Bakının bəyanatı Zatulini qəzəbləndirdi .....                     Eyni adama məxsus iki şirkət bağlanır .....                     Prezident Əliyev Rusiyaya buna görə cavab verdi .....                     Reklamdan gələn pullar hara gedir? .....                     Naxçıvan Ali Məclisinin nəşriyyatı .....                     Şuşada təmir işləri ilə bağlı tender ləğv edildi .....                     Yerüstü Nəqliyyat Agentliyinin YERALTI İŞLƏRİ .....                     "Yaxşı olardı ki, bizə nəyin yanlış, nəyin doğru olduğunu bildirəydilər" .....                     Universal “CAUCASİAN SUPPLİES” MMC-yə satınalmalarda bu şəraiti kimlər yaradır .....                     İaşə soyğunu: qısa müddətdə sürətlə varlanmaq istəyənlərin qiymət siyasəti .....                     Vahid Məhkəmə Portalında növbəti çətinlik .....                     Eldar Mahmudova kömək edən britaniyalı vəkil cəzalandırılıb .....                     Tanışını yeyib-içdikdən sonra bıçaqlayan şəxslə bağlı .....                     Elm və Təhsil Nazirliyi eyni şirkətlə yenə anlaşdı: Bu dəfə 4.4 milyonluq inventar alacaq .....                     Qafqazda ara qarışır: İrəvandan 3 ölkəyə mesaj .....                     Rusiya-NATO gərginliyi VƏ... .....                     Rusiyadan Bakıya sıçrayan təhlükə .....                     Biz harda nə qədərik? .....                     “Müasir Mühəndis Texnologiyaları” MMC-nin səhmdarları bir araya gələcək .....                     Naxçıvanda bu qurum üçün yeni bina tikiləcək .....                     "Qrupda 10 uşaq var, heç birinin valideyninə xəbərdarlıq edilməyib" .....                     `Bayıldım`dakı xidmətə ancaq BAYILMAQ OLAR .....                     Bəs Xankəndidə, bizim daxili işlərimizin içində Ayvazovskinin heykəli nə qələt edir? .....                     Ağ Ev Hindistanı Ukraynadakı münaqişəni maliyyələşdirməkdə ittiham edib .....                     Texniki Universitetdə NƏ İŞLƏR ÇEVRİLİR?.. .....                     Trampın başqa seçimi yoxdur, ruslarla razılaşmalıdır .....                     Növbəti hədəf Qod Nisanov ola bilərmi? .....                     Ali məktəblərə qəbul attestat imtahanları ilə aparılmalıdır .....                     "İndi kimin qalib gələcəyinin onlar üçün elə bir önəmi yoxdur" .....                     Zahid Orucun GÖZƏ KÜL ÜFÜRMƏKLİYİ... .....                     Buna müştəri ilə məzələnmək deyərlər .....                     ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb .....                     Ukraynanın bir sıra bölgələri kütləvi dron hücumuna məruz qalıb .....                     Evi plana düşənlər mütləq oxusun: söküntü işləri… .....                     Əslində rəsmi Bakı Putinin dostuna XƏBƏRDARLIQ ETDİ .....                     Trampın xüsusi təmsilçisi bu həftə Rusiyaya gedəcək .....                     Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi .....                     Tərtərdə silahla insident törədən qazi həbs edilib .....                     Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur .....                     "Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" .....                 

"Bu cür hazırlıqlı məmurlarımız var və biz bunlarla həqiqətən də qürur duyuruq" - deputat
Tarix: 10-12-2019, 08:54 | Çap et
"Bu cür hazırlıqlı məmurlarımız var və biz bunlarla həqiqətən də qürur duyuruq"
Prezident İlham Əliyevin vəzifəyə təyin etdiyi gənc nazirlər publikada rəğbət qazanır. Mətbuatdan da göründüyü kimi, yeni nazirlər sovet dövrünün qalstuklu, kabinetindən kənara ayaq qoymayan məmuru obrazından çıxaraq, xalqla birbaşa təmasa üstünlük verir, onlarla üzbəüz görüşlər təşkil edirlər.

Hər dəfə hansısa nazirin sadə vətəndaşlara qarşı kiçik bir jesti sosial şəbəkədə müsbət qarşılanır. Həmin nazir kiçik bir jestlə insanların sevimlisinə çevrilir. İqtisadiyyat naziri Mikayıl Cabbarovun bir neçə gün öncə Bakıdakı beynəlxalq konfransda çıxış edən erməni təmsilçini tutarlı faktlarla susdurması, daxili işlər naziri Vilayət Eyvazovun regionlarda vətəndaşlarla səmimi görüşləri, DTX rəisi Əli Nağıyevin bu vəzifəyə təyin edildiyi gündən peşəkar fəaliyyətini, keçirdiyi görüşləri, nəqliyyat, rabitə, və informasiya texnologiyaları naziri Ramin Quluzadənin şəhid qızının əlini öpməsi, kənd təsərrüfatı naziri İnam Kərimovun fermerlərlə əkin sahələrində görüşü, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əlillər, Qarabağ qaziləri, şəhid ailələri ilə səmimi görüşlərini və s. buna nümunə göstərmək olar.

Ekspertlər bildirirlər ki, bu texnologiya həqiqətən də uğurludur. Eyni zamanda bildirilir ki, nazirlərin bu cür davranışı birbaşa ölkə prezidentinin tələbidir. O, özü ilə bərabər məmurların da xalqın xidmətçisi olduğunu dəfələrlə xatırladır və onlardan xalqın problemləri ilə birbaşa maraqlanmağı tələb edir. Bundan əlavə görünən budur ki, yeni təyin olunan yüksək vəzifəli məmurlar sosial şəbəkələrin də aktiv istifadəçiləridir. Onlardan bəziləri sosial şəbəkə vasitəsilə onlara ünvanlanan şikayətlərə cavab verir, bəzi hallarda isə canlı yayımlar belə təşkil edirlər. Prosesin davamlı və yaxud da hansısa mərhələyə qədər olacağı məlum olmasa da, hər halda, indiki məqamda mövcud durum ictimaiyyət tərəfindən müsbət qarşılanır.

“Yeni Müsavat”a danışan deputat Fəzail Ağamalı bildirib ki, məmurların sovet dövrünün məmuru obrazından çıxması olduqca müsbət haldır:

“Artıq ənənəyə çevrilməkdə olan bu yanaşma daha üstündür və demokratiyanın, açıq cəmiyyətin ciddi əlamətlərindən biridir ki, vətəndaşlarla məmurlar həm canlı, həm də sosial şəbəkələr vasitəsilə təmasdadırlar. Məmur-vətəndaş münasibətləri daha yüksək səviyyədə formalaşmaqda, özünün müsbət nəticələrini verməkdədir. Bu, birmənalıdır. Burada nə alternativ var, nə də müqayisə üçün yer. Digər tərəfdən, məmurların bu cür fəaliyyətə keçməsi heç şübhəsiz ki, zamanın çağırışlarından irəli gələn reallıqdır. Həmçinin deyərdim ki, bu, ölkə prezidentinin tapıntısıdır. Bütün bunların hamısının memarı və qərar verəni cənab prezidentdir. O, öz komandasına elə şəxsləri cəlb edir ki, onların həm yüksək intellektləri var, həm də dövlətçiliyimizə, ideyalara sədaqətli, xalqa bağlıdırlar və rüşvətxorluq, korrupsiya ilə də əlaqələri yoxdur. Ölkə prezidentinin seçdiyi məmurlar məhz bu cür keyfiyyətləri üzərlərində ifadə edirlər. Yeri gəlmişkən, bir epizodu da vurğulayaq ki, bu günlərdə iqtisadiyyat naziri Mikayıl Cabbarov Ermənistanın baş naziri Paşinyanın qərəzli münasibətinə həm də bir diplomat, hazırlıqlı məmur kimi çox tutarlı cavab verdi. Onun diqqətinə Azərbaycanın inkişafını çatdırdı və bildirdi ki, bu inkişafa qarşı sizdə paxıllıq, qısqanclıq var. Eyni zamanda Cabbarov onların tutmuş olduğu təcavüzkar siyasətin elə özlərinə vurduğu zərəri göstərdi. Bildirdi ki, siz dalandasınız və oradan da çıxmaq istəmirsiniz. O, torpaqların işğalı ilə bağlı Azərbaycanın özünün tarixi mənbələrinə deyil, gürcülərin mənbələrinə toxundu və söylədi ki, doğulduğunuz İrəvan şəhəri haqqında tarixi həqiqətləri öyrənmək istəyirsinizsə, buyurun Heydər Əliyev Mərkəzinə gəlin. Bu cür hazırlıqlı məmurlarımız var və biz bunlarla həqiqətən də qürur duyuruq”.

Deputat bildirib ki, digər məmurlarımız da eyni şəkildə bilik və bacarıqlara malikdirlər:

“Bütün bunlar prezidentimizin yeni modern dövlətinin ifadəsidir. Biz qısa zaman kəsiyində bunların çox ciddi nailiyyətlərini görəcəyik. Yeri gəlmişkən, məmurlarla bağlı başqa bir epizodu bölüşmək istəyirəm. Dövlət Təhlükəsizlik Xidmətinə Əli Nağıyevin gətirilməsi zamanı ondan böyük gözləntilərimizin olduğunu söyləmişdik. Onun peşəkarlığı və yüksək intellektini önə çəkmişdik. Baxın, qısa zaman kəsiyində o, necə də özünü ifadə etməkdədir. Gürcüstandan gələn azərbaycanlılar erməni adı ilə Azərbaycanda xoşagəlməz situasiyalar yaratmaq istəyirdilər. Bu, peşəkar səviyyədə üzə çıxarıldı. Artıq bu və ya buna bənzər hadisələrin baş verməsi üçün yer qalmayıb. Digər tərəfdən, bir gümanım da var. Ancaq düşünürəm ki, bu güman kifayət qədər arqumentlidir. Belə ki, hesab edirəm ”söyüş müxalifəti"nə qarşı aparılan əməliyyatlar da Əli Nağıyevin peşəkarlığının konkret nəticələridir. Yaxud da daxili işlər naziri Vilayət Eyvazovun da peşəkarlığı göz önündədir. Dövlət Təhlükəsizlik Xidməti ilə onların bərabər şəkildə işləmələri, dövlətçiliyi şəxsi ambisiyalardan uzaq tutmaları hər kəsin diqqətindədir. Bütün bunlar Azərbaycanın təhlükəsizliyinə və onun sabitliyinin qorunub saxlanmasına artıq yeni töhfələr verməkdədir. Digər nazirlərin də öz sahələri üzrə inkişaflarından danışmaq olar. Məsələn, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ekologiya naziri Muxtar Babayev, diaspora komitəsinin sədri Fuad Muradov, Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və digərləri işlərinin öhdəsindən layiqincə gəlirlər. Bütün bunlar təqribən 2 il öncə yox idi. Bunu da etiraf etmək lazımdır. Ona görə də ölkə prezidentinin formalaşdırdığı mühit, həyata keçirdiyi islahatlar və bu islahatların baş tutmasında ciddi rol oynayan məmurların müasirləşdirilməsi Azərbaycanı yeni uğurlara aparacaq. Bununla da dövlətçiliyimizə son dərəcədə əhəmiyyətli töhfələr veriləcək".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının bəyanatı Zatulini qəzəbləndirdi - “Qəbul etməyəcəyik”
Bu gün, 10:20
Eyni adama məxsus iki şirkət bağlanır
Bu gün, 10:19
Prezident Əliyev Rusiyaya buna görə cavab verdi – Pol Qobldan mühüm açıqlama
Bu gün, 10:17
Reklamdan gələn pullar hara gedir? -Cahid Həsənovdan ilginc AÇIQLAMA
Bu gün, 10:14
Naxçıvan Ali Məclisinin nəşriyyatı yüksək məbləğdə borca düşüb
Bu gün, 10:11
Şuşada təmir işləri ilə bağlı tender ləğv edildi - SƏBƏB
Bu gün, 10:09
Yerüstü Nəqliyyat Agentliyinin YERALTI İŞLƏRİ - “Eptal Group” MMC ilə şübhəli müqavilə: 776 min manata...
Bu gün, 10:04
"Yaxşı olardı ki, bizə nəyin yanlış, nəyin doğru olduğunu bildirəydilər" - ETİRAZ
Bu gün, 10:02
Universal “CAUCASİAN SUPPLİES” MMC-yə satınalmalarda bu şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:00
İaşə soyğunu: qısa müddətdə sürətlə varlanmaq istəyənlərin qiymət siyasəti - BU NƏDİ BELƏ?
Bu gün, 09:54
Vahid Məhkəmə Portalında növbəti çətinlik - BU DƏFƏ ŞƏXSİ KABİNET BÖLÜMÜ İŞLƏMİR
Bu gün, 09:48
Eldar Mahmudova kömək edən britaniyalı vəkil cəzalandırılıb - DETALLAR
Bu gün, 09:44
Tanışını yeyib-içdikdən sonra bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 09:41
Elm və Təhsil Nazirliyi eyni şirkətlə yenə anlaşdı: Bu dəfə 4.4 milyonluq inventar alacaq - TƏFƏRRÜAT
Bu gün, 09:36
Qafqazda ara qarışır: İrəvandan 3 ölkəyə mesaj – Elə bir prosesə start verilir ki…
Bu gün, 09:30
Rusiya-NATO gərginliyi VƏ... - AKTUAL
Bu gün, 09:28
Rusiyadan Bakıya sıçrayan təhlükə – 100 ildən sonra təkrarlana bilər
Bu gün, 09:05
Biz harda nə qədərik?
Bu gün, 09:03
“Müasir Mühəndis Texnologiyaları” MMC-nin səhmdarları bir araya gələcək - TOPLANTI
Bu gün, 08:59
Naxçıvanda bu qurum üçün yeni bina tikiləcək
Bu gün, 08:52
"Qrupda 10 uşaq var, heç birinin valideyninə xəbərdarlıq edilməyib" - NARAZILIQ VAR...
Bu gün, 08:49
`Bayıldım`dakı xidmətə ancaq BAYILMAQ OLAR - GİLEY
Bu gün, 08:35
Bəs Xankəndidə, bizim daxili işlərimizin içində Ayvazovskinin heykəli nə qələt edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:23
Ağ Ev Hindistanı Ukraynadakı münaqişəni maliyyələşdirməkdə ittiham edib - “Fox Business”
Bu gün, 08:16
Texniki Universitetdə NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 08:13
Trampın başqa seçimi yoxdur, ruslarla razılaşmalıdır - Tornton
Bu gün, 07:14
Növbəti hədəf Qod Nisanov ola bilərmi? - İLGİNC İDDİALAR
Bu gün, 07:12
Ali məktəblərə qəbul attestat imtahanları ilə aparılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 06:48
"İndi kimin qalib gələcəyinin onlar üçün elə bir önəmi yoxdur" - Zərdüşt Əlizadə ŞƏRH EDİR
Bu gün, 06:40
Zahid Orucun GÖZƏ KÜL ÜFÜRMƏKLİYİ... - İTTİHAM VAR...
Bu gün, 06:31
Buna müştəri ilə məzələnmək deyərlər - Başqa NƏ DEYƏK?
Bu gün, 06:25
ABŞ-nin iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb - Tramp
Bu gün, 06:17
Ukraynanın bir sıra bölgələri kütləvi dron hücumuna məruz qalıb - Ukrayna MÜDAFİƏ OLUNUR...
Bu gün, 06:09
Evi plana düşənlər mütləq oxusun: söküntü işləri… – Vacib şərt
Bu gün, 06:07
Əslində rəsmi Bakı Putinin dostuna XƏBƏRDARLIQ ETDİ - FAKT BUDUR!
Bu gün, 06:05
Trampın xüsusi təmsilçisi bu həftə Rusiyaya gedəcək - KİV
Bu gün, 05:40
Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi
Bu gün, 05:36
Tərtərdə silahla insident törədən qazi həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 05:34
Məhkəmələr bəraət verir, sistem büdcəyə zərər vurur - NƏ ETMƏLİ?
Dünən, 20:27
"Günah onda yox, o yaramazı Bakıya gətirəndədir" - ETİRAZ
Dünən, 20:24
Bakı Suriya-İsrail dialoqunda maraqlıdır - AKTUAL
Dünən, 20:22
İranlı deputat Pezeşkianı Azərbaycana görə ittiham etdi - TƏFƏRRÜAT
Dünən, 20:18
Ruslar Azərbaycana qarşı tam dözümsüzdür - BARİZ NÜMUNƏ
Dünən, 16:43
Tramp Putinə qarşı sanksiyaları dayandırdı – GÖZLƏNİLMƏZ QƏRAR
Dünən, 16:41
Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək
Dünən, 16:37
Elçin Əfəndiyev vəfat edib
Dünən, 13:12
“Qiyamət ssenarisi” işə düşdü: Putinin cavabı gözlənilir - Soyuq Müharibədən bəri görünməmiş addım
Dünən, 09:17
Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? - İLGİNC
Dünən, 09:15
Rusiya Azərbaycandan öncə Qazaxıstana SAVAŞ AÇIR? - NƏ BAŞ VERİR?
Dünən, 09:10
"Görkəmli şəxsin hətta şöhrətli ölümünə də paxıllıq edirlər..." - REAKSİYA
Dünən, 09:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru