Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib .....                     Əməkdar artistdən həmkarlarına İRAD .....                     Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur .....                     Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? .....                     Azərbaycanla normal iqtisadi münasibətlərimiz var .....                     Rusiya narazı qaldığını gizlədə bilmir .....                     Rusiyanın kompensasiya yalanı ifşa olundu .....                     Dollarla bağlı mühüm proqnoz .....                     Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü .....                     İran Zəngəzur dəhlizində “payçı” olacaq? .....                     Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar... .....                     ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı .....                     Azərbaycan ərazisində radioloji vəziyyət necədir? .....                     Paşinyandan böyük erməni yalanına zərbə .....                     "Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..." .....                     Satdıqları məhsula sahiblənmirlər... .....                     Şəmkirdə törədilmiş qətlin təfərrüatları məlum oldu .....                     Mehdiyevdən qalma LİMİT OYUNU .....                     Beyləqan sakini ölümlə hədələnir .....                     Yeni tikililər bahalaşıb, sakinlər "şəhər"dən qaçır .....                     Rusiya bizə NƏ EDƏ BİLƏR? .....                     Müəllimlərdən Emin Əmrullayevə şikayət .....                     Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB .....                     Mingəçevirdə MİSTİK TENDER .....                     Avropa dövlətləri Şimali Koreya qədər ola bilmədilər .....                     Bu iki qurumun taleyi sual altında .....                     Şəmkirdə qayınata kürəkənini bıçaqladı .....                     "Siz bir yerdə oturmusuz, amma mən o restorandan bu restorana qaçıram" .....                     "Məhkəmə məhdudiyyətlərinin qoyulması doğru qərar deyil" .....                     ABŞ Rusiya və Çini cilovlamaq strategiyasından özünümüdafiəyə keçid etmək istəyir .....                     Zakir Fərəcov universitetə qəbul olan şəhid övladları ilə görüşüb .....                     Hindistan Azərbaycanla bağlı geri addım atdı .....                     Rusiya yaxşı olar ki, itməkdə olan etimad mühitinin bərpasına fokuslansın .....                     İrəvan Ermənistana necə verildi? .....                     Süleyman Mikayılov Ələt sakinləri ilə görüşdü .....                     “İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər” .....                     Hüquqşünasdan sensasion açıqlama: .....                     Sakinlərlə "Pilot Residence” arasında qalmaqal .....                     “Uğur-2”də yarım milyonluq borc qalmaqalı .....                     Qızıl bazarında kimlər hökmranlıq edir? .....                 

Əli Kərimli Elçibəyin yubiley tədbirinə niyə qatılmadı?
Tarix: 25-06-2018, 08:40 | Çap et
Əli Kərimli Elçibəyin yubiley tədbirinə niyə qatılmadı?
Mərhum prezident Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdə hər kəsin diqqəti bir məsələyə yönəldi. Ə.Elçibəyin yaratdığı Azərbaycan Xalq Cəbhəsi Partiyasına rəhbərlik edən Əli Kərimli onun yubileyinin yüksək səviyyədə keçirilməsi üçün yaradılan nə Təşkilat Komitəsində, nə də yubiley törənlərində iştirak etdi.

Doğrudur, onunla bərabər vaxtilə Elçibəyin ən yaxın silahdaşları olan, onun hökumətində təmsil olunan şəxslərdən də bu tədbirlərə qatılmayanlar oldu. Amma bütün diqqətlər Ə.Kərimliyə yönəldi ki, bu da çox normaldır. Çünki bu siyasətçi özünü hər yerdə Elçibəyin varisi kimi qələmə verir, faktiki onun partiyasına rəhbərlik edir, vaxtı ilə mərhum prezidentin ən çox etimad göstərib, partiyada özünə birinci müavin təyin etdiyi şəxsdir.

Hər kəsi bu sual düşündürür, Ə.Kərimlinin Elçibəyə vəfa borcu bu idimi?

AXCP rəhbərinin bu tədbirlərdə iştirak etməməsi ilə bağlı müxalif versiyalar var.

Elçibəyin yubileyi ilə bağlı yaradılan təşkilat komitəsinin üzvlərindən biri olan jurnalist Əvəz Zeynallı “Yeni Müsavat”a açıqlamasında dəfələrlə Ə.Kərimliyə dəvət göndərdiklərini bildirdi: “Elçibəy-80 Təşkilat Komitəsi bu il fevralın 4-də yaradıldı. O komitəyə nə vaxt qatıldığımın bu məsələyə dəxli olmasa da, onu deyə bilərəm ki, həmin komitənin qatıldığım bütün iclaslarında birtərəfli iclas keçirmişik. Əli Kərimlinin adı olub, onu və AXCP-ni israrla orada görmək istəmişik. Hər iclasda müzakirə olub. Əli Kərimlinin partiyasına xüsusi dəvətnamələr göndərilib, bu dəvətnamələr onun köməkçisi Faiq bəyə verilib. Xahiş etmişik ki, onların fikirlərini alaq və bu istiqamətdə hərəkət edək. Təsəvvür edin ki, Əli Kərimli və onun partiyasına israrla hər həftə dəvət göndərmişik.

Amma çox təəssüflər olsun ki, nə onun özü, nə də tərəfdarlarından, hətta Milli Şuradan kimsə iştirak etmədi. Çox hörmətli Milli Şura sədri Cəmil Həsənliyə belə dəvət göndərmişik. Onların nə üçün belə davranmalarına səbəblərin nə olduğu barədə nəsə deyə bilmərəm. Biz istədik ki, Elçibəyin yubiley günü Fəxri Xiyabanda hamı birlikdə olaq. Təəssüf edirəm ki, bu da alınmadı. Azərbaycan siyasətinin çox acınacaqlı bir mənzərəsi var. Bu reallıq belə bir hadisələrlə nəticələnir. Elçibəy-80 yubiley tədbirinə Qüdrət Həsənquliyev, Fərəc Quliyev və Əli Kərimli də gəlməmişdi. Gəlməyən hər bir kəsi nə günahlandırır, nə də ittiham edirik. Hər kəsin özünün işi var. Sadəcə, istədik ki, Elçibəyin yubiley tədbirində hər kəs birlikdə olsun. Əli Kərimlinin nədən gəlmədiyi onun özündən soruşulsa, daha maraqlı olar. Onun nə üçün gəlməməsi barədə hər cür iddia var. Müsavatçıların iddiası var idi ki, niyə Qubad İbadoğlu oradadır. Eləcə də, Qubad bəyin tərəfdarları deyirdi ki, niyə müsavatçılar orada var. Əli Kərimli deyir ki, niyə Qüdrət Həsənquliyev oradadır, eləcə də, əks tərəf Əli Kərimlinin orada olmamasını deyirdi. Düşünürəm ki, bunlar ən çox Elçibəyin böyüklüyünü göstərdi. Ən əks-qütblərdə duran şəxslər belə Elçibəyi qəbul edirlər. Amma maraqlı olan odur ki, bu bayrağın altında o kəslər cəm ola bilmirlər. Nə üçün belə olduğu mənim üçün də çox maraqlıdır. Biz əlimizdən gələni etdik, çox ciddi şəkildə çalışdıq. Bizim heç bir iddiamız burada ola bilməzdi, biz sadəcə, bu işin nökərləri idik. Çox təəssüflər olsun ki, missiya sahibi olanlar öz eqolarını göstərməklə məşğul oldular. Belə gedişlə bu bayrağı çox irəli aparmaq olmaz. Ümidliyik, yeni gənclər, yeni ideyalar meydana çıxacaq. Elçibəyin 80 illik yubileyi ilə bağlı keçirilən tədbir çox şeyləri göstərdi. Beynəlxalq Mətbuat Mərkəzi ağzına qədər dolmuşdu, koridorlarda çoxsaylı insanlar ayaq üstə idilər. Həyət belə dolu idi, BMM-in qarısındakı yolda təsəvvür edin ki, tıxac yaranmışdı. Xalqın özü bu idi. Elçibəy-80 tədbirinə mindən çox adam gəlmişdi. 250 nəfərlik tədbirə bu qədər insan qatılmışdı. Tədbir üç saat davam etdi, bu saatın sonuna qədər heç kim getmədi. Məncə, gəlməyənlərə ən böyük cavab bu idi”.

Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov fevralın 4-də bütün təşkilatlara tanınmış ictimaiyyət nümayəndələrinin müraciətinin olduğunu söylədi: “Hər kəsi birlikdə Təşkilat Komitəsi yaratmağa dəvət etdik. Fevralın 4-də biz bu müraciəti edən zaman ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərar verildi. Bu proses aprelin 12-nə qədər aktiv şəkildə getmədi. Aprelin 20-də Təşkilat Komitəsinin yaradılması barədə ilk toplantı keçirildi. Orada iştirak etmək üçün ölkədə fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatların hər birinə dəvətlər göndərildi. Əli Kərimlinin nədən bu tədbirlərdə iştirak etməməsinə, komitədə təmsil olunmamasına ən doğru cavabı verəcək şəxs onun özüdür. Onlar öz mövqelərinə aydınlıq gətirib, daha doğru şərh verə bilərlər. Məndə bu barədə elə bir məlumat yoxdur. Sadəcə, bildiyim odur ki, yubiley tədbirində hər bir təşkilata, o cümlədən, AXCP-yə dəvət göndərilib. Onların iyunun 24-də Fəxri Xiyabanda planlaşdırdıqları tədbirə bizlər dəvət olunmadıq”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib - KİV
Bu gün, 09:56
Əməkdar artistdən həmkarlarına İRAD - "Muğamı regionlara, bölgələrə bölməyin"
Bu gün, 09:55
Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur - ÇÜNKİ...
Bu gün, 09:53
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? - rektordan AÇIQLAMA
Bu gün, 09:47
Azərbaycanla normal iqtisadi münasibətlərimiz var - Rusiya Baş nazirinin müavini
Bu gün, 09:41
Rusiya narazı qaldığını gizlədə bilmir - NECƏ OLMALI İDİ Kİ...
Bu gün, 09:36
Rusiyanın kompensasiya yalanı ifşa olundu - sərt reaksiyalar
Bu gün, 09:24
Dollarla bağlı mühüm proqnoz – Dəyişiklik ola bilər
Bu gün, 09:22
Ata qızının videolarını TikTok-da paylaşan kürəkənini öldürdü - Şəmkirdə ŞOK CİNAYƏT
Bu gün, 09:15
İran Zəngəzur dəhlizində “payçı” olacaq? - görünəni odur ki...
Bu gün, 09:10
Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar... - Nə vəzifə... nə də pul...
Bu gün, 09:07
ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət
Bu gün, 09:04
Azərbaycan ərazisində radioloji vəziyyət necədir? - ARAŞDIRMA
Bu gün, 09:03
Paşinyandan böyük erməni yalanına zərbə - GƏLİŞMƏ
Bu gün, 09:00
"Guya müalicəyə getmişdim... əsəb keçirib ger döndüm..." - NARAZILIQ VAR...
Bu gün, 08:56
Satdıqları məhsula sahiblənmirlər... - AXI NİYƏ?
Bu gün, 08:40
Şəmkirdə törədilmiş qətlin təfərrüatları məlum oldu - Mərhumun da əlində bıçaq olub
Bu gün, 07:33
Mehdiyevdən qalma LİMİT OYUNU - və ya ABSURD QADAĞA
Bu gün, 07:25
Beyləqan sakini ölümlə hədələnir - Vətəndaş hüquq mühafizə orqanlarından yardım istəyir
Bu gün, 07:17
Yeni tikililər bahalaşıb, sakinlər "şəhər"dən qaçır , Bakı ətrafında da infrastruktur böhranı davam edir
Bu gün, 07:14
Rusiya bizə NƏ EDƏ BİLƏR? - İNCƏLƏMƏ
Bu gün, 07:05
Müəllimlərdən Emin Əmrullayevə şikayət - Bakı məktəbində qalmaqal
Bu gün, 07:02
Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB – “Borcu ödəyin, oğlunuz rahat yatsın”
Bu gün, 06:59
Mingəçevirdə MİSTİK TENDER - FOTO
Bu gün, 06:54
Avropa dövlətləri Şimali Koreya qədər ola bilmədilər - Partiya sədri Qərb liderlərini "qorxaq" adlandırdı
Bu gün, 06:50
Bu iki qurumun taleyi sual altında - AKTUAL
Bu gün, 06:46
Şəmkirdə qayınata kürəkənini bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 06:34
"Siz bir yerdə oturmusuz, amma mən o restorandan bu restorana qaçıram"
Bu gün, 06:30
"Məhkəmə məhdudiyyətlərinin qoyulması doğru qərar deyil" - deputat
Bu gün, 06:27
ABŞ Rusiya və Çini cilovlamaq strategiyasından özünümüdafiəyə keçid etmək istəyir - "Politico":
Bu gün, 06:23
Zakir Fərəcov universitetə qəbul olan şəhid övladları ilə görüşüb - FOTO
Dünən, 21:21
Hindistan Azərbaycanla bağlı geri addım atdı - “News18”-
Dünən, 18:12
Rusiya yaxşı olar ki, itməkdə olan etimad mühitinin bərpasına fokuslansın - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:10
İrəvan Ermənistana necə verildi? – Kuba jurnalı
Dünən, 17:56
Süleyman Mikayılov Ələt sakinləri ilə görüşdü - FOTOLAR
Dünən, 17:55
“İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər” - Rektor
Dünən, 17:47
Hüquqşünasdan sensasion açıqlama: - “İndiki gəncləri tərbiyələndirmək...”
Dünən, 17:44
Sakinlərlə "Pilot Residence” arasında qalmaqal - NARAZILIQ VAR...
Dünən, 17:41
“Uğur-2”də yarım milyonluq borc qalmaqalı - sakinlər müqavimət göstərir
Dünən, 17:33
Qızıl bazarında kimlər hökmranlıq edir? - ARAŞDIRMA
Dünən, 17:25
Fərid Əhmədov bu vəzifəni Bəxtiyar Məmmədova tapşırdı - ƏMR
Dünən, 17:21
“Alimlərdən soruşdum ki, İranda yaşayan azərbaycanlılarla eyni millətik? Dedilər ki, bəli...” - Tahir Kərimli
Dünən, 17:13
“Mehri dəhlizinin açılmasını hələ 2021-ci ildə təklif etmişdik” - Separatçıdan ilginc açıqlama
Dünən, 17:04
Ersin Tatarın Azərbaycana səfəri GÖZLƏNİLİR
Dünən, 17:02
Azərbaycana bu xoş xəbəri Tramp yox, İlham Əliyev verəcək! - ŞƏRH
Dünən, 16:28
Rusiyanın Azərbaycandan üzr istəməməsinin arxasındakı SƏBƏB
Dünən, 16:26
Ermənistanda sorğu: Sülh istəmirlər - “Gallup”
Dünən, 16:24
“Nar” uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - FOTO
Dünən, 16:15
Qarabağ ermənilərinin həyatı Kreml üçün heç bir dəyər daşımır - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:11
Universitetlərin yataqxana problemi: bəzilərinin yoxdur, digəri oğlanlar üçün qapalıdır - ARAŞDIRMA
Dünən, 16:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru