Hafiz Hacıyevin “səslərini oğurlayan” namizəd danışdı
Tarix: 17-04-2018, 08:18 | Çap et
 11 apreldə keçirilən prezident seçkilərində namizəd olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ona verilən səslərin oğurlanması barədə səsləndirdiyi iddialardan əl çəkmir. O, hesab edir ki, seçkilərdə ikinci yeri tutan deputat Zahid Oruc və üçüncü sıranı rəsmiləşdirən ADP sədri Sərdar Cəlaloğlu onun səslərini oğurlayıblar.
Sitat: “Biz hələ yekun protokolları almamışıq. Yekun protokolları aldıqdan sonra partiyamız rəsmi bəyanatla çıxış edəcək. Hər halda mən hesab edirəm ki, bizim səslərimiz oğurlanıb və ikinci, üçüncü yeri tutan namizədlərə, oğrulara yazılıb. Bütün hallarda bununla bağlı ciddi mübarizə aparacam”.
S.Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında H.Hacıyevin iddialarına bu cür münasibət sərgilədi: “Burada tək seçkidən söhbət getmir. Hafiz Hacıyev yaxşı bilir ki, digər keyfiyyətlər baxımından ondan tamam fərqli bir siyasətçiyəm. Özümün fərqli ağlım, şüurum var. O ən çox Zahid Orucu nəzərdə tutub bunları deyə bilər. Çünki özü də etiraf edə bilər ki, namizədlərdən İlham Əliyevi çıxmaq şərtilə yerdə qalan namizədlərin hamısından çox səs toplamışam. Hətta hamısının cəmindən belə çox səs yığmışam. Tutduğum yeri kifayət qədər aşağı saldılar. Zahid Oruc heç özünə səs də istəmirdi. Əhalini İlham Əliyevə səs verməyə çağırırdı.
Bir şəxsin özü, qohum-əqrəbası, tərəfdarları İlham Əliyevə səs verirsə, ona kim səs verər? İnsanlar ona görə səs verirlər ki, onların problemlərini qaldırırsan, mesajlar verirsən. Zahid Oruc isə cəmiyyətə heç bir mesaj vermədi. Bu baxımdan Hafizin onu nəzərdə tutduğunu düşünürəm. Məncə, Hafiz Hacıyev elə öz yerindədir, yəni seçkilərdə layiq olduğu yeri tutdu. Açığı deyim ki, onun Araz Əlizadə, Fərəc Quliyev və digərindən çox səs toplaması normal idi və toplamalı idi. Amma ikinci və üçüncü sıraya iddia edə bilməz. Buna çəkisi çatmır. Bir dənə protokol gətirib sübut etsin ki, hansısa bir dairə, məntəqədə çox yox, mənimlə bərabər səs toplayıb, yaxud ən azından mənə yaxın səs yığıb. Əgər bunu sübut edə bilsə, hamının qarşısında deyirəm ki, ərizəmlə tutduğum yerdən imtina edəcəm, Hafizi yerimə qoymalarını istəyəcəm. Gülməli-gülməli danışır. Əlimizdə məntəqələrin protokolları var. O protokolların heç birində Hafiz mənə yaxın belə səs toplamayıb. Bizim qanuni səsimizi saxtalaşdırmayıblar, etsələr belə, bunu əleyhimizə ediblər, yəni səsimizi azaldıblar. Əminəm ki, beşinci yeri tutmaq üçün ona yazılan səslər də bizdən götürülüb. Sadəcə, o, debatlarda bir az maraqlı çıxış edirdi, nazirləri və bəzi məmurları söyürdü. Amma bu o qədər də səs gətirməz. Sadəcə olaraq, əhaliyə onun çıxışları gülmək üçün maraqlı gəlirdi. Vətəndaş onun problemlərini qaldıran, bu problemləri həll etmək imkanı olan şəxsə səs verir. Amma Hafiz Hacıyevin sözünün başı da, ayağı da ”qardaşım" idi, deyirdi ki, qardaşımla mənim fərqim yoxdur, hansımıza istəsəniz səs verin. Deməli, qardaşın birinci yerə çıxıb, sən də orada yoxsan. Burada başqa nə ola bilər? Sənin də seçicilərin başqasına səs verib. Qohumların, sənə yaxın olanlar insanlar dediyin şəxsə səs veriblər, bundan artıq daha nə istəyirsən? İkinci, üçüncü yerdə özünü görməklə şitini çıxarma".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanla bağlı qərar bu maşında verilib? - AKTUAL
Dünən, 18:08 |
|
|
|
• "Tanımayanın sözü mənim yolumu dəyişməz"
Dünən, 18:06 |
|
|
|
• Rusiya ya qatildir, ya yox!? Seçim Moskvanındır! - Mir Şahinin YAZISI
Dünən, 17:49 |
|
|
|
• Azərbaycandan sonra növbə Özbəkistanındır - Rusiya dayanmayacaq...
Dünən, 17:47 |
|
|
|
• Azərbaycanda ət niyə bahalaşır? - Mühüm səbəblər
Dünən, 17:43 |
|
|
|
• "O hər zaman mənim qəlbimdə yaşayır"
Dünən, 12:37 |
|
|
|
• Ukrayna “Maşa və Ayı”nı qadağan edir: bəs biz uşaqlarımızı "Ayı"dan necə qoruyaq? - VACİBDİRMİ?
Dünən, 12:35 |
|
|
|
• MƏKTƏB YÜKÜ... - və yüklənən ana-ata...
Dünən, 12:33 |
|
|
|
• “Kreml Rusiyada yaşayan azərbaycanlılara qarşı zorakılıq və təzyiqləri dayandırmalıdır” - ÇÜNKİ...
Dünən, 12:28 |
|
|
|
• Cənab Mikayılovun nəyinə lazımdır QANUN-MANUN.. - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:26 |
|
|
|
• Lavrov bu ölkədə çimərliyə getdi, PUA-lar... - Zaxarova
Dünən, 12:14 |
|
|
|
• Hüseynbala Mirələmov uzun fasilədən sonra DANIŞDI - "Zəng edib razılığımı alanda dedim ki.."
Dünən, 12:12 |
|
|
|
• BP-nin qrantı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bahalı alış-veriş...
Dünən, 12:09 |
|
|
|
• Azərbaycanda quş əti ilə özünütəminat səviyyəsi kəskin azaldı - "Qanunvericiliyi bəhanə edən yerli icra hakimiyyətləri buna imkan vermir"
Dünən, 12:02 |
|
|
|
• "Moskva bu perspektivi özü üçün strateji risk kimi qiymətləndirir" - deputat
Dünən, 11:59 |
|
|
|
• Növbəti delimitasiya prosesi Zəngilan-Mehri istiqamətindən BAŞLAYA BİLƏR - AKTUAL
Dünən, 11:57 |
|
|
|
• "Hazırlıqlar gedir, böyük amnistiya gözləyirik" - MÜHÜM AÇIQLAMA
Dünən, 11:54 |
|
|
|
• İnsanların gəlirləri getdikcə azalır, kredit borcları isə artır - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:51 |
|
|
|
• Heydər Babayev bütün biznesini bu ölkəyə köçürdü - TƏFƏRRÜAT
Dünən, 11:47 |
|
|
|
• İranın “yaxşı polis - pis polis” OYUNU - NƏ ETMƏLİ?
Dünən, 07:27 |
|
|
|
• Putinin Trampla dialoqu təqdir edilir - Peskov
Dünən, 07:25 |
|
|
|
• Putini ilhamlandıran davranış: Əvvəl təşəkkür etdi, sonra meydan oxudu - Görünəni odur ki...
Dünən, 07:23 |
|
|
|
• Zəngəzur dəhlizi geo-iqtisadi strategiyadır - deputat
Dünən, 07:21 |
|
|
|
• Rusiya bizə möhtacdır: BİZ ONLARA YOX... - AKTUAL
Dünən, 07:18 |
|
|
|
• Bank of Baku” reklamdakı vədlərə əməl etmir? - NARAZILIQ VAR...
Dünən, 07:10 |
|
|
|
• Paşinyan ağır imtahan qarşısında - NƏ BAŞ VERİR?
Dünən, 07:06 |
|
|
|
• Bilgəhdə “Happy Days” restoranında müştəriləri belə aldadırlar - FOTOFAKT
Dünən, 07:04 |
|
|
|
• Tələbələrə DÖVLƏT QAYĞISI adı altında TƏLƏ... - İLGİNC FAKTLAR
Dünən, 07:01 |
|
|
|
• Bu məmurlar İXTİSARA SALINIR... - SİYAHI
Dünən, 06:49 |
|
|
|
• Kərə yağı adı altında xalqa nə satılır? - SENSASİON AÇIQLAMA
Dünən, 06:35 |
|
|
|
• Transxəzər boru kəmərini reallaşdırmaq üçün bundan yaxşı şans yoxdur - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:30 |
|
|
|
• "Özgüvəniniz olsa, artıq çəki dərd deyil..." - FOTO
Dünən, 06:26 |
|
|
|
• Ruslar ermənilərdən də böyük xəstəliyə yoluxub - FAKT BUDUR!
Dünən, 06:23 |
|
|
|
• Moskvanın baş naziri devirmək planları baş tutmayacaq - ÇÜNKİ...
6-09-2025, 23:19 |
|
|
|
• Sərdar Cəlaloğlu haqda ŞOK İDDİA: Dəlixanaya yerləşdirilib? – AÇIQLAMA
6-09-2025, 23:16 |
|
|
|
• Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir - Başqa cür ola da bilməz...
6-09-2025, 11:51 |
|
|
|
• Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib
6-09-2025, 11:48 |
|
|
|
• Rusiya ermənilərinin lideri: - Bakıdan növbəti qələbə...
6-09-2025, 11:45 |
|
|
|
• "Gərək alternativ yollardan istifadə edək..."
6-09-2025, 11:37 |
|
|
|
• Putin Azərbaycana heyət göndərir - Kremlin şərti var, Bakı isə...
6-09-2025, 11:07 |
|
|
|
• “Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin - Qiymətini açıqladı
6-09-2025, 11:05 |
|
|
|
• AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? - AKTUAL
6-09-2025, 10:59 |
|
|
|
• Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı
6-09-2025, 10:53 |
|
|
|
• Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... - ETİRAZ VAR...
6-09-2025, 10:39 |
|
|
|
• Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... - Övladdan nəvə...
6-09-2025, 10:30 |
|
|
|
• HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib - VİDEO
6-09-2025, 10:16 |
|
|
|
• Şadlıq sarayları əhaliyə “toy tutur” - məcburi menyu problemi
6-09-2025, 10:14 |
|
|
|
• Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? - HƏQİQƏTƏN DƏ...
6-09-2025, 10:11 |
|
|
|
• Rasim Balayevin səhhətində problem yarandı
6-09-2025, 10:05 |
|
|
|
• Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib - KİV
6-09-2025, 09:56 |
|
|
|
|