Rusiya ya qatildir, ya yox!? Seçim Moskvanındır! .....                     Azərbaycandan sonra növbə Özbəkistanındır .....                     Azərbaycanda ət niyə bahalaşır? .....                     "O hər zaman mənim qəlbimdə yaşayır" .....                     Ukrayna “Maşa və Ayı”nı qadağan edir: bəs biz uşaqlarımızı "Ayı"dan necə qoruyaq? .....                     MƏKTƏB YÜKÜ... .....                     “Kreml Rusiyada yaşayan azərbaycanlılara qarşı zorakılıq və təzyiqləri dayandırmalıdır” .....                     Cənab Mikayılovun nəyinə lazımdır QANUN-MANUN.. .....                     Lavrov bu ölkədə çimərliyə getdi, PUA-lar... .....                     Hüseynbala Mirələmov uzun fasilədən sonra DANIŞDI .....                     BP-nin qrantı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində .....                     Azərbaycanda quş əti ilə özünütəminat səviyyəsi kəskin azaldı .....                     "Moskva bu perspektivi özü üçün strateji risk kimi qiymətləndirir" .....                     Növbəti delimitasiya prosesi Zəngilan-Mehri istiqamətindən BAŞLAYA BİLƏR .....                     "Hazırlıqlar gedir, böyük amnistiya gözləyirik" .....                     İnsanların gəlirləri getdikcə azalır, kredit borcları isə artır .....                     Heydər Babayev bütün biznesini bu ölkəyə köçürdü .....                     İranın “yaxşı polis - pis polis” OYUNU .....                     Putinin Trampla dialoqu təqdir edilir .....                     Putini ilhamlandıran davranış: Əvvəl təşəkkür etdi, sonra meydan oxudu .....                     Zəngəzur dəhlizi geo-iqtisadi strategiyadır .....                     Rusiya bizə möhtacdır: BİZ ONLARA YOX... .....                     Bank of Baku” reklamdakı vədlərə əməl etmir? .....                     Paşinyan ağır imtahan qarşısında .....                     Bilgəhdə “Happy Days” restoranında müştəriləri belə aldadırlar .....                     Tələbələrə DÖVLƏT QAYĞISI adı altında TƏLƏ... .....                     Bu məmurlar İXTİSARA SALINIR... .....                     Kərə yağı adı altında xalqa nə satılır? .....                     Transxəzər boru kəmərini reallaşdırmaq üçün bundan yaxşı şans yoxdur .....                     "Özgüvəniniz olsa, artıq çəki dərd deyil..." .....                     Ruslar ermənilərdən də böyük xəstəliyə yoluxub .....                     Moskvanın baş naziri devirmək planları baş tutmayacaq .....                     Sərdar Cəlaloğlu haqda ŞOK İDDİA: Dəlixanaya yerləşdirilib? .....                     Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir .....                     Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib .....                     Rusiya ermənilərinin lideri: .....                     "Gərək alternativ yollardan istifadə edək..." .....                     Putin Azərbaycana heyət göndərir .....                     “Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin .....                     AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? .....                 

"Onlar ənənəvi müxalifəti qəbul etmirlər" - deputat
Tarix: 15-08-2018, 08:33 | Çap et
"Onlar ənənəvi müxalifəti qəbul etmirlər"
Avqustun 13-də REAL sədri İlqar Məmmədovun azad edilməsi çoxsaylı müzakirələrə yol açıb. Son illərdə Azərbaycanla Avropa Şurası arasında bu siyasətçiyə görə yaranan problemlərin bundan sonra bitib-bitməyəcəyi, sanksiya hədələrinin aradan qalxıb-qalxmayacağı suallar doğurur. Eyni zamanda Məmmədovun 5 il 6 aylıq məhbus həyatı ilə vidalaşmasının müxalifət düşərgəsində canlanma yaradıb-yaratmayacağı yönündə səslənən fikirlər birmənalı deyil.

İqtidaryönlü deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında Azərbaycanla Avropa Şurası arasındakı münasibətləri siyasi yetkinlik səviyyəsinə çatan münasibətlər adlandırdı: “İllüziyalar bitib, artıq bütün səhnə açıqdır. Hər bir tərəfin də məramı ortadadır. Azərbaycan Qərb aləminə hüquqi, mədəni, siyasi cəhətdən inteqrasiyasını yalnız sözlərlə ifadə etməyib. Bunu təhlükəsizlik risklərinə baxmayaraq apara bilib. Avropa strukturları ilə əməkdaşlıq yolunda böyük məsafələr qət etmişik. Ona görə də bir şəxslə bağlı Qərb aləminin bir dövlətlə münasibətlərini, strateji planlarını qurban verəcəyi heç zaman inandırıcı deyil. Məsələnin alt qatındakı səbəblər tamam ayrı idi. Keçmişdə bu səbəblər haqqında yetərincə danışmışıq. Ümumən götürəndə Qərb aləmində bu cür düşüncə var ki, əgər rəsmi Bakı bizimlə münasibətləri normal şəkildə qurursa, düşmənlərimizlə savaşın ön cəbhəsinə çevrilsin. Bu halda söhbət Rusiya və İranla əlaqələrdən gedərdi. Əgər buradan hər iki ölkəyə qarşı bəyanatlar verilsəydi, Saakaşvilinin dəst-xətti rəsmi Bakı tərəfindən həyata keçirilsəydi, İlqar Məmmədov deyil, qeyri REAL-çılar da həbsxanada olsaydı, bu, Qərbin ”demokratiya damarı"nın qabarmasına səbəb olmayacaqdı.

İlqar Məmmədov hadisəsi açığı deyim ki, Azərbaycanla Avropa Şurası arasındakı münasibətlərə öz təsirini göstərəsi deyildi. Azərbaycan tərəfindən verilən amnistiya, əfv kimi qərarlar bir şəxslə bağlı verilməyib. Təəssüflər olsun ki, son zamanlarda Qərbin atdığı addımlara görə Azərbaycanı təqdir etdiyini, dəstəklədiyini görməmişik. 8 avqustda Gürcüstan hadisələrinin ildönümündə Amerikadan tutmuş Almaniyaya qədər verilən çoxsaylı bəyanatların şahidi olduq. Hər kəs Rusiya tərəfindən edilən bu ilhaqın tanınmayacağını bəyan edirdi. Biz indi Rusiya əleyhinə bəyanatlar verməliyik ki, Qərb tərəfindən dəstək alaq? Bu, açıq şəkildə bizi qonşularla müharibəyə itələməkdir. Hər zaman ölkəmizdə siyasətçilərin azadlıq şəraitində siyasi mübarizə aparmalarının tərəfdarı olmuşam. İlqar Məmmədov da ona qədərki dövrdə normal şəkildə siyasi platformasını reallaşdırıb. Son illər ərzində onun düşüncəsində, yumşaq dillə desək, müxtəlif hadisələr baş verirdi".

Deputat İ.Məmmədovun azadlığa çıxmasının müxalifət cameəsində canlanma yaratmayacağını düşünür: “Əslində REAL-çılar klassik partiya modelində təşkilatlanmayıblar. Faktiki olaraq REAL-ın müxalifət cinahında təmsil olunan qurumlar arasında hansı yerdə dayandığı məlum deyil, heç bu təşkilat hakimiyyət əleyhdarlarını da narahat etmir. REAL-çılarla müxalifət arasında münasibətlər heç də xoş olmayıb. Onlar ənənəvi müxalifəti qəbul etmirlər. Özləri də dekabristlər kimi manifestlər imzalamaqla məşğuldurlar. Onların respublika quruluşunun hansı səviyyədə formalaşmasına dair ara-sıra yazılarından başqa diqqətçəkən proqramları da mövcud olmayıb. İçərilərində səmimi şəkildə demokratik olmadıqlarını bəyan edənlər də olub. Onlardan soruşsanız ki, sosial şəbəkələrdə bloka atdığınız şəxslər varmı, əgər səmimi olsalar deyəcəklər ki, 300-500 istifadəçini blok etmişik. Əgər onlar vəzifə sahibi olsaydılar, bloka atdıqları şəxsləri mütləq həbs etdirərdilər. Müxalifətdə canlanma fərdlər üzərində olmamalıdır. Əslində İsa Qəmbər və digər siyasətçilərin geniş imkanları var idi ki, zaman etibarı ilə belə şəxsləri çevrələrinə yığsınlar. Əvvəllər bunu edə bilməyiblərsə, cəmiyyətin 0.1%-nin tanımadığı bu şəxs nə edəcək ki? Ola bilər ki, məhbəsdə olmağı bir qədər onu tanıtdı. Bu tipli siyasətçilər Azərbaycan cəmiyyətinə doğma görünmürlər. İlqar Məmmədovun azadlığa çıxması epizodik effektlər verə bilər, amma diqqət çəkəcək dərəcədə siyasi mühitin dəyişməsi mümkünsüzdür. Məni tanıyanlar yaxşı bilir ki, istər keçmişdə olsun, istərsə də indi, hər zaman İlqar Məmmədov da daxil, digər belə şəxslərlə tribunalarda fikir mübadiləsi aparmağı istəmişəm. Bu da çox normaldır”.

AĞ Partiya başqanı Tural Abbaslı REAL rəhbərinin azad edilməsinin müxalifət daxilində müsbət əhval-ruhiyyə yaratdığını qeyd etdi: “İlqar Məmmədovu, ailəsini və əqidədaşlarını onun şərti də olsa azadlığa çıxması mübasibətilə təbrik edirəm. Ümid etmək istəyirəm ki, tezliklə digər siyasi məhbuslar da öz ailələrinə qovuşacaq və Allahın onlara bəxş etdiyi həyat adlı neməti ailələri və əzizləri ilə birlikdə yaşayacaqlar. Heç kəsin həyatı onun haqq etmədiyi halda dörd divar arasında, bağlı qapılar arxasında keçməməlidir. Ümumən götürsək, İlqar Məmmədovun 5 ildən artıq zamandan sonra azadlığa çıxması müxalif cameədə müsbət əhval-ruhiyyə yaradır. Ancaq hansısa köklü və əsaslı dəyişiklik olacağına inanmıram. Ola bilsin ki, bu azadlıq öz təşkilatı üçün hansısa əsaslı dəyişikliklərə səbəb ola bilsin. Çünki Azərbaycan iqtidarı 25 ildən artıq bir müddətdir ki, hakimiyyətdə möhkəmlənib və eyni zamanda da müxalifətin bütün resurslarını və təsir imkanlarını neytrallaşdırıb. Düşünmürəm ki, İlqar Məmmədovun həbsdə olduğu bu illər ərzində Azərbaycan siyasi reallıqlarında və ya İlqar bəyin şəxsi göstəricilərində nəsə həlledici səviyyədə dəyişib. Azərbaycan müxalifətində pərakəndəlik o səviyyədədir ki, onları bir araya toplamaq belə, real görünmür. Elə analiz etsək görərik ki, REAL-ın özü də belə bir birliyə və əməkdaşlığa can atmır. Odur ki, mənim hər hansı illüziyalarım yoxdur. Müxalifət cameəsində real canlanmanı və hərəkətliliyi yarada biləcək yeganə qüvvə xalqdır. Xalq isə artıq bu illər ərzində müxalifət adını monopoliyada saxlamaq istəyən təşkilat və siyasilərdən yorulub deyə, proseslərdən kənarda qalır. Biz AĞ Partiya olaraq xalqın etimadını qazanmağın və onun siyasi səhnədəki həlledici yerini tutmasının tərəfdarıyıq. İnsanları artıq ”ağ atlı qəhrəman"lara kökləmək zamanı deyil, düşünülmüş, hesablanmış, ardıcıl və məqsədyönlü fəaliyyətə ehtiyac var".

VİP sədri Əli Əliyev bunları dedi: “Bir çox hallarda böyük siyasi hadisələr kiçicik subyektiv olaylardan törəyə bilir. Eyni zamanda da vaqeəyə hazır təlatümlər yenə də kiçik amillərdən pozulur. Sözsüz ki, İlqar Məmmədov məsələsində hakimiyyətin geriyə addımı böyük sayılacaq dəyişiklikdir. İlqar bəyin də görünən ruhu sınmadığından xəbər verir. Hər iki amil mühümdür. Bundan gerisi atılacaq addımların necəliyindən, hakimiyyət və beynəlxalq aləmin davranışından asılı olacaq. Proqnoz söyləməyə çətinlik çəkirəm”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Azərbaycanla Avropa Şurası arasındakı problemlərin tək siyasi məhbuslarla bağlı olmadığını vurğuladı: “Ayrı problemlər də var. Hesab edirəm ki, İlqar Məmmədovla bağlı məsələdə hər şey Azərbaycanın iradəsindən asılı idi. Avropa Şurasının onun azadlığa çıxması üçün təsirlərinin olduğunu demək doğru deyil. Azərbaycan tərəfi öz iradəsi ilə İlqarı azadlığa buraxdı. Bundan şad olduqlarını Avropa Şurasının baş katibi Torbyorn Yaqland etiraf etdi. İlqardan başqa bir neçə nəfər də siyasi məhbus var ki, biz onların azadlığa buraxılmasına çalışırıq. Onların hamısını öz iradəmizlə azad etsək, bu çox müsbət olar. Açığı, heç zaman düşünmədim ki, İlqara görə Azərbaycana sanksiyalar tətbiq olunsun”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya ya qatildir, ya yox!? Seçim Moskvanındır! - Mir Şahinin YAZISI
Bu gün, 17:49
Azərbaycandan sonra növbə Özbəkistanındır - Rusiya dayanmayacaq...
Bu gün, 17:47
Azərbaycanda ət niyə bahalaşır? - Mühüm səbəblər
Bu gün, 17:43
"O hər zaman mənim qəlbimdə yaşayır"
Bu gün, 12:37
Ukrayna “Maşa və Ayı”nı qadağan edir: bəs biz uşaqlarımızı "Ayı"dan necə qoruyaq? - VACİBDİRMİ?
Bu gün, 12:35
MƏKTƏB YÜKÜ... - və yüklənən ana-ata...
Bu gün, 12:33
“Kreml Rusiyada yaşayan azərbaycanlılara qarşı zorakılıq və təzyiqləri dayandırmalıdır” - ÇÜNKİ...
Bu gün, 12:28
Cənab Mikayılovun nəyinə lazımdır QANUN-MANUN.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:26
Lavrov bu ölkədə çimərliyə getdi, PUA-lar... - Zaxarova
Bu gün, 12:14
Hüseynbala Mirələmov uzun fasilədən sonra DANIŞDI - "Zəng edib razılığımı alanda dedim ki.."
Bu gün, 12:12
BP-nin qrantı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bahalı alış-veriş...
Bu gün, 12:09
Azərbaycanda quş əti ilə özünütəminat səviyyəsi kəskin azaldı - "Qanunvericiliyi bəhanə edən yerli icra hakimiyyətləri buna imkan vermir"
Bu gün, 12:02
"Moskva bu perspektivi özü üçün strateji risk kimi qiymətləndirir" - deputat
Bu gün, 11:59
Növbəti delimitasiya prosesi Zəngilan-Mehri istiqamətindən BAŞLAYA BİLƏR - AKTUAL
Bu gün, 11:57
"Hazırlıqlar gedir, böyük amnistiya gözləyirik" - MÜHÜM AÇIQLAMA
Bu gün, 11:54
İnsanların gəlirləri getdikcə azalır, kredit borcları isə artır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:51
Heydər Babayev bütün biznesini bu ölkəyə köçürdü - TƏFƏRRÜAT
Bu gün, 11:47
İranın “yaxşı polis - pis polis” OYUNU - NƏ ETMƏLİ?
Bu gün, 07:27
Putinin Trampla dialoqu təqdir edilir - Peskov
Bu gün, 07:25
Putini ilhamlandıran davranış: Əvvəl təşəkkür etdi, sonra meydan oxudu - Görünəni odur ki...
Bu gün, 07:23
Zəngəzur dəhlizi geo-iqtisadi strategiyadır - deputat
Bu gün, 07:21
Rusiya bizə möhtacdır: BİZ ONLARA YOX... - AKTUAL
Bu gün, 07:18
Bank of Baku” reklamdakı vədlərə əməl etmir? - NARAZILIQ VAR...
Bu gün, 07:10
Paşinyan ağır imtahan qarşısında - NƏ BAŞ VERİR?
Bu gün, 07:06
Bilgəhdə “Happy Days” restoranında müştəriləri belə aldadırlar - FOTOFAKT
Bu gün, 07:04
Tələbələrə DÖVLƏT QAYĞISI adı altında TƏLƏ... - İLGİNC FAKTLAR
Bu gün, 07:01
Bu məmurlar İXTİSARA SALINIR... - SİYAHI
Bu gün, 06:49
Kərə yağı adı altında xalqa nə satılır? - SENSASİON AÇIQLAMA
Bu gün, 06:35
Transxəzər boru kəmərini reallaşdırmaq üçün bundan yaxşı şans yoxdur - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:30
"Özgüvəniniz olsa, artıq çəki dərd deyil..." - FOTO
Bu gün, 06:26
Ruslar ermənilərdən də böyük xəstəliyə yoluxub - FAKT BUDUR!
Bu gün, 06:23
Moskvanın baş naziri devirmək planları baş tutmayacaq - ÇÜNKİ...
Dünən, 23:19
Sərdar Cəlaloğlu haqda ŞOK İDDİA: Dəlixanaya yerləşdirilib? – AÇIQLAMA
Dünən, 23:16
Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir - Başqa cür ola da bilməz...
Dünən, 11:51
Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib
Dünən, 11:48
Rusiya ermənilərinin lideri: - Bakıdan növbəti qələbə...
Dünən, 11:45
"Gərək alternativ yollardan istifadə edək..."
Dünən, 11:37
Putin Azərbaycana heyət göndərir - Kremlin şərti var, Bakı isə...
Dünən, 11:07
“Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin - Qiymətini açıqladı
Dünən, 11:05
AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? - AKTUAL
Dünən, 10:59
Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı
Dünən, 10:53
Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... - ETİRAZ VAR...
Dünən, 10:39
Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... - Övladdan nəvə...
Dünən, 10:30
HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib - VİDEO
Dünən, 10:16
Şadlıq sarayları əhaliyə “toy tutur” - məcburi menyu problemi
Dünən, 10:14
Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:11
Rasim Balayevin səhhətində problem yarandı
Dünən, 10:05
Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib - KİV
Dünən, 09:56
Əməkdar artistdən həmkarlarına İRAD - "Muğamı regionlara, bölgələrə bölməyin"
Dünən, 09:55
Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur - ÇÜNKİ...
Dünən, 09:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru