Ukrayna və Rusiya arasında hərbi qarşıdurma üç ildən çoxdur davam edir.
Maraqlıdır, bəs indiki məqamda hansı tərəfin qələbə şansı daha yüksək qiymətləndirilə bilər?
Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə Rusiyanın imkanlarının daha geniş olduğunu vurğulayıb:
“Rusiyanın hərbi üstünlüyü şübhə doğurmur. Rusiya ordusu daha güclüdür. Rusiyanın hərbi-siyasi və maliyyə imkanları daha böyükdür.
Qərb Ukraynaya tələb olunan qədər hərbi-maliyyə yardımı göstərmir. Onların məqsədi bu iki slavyan xalqını qırdırmaq, hər iki tərəfi mümkün qədər zəif salmaq idi. Buna nail olublar. Buna görə də indi kimin qalib gələcəyinin onlar üçün elə bir önəmi yoxdur”.