"Ənənəvi müxalifətin atdığı addımlara ya qoşulmadıq, ya da bununla razılaşmadıq"
Tarix: 12-04-2018, 08:20 | Çap et
Aprelin 7-8-də keçirdiyi qurultayla partiyaya çevrilən REAL hərəkatı ətrafında sosial şəbəkələrdə bəzi müzakirələr gedir. Qurumun ənənəvi müxalifətdən fərqli olmayacağı bildirilir. Eyni zamanda hakimiyyətin REAL vasitəsilə yeni müxalifət qurmaq istədiyi barədə iddialar səslənməkdədir.
Bu və ya digər məsələlərlə bağlı REAL-ın icraçı katibi Natiq Cəfərli ilə söhbət etdik.
- Natiq bəy, REAL-ın ənənəvi müxalifətdən heç bir fərqinin olmayacağı deyilir...
- Ənənəvi müxalifətin metodları və onların bu günə qədər atdıqları addımlarla razılaşsaydıq, o yolla getsəydik, yeni partiyanın qurulmasına nə ehtiyac var idi? Mövcud olduğumuz 9 ildə dəfələrlə digər partiyalardan təkliflər almışıq, elçilik də ediblər, dəvət də. Bunun qarşılığında onların hər hansı birində fəaliyyətimizi davam etdirə bilərdik. Atacağımız addımları, görəcəyimiz işləri görmədən indidən belə bir münasibət sərgiləmək anlaşılan deyil. Son 9 ildəki fəaliyyətimizlə çox şeyi sübut etmişik. Ənənəvi müxalifətin atdığı addımlara ya qoşulmadıq, ya da bununla razılaşmadıq. Hətta onları tənqid etdiyimiz hallar da oldu. Milli Şuranın qurulmasından başlayaraq, son mitinqlərə qədər bir çox əks mövqelərimiz oldu. REAL yeganə müxalif qurumdur ki, artıq beş ildir elan etdiyi proqramlar sənədi var. 70 səhifəlik sənəddə ölkənin bütün istiqamətləri orada qeyd olunub. Hətta hökumət beş il öncə yazdığımız bəzi məsələlərin həyata keçirilməsində müəyyən addımlar atıb. Məsələn, beş il qabaq Milli Təhlükəsizlik Nazirliyinin siyasi qurum kimi fəaliyyət göstərməsinin düzgün olmadığını və onun iki quruma ayrılmasının vacibliyini qeyd etmişdik.
Bir müddət sonra bu, baş verdi və proqram sənədlərimizdə nə yazılmışdısa, o da oldu. Regional təhsil və səhiyyə idarələrinin yaradılmasını daha doğru olduğunu yazmışdıq, bununla bağlı da müəyyən addımlar atıldı. Digər sahələrdə də yazdıqlarımızdan yararlanma halları olub. İlk günlərdən elan etmişik ki, parlament sistemli siyasi qurum, yəni parlament partiyası yaradacağıq. Kütləvi üzvlüyə önəm verməyəcəyimizi elan etmişik. Formal olaraq kiminsə ərizə yazması önəmli deyil. Bu istiqamətdə də digər partiyalardan ciddi fərqimiz var. İlk gündən ölkədə siyasi dil və üslubun dəyişməsinə, yeni terminlərin, tezislərin və ideoloji diskussiyaların qurulmasına çalışmışıq. Bütün bunlara müəyyən qədər nail də olmuşduq. İstənilən sahəni götürün, o sahədə atdığımız addımlarla sübut etmişik ki, yeni bir yanaşma, düşüncə gətirməyə çalışırıq.
Azərbaycanda yeni nəsil yetişib. Bunu, çox təəssüf ki, nə iqtidar, nə də ənənəvi müxalifət anlamır. Müstəqillik illərindən başlayaraq, anadan olanların artıq 26-27 yaşı var. Onlar iş-güc, ailə sahibi olublar. Bu gənclər üçün tamam fərqli Azərbaycan baxışları var. Bu gənclərin siyasi tərcüməçisinə çevrilməyə çalışmışıq. Bir çox hallarda məqsədlərimizə nail olmuşuq. Səhvlərimizin olmadığını demək düzgün olmazdı. Səhvsiz nə təşkilat, nə də insan var. Çalışmışıq ki, etdiyimiz səhvlərdən nəticə çıxaraq, sonrakı fəaliyyətimizdə bunları təkrarlamayaq. Partiyamızda daxili demokratiya mövcuddur. Bu partiyanın bir şəxsin olmadığını dəfələrlə vurğulamışıq. İlqar Məmmədov hazırda partiyanın sədridir. Amma istənilən müzakirədə onun bir səsi var. Dəfələrlə olub ki, İlqar Məmmədov həbsdə olmasına baxmayaraq, onun verdiyi təkliflər İdarə Heyətində səsvermədən keçməyib.
- Siz indi demək istəyirsiniz ki, ölkəmizdə siyasi partiyalar şəxslər üzərində qurulub?
- Hansısa partiyada sədr təklif verir, onun əleyhinə çıxırlar? Belə bir fakt yoxdur. REAL olaraq artıq bu ənənəni yaratmışıq. REAL bir və ya bir neçə şəxsin təşkilatı olmaqdan çoxdan çıxıb. Bu, artıq ideoloji bir formaya çevrilib.
- Qurultaydan sonrakı əsas ittihamlardan biri də odur ki, hakimiyyət REAL-ın fonunda yeni müxalifət qurur...
- Bu hakimiyyət REAL-ın fonunda yeni bir müxalifət qurmağa cəhd etsəydi, sədrimizi beş ildən çoxdur niyə həbsdə saxlayır? Bir neçə ay saxlayıb azad edə bilərdi. Belə ittihamları az eşitməmişik. İqtidarın nə fikirləşdiyi bizi maraqlandırmır. Ola bilər ki, hakimiyyətin bizdən yeni müxalifət yaratmaq istəyi olsun. Əgər onlarda bu düşüncəsi olsaydı ki, ölkədə normal iqtidar-müxalifət münasibətləri formalaşsın, bu, çox yaxşı olardı. REAL normal siyasi dil və üslubun ölkədə formalaşmasının daim tərəfdarı olub. İqtidarın belə bir fikri varsa, bunun bizə dəxli yoxdur axı. Biz, sadəcə, düşmənçilik üzərində qurulan siyasətin əleyhinəyik. Nifrət üzərində siyasət mövcud olmamalıdır. İqtidarın içərisində də bizim düşüncədə olanlar varsa, bu, çox yaxşıdır. Bunun ölkəyə heç bir ziyanı yoxdur.
- Amma ənənəvi müxalifət sizlər kimi düşünmür. İqtidar kimi müxalif düşərgədə rəqibinə münasibətdə nifrətə köklənib. Ola bilərmi ki, sizlərin bu münasibəti REAL barədə belə ittihamlara, düşüncələrə yol açır?
- Qeyd etdikləriniz ola da bilər. Belə fikirlərin dolaşması bizdən qaynaqlanmırsa, heç kimin ağzını bağlaya bilmərik. Heç kimin fikirlərini nəzarət altına almaq düşüncəsindən də çox uzağıq. Amma söhbət sərt üslubdan gedirsə, çox təəssüf ki, ənənəvi müxalifət problemi şəxslərdə görür. Onlar düşünürlər ki, başqa prezident, nazir, yaxud digər məmur olsa, hər şey dəyişəcək. Anlamırlar ki, bu, şəxslərlə bağlı problem deyil. Bu, sistem problemidir. Bunun dəyişməsinə, yeni idarəçilik sisteminin formalaşmasına çalışmalıyıq. Şəxslərin dəyişməsi məsələnin önəmli tərəfi deyil.
Son zamanlar ölkədə bir neçə nazir dəyişdi, o nazirliklərdə ciddi dəyişiklərin şahidi olduqmu? Ənənəvi müxalifətin əsas səhvlərindən biri də şəxslərə fokslanmalarıdır. Çünki partiyaların özləri də şəxslər üzərində qurulub. Müstəqillik illərinə baxsaq görərik ki, Azərbaycanda 90-cı illərdə qurulan partiyaların bəziləri, ümumiyyətlə, sıradan çıxıblar, heç kimin yadına da düşmürlər. İndi ayaqda duran partiyalara da diqqət yetirsək, 2000-ci illərdə daha güclü olduqlarını görərik, indi isə getdikcə daha da zəifləyirlər. Bunun səbəblərini tək basqılarda, həbslərdə, hökumətin atdığı addımlarda görmək yanlışdır. Demokratik olmayan ölkələrdə hakimiyyətlər yerində qalmaq üçün təzyiq və digər yollardan istifadə edirlər. Amma son illərin bütün uğursuzluqlarını tək bununla izah etmək doğru deyil. Deməli, insanlara başqa üsullar, yaxşının necə olacağını çatdırmaq lazımdır. Cəmiyyətimiz çox praqmatikdir. Hər kəs problemləri bilir, lakin yaxşının necə olacağını heç kəs təqdim etmədiyi üçün bu cür durum yaranıb. Ancaq ümumi sözlərlə çıxış ediblər. Bizlərin məqsədləri odur ki, ümidləri bərpa edək. Yaxşının necə olacağını göstərmədiyimiz sürəcdə insanlar siyasətdən kənarda qalacaqlar.
- Yeni müxalifət ittihamını üzərindən atmaq üçün nələr etməyi düşünürsünüz?
- Bu ittihamları səsləndirənlər bunu əsaslandıra bilmirlərsə, biz niyə müdafiə mövqeyinə çəkilib deməliyik ki, bu belə deyil? Bizim belə bir dərdimiz də yoxdur. Kimsə ittihamlar səsləndirirsə, sübutları olmalıdır. Ən böyük sübutlardan biri budur ki, bir siyasi təşkilatın sədri beş ildən çoxdur ki, həbsdədir. Bu hər şeyi deyir.
- İlqar Məmmədova qarşı hakimiyyət tərəfindən bu cür münasibətin sərgilənməsinin arxasında onun və REAL-ın populyarlıq qazanması niyyətinin olduğu da iddia edilir...
- Bəy, bu, beş il olmur axı. Bir il, yaxud uzağı iki il olardı. Əgər belə olsaydı, bu ittihamları səsləndirənləri haradasa başa düşərdik. Beş il bir insan ömrünün az qala 10%-idir. Bir insanın ömründən beş il alıb, onu liderə çeviririk demək absurddur. İnsanların həyatı ilə belə oynamaq mümkün də deyil.
- REAL-ın son beş ildə güclənməsinə ən çox sədrin həbsdə olması göstərilir. Belə fikirlər də var ki, İlqar Məmmədov azadlığa çıxandan sonra bu prosesin qarşısı alınacaq...
- Gələcəklə bağlı indidən bir söz demək çətindir. Təbii ki, İlqar Məmmədovun həbsdə olması onun və təşkilatın populyarlığını xeyli artırdı. Bu populyarlıq həm də məsuliyyət deməkdir. Bunu yaxşı anlayırıq. Gözləntilərin şişməsi heç də yaxşı deyil. Əksinə, biz çalışmışıq ki, gözləntiləri aşağı salaq. Çünki şişən gözləntilər həyata keçməyəndə xəyal qırıqlığına gətirib çıxarır. Bizə asılı olmayan səbəblərdən də bu gözləntilər cəmiyyət daxilində şişib. İlqar həbsdən çıxdıqdan sonra bizim üçün daha məsuliyyətli, ağır bir dövr başlayacaq, məsuliyyətimiz daha da artacaq. Çalışacağıq ki, gözləntilərin aradan qalxmasına imkan verməyək. Ən azından bu gözləntiləri idarə etməyə çalışacağıq. Bunu nə qədər bacaracağıq, zaman göstərəcək.
- İ.Məmmədov azadlığa çıxdıqdan sonra bu, REAL-ın populyarlığını artıracaq, yoxsa əksi baş verəcək?
- Hər şey İlqarın və təşkilatın atacağı addımlardan asılı olacaq. Belə bir risklər var ki, REAL-ın populyarlığının böyük bir hissəsi İlqarın həbsinin üzərində qurulubsa, o, azadlığa çıxdıqdan sonra bu populyarlığın azalma trendinə keçmə ehtimalları var. Bunu öz aramızda da daim müzakirə edirik. Çalışacağıq ki, İlqar azad olunduqdan sonra onun verdiyi mesajlar və təşkilatın atacağı addımlarla ölkənin ən güclü müxalif qurumuna çevrilək.
- Qarşıdakı ayda İlqar Məmmədovun azadlığa çıxacağı, nəhayət, reallaşacaqmı?
- Biz buna çox ümid edirik. May ayında Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana verdiyi son üç aylıq müddət də bitir. Prezident seçkilərindən sonra may ayında siyasi məhbuslar probleminin aradan qaldırılması üçün böyük addımların atılacağına ümidliyik. Siyasi məhbus ayıbından birdəfəlik qurtarmaq lazımdır. Ölkəmiz üçün bu, çox vacibdir.
- Diqqət etdim, fikirlərinizdə ən çox ənənəvi müxalifətə kökləndiniz. Gələcəkdə REAL-ı bu qüvvələrlə bir yerdə görsək necə?
- Biz həmişə bəyan etmişik ki, qapımız bizim tezisləri, proqramları qəbul edən istənilən siyasi təşkilatla dialoqa hazırdır. Bunları bağlı qapılar arxasında etmək düşüncəsindən hər zaman uzaq olmuşuq. Qapımız hətta iqtidara yaxın olan siyasi qurumlara belə açıqdır. Əsas problem odur ki, ənənəvi müxalifətin atdığı addımları öncədən hakimiyyət hesablaya bilir. Nəticədə də əks tədbirləri iqtidar çox effektli görür. Bu səbəbdən də ölkədə ciddi siyasi proses getmir. Bu ənənəni sındırmağa çalışmalıyıq. İstənilən güclü ölkənin peşəkar müxalifəti olmalıdır. Yaxın zamanlarda buna doğru ölkədə müsbət dəyişikliklərin olacağını düşünürəm. Buna iqtidar və müxalifət daxilində hazır olmayan insanlar kifayət qədər çoxdur. Bu baxımdan bir çox siyasi qüvvələrin proseslərdən kənarda qalacağına tam əminəm. Ciddi ideoloji disbut yaransa, bir çox insanlar proseslərə seyrçi qalacaqlar.
- Son sualım, hərəkat kimi fəaliyyət göstərmək asandır, yoxsa partiya kimi?
- Bir neçə gündür ki, partiyaya çevrilmişik. Əslində hərəkat kimi fəaliyyət göstərəndə gələcəkdə qurulacaq partiyanın formatına uyğun təsisatlarımızı qururduq. Biz bilirdik ki, günün birində bu, baş verəcək. Hərəkat kimi fəaliyyətin asan olduğunu deyə bilmərəm, amma elə daha çevik idi. Çünki hərəkatda müxtəlif fikirli şəxslərin olması normal sayılır. Partiya daha çox ideoloji çərçivədədir. Partiyanın daha ciddi, intizamlı bir fəaliyyət növü olduğunu yaxşı anlayırıq. Bunun üçün partiya kimi fəaliyyətin çətin olacağını bilirik. Amma məsuliyyətli və effektiv olacağımıza inanıram. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Masallıda 11 il əvvəl evə qara maska ilə silahlı basqın edən şəxslər tutulub
Bu gün, 11:42 |
|
|
|
• “Xanımların işlə təmin edilməsi” adı altında 57 nəfəri aldatmaqda şübhəli bilinən şəxs saxlanılıb
Bu gün, 11:31 |
|
|
|
• Ukrayna şirkətləri Rusiyaya kömək ediblər
Bu gün, 11:30 |
|
|
|
• “Unibank”ın depozitləri son üç ayda 27 mln. manat azalıb - TƏFƏRRÜAT
Bu gün, 11:27 |
|
|
|
• Astarada SARAYDAXİLİ ÇƏKİŞMƏ... - Qəzənfər Ağayev BACARMADI...
Bu gün, 11:21 |
|
|
|
• Azneft dairəsinə "protiv" girən "Galenwagen" sürücüsü kimdir? - 90-TH-222...
Bu gün, 11:18 |
|
|
|
• Bakıda narkotiklərə qarşı əməliyyatlar keçirib - 20 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Bu gün, 11:14 |
|
|
|
• Paşinyan bu dəfə işə metro ilə getdi və əlil vətəndaşlarla... - "Velosiped havası deyil..."
Bu gün, 11:11 |
|
|
|
• 92 minlik dələduzluğa görə həbs edilən şəxsin işi Ali Məhkəmədə
Bu gün, 11:09 |
|
|
|
• "Səsini çıxaranları təhdid edirlər..." - Culfa sakinləri PROBLEM İÇİNDƏ...
Bu gün, 11:06 |
|
|
|
• “Balakhani Operating Company LTD” Sabunçu sakinlərinə qan uddurur - BU NƏDİ BELƏ?..
Bu gün, 11:01 |
|
|
|
• Əlyazmalar İnstitutunun direktoru kimdir: Teymur Kərimli, yoxsa Gülbəniz Babaxanlı? - İLGİNC İDDİALAR
Bu gün, 10:59 |
|
|
|
• Qərbin təzyiqləri Gürcüstanı "3+3"ə gətirə bilərmi? - İNCƏLƏMƏ
Bu gün, 10:54 |
|
|
|
• Tehranla dəhliz planları baş tutmadı: Bakının hədəfini açıqladılar - “Respublika Meydanı”
Bu gün, 10:53 |
|
|
|
• Bakının milyon manatlıq torpaqları: Onları kimlər alır? - FOTO
Bu gün, 10:44 |
|
|
|
• Qonşuluqda inqilab söhbətləri: Hökumət də “yox” deyir, müxalifət də - NƏ BAŞ VERİR?
Bu gün, 10:42 |
|
|
|
• "Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər" - deputat
Bu gün, 10:37 |
|
|
|
• "Çimnaz bir çoxları kimi maskalanmamışdı"
Bu gün, 10:35 |
|
|
|
• "Məktəbli övladımı küçə itlərinin əhatəsindən güclə qurtarmışam..." - NARAZILIQ VAR...
Bu gün, 10:29 |
|
|
|
• "Binə məktəblərinə SÜRGÜN YERİ kimi baxılmasına son qoyulsun..." - ETİRAZ VAR...
Bu gün, 10:21 |
|
|
|
• "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzinin 90 minlik tenderi LƏĞV OLUNDU
Bu gün, 10:12 |
|
|
|
• ŞİRİNBƏYLİNİN EVİNDƏN 244 MİNLİK QIZIL OĞURLANIB - Sədr müavini vəzifəsində çalışır
Bu gün, 10:08 |
|
|
|
• Ermənistandan mesaj: “Bu ərazilər Azərbaycana qaytarılacaq” - “Hraparak”
Bu gün, 10:05 |
|
|
|
• Rubio bizimlə DİL TAPACAQMI? - YOXSA?..
Bu gün, 10:02 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya düşdüyü yerdən görün nə tapıldı - SAHİBİ AXTARILIR
Bu gün, 09:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
Bu gün, 09:42 |
|
|
|
• Tramp digər ölkələrə yardım proqramlarını 90 gün müddətinə dayandırıb - AP
Bu gün, 09:41 |
|
|
|
• İmişlidə qəza şəraiti yaradan 17 yaşlı sürücü HƏBS OLUNDU - İbtidai istintaq davam etdirilir...
Bu gün, 09:33 |
|
|
|
• Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı - TƏFƏRRÜAT
Bu gün, 09:30 |
|
|
|
• Mərkəzi Bank bu il ilk dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
Bu gün, 09:28 |
|
|
|
• Trampın Azərbaycan və dünya siyasəti necə olacaq? - Yeni planlarla qayıtdı
Bu gün, 09:11 |
|
|
|
• Yezidi kürdlərin ağsaqqalı Həsənovun səhhəti kəskin pisləşdi... - Əməliyyat olundu...
Bu gün, 09:09 |
|
|
|
• Tramp bunu dəstəkləyir: Azərbaycanda maraq artacaq - İLGİNC...
Bu gün, 09:07 |
|
|
|
• Bu boyda vurhavuru görmürlər... YOXSA GÖZ YUMURLAR? - BU NƏDİ BELƏ?..
Bu gün, 09:03 |
|
|
|
• Diqqət! Kartından pulu oğurlananlar oxusun... – Banklar bu addıma hazırlaşır
Bu gün, 08:59 |
|
|
|
• Günay Yelmarqızına ağır itki
Bu gün, 08:55 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxsin qızı faciəli şəkildə öldü - FOTO
Bu gün, 08:51 |
|
|
|
• Ziya Məmmədovun SƏDAQƏTLİ ŞƏYİRDLƏRİ... - Ənənəyə sadiqdirlər...
Bu gün, 08:46 |
|
|
|
• Bu halda əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi? - Ekspert danışır...
Bu gün, 08:30 |
|
|
|
• Ayınin min oyunu bir armudun başında... - Təki pul qoparsınlar...
Bu gün, 08:24 |
|
|
|
• Tramp fərmanla Meksika körfəzinin adını Amerika körfəzi adlandırıb
Bu gün, 08:14 |
|
|
|
• Daun xəstəsi olan uşağı sağlam çıxarırlar... - GİLEY
Bu gün, 08:12 |
|
|
|
• Yeni dünya düzəninin konturları... AÇIQLANDI
Bu gün, 08:07 |
|
|
|
• İrəvanın imzaladığı sənəddə gizlədilən detal: Qafqaz planı işə salındı - GƏLİŞMƏ
Bu gün, 07:14 |
|
|
|
• ABŞ tarixinin nadir andiçməsi: Tramp nələr vəd etdi? - AKTUAL
Bu gün, 07:10 |
|
|
|
• Tezliklə Putinlə görüşəcəyəm - Tramp
Bu gün, 07:08 |
|
|
|
• ABŞ bundan danışır: - Tramp İncilə toxunmadan and içdi
Bu gün, 06:22 |
|
|
|
• Xırdalanda təhsili bazara çeviriblər - İTTİHAM VAR...
Bu gün, 06:17 |
|
|
|
• Lavrov və Mirzoyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edəcəklər
Bu gün, 06:06 |
|
|
|
• Tanınmış plastik cərrahın qətlinin DETALLARI: - Əri xadimə ilə xəyanət edib
Bu gün, 06:04 |
|
|
|
|