“Müxalifət Qərbə həmişə “ağ atlı oğlan” kimi baxıb”
Tarix: 25-08-2018, 10:21 | Çap et
 Ölkə müxalifətinin Avropa ölkələrinin rəhbərlərindən, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrindən gözləntiləri özünü daim büruzə verməkdədir. Bunu xaricdən Azərbaycana gələn qonaqların səfəri vaxtı hər zaman görmək olur. Bir növ bu düşərgə demokratiyanı sanki belə şəxslərin timsalında görür.
Son olaraq, avqustun 25-də Bakıya səfər edəcək Almaniya kansleri Angela Merkelin gəlişi öncəsi bu məsələ gündəmə gəlib. Artıq sosial şəbəkələrdə və müxalifətə yaxın mətbuat orqanlarında xanım kanslerə yönəlik “tələblər” yer almaqdadır. Konkret olaraq, ona yönəlik Bakıda siyasi məhbuslar məsələsini, eləcə də, vətəndaş cəmiyyətinin problemlərini və digər məsələləri qabartmaq çağırışları səslənməkdədir. Alman kanslerin Azərbaycanda müxalifət liderləri, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşməsinin vacibliyindən də söz açılır.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyevin qənaətinə görə, ölkə daxilində bəzi qruplar siyasi alverçilərə çevriliblər: “Mənə qəribə gəlir ki, ölkə daxilində özlərini radikal müxalifət adlandıran, əslində dövlətçiliyə qarşı müxalifətçilik edən qruplar var ki, siyasi alverçilərə çevriliblər. Siyasi məhbus adı altında bir çoxlarının həbsxanada qalmasını təmin edib, bunu da gündəmə çıxarıb pul qazanmaqla məşğuldurlar. Yalançı siyahılar tərtib edirlər, ölkə daxilində guya bu problemlər var deyib, bunu ölkə xaricinə çıxarmaqla məşğuldurlar. Baxın, özlərini radikal müxalifət adlandıranlar bir vərəq konseptual məqalə yazıb ortaya qoyublar? Alternativ bir proqram belə ortaya qoymayıblar. Birisi ölkəyə gəlir, onlarla görüşmür, gileylənməyə başlayırlar. Siyasi məhbus adı altında bu və ya digər məsələlərdən danışmağın hamısı oyundur. Bir məmuru korrupsiya adı altında ittiham edirlər, sonradan o həbs ediləndə dərhal siyasi məhbus elan edirlər. Bu cür davranışlar sadəcə ölkəyə ziyan gətirir. Cəmiyyət artıq bu cür hallardan bezib və onun üçün də belə qüvvələrin arxasınca getmirlər”.
AĞ Partiya başqanı Tural Abbaslı hesab edir ki, Angela Merkelin regiona səfərinin siyasi tərəfi lazımından artıq şişirdilir: “Almaniyanın regiona siyasi təsir imkanlarını və ya məhz elə Azərbaycana təsir imkanlarını nəzərə alsaq görərik ki, xanım baş nazirə bəslənilən ümidlər bir az ifrata varılır. Ümumiyyətlə, Azərbaycan müxalifəti hər zaman başda Amerika olmaqla Qərbə bir xilaskar və ya ”ağ atlı oğlan kimi" kimi baxıb. Təbiidir ki, elə hər dəfəsində də istər Qərb, istərsə də Amerika müxalifətin nəinki gözləntilərini doğrultmayıb, tam əksinə xalqın, demokratiyanın, müxalifətin maraqlarını iqtidara satıb. Yəni bir sözlə desək Qərb dairələri Azərbaycanın narazı elektoratından iqtidarla alver predmeti kimi sui-istifadə edib. Öz maraqlarını təmin edən kimi isə bütün günü dünyaya hayqırdıqları “demokratik dəyərlərin” arxasından qaçıblar. Xüsusən son zamanlar istər regionumuzda, istərsə dünyada, istərsə də əsasən qardaş Türkiyədə baş verən siyasi hadisələr bizlərə Qərbin, Amerikanın əsl siyasi mahiyyətini bir daha açıq şəkildə göstərir. Aydın görünür ki, bunlar öz dövlətlərinin maraqlarına görə İraqın, Suriyanın, Livanın məhv olmasına, Türkiyə xalqının iqtisadi çətinliklərlə çökdürülməsinə, Afrika ölkələrini aclığın ağuşunda itməsinə hazırdırlar. Məncə istər Azərbaycan müxalifəti olaraq biz, istərsə də xalqımız artıq bu Qərbə qarşı “çəhrayi xülyalarından” vaz keçməlidir. Artıq hər birimiz anlamalıyıq ki, bu dairələri nə Azərbaycan, nə Azərbaycandakı demokratik vəziyyət, nə Qarabağ probleminin ədalətli həlli məsələsi maraqlandırmır. Onların yeganə məqsədləri hansı yolla olursa olsun özlərinin və təmsil etdikləri dövlətlərin maraqlarını təmin etməkdədir. Biz AĞ Partiya olaraq, siyasi səhnəyə çıxdığımız gündən bu illüziyalardan uzaq olmuşuq və digər dövlətlərə və onların “dəstəyinə” bel bağlamamışıq. Bizim hər zaman ümid etdiyimiz, dəstəyini və rəğbətini qazanmağa çalışdığımız və uğurunda mübarizə apardığımız yeganə qüvvə Azərbaycan xalqı olub, indi də odur, gələcəkdə də o olacaq". “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "O hər zaman mənim qəlbimdə yaşayır"
Bu gün, 12:37 |
|
|
|
• Ukrayna “Maşa və Ayı”nı qadağan edir: bəs biz uşaqlarımızı "Ayı"dan necə qoruyaq? - VACİBDİRMİ?
Bu gün, 12:35 |
|
|
|
• MƏKTƏB YÜKÜ... - və yüklənən ana-ata...
Bu gün, 12:33 |
|
|
|
• “Kreml Rusiyada yaşayan azərbaycanlılara qarşı zorakılıq və təzyiqləri dayandırmalıdır” - ÇÜNKİ...
Bu gün, 12:28 |
|
|
|
• Cənab Mikayılovun nəyinə lazımdır QANUN-MANUN.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:26 |
|
|
|
• Lavrov bu ölkədə çimərliyə getdi, PUA-lar... - Zaxarova
Bu gün, 12:14 |
|
|
|
• Hüseynbala Mirələmov uzun fasilədən sonra DANIŞDI - "Zəng edib razılığımı alanda dedim ki.."
Bu gün, 12:12 |
|
|
|
• BP-nin qrantı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bahalı alış-veriş...
Bu gün, 12:09 |
|
|
|
• Azərbaycanda quş əti ilə özünütəminat səviyyəsi kəskin azaldı - "Qanunvericiliyi bəhanə edən yerli icra hakimiyyətləri buna imkan vermir"
Bu gün, 12:02 |
|
|
|
• "Moskva bu perspektivi özü üçün strateji risk kimi qiymətləndirir" - deputat
Bu gün, 11:59 |
|
|
|
• Növbəti delimitasiya prosesi Zəngilan-Mehri istiqamətindən BAŞLAYA BİLƏR - AKTUAL
Bu gün, 11:57 |
|
|
|
• "Hazırlıqlar gedir, böyük amnistiya gözləyirik" - MÜHÜM AÇIQLAMA
Bu gün, 11:54 |
|
|
|
• İnsanların gəlirləri getdikcə azalır, kredit borcları isə artır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:51 |
|
|
|
• Heydər Babayev bütün biznesini bu ölkəyə köçürdü - TƏFƏRRÜAT
Bu gün, 11:47 |
|
|
|
• İranın “yaxşı polis - pis polis” OYUNU - NƏ ETMƏLİ?
Bu gün, 07:27 |
|
|
|
• Putinin Trampla dialoqu təqdir edilir - Peskov
Bu gün, 07:25 |
|
|
|
• Putini ilhamlandıran davranış: Əvvəl təşəkkür etdi, sonra meydan oxudu - Görünəni odur ki...
Bu gün, 07:23 |
|
|
|
• Zəngəzur dəhlizi geo-iqtisadi strategiyadır - deputat
Bu gün, 07:21 |
|
|
|
• Rusiya bizə möhtacdır: BİZ ONLARA YOX... - AKTUAL
Bu gün, 07:18 |
|
|
|
• Bank of Baku” reklamdakı vədlərə əməl etmir? - NARAZILIQ VAR...
Bu gün, 07:10 |
|
|
|
• Paşinyan ağır imtahan qarşısında - NƏ BAŞ VERİR?
Bu gün, 07:06 |
|
|
|
• Bilgəhdə “Happy Days” restoranında müştəriləri belə aldadırlar - FOTOFAKT
Bu gün, 07:04 |
|
|
|
• Tələbələrə DÖVLƏT QAYĞISI adı altında TƏLƏ... - İLGİNC FAKTLAR
Bu gün, 07:01 |
|
|
|
• Bu məmurlar İXTİSARA SALINIR... - SİYAHI
Bu gün, 06:49 |
|
|
|
• Kərə yağı adı altında xalqa nə satılır? - SENSASİON AÇIQLAMA
Bu gün, 06:35 |
|
|
|
• Transxəzər boru kəmərini reallaşdırmaq üçün bundan yaxşı şans yoxdur - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:30 |
|
|
|
• "Özgüvəniniz olsa, artıq çəki dərd deyil..." - FOTO
Bu gün, 06:26 |
|
|
|
• Ruslar ermənilərdən də böyük xəstəliyə yoluxub - FAKT BUDUR!
Bu gün, 06:23 |
|
|
|
• Moskvanın baş naziri devirmək planları baş tutmayacaq - ÇÜNKİ...
Dünən, 23:19 |
|
|
|
• Sərdar Cəlaloğlu haqda ŞOK İDDİA: Dəlixanaya yerləşdirilib? – AÇIQLAMA
Dünən, 23:16 |
|
|
|
• Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir - Başqa cür ola da bilməz...
Dünən, 11:51 |
|
|
|
• Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib
Dünən, 11:48 |
|
|
|
• Rusiya ermənilərinin lideri: - Bakıdan növbəti qələbə...
Dünən, 11:45 |
|
|
|
• "Gərək alternativ yollardan istifadə edək..."
Dünən, 11:37 |
|
|
|
• Putin Azərbaycana heyət göndərir - Kremlin şərti var, Bakı isə...
Dünən, 11:07 |
|
|
|
• “Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin - Qiymətini açıqladı
Dünən, 11:05 |
|
|
|
• AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? - AKTUAL
Dünən, 10:59 |
|
|
|
• Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı
Dünən, 10:53 |
|
|
|
• Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... - ETİRAZ VAR...
Dünən, 10:39 |
|
|
|
• Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... - Övladdan nəvə...
Dünən, 10:30 |
|
|
|
• HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib - VİDEO
Dünən, 10:16 |
|
|
|
• Şadlıq sarayları əhaliyə “toy tutur” - məcburi menyu problemi
Dünən, 10:14 |
|
|
|
• Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:11 |
|
|
|
• Rasim Balayevin səhhətində problem yarandı
Dünən, 10:05 |
|
|
|
• Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib - KİV
Dünən, 09:56 |
|
|
|
• Əməkdar artistdən həmkarlarına İRAD - "Muğamı regionlara, bölgələrə bölməyin"
Dünən, 09:55 |
|
|
|
• Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur - ÇÜNKİ...
Dünən, 09:53 |
|
|
|
• Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? - rektordan AÇIQLAMA
Dünən, 09:47 |
|
|
|
• Azərbaycanla normal iqtisadi münasibətlərimiz var - Rusiya Baş nazirinin müavini
Dünən, 09:41 |
|
|
|
• Rusiya narazı qaldığını gizlədə bilmir - NECƏ OLMALI İDİ Kİ...
Dünən, 09:36 |
|
|
|
|