyyətdən yayınmağa çalışdığını açıq şəkildə ifadə etdi. Bu, bir tərəfdən Azərbaycanın öz suverenliyini müdafiə etməyə hazır olduğunu, digər tərəfdən isə Rusiya ilə münasibətlərin gərginləşməsinə səbəb olan səbəblərin məhz Kremlin səhv hesablamalarından qaynaqlandığını göstərir.

Musavay.com -un baxışına görə, Rusiya tərəfi Azərbaycanla münasibətləri düzəltmək, gərginliyi azaltmaq əvəzinə, informasiya cəbhəsində yeni kampaniyaya start verib. “Pautina əməliyyatı” ilə Azərbaycan diasporasının adının hallandırılması, guya Ukrayna ilə birgə Rusiya hərbi obyektlərini hədəfə almaqda iştirak etməsi iddiası ağlasığmazdır və beynəlxalq hüququn bütün prinsiplərinə ziddir.

Bu həm də Rusiyada yaşayan 2 milyona yaxın azərbaycanlıya qarşı mənəvi basqı, təqib və təcrid siyasətinin ideoloji əsaslandırmasıdır. Kremlin mediası bu saxta ittihamlarla hüquqi təqiblərə zəmin yaratmaq, həmçinin Azərbaycanın beynəlxalq mövqeyini sarsıtmaq istəyir.

Azərbaycan dövləti prinsipial mövqeyindən dönmür: nə diasporasına qarşı təzyiqlərə susur, nə də dostlarını seçməkdə başqasının göstərişini gözləyir. Ukrayna ilə münasibətlərin inkişafı, ədalətli və hüquqa əsaslanan beynəlxalq münasibətlər sistemi üçün Azərbaycanın apardığı mübarizə Rusiya kimi imperiya iddiaları olan bir ölkəni narahat edir.

Qordonun Şuşada iştirakına Kreml təbliğatının bu “çevik”, hətta “xəstə” reaksiyası isə onu göstərir ki, Azərbaycan informasiya cəbhəsində doğru yoldadır. Bu yol isə asan olmayacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çimərliklərdə təxirəsalınmaz tədbirlər görülür - FOTO
Bu gün, 14:03
Bakıdan Moskvaya mesaj: Təyyarə qəzasının üzərindən sükutla keçilməyəcək! - GƏLİŞMƏ
Bu gün, 13:39
Tarixlərdə yaşayacaq sənətkar Ramiz Əzizbəyli.. - ANIM
Bu gün, 13:26
Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın... - REAKSİYA
Bu gün, 13:23
“Hazır olun, bunu birlikdə edəcəyik” - Baş nazir müraciət etdi
Bu gün, 12:02
Paşinyandan ilginc paylaşım... - II Qaregini elə birinə bənzətdi ki…
Bu gün, 11:59
Rusiyanın gücü yoxdur, Qafqazdan çıxarılır - GƏLİŞMƏ
Bu gün, 11:56
Bakıda faciənin qapısından dönüldü - TƏFƏRRÜAT
Bu gün, 11:00
Rusiyanın Ukraynaya qarşı planı: - Eyni anda 2 min PUA...
Bu gün, 10:58
Kreml Azərbaycan diasporunu “Pautina” ilə vurur - Ukrayna kəşfiyyatının əməliyyatını azərbaycanlılara bağlayırlar
Bu gün, 10:56
İlham Əliyevdən YENİ İSMARICLAR - Hər şey açıq və net idi...
Bu gün, 10:52
Naxçıvanda baş nazir və çevrəsinin 345 KODLAMASI - komandada daha kimlər var...
Bu gün, 10:50
İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ - TƏFƏRRÜAT
Bu gün, 09:55
Putin Ukrayna müharibəsini davam etdirməklə hər şeyi itirə bilər - KİV
Bu gün, 09:51
İranın Azərbaycan və Türkiyə qarşısında gücü qalmayıb - Dəhliz açılacaq
Bu gün, 09:49
AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:46
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Bu gün, 06:01
İran daxilindəki gərginlik və Pezeşkian–Əliyev yaxınlaşmasından doğan qorxu - Xameneinin “şahini” Azərbaycanı niyə hədəfə alıb?
Bu gün, 05:51
Ziddiyyətli fransız: həm Kiyevə silah verən şirkətdə, həm “Kreml pul fondu”nda - riyakarlıq...
Bu gün, 05:49
"Rusiya Avropa ilə dil tapdığı müddətdə Şimal dəhlizi aktual idi..." - AMMA İNDİ...
Bu gün, 05:46
Bilinmir: deputatdır, yoxsa QOÇU... - BU NƏDİ BELƏ?
Bu gün, 05:44
"Onu yemirəm, bunu yemirəm, bəsdirin, siz Allah..." - FOTO
Bu gün, 05:37
Azərbaycan lideri Ukraynaya işğalla barışmamağı tövsiyə edib
Dünən, 18:30
Avropa bu erməninin ƏL-QOLUNU BAĞLADI - FOTO
Dünən, 13:00
Kərim məhkəmədən narazıdır
Dünən, 12:51
Azərbaycanın imtina etdiyi MDB iclasında “çəyirtkə” müzakirəsi
Dünən, 12:44
Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
Dünən, 12:37
AZAL Gürcüstan aviasiya bazarında ilk beşlikdə yer alıb - TƏFƏRRÜAT
Dünən, 12:31
Mehdiyevlərin bankının zərəri yenə Banklar Assosiasiyasının hesabatında yoxdur - İLGİNC
Dünən, 12:28
BAHALAŞMA GÖZLƏNİLİR... - DİQQƏT!
Dünən, 12:26
Buna görə Gürcüstandan GERİDƏYİK... - AXI NİYƏ?
Dünən, 12:24
"Elçin mənim mükafatımdır"
Dünən, 11:19
Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
Dünən, 11:17
SOCAR-da VƏZİFƏ STANDARTI MÜƏMMASI... - BU NƏDİ BELƏ?
Dünən, 10:25
Rusiyaya qarşı yeni "Antanta" yaradıldı: - İlk sazişlər imzalandı
Dünən, 10:19
"UNIKAL-MTK" vergi qanunvericiliyini pozub - Borcu da var
Dünən, 10:03
Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Dünən, 09:45
Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər - FAKT BUDUR...
Dünən, 09:43
“Dərsinə girmirdim, necə tələbəsi olmuşamsa heç özüm bilmirəm” - Alim Qasımovdan CAVAB
Dünən, 09:36
Milli Məclis Belçikanın Azərbaycana qarşı əsassız iddiaları RƏDD ETDİ
Dünən, 09:25
“Moskva bizə müttəfiq olmadığını sübut edib” - ONA GÖRƏ DƏ...
Dünən, 09:15
Görkəmli memar Arif Əzizov vəfat edib
Dünən, 09:13
SOCAR-da rəhbərlik: `Burda mənəm... Bağdadda KOR XƏLİFƏ...` - "Telefonda deyiləni birtəhər uduruq, amma..."
Dünən, 09:07
Tehrandan İrəvana qəfil zəng: Zəngəzur “sancısı” - NƏ BAŞ VERİR?
Dünən, 09:00
"`Kontakt Home`a dəfələrlə şikayət etmişik, amma NƏ OLSUN Kİ..." - NARAZILIQ VAR...
Dünən, 08:57
Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Dünən, 08:41
Azərbaycan və Ermənistan sülh razılaşmasına yaxındır - Tramp
Dünən, 08:38
İşçilərin əmək hüququ bu hallarda da pozulur... - Ekspert danışır...
Dünən, 08:36
“Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Dünən, 07:41
ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Dünən, 07:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru