Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın icazəsi olmadan quraşdırılması qanunsuz idi .....                     Üzr istəyib, düzəliş etməsə, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləcək .....                     Xaçaturyandan ermənilərə ŞOK: İrəvan dəhlizə görə səfərbər oldu .....                     Nazirlik bağça və məktəblərin təmirinə 12 milyona yaxın pul xərcləyəcək .....                     Arvadı Makronu daim buna görə alçaldırmış .....                     “Şərurlu İsfəndiyar”dan şikayətçi olan iş adamının xanımı nazirə müraciət etdi .....                     Yekaterinburq məhkəməsi “Ura.ru” saytının redaktorunun həbs müddətini uzadıb .....                     Zaxarovasayağı "sensasiya" .....                     Üzərində manatın əks olundu dəsmallar .....                     DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derraz məhkəmədə ifadə verib .....                     "Deyirəm, nə danışırsınız, necə yəni sizə aid deyil, siz özəl xəstəxanasınız?" .....                     Milyonluq layihələr bir şirkətə niyə verilib? .....                     İstilik bahalaşdı: Binaların qazı kəsiləcək? .....                     Azərbaycanla əlaqə qurulmursa, günah bizdədir .....                     Tanınmış sənətkarlarla bağlı biabırçı tərcümə xətası .....                     RUSLARIN NÖVBƏTİ HAY-HƏŞİRİ... .....                     Sabiq icra başçısının dələduzluqla üzləşən oğlu: Mənə 2 milyon manatdan çox ziyan dəyib .....                     Rusiya İrana yeni hücumla bağlı xəbərdarlıq etdi .....                     ADSEA bir ildə Gəncə Cihazqayırma Zavodu ilə 10 milyon manatlıq müqavilə bağlayıb .....                     "Bakubus"un sürücüsü səhid xanımını təhqir etdi .....                     Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir .....                     Sığorta şirkətlərində kəskin artım olan 4 şirkət .....                     İranda hakimiyyətə Pəhləvi gələcək, yoxsa... .....                     Türkiyə Şuşada konsulluq açmağa .....                     Əgər sağlamlığı yerindədirsə, niyə təqaüdə çıxmalıdır ki? .....                     İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib .....                     Erməni ruhani Qareginə qarşı qiyama qalxdı: “Üç arvadı var” .....                     Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT .....                     Roma Papasından daha artıq katolik olmaq cəhdi: "Bu, sülhə zərbədir" .....                     “Azərsu” deşilən borular üçün 420 min manata 1982 ədəd xamut alır .....                     Zəngəzur dəhlizi Türkiyənin nəzarətinə keçəcək? .....                     Əmrullayev milyonları YEYƏ BİLMƏDİ... .....                     Corab satan aktyorun 2 evi varmış: .....                     Məktəb direktorunun səs yazısı yayıldı .....                     Regionu zəiflətmək istəyən NATO deyil, Rusiyadır .....                     AZPUL-a yeni rəhbər təyin edilib .....                     Universitet tələbələrinin təhlükəsiz səfərini "Meqa Sığorta" təmin edəcək .....                     “Cənubunsəsi” xəbər portalının baş redaktoru cəzadan azad edildi .....                     Bakı ilə İrəvan arasında sülh ABŞ-yə də fayda gətirəcək .....                     Böhran kritik həddə: Bakıdan Moskvaya açıq mesaj .....                 

“ABŞ-da milyonu olmayan adama deputatlığa namizədliyini irəli sürməyə icazə vermirlər” - Hadi Rəcəbli
Tarix: 18-07-2019, 08:49 | Çap et
“ABŞ-da milyonu olmayan adama  deputatlığa namizədliyini irəli sürməyə icazə vermirlər”
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Yeni Müsavat”a geniş müsahibə verib. Komitə rəhbəri dövlət başçısının imzaladığı sərəncamlardan danışıb, əhalinin rifahına yönəlik növbəti addımların anonsunu verib, həmçinin özünün keçdiyi həyat yolunadək bir çox məsələlərdən danışıb, səmimi etiraflar edib. Olduqca maraqlı məqamlarla zəngin olan müsahibəni təqdim edirik.

- Hadi müəllim, sizinlə sonuncu müsahibəmizdə növbəti sərəncamların anonsunu vermişdiniz. Çox keçmədi ki, prezident mühüm qərarlar verdi, necə deyərlər, söhbətimiz düşərli oldu. Bu mənada növbəti müsahibəmizdə də xoş xəbərlərin anonsunu eşidəcəyimizi güman edirəm.

- Əslində bu anonslar möhtərəm prezidentimiz İlham Əliyev cənablarının həmən ərəfədə dəfələrlə səsləndirdiyi sosial müdafiənin gücləndirilməsi, əmək haqlarının və pensiyaların artırılması ilə bağlı fikirlərinin həyata vəsiqə alması ilə tamamlandı. Bunlar nədən olur? Bizim məsələlərə elmi əsaslarla münasibət bəsləməyimiz, populizmdən kənar fikirlər səsləndirməyimiz, Azərbaycanın reallığı ilə bağlı ölçülü-biçili fikirlərimiz hamısı, əlbəttə, son nəticədə möhtərəm prezidentimizin də düşündüyü məqamlardır. Nə üçün biz prezidentin komandasındayıq? Nə üçün prezidenti təbliğ edirik, nə üçün sevirik? Çünki biz prezidentimizin baş xəttini görürük, onu daim hiss edirik və o xəttə daim layiqincə xidmət etməyə çalışırıq. Beləliklə, həmin o ideyaların ortaya çıxmasının bir səbəbi də bizim xalqın düşüncələrini ifadə etməyimizdir. Biz populist danışmırıq, xoşa gəlmək üçün söz demirik, fantastik, utopik rəqəmlərdən bəhs etmirik. Reallığa və ölkədəki sosial siyasətin baş xəttinə uyğun olaraq fikirlər səsləndiririk. O fikirlər də sonda möhtərəm prezidentimiz tərəfindən nəzərə alınır və biz buna sevinirik.

- Dediyiniz kimi, ilin ilk yarısında prezident bir sıra artımlarla bağlı sərəncamlar verdi, bəzilərinin tətbiqinə payız aylarından başlanacaq. 2019-cu il üçün artımlar bitdimi?

- Yox, hələ heç nə demək olmaz. Hələ sosial müdafiə sisteminin digər sahələri var, toxunulmayıb. Onlara da zaman-zaman baxılır. Məsələn, möhtərəm prezidentimiz DOST və ASAN Xidmətlə bağlı qanunlara yeni düzəlişlər elədi ki, daha hansı qrupları yenidən belə xidmətlərə cəlb etmək olar. Yəni bu cür addımlar atılacaq və biz onların faydasını görəcəyik. Bu addımların davamı olacaq. Davamının olacağının təzahürləri odur ki, bu günlər gələn ilin büdcəsi nazirliklərdə və Nazirlər Kabinetində müzakirə olunur. O müzakirələrin gedişində də mənim irəli sürdüyüm bəzi ideyalar gələn ilin büdcə zərfində həyata vəsiqə alacaqdır. İnşallah, biz bu rəqəmləri noyabr ayında dinləyə biləcəyik.

- Konkretləşdirsək...

- Orada da bəzi məsələlər gözlənilir. Hesab edirəm ki, yaşayış minimumu rəqəmi mütləq artacaq. Mən qabaqcadan bunun proqnozunu verirəm. Bizim istədiyimiz yaşayış minimumunun reallıqlara daha məqbul, yaxın olmasıdır. Statistika Komitəsi ilə İqtisadi İnkişaf Nazirliyi birgə bazardakı qiymətlərlə, reallıqlarla, rəqəmləri ölçüb-biçməklə yaşayış minimumu göstəricisini müəyyənləşdirirlər. Mən bunu xüsusi vurğulamaq istərdim ki, beynəlxalq standartlara uyğun olaraq məhz yaşayış minimumu bizə təqdim olunur. Bizim də onlarla mübahisə etməyə sözümüz qalmır, çünki onlar dünya standartlarını, digər məsələləri əsas götürürlər. Bizə də daim deyirlər ki, bu hesablamalar axı minimumdur.

- Yaşayış minimumu neçə manata qaldırılacaq?

- Ən aşağısı 200 manat ola bilər. Mümkündür bundan da çox olsun. Nə üçün? Bu gün real bazar qiymətlərinin hesablanması və istehlak səbətinin standartları var. Yəni neçə kalori nə yeyilməlidir, nə geyilməlidir, digər məsrəflər və s. Biz deyirik ki, gəlin bu standartdan da bir az kənara çıxaq, istehlak tələbatını bir az yüksək götürək, nə olar?

- O halda yenidən minimum əmək haqqı arta bilərmi?

- Məntiqi olaraq. Ehtimal var ki, artsın. Onu biz indi deyə bilmərik, gələn ilin fevralında deyiləcək. Lakin mən təminat verirəm onun da artım ehtimalı var. Yaşayış minimumu və minimum əmək haqqının artması ehtimalı var. Bugünkü büdcənin müzakirələri bir daha onu göstərir. Digər tərəfdən, büdcəyə daxil olan əlavə, real məbləğlər, gömrükdən, vergidən daxil olan vəsaitlər, Sosial Sığorta Fondunun özünün yığım imkanlarının artması... Görürsünüz, onlar son 5 ayda əlavə 350 milyon vəsait toplamışdılar. Buna görə də biz onlar üçün dövlət büdcəsindən ayrılan dotasiyasını azaltdıq. Düşünürəm ki, ilin sonunadək də bu artım yüksələcək, gələn il üçün də bu ehtimallar var. Əgər biz Sığorta Fondunu dotasiyadan azad etsək - biz ora 1,5 milyard əlavə pul veririk - hətta biz onları yarıbayarı bu vəsaitdən azad etsək, o vəsait yenə də adamlarımıza qayıdacaq.

- Bu, nəyin hesabına oldu?

- Özəl bölmədə vətəndaşın vergi yükünü demək olar ki, sıfıra endirdik. Vətəndaş vergi ödəmir. Həmçinin Sığorta Fonduna 22 faiz, 3 faiz məsələsi var idi, onlar da götürüldü, çünki sahibkar onları da gizlədirdi. Gəldi sahibkara haradasa 10 faiz düşdü, 10 faiz də sığorta olunana. Beləliklə, burada da tənzimləmə getdi. Vətəndaş da bildi ki, sığorta olunarsa, onun pensiya məsələsi həll olunar, müavinət ala bilər. Beləliklə, burada aparılan islahatın nəticəsi özünü göstərdi. Biz gələn il yenə də bu addımları atacağıq. Təbii ki, pensiyada, minimum əmək haqqında və bütövlükdə əmək haqqında da müsbət fərq olmalıdır. Gələn il üçün ən aktual məsələlərdən biri də orta və kiçik sahibkarlığın daha da inkişaf etdirilməsi, özünüməşğulluğun geniş vüsət almasıdır. 2-3 il bundan qabaq mən deyəndə ki, ünvanlı yardım əvəzinə özünüməşğulluq proqramına keçib, kəndlərdə, dağ yerlərində bu adamlara qoyun versinlər, o fikrimi nə qədər təhrif edib lağa qoyanlar oldu, bu, mənə nə qədər pis təsir etdi. Amma siz görürsünüz, o ideyalar həyata keçir. Yadınıza gəlir, mən maliyyə nazirinin yanında yaşayış minimumu ilə bağlı təklif verəndə kəskin şəkildə etirazlar olurdu. Minimum əmək haqqının qaldırılmasının adını çəkmək olmurdu. Amma görürsünüz, zaman və prezidentimizin istəyinin bizim istəyimizlə üst-üstə düşməsi çox şeyi yoluna qoydu. Beləliklə, artımların davamı olacaq.

- Hadi müəllim, deputat həmkarınız Tahir Kərimli parlamentin növbədənkənar sessiyasında iqtisadi amnistiya çağırışı etdi. Əslində məntiqli təklifdir. Azərbaycan varlı ölkə, gəlirləri yüksək məmləkət olmasına baxmayaraq, hansısa bir Azərbaycan vətəndaşının adını dünyanın varlıları siyahısında görmürük. Bəlkə də nədənsə ehtiyat etdikləri üçün varlılar da gəlirlərini açıqlamırlar. Hansı ki, “Forbes”in siyahısında 6 azərbaycanlı var, amma başqa ölkələrin vətəndaşı. Niyə Azərbaycan vətəndaşlarını görmürük o sırada?

Hadi Recebli.jpeg (110 KB)

- Çox maraqlı, dünyəvi mövzudur. Bunu dünya yaşayıb. İnkişaf etmiş ölkələr bunu ilk addımlarında hiss ediblər. Rokfellerə sual edirlər ki, sən necə milyarder oldun? Dedi ki, mənə birinci milyonu necə əldə etdiyim barədə sual verməyin, qalan milyonlarım haqqında danışacağam. Digər tərəfdən, ABŞ-ın kapitalı 1929-cu ildə qanqsterlərin pulu üzərində quruldu. Dünya onu keçdi. Yaxud hamımıza tanış olan “Ozalın özəl proqramı”na baxın. Bodrumun, Antalyanın, ümumiyyətlə, Türkiyə iqtisadiyyatının köklü surətdə dəyişməsinin əsasında nə dururdu? Turqut Ozal elan etdi: dünyada yaşayan türklər, həmçinin ölkədəkilər, kim istəyirsə ölkədaxili istehsala yatırım gətirib ayırır, onların qoyduğu vəsaitə rəsmi amnistiya verilir, o vəsaitin heç bir sorğusunu aparmırlar, qeydiyyata alırlar, soruşmurlar ki, bu vəsaiti haradan, necə gətirmisən? Bax, dünyada belə təcrübə var. Əlbəttə, Azərbaycanda da ola bilər. Amma bütün hallarda bu gün Azərbaycanda nə pisdir, mən nəyə təəssüf edirəm? Azərbaycanda nə mətbuat, nə bələdiyyələr, nə QHT-lər cəmiyyətə pullu adamın heç halal gəlirlərini belə təbliğ etmirlər. Cəmiyyətdə pullu adam obrazı düşmən obrazı kimi formalaşdırılır. Pulu olan adam korrupsioner kimi təqdim olunur. İmkanı olan adama mütləq pis gözlə baxılır. Sual vermək lazımdır: o imkanı necə əldə edib? Kimi deyirsinizsə, soruşaq, görək o pulu necə qazanıb? Korrupsionerlər isə məntiqi olaraq ölkə qanunlarına uyğun olaraq cəzalanmalıdır, günahlarına görə cəzalanmalıdır.

- Kim?

- Cahangir (Hacıyev-red.), nə bilim kimdir, həbs etdilər. Yaxud başqa korrupsioner işdən qovuldu. Nə yaxşıdır? Azərbaycanda qadağa qoyaq, aparsın pulunu qoysun İngiltərəyə, ya Dubaya? Hansı yolu seçək? Bəli, gəlin bizdə ölçülü-biçili amnistiya eləyək. Gəlin hansısa məqamda o vəsaitlərin qeydə alnmasına gedək. İnanın, bunların böyük əksəriyyəti zirək adamlardır. Amerikada milyonu olmayan adama prezidentliyə, deputatlığa namizədliyini irəli sürməyə icazə vermirlər. Sənin milyonun yoxdursa, necə namizədliyini verə bilərsən?

- Bu məntiqlə bizdə nə qədər milyonçu var?

- Mən o rəqəmi deyə bilmərəm.

- Hər halda, 10 milyonçu, milyarder ortaya çıxıb konkret təkliflərlə çıxış etsə, bölgələrdə işlər qursalar, bu, həm dövlətin yükünü azaldar, həm də Hadi Rəcəbliyə gələn müraciətlərin sayına təsir edər. Elə deyil?

- O adamlar bu gün də həmin işləri görürlər. Onlara şərait da yaradılır. Bölgələrdəki işləri görürük, amma bir az qeyri-rəsmi olur, amma bütün hallarda həmin vəsaitlərin Azərbaycanda qalmasına imkan yaradılır. O vəsaitlərin Azərbaycandan çıxmaması üçün də şərait var. Bax, görürsən, çayçılığın, pambıqçılığın inkişafı göz önündədir. Əlbəttə, mən də düşünürəm ki, elə sahələr var, əməktutumludur, onlarla bağlı müəyyən, kənd təsərrüfatı və emal müəssisələrinə kredit faizi güzəştlidir. Dövlət buna şərait yaradıb ki, əmək tutumlu iş yerləri yarat. Eyni zamanda biz sahibkarlara da şərait yaratmalıyıq. Kiçik və orta biznesə isə güzəştli kredit yox e... O adamlar üçün yaşıl işıq yandırmalıyıq. İcra başçılarının işinə verilən qiymət onunla olmalıdır ki, kimin ərazisində nə qədər iş yeri yaradılıb, kimin ərazisində nə qədər kiçik və orta sahibkarlıq formalaşıb. Sovet vaxtı bizdən nə soruşurdular: taxıl planı, ya süd planı necədir, heyvandarlıqda doğum faizi necədir? O vaxt birinci katiblərə bu göstəricilərə görə orden, medal, “keçici bayraq” verirdilər, həvəsləndirirdilər. İndi nə ilə həvəsləndiririk? Təklif edirəm ki, bu gün icra başçılarının ən yüksək göstəricisi sahibkarlığa necə şərait yaratması olmalıdır. Məsələn, Lənkəranın icra başçısı investorların bölgəyə gəlməsinə şərait yaradır, mane olmur. Orada liberal elementlər var ki, adam gəlsin, işləsin, vəsait qoysun, iş yeri yaratsın. Bu bizim prezidentin də istəyi və tələbidir.

- Hadi müəllim, yay mövsümündə yenə də Xəzərin hasarlanması geniş müzakirə olunur və çıxış yolları aranır. Yeri gəlmişkən, sizin də uşaqlığınız dəniz sahilində keçib. Bu sahədə qayda-qanun yaradılması üçün nə təklif edirsiniz?

- Əslində burada bir az məntiqsizlik var. Bu gün Xəzərin hər hansı bir yerində özəl sektorun əli yoxdursa, gedək, o çimərliyə baxaq, görək orada vəziyyət necədir: plastik qablarla, qarpız qabıqları ilə dolu, bağışlayın məni, qumun üstündə tualet... Əlbəttə, mən razıyam ki, dəniz vətəndaşlar üçün açıq olmalıdır, bunun forması tapılmalıdır.

- Şəxsən sizin konkret təklifiniz varmı?

(Davamı növbəti sayımızda)











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın icazəsi olmadan quraşdırılması qanunsuz idi - Ayxan Hacızadə
Bu gün, 00:24
Üzr istəyib, düzəliş etməsə, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləcək - XİN
Bu gün, 00:21
Xaçaturyandan ermənilərə ŞOK: İrəvan dəhlizə görə səfərbər oldu – Yeni qərar
Dünən, 17:47
Nazirlik bağça və məktəblərin təmirinə 12 milyona yaxın pul xərcləyəcək - TENDER
Dünən, 17:41
Arvadı Makronu daim buna görə alçaldırmış - SƏBƏB
Dünən, 17:23
“Şərurlu İsfəndiyar”dan şikayətçi olan iş adamının xanımı nazirə müraciət etdi - “Narahatıq...”
Dünən, 17:19
Yekaterinburq məhkəməsi “Ura.ru” saytının redaktorunun həbs müddətini uzadıb
Dünən, 17:15
Zaxarovasayağı "sensasiya" və ya Rusiya niyə öz günahını başqasına yükləyir?!
Dünən, 17:14
Üzərində manatın əks olundu dəsmallar - Qanun buna nə deyir?
Dünən, 17:10
DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derraz məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Dünən, 17:06
"Deyirəm, nə danışırsınız, necə yəni sizə aid deyil, siz özəl xəstəxanasınız?" - NARAZILIQ VAR...
Dünən, 17:01
Milyonluq layihələr bir şirkətə niyə verilib? - TƏFƏRRÜAT
Dünən, 16:54
İstilik bahalaşdı: Binaların qazı kəsiləcək? - Natiq Cəfərli ŞƏRH EDİR
Dünən, 16:50
Azərbaycanla əlaqə qurulmursa, günah bizdədir - Pezeşkian
Dünən, 16:48
Tanınmış sənətkarlarla bağlı biabırçı tərcümə xətası – universitet üzr istədi
Dünən, 16:45
RUSLARIN NÖVBƏTİ HAY-HƏŞİRİ... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:39
Sabiq icra başçısının dələduzluqla üzləşən oğlu: Mənə 2 milyon manatdan çox ziyan dəyib - MƏHKƏMƏ
Dünən, 16:34
Rusiya İrana yeni hücumla bağlı xəbərdarlıq etdi
Dünən, 16:31
ADSEA bir ildə Gəncə Cihazqayırma Zavodu ilə 10 milyon manatlıq müqavilə bağlayıb
Dünən, 16:28
"Bakubus"un sürücüsü səhid xanımını təhqir etdi - 50 manat CƏRİMƏLƏNDİ
Dünən, 16:26
Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir - Son xəbərdarlıq!
Dünən, 16:24
Sığorta şirkətlərində kəskin artım olan 4 şirkət - SİYAHI
Dünən, 16:08
İranda hakimiyyətə Pəhləvi gələcək, yoxsa... - “Middle East İnstitut”
Dünən, 16:05
Türkiyə Şuşada konsulluq açmağa HAZIRDIR
Dünən, 16:01
Əgər sağlamlığı yerindədirsə, niyə təqaüdə çıxmalıdır ki? - ETİRAZ
Dünən, 15:57
İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib - KİV
Dünən, 15:53
Erməni ruhani Qareginə qarşı qiyama qalxdı: “Üç arvadı var” - SENSASİON ÇIXIŞ
Dünən, 15:31
Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT - FOTO
Dünən, 15:29
Roma Papasından daha artıq katolik olmaq cəhdi: "Bu, sülhə zərbədir" - AKTUAL
Dünən, 15:27
“Azərsu” deşilən borular üçün 420 min manata 1982 ədəd xamut alır - TƏFƏRRÜAT
Dünən, 15:25
Zəngəzur dəhlizi Türkiyənin nəzarətinə keçəcək? - NƏ BAŞ VERİR?
Dünən, 15:22
Əmrullayev milyonları YEYƏ BİLMƏDİ... - İLGİNC
Dünən, 15:14
Corab satan aktyorun 2 evi varmış: - "Onları satıb küçədə qalaq?"
Dünən, 15:11
Məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma APARILACAQ
Dünən, 15:00
Regionu zəiflətmək istəyən NATO deyil, Rusiyadır - ŞƏRH
Dünən, 12:00
AZPUL-a yeni rəhbər təyin edilib
Dünən, 11:52
Universitet tələbələrinin təhlükəsiz səfərini "Meqa Sığorta" təmin edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 11:49
“Cənubunsəsi” xəbər portalının baş redaktoru cəzadan azad edildi - QƏRAR
Dünən, 11:33
Bakı ilə İrəvan arasında sülh ABŞ-yə də fayda gətirəcək - Senatordan ÇAĞIRIŞ
Dünən, 11:27
Böhran kritik həddə: Bakıdan Moskvaya açıq mesaj – “Cavab olacaq!”
Dünən, 11:24
II Qaregin həbs oluna bilər - Arakelyan
Dünən, 11:21
Canlı yayımda gərgin anlar – Mətanət “Bu şəhərdə”ni İFŞA ETDİ
Dünən, 11:19
Qarabağda 30 milyon manatlıq tendelərə yekun vuruldu - QALİBLƏR, MƏBLƏĞLƏR
Dünən, 11:17
Paşinyan müstəqil olmadığına görə qərar verə bilmir - ONA GÖRƏ DƏ...
Dünən, 11:14
Problem həll olunsa da, sakinlər güvənmir... - ÇÜNKİ...
Dünən, 11:11
Nazirlik tender keçirmədən Mehdiyevlərin şirkətiylə 288 min manatlıq müqavilə imzaladı - BU NƏDİ BELƏ?
Dünən, 11:08
AZAL-la sərfəli uçuşlar: 25%-dək endirimlə səyahət edin! - DİQQƏT!
Dünən, 10:57
İran və Hindistandan olan turistlər Azərbaycandan "üz döndərib" – Kəskin azalma var
Dünən, 10:41
“Dəniz yalnız insanlar üçün yaradılmayıb, at da yazıqdır, sərinləsə, dünya dağılmaz” - Müsavat başqanının müavini
Dünən, 10:38
Ermənistan Zəngəzura nəzarəti Türkiyəyə verməyi planlaşdırır - Matevosyan
Dünən, 10:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru