Zaman-zaman Ədliyyə Nazirliyi tərəfindən yaradılan “Elektron Məhkəmə İnformasiya Sistemi”ində problemlərin olması, şikayətlərin elektron qaydada yerləşdirilməsindəki çətinliklər barədə vəkillər və ayrı-ayrı vətəndaşlar tərəfindən şikayətlər səsləndirilib.
Amma bu tənqidlər və narazılıqlara baxmayaraq belə hallar davam edir.
Redaksiyamıza müraciət edən vətəndaşlar bu dəfə Vahid Məhkəmə Portalında Şəxsi Kabinet yarada bilmədiklərindən şikayətlənib.
Vətəndaşlar bildirib ki, Vahid Məhkəmə Portalında “E-kabinet” bölməsi günlərdir ki, çalışmır.
“Bəzi işlər var ki, vəkilə ehtiyacımız olmadan bunu Şəxsi kabinet üzərindən özümüz etmək istəyirik. Amma günlərdir ki, Vahid Məhkəmə Portalnda Şəxsi Kabinet yarada bilmirik” deyən vətəndaşlar əlavə edir ki, bnunla bağlı yaradılmış 887 saylı qaynar xəttə də düşə bilmirlər.