İran Parlamentinin radikal xəttə yaxın olan deputatı Həmid Rəsayi Prezident Məsud Pezeşkianı Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə görə sərt tənqid edib.
Globalinfo.az xəbər verir ki, parlamentdə çıxış edən Rəsayi bildirib:
“Cənab Pezeşkian, bəyanatlarınıza diqqət edin! Düşmənlərə bəhanə verməyin! Zəncana səfəriniz zamanı söylədiyiniz fikirlər İran və Azərbaycan xalqlarının düşmənlərinin dəyirmanına su tökür”.
O, vurğulayıb ki, İran İslam Respublikası Azərbaycanın müstəqilliyi və təhlükəsizliyi məsələlərində daim bədəllər ödəyib:
“Azərbaycanı müdafiə etdik, tələfat verdik, bədəl ödəmişik.”
Qeyd edək ki, prezident Pezeşkian Zəncan səfəri zamanı Azərbaycanla münasibətlərin normallaşması yönündə mülayim və əməkdaşlıq çağırışlı çıxış etmişdi. Bu isə bəzi sərt xətt tərəfdarlarının narazılığına səbəb olub.