"Putinin hərbi iqtisadiyyatı çat verir: Rusiya mülki sektoru çökür" .....                     Qarabağ qazisi və polis oğlunun məzarı Laçına köçürüldü .....                     SEPAH Zəngəzurdan əl çəkmir: NATO, sionist və pantürkistlər... .....                     "Televiziyalar onları yığışdırmalıdır” .....                     “Dərbəndin sahibi kimdir?” .....                     "Nazir o vaxt yeni gələndə demişdi ki..." .....                     Binəqədinin Hacıbalası olmasa da... .....                     "Neçə gündür ki, bu sevincin nəşəsini yaşayıram..." .....                     "Yaxşı ki, Vasif Talıbovu götürdülər" .....                     "Parlamentdə deputatlar da var ki, hamısı mənə dəstək verir" .....                     Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı .....                     Ərdoğan Bakıya görə Putinlə danışacaq? .....                     İsrail ordusu Qəzzaya humanitar yardım göndərdiyini açıqlayıb .....                     Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır? .....                     Yoldaş Mikayılovun QUDA SEVGİSİ .....                     Bakıdakı RUS AGENTURASI .....                     Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü .....                     Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” .....                     Mobil telefon təhsilə əngəlmi, fürsətmi? .....                     "1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..." .....                     Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. .....                     Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?.. .....                     Ermənistanda faşizm əleyhinə abidəni sökürlər .....                     Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI .....                     Bakının daşınmaz əmlak bazarı: Qiymətlər niyə “cib yandırır”? .....                     Makronla Ərdoğan Qəzzadakı vəziyyəti müzakirə ediblər .....                     Yeni doktrina formalaşır... .....                     "Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir" .....                     Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı .....                     İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir .....                     Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır .....                     Tur şirkətlərinin FIRILDAĞI .....                     Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb .....                     Bakı Kremlə bu jesti də etdi .....                     "Çalışırıq ki, İlyas İsmayılovun siyasi xəttini davam etdirək" .....                     Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir .....                     Azərbaycanlıların "tac"landırdığı "qanuni oğru" .....                     Kremlin İrəvandakı emissarları iş başında: .....                     Bakı və İrəvan bir “cəbhədə” birləşir: 4 ölkə razılaşdı .....                     Ağ Evə qədər uzanan Zəngəzur dəhlizi .....                 

"Hər bir addım Azərbaycan dövləti və xalqı naminə atılmalıdır"
Tarix: 3-05-2019, 08:15 | Çap et
"Hər bir addım Azərbaycan dövləti və xalqı naminə atılmalıdır"
Avropa İttifaqının (Aİ) ölkəmizdəki səfiri Kestutis Yankauskas BBC News Azərbaycancaya Azərbaycanla Aİ arasında imzalanması gözlənilən sazişin detalları barədə danışarkən diqqətçəkən fikirlər səsləndirib.

Səfir əməkdaşlıq üçün sərbəst toplaşmaq, söz azadlığı, qanunun aliliyi, bazar iqtisadiyyatı, dözümlülük kimi dəyərlərin vacibliyini vurğulayıb: “Hər şeydən öncə bunlar Avropa İttifaqının dəyərləridir. Onların bəziləri anlaşmada da əks olunub. Azərbaycan isə artıq Avropa Şurasının üzvüdür. Düşünürəm ki, bu dəyərlərin qorunmayacağından narahat olan bəzi şəxsləri sakitləşdirməliyəm. Dəyərlərin qorunmamasının mümkün olduğunu düşünmürəm”.

Səfir dəyərlərin qorunmasına misal kimi bu ilin martında Azərbaycanda verilən böyük əfv sərəncamını göstərib.

Səfirin bu açıqlamaları Azərbaycanda mitinq yasağını bir daha gündəmə gətirib. Artıq 4 aydır ki, edilən mitinq müraciətlərinə Bakı Şəhər İcra Hakimiyyəti mənfi cavab verir. Qarabağ Komitəsi (QK), Müsavat Partiyası və Milli Şuranın dəfələrlə aksiya keçirmək üçün müraciətləri olub və adlarını qeyd etdiyimiz qurumların mitinq arzuları həyata keçməyib.

Bütün bunların fonunda Aİ səfiri sərbəst toplaşmaq azadlığını önə çəkir.

QK-nın təsisçilərindən olan AĞ Partiya başqanı Tural Abbaslı hesab edir ki, Avropada adıçəkilən dəyərlərə vasitə kimi yanaşılır: “Avropa və beynəlxalq dəyərlər kimi anlayışların səmimiliyinə inanmıram. İstər Avropa olsun, istər dünyanın digər dövlət və təşkilatlarının bu dəyərlərə ancaq bir vasitə kimi yanaşdığına inanıram. Dünyanın daimi maraqları var, daimi dəyərləri yoxdur. O maraqlar nəyi tələb edirsə, onlar da əsl dəyər halına çevrilir. Yəni insanlarımızı da, siyasilərimizi də hazırkı dünya reallıqlarına daha açıq gözlə baxmağa səsləyirəm, nəinki abstrakt və utopik anlayışlarla. Düşünmürəm ki, Azərbaycan iqtidarı sona qədər sərbəst toplaşma hüququnu məhdudlaşdıra biləcək. Doğrudur, artıq bir neçə aydır ki, heç bir kütləvi aksiyaya razılıq verilmir. Ancaq bu əbədi davam edə bilməz. Buna görə də düşünürəm ki, yaxın zamanlarda bəzi məhdudiyyətlərlə insanların sərbəst toplaşma hüququ de-fakto tanınacaq və mitinqlərə razılıq veriləcək. İslahatlar Avropa və ya dünya gücləri belə istəyir deyə yox, Azərbaycan xalqının strateji maraqları və səadəti bunu tələb edir deyə olmalıdır. Hər bir addım Azərbaycan dövləti və xalqı naminə atılmalıdır”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri deputat Fərəc Quliyev: “Avropa İttifaqının buradakı nümayəndəsi yaxşı bilir ki, Avropanın istənilən ölkəsinin təhlükəsizliyi ən öndə duran məsələdir. Orada bir insanın azad fikir söyləmək adı altında istənilən xaotik hərəkətinin qarşısı alınır. Fransada baş verən hadisələr bunun əyani sübutu idi. Kütləvi şəkildə bu ölkədə etirazlar baş verdi və bunun qarşısı alındı. İngiltərədə də belə hadisələr olub və qarşısı alınıb. Dövlətin təhlükəsizliyindən üstün heç nə yoxdur. Bütün dövlətlər təhdidlərə qarşı dözümlərini, təhlükəsizliklərini təmin edirlər. Bunun üçün də hər şeyi edirlər. Azərbaycanda insan haqları və digər məsələlərlə bağlı ortaya mövqelər qoyulduğu zaman öncəliklə milli təhlükəsizlik məsələsi önə qoyulur. Dünyanın hər yerində məhbuslar var. Müxtəlif statuslarla məhbus həyatı yaşayanlar da az deyil. Bunların içərisində deputat da, siyasətçi də, jurnalist də olub. Amma dediyi fikirlərə görə deyil, başqa səbəbdən biri həbs olunursa, onu siyasi məhbus elan etmək doğru deyil. Elə hallar olub ki, müxalifətdə bəzi qüvvələr bir məmuru korrupsioner adlandırıblar, amma həmin məmur həbs edilən kimi o qüvvələr onu dərhal siyasi məhbus elan edib, onun azadlığa çıxmasını tələb ediblər. Bu, çox absurd bir yanaşmadır. Şərtlə danışmaq doğru deyil. Hesab edirəm ki, Azərbaycanda mitinqlərə icazə verilməməsi ilə bağlı aidiyyəti orqanların mövqeyini almaq lazımdır. Bəlkə elə bir səbəb var ki, bununla əlaqədar icazə vermirlər.

Şəxsən düşünürəm ki, xaricdə yaşayan qurumlara, konkret olaraq Milli Şuraya nəinki mitinq keçirməyə, ümumiyyətlə, ölkədə fəaliyyət göstərməsinə icazə verilməməlidir. Bir vaxtlar başladılan araşdırmalar sona çatdırılmalıdır. Ölkəsinə qarşı başqa dövlətdən dəstək, vəsait, təminat alıb fəaliyyət göstərənlər cəzalandırılmalıdır. Amma digər təşkilatlarla bağlı mitinq keçirmək azadlığı təmin olunmalıdır. Burada qorxulu bir şey yoxdur. Hansı tələbləri olacaqsa, bunu dövlət orqanları ilə danışmaq lazımdır. Açığı, səbəbini bilmirəm ki, o deyilən qüvvələr nəyə etiraz edirlər. İpi başqa ölkələrin əlində olanlardan başqa istənilən daxildə olan qüvvələrə meydan verilməlidir. Lakin unutmayaq ki, Avropa İttifaqının sadaladığı məsələlərin arxasında başqa suallar durur. Onlarla polemika üçün bunu demirəm. Nə üçün onlar bir milyon məcburi köçkünümüz barədə məsələ qaldırmırlar? Bunların nə üçün hüquqlarını tələb etmirlər? Öz dədə-babalarının məzarlarını ziyarət edərkən girov götürülən iki azərbaycanlı barədə susurlar. Kəlbəcərdə girov götürülüb zod mədənlərində işlədilən azərbaycanlı qadınların məsələsinə bir dəfə də olsun toxunmurlar. Bunlar insan haqqı deyil bəs nədir? Azərbaycan hansı qurumlarla münasibət qurduğunu yaxşı anlayır, bu istiqamətdə də işlərini görür. Dövlətimiz indiyə qədər qoşulduğu bütün konvensiyalara əməl edib. Bundan sonra da əməl edəcək. Biz də Avropa İttifaqının nümayəndələrindən tələb edirik ki, tələblərini irəli sürəndə bir milyon insanımızın taleyini də nəzərə alsınlar”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Putinin hərbi iqtisadiyyatı çat verir: Rusiya mülki sektoru çökür" - “Bloomberg”
Bu gün, 14:51
Qarabağ qazisi və polis oğlunun məzarı Laçına köçürüldü - Torpaqlarımız azad olunandan sonra bir ilk
Bu gün, 14:48
SEPAH Zəngəzurdan əl çəkmir: NATO, sionist və pantürkistlər... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:42
"Televiziyalar onları yığışdırmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:03
“Dərbəndin sahibi kimdir?” – keçmiş XİN rəhbəri rus millətçilərə cavab verdi
Bu gün, 12:00
"Nazir o vaxt yeni gələndə demişdi ki..."
Bu gün, 09:17
Binəqədinin Hacıbalası olmasa da... - HACIBABASI VAR...
Bu gün, 09:15
"Neçə gündür ki, bu sevincin nəşəsini yaşayıram..."
Bu gün, 07:44
"Yaxşı ki, Vasif Talıbovu götürdülər" - "...yoxsa Naxçıvan özü əldən gedirdi"
Bu gün, 07:40
"Parlamentdə deputatlar da var ki, hamısı mənə dəstək verir" - Xalq artisti
Bu gün, 07:17
Dövlət katibi ABŞ prezidentliyinə namizədin adını açıqladı - FOTO
Bu gün, 07:14
Ərdoğan Bakıya görə Putinlə danışacaq? – Xankəndidə mesaj verdi, sonra isə…
Bu gün, 07:12
İsrail ordusu Qəzzaya humanitar yardım göndərdiyini açıqlayıb - KİV
Bu gün, 07:01
Doğrudanmı, yasda ehsan vermək yasaqlanmalıdır? - AKTUAL
Bu gün, 06:59
Yoldaş Mikayılovun QUDA SEVGİSİ - Qanun hərləyən kimdir ki...
Bu gün, 06:56
Bakıdakı RUS AGENTURASI - İLGİNC İDDİALAR
Bu gün, 06:37
Bir sədr, 9 müşavir, 20 şöbə: “AzerGold”da diqqətçəkən vəzifə bölgüsü - BU NƏDİ BELƏ?
Bu gün, 06:27
Meliorasiya İdarəsi ilə Sudan İstifadə Birliyi “sudan çıxmır” - Zərdabda su işində xaos
Bu gün, 06:19
Mobil telefon təhsilə əngəlmi, fürsətmi? - Baxır, kim nə üçün istifadə edir...
Bu gün, 06:11
"1 uşaq gəlir, 4 yazın. 3 uşaq gəlir, 5 yazın..." - "Bunu bütün bağçalar belə edir..."
Bu gün, 06:08
Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. - GƏLİŞMƏ
Bu gün, 06:01
Putin Rusiya-Azərbaycan gərginliyi haqda niyə susur?.. - “O heç nə deməyəcək...”
Bu gün, 05:59
Ermənistanda faşizm əleyhinə abidəni sökürlər
Bu gün, 05:55
Bakıda məsciddə dəhşətli QƏTL: Vətən müharibəsi iştirakçısı SAXLANILDI - FOTO
Bu gün, 05:50
Bakının daşınmaz əmlak bazarı: Qiymətlər niyə “cib yandırır”? - AKTUAL
Bu gün, 05:46
Makronla Ərdoğan Qəzzadakı vəziyyəti müzakirə ediblər - "X"
Bu gün, 05:44
Yeni doktrina formalaşır... - layihə təkcə region deyil, dünya üçün də əhəmiyyətlidir
Bu gün, 05:42
"Hamı öndə olmaq, daha yaxşısını etmək istəyir"
Dünən, 22:01
Ermənistanın ticarət dövriyyəsi kəskin şəkildə azaldı
Dünən, 21:59
İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir - TƏFƏRRÜAT
Dünən, 21:57
Dmitri Peskov bu reallıqları çox yaxşı anlayır - AMMA...
Dünən, 18:00
Tur şirkətlərinin FIRILDAĞI - Onları necə seçək, nələrə fikir verək?
Dünən, 17:02
Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb
Dünən, 16:57
Bakı Kremlə bu jesti də etdi – Sərhədimizə ordu yığan Rusiyanın 3 hədəfi, sonra isə...
Dünən, 16:55
"Çalışırıq ki, İlyas İsmayılovun siyasi xəttini davam etdirək" - Partiya sədri
Dünən, 16:53
Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir - Deputatın “dadlı biznesi”
Dünən, 16:49
Azərbaycanlıların "tac"landırdığı "qanuni oğru" HAKİM QARŞISINDA
Dünən, 16:43
Kremlin İrəvandakı emissarları iş başında: - “Naxçıvan dəhlizi” yaradılsın”
Dünən, 16:36
Bakı və İrəvan bir “cəbhədə” birləşir: 4 ölkə razılaşdı – İranı qorxuya salan plan
Dünən, 16:30
Ağ Evə qədər uzanan Zəngəzur dəhlizi - GƏLİŞMƏ...
Dünən, 16:28
Diana Qasparyan barəsində cinayət işi açıldı - KİV
Dünən, 16:26
"Mixail Qusmanı tək qoymayacağıq" - Ekspert
Dünən, 16:23
Ermənipərəst konqresmenlərin Trampa məktubu - NƏ ETMƏLİ?
Dünən, 16:15
350 manat nizamnamə kapitalı var, 12 milyonluq layihəsi...
Dünən, 15:16
Məşhur jurnalist işdən ÇIXARILDI - Yeni TƏYİNAT
Dünən, 15:11
Bir neçə gün əvvəl həbsdən çıxan Fuad Cam vəfat etdi - SƏN DEMƏ...
Dünən, 13:02
Rusiya Ermənistana ordu yığır: - Paşinyanı devirmək və Azərbaycana qarşı yeni hərbi ssenarini hazırlanır?
Dünən, 13:01
Zərərçəkən jurnalist xanım prokuror tərəfindən təhdid edilir - TƏFƏRRÜAT
Dünən, 12:53
Russayağı DİSKRİMİNASİYA – Kremlin Azərbaycan azarının SƏBƏBİ NƏDİR?
Dünən, 12:50
Elçibəyin Zəngəzur planı üzə çıxdı: 1993-ci ildə Ankaradakı görüşdə… – Gizlinlər açılır
Dünən, 12:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru