Ermənistan, Hindistan və İran nəqliyyat əlaqələri üçün üçtərəfli dialoq aparacaq .....                     Son 10 ildə Sumqayıtda şəhər təsərrüfatı sahəsində görülən işlər sosial rifaha xidmət edir .....                     SEPAH-ın Azərbaycana “Pakistan döyüşçüləri” böhtanı .....                     Bakı və İrəvanda görüş etimad mühitini gücləndirə bilər .....                     Özümü qəti təqsirli saymıram .....                     Türkiyənin xüsusi nümayəndəsi görüş üçün Ermənistana gedəcək .....                     Müharibəyə hazırlaşan Qərb .....                     “Paşinyan Allahın Bakı və Ankaraya hədiyyəsidir” .....                     Erməni cəmiyyəti sülhün vacib olduğunu qəbul edir .....                     Çarın qorxusu və: .....                     Türkiyə ilə sərhədləri açmağa hazırıq .....                     Avropada və Azərbaycanda minimum əməkhaqqı nə qədərdir? .....                     Səfərovun məhkəməsi: .....                     Talıbovdan sonra Naxçıvanda kənd təsərrüfatı “çöküb”? .....                     Bu tikiş şirkətinin 1,5 milyon manat vergi borcu üzə çıxdı .....                     Heydər Babayevin sərvəti əlindən alınır? .....                     “Deyirlər guya ölürəm, danışa bilmirəm...” .....                     Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı .....                     Santuş AFFA-dan təzminat tələb edir .....                     Fernandu Santuş Azərbaycana təşəkkür edib .....                     Ermənistanda siyasi partiyalar hansı resursla seçkiyə gedir? .....                     Balaxanıda sənəd dələduzluğu: .....                     Qurban Qurbanov Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi gətiriləcək? .....                     Pezeşkian ABŞ-yə səfər edəcək .....                     Ekologiyanı pulla çirkləndirənlər: ETSN-də rüşvət qalmaqalı .....                     AFFA Santuşa 12 milyon təzminat verəcək? .....                     “İnqilab olmayacaq” .....                     Cənubi Qafqazla bağlı prioritetimiz dəyişməyib .....                     “JOY TOUR” və “JOY TRAVEL” şirkəti 20-dən çox şəxsi aldatmaqda ittiham olunur, təsisçi həbs edilib .....                     Santuşun yerinə Pantuşu gətirəcəklər .....                     Rus generalın qətlində şok isim: .....                     Mülayim şərq küləyi əsəcək .....                     “Azərbaycanda Rusiyanın agentləri və casus şəbəkələri var” .....                     Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr .....                     “Planet Parni iz Baku”nun aktyoru oğluna toy etdi .....                     “OPEK”in yeni qərarı Azərbaycanın neft gəlirlərini azaldacaq? .....                     "Yalnız varlanmaqla məşğul olublar" .....                     Əhəd Abıyev .....                     201 saylı məktəb: SUYU KƏNARDAN BULANDIRAN VAR İMİŞ... .....                     Bu gün işdən çıxarılan direktora yeni vəzifə verildi .....                 

“Azərbaycan iqtidarını mitinqlərlə qorxutmaq mümkün deyil” - deputat
Tarix: 3-04-2018, 08:47 | Çap et
“Azərbaycan iqtidarını mitinqlərlə qorxutmaq mümkün deyil”
Azərbaycanda 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkiləri öncəsi Milli Şura və Müsavat artıq iki etiraz mitinqi keçirib. Martın 10-u və 31-də keçirilən bu aksiyalardan hakimiyyətin çəkinib-çəkinmədiyi barədə birmənalı fikir yoxdur.

Doğrudur, iqtidara yaxın mətbu orqanlar bu aksiyalara sərt tənqidi ruhdan yazılar həsr edir. Bu da daha çox hakimiyyətin aksiyalardan ehtiyat etməsi kimi qələmə verilir. İqtidar rəsmiləri isə Milli Şura və Müsavatın aksiyalarının əhəmiyyətsiz olduğunu qeyd edirlər. Müxalif düşərgənin də bu məsələyə münasibəti birmənalı deyil.

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov bu mitinqlərdən qətiyyən çəkinmədiklərini söylədi: “Aksiyaları təşkil edənlərin özləri də yaxşı bilirlər ki, bunlar varlıqlarını yada salmaq üçündür. Bunların sosial bazaları o qədər zəifdir ki, insanların yaddaşlarından çıxırlar. Görürlər, Azərbaycanda prezident seçkiləri ilə bağlı mühit çox demokratik, şəffafdır, kifayət qədər şəxs namizədliyini irəli sürüb, onlara geniş imkanlar yaradılıb, onlar da kənarda qaldıqlarını görüb, özlərini yada salmaq istəyirlər. Əgər sizlər var idinizsə, o zaman namizədliyinizi irəli sürərdiniz. Qrant almaq, müxalifət imici qazanmaq üçün meydana çıxırsınız. Bu cür vəziyyətdə onların aksiyaları niyə bizi narahat etməlidir? Əgər bunların güclü sosial bazaları olsaydı, seçkilərə qatılsaydılar, onları dəstəkləyənlərin sayı barmaq hesabı deyil, bir qədər çox olsaydı, o zaman haradasa düşünmək olardı ki, bəlkə bunlar bizə rəqibdir. Onlar iqtidar üçün heç mininci sırada dayanan rəqib deyillər. 31 mart faciə günümüzdür, bu gündə mitinq keçirməyin yeri yox idi. Onlar qəsdən mitinq gününü 31 marta saldılar ki, iqtidar dediklərimi nəzərə alıb onlara icazə verməsin. Onlar da desinlər ki, sərbəst toplaşmaq hüququmuz pozuldu. Bütün bunların hamısı oyunbazlıqdır. Bu cür oyunlarla Azərbaycan iqtidarını qorxutmaq mümkün deyil. Çünki hakimiyyəti bütün xalq dəstəkləyir.

Bu günlərdə keçirilən sorğular da göstərdi ki, iqtidarın, Yeni Azərbaycan Partiyasının nümayəndəsi hamıdan çox səs toplayacaq. Mənim özüm də YAP tərəfindən bu görüşlərdə iştirak edirəm, insanlarla birbaşa təmasdayam. Hamı yetkinliklə səsini kimə verəcəyini müəyyənləşdirib. Buna görə heç kimdən, heç bir qüvvədən çəkinmirik. İqtidara yaxın mətbuat orqanlarında o mitinqlər barədə yazıların dərc olunmasına gəlincə, deyə bilərəm ki, bizim mətbuatda o mitinqlərlə bağlı yazılara heç bir yer verilmir. Amma informasiyanın biri də odur ki, ”Məhsul" stadionunda icazəli mitinq keçirilir. Hər bir mətbuat orqanı da sərbəstdir, istəsə o barədə yazılar verə bilər. Hər halda, o aksiyalar barədə müsbət nəsə demək mümkün deyil. Əvvəla, matəm günündə mitinq keçirilib, digər tərəfdən nə gücləri var ki, onların işindən bəh-bəhlə danışılsın? Dedikləri də insanların düşüncələrindən tam uzaq olan, 90-cı illərdən gələn sözlərdir. Bir var, qısa xəbər verəsən, biri də var ki, informasiya təqdim edəsən. İnformasiya verəndə isə istər-istəməz jurnalistin özünün də o məsələyə münasibəti həmin yazıda görünür. Münasibət də odur ki, bu mitinq deyil, şoudur".

AMİP katibi Əli Orucov yer aldıqları düşərgənin bir kəsiminin keçirdiyi bu aksiyaların hakimiyyət üçün təhlükəli olmadığını düşünür: “İqtidar islahatları kimdənsə, hansısa düşərgədən çəkinməsinə görə aparmamalıdır. Bunu dövlətin möhkəmləndirilməsinə və inkişafına görə həyata keçirməlidir. Məncə, ağıllı iqtidarlar inkişafa mane olan halları müəyyən edib qısa zaman kəsiyində aradan qaldıra bilirsə, həmin iqtidarların ömürləri uzun, xalqdan aldıqları dəstək də güclü olur. Bunun əksi isə hakimiyyətləri zəiflədir, onu və dövləti təhlükəli nəticələrə sürükləyir. Müxalifətin keçirdiyi aksiyalar təhlükəli deyil. Çünki son zamanlar keçirilən mitinqlər bir daha sübut etdi ki, protest çoxluq kütləvi aksiyalara həvəs göstərmir. Bunun müəyyən səbəbləri var. Müxalifətin vitrinində demək olar xalqa təqdim edəcək heç nə yoxdur, nə alternativ proqram və layihələr, nə müasir idarəçilik, nə demokratik yanaşma, nə də kadrlar. Müxalifət bir sıra sahələrdə iqtidardan geri qalır. Üstün cəhətlərdən isə yerində və ağıllı istifadə edə bilmirlər. Ona görə də hakimiyyət müxalifət düşərgəsindən deyil, hakimiyyətdaxili müxalifət və mübarizədən çəkinir. Hakimiyyətdaxili müxalifət və getdikcə şiddətlənən mübarizə daha təhlükəli və təsirlidir. Hakimiyyət bir tərəfdən idarəçilikdə islahatlara getməyin zəruriliyini anlayır, digər tərəfdən isə bu islahatlarla mühafizəkarlar tərəfindən törədilən ciddi əngəlləri aradan qaldırmağa, qısa zaman kəsiyində maneələri dəf etməyə risk etmir. Azərbaycan kimi ölkələrdə illərlə vəzifədə olan və şəbəkələşən, geniş inzibatı, iqtisadi və maliyyə resurslarına malik oliqarx məmurların maraqlarına toxunan hansısa islahatlar aparmaq və köklü dəyişikliklər etmək asan məsələ deyil. Bu, hətta o dərəcədə risklidir ki, hakimiyyətin varlığına belə ciddi təhdid yarada bilər. Bu baxımdan da hesab edirəm ki, hakimiyyət iki yoldan birini seçməlidir: seçkilərdən sonra ya mütərəqqi hakimiyyətdaxili və cəmiyyətin, o cümlədən demokratik düşərgənin dəstəyinə güvənib geniş və kardinal islahatlara, dəyişikliklərə getməlidir, ya da inkişafa və tərəqqiyə mane olan indiki oliqarx məmurlarla yoluna davam etməlidir. İqtidar siyasətini dəyişməsə, qarşıdakı illər onun üçün çox çətin və təlatümlü olacaq”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan, Hindistan və İran nəqliyyat əlaqələri üçün üçtərəfli dialoq aparacaq
Bu gün, 17:50
Son 10 ildə Sumqayıtda şəhər təsərrüfatı sahəsində görülən işlər sosial rifaha xidmət edir - FOTO
Bu gün, 16:33
SEPAH-ın Azərbaycana “Pakistan döyüşçüləri” böhtanı – Tehrandan ağlasığmaz iddialar
Bu gün, 16:29
Bakı və İrəvanda görüş etimad mühitini gücləndirə bilər - ONA GÖRƏ DƏ...
Bu gün, 16:27
Özümü qəti təqsirli saymıram – İlqar Mustafayev
Bu gün, 16:24
Türkiyənin xüsusi nümayəndəsi görüş üçün Ermənistana gedəcək
Bu gün, 16:21
Müharibəyə hazırlaşan Qərb - Rusiyanın elan olunmayan bloku
Bu gün, 16:19
“Paşinyan Allahın Bakı və Ankaraya hədiyyəsidir”
Bu gün, 16:01
Erməni cəmiyyəti sülhün vacib olduğunu qəbul edir -ŞƏRH
Bu gün, 16:00
Çarın qorxusu və: - 150 il yaşamaq istəyi
Bu gün, 15:55
Türkiyə ilə sərhədləri açmağa hazırıq - Rubinyan
Bu gün, 15:53
Avropada və Azərbaycanda minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 15:50
Səfərovun məhkəməsi: - vəkilin vəsatəti təmin edildi
Bu gün, 15:48
Talıbovdan sonra Naxçıvanda kənd təsərrüfatı “çöküb”? - BU DA FAKT!
Bu gün, 15:41
Bu tikiş şirkətinin 1,5 milyon manat vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 15:35
Heydər Babayevin sərvəti əlindən alınır? – Gerçəklər üzə çıxdı…
Bu gün, 15:30
“Deyirlər guya ölürəm, danışa bilmirəm...” – Lalə Şövkət
Bu gün, 15:26
Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı - VİDEO
Bu gün, 15:16
Santuş AFFA-dan təzminat tələb edir – ŞOK MƏBLƏĞ
Bu gün, 15:14
Fernandu Santuş Azərbaycana təşəkkür edib
Bu gün, 15:12
Ermənistanda siyasi partiyalar hansı resursla seçkiyə gedir? - AKTUAL
Bu gün, 15:04
Balaxanıda sənəd dələduzluğu: - Qonşu qonşunun 4000 manatını necə ələ keçirib?
Bu gün, 14:55
Qurban Qurbanov Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi gətiriləcək? - AÇIQLAMA
Bu gün, 13:53
Pezeşkian ABŞ-yə səfər edəcək
Bu gün, 13:09
Ekologiyanı pulla çirkləndirənlər: ETSN-də rüşvət qalmaqalı - BU NƏDİ BELƏ?..
Bu gün, 13:07
AFFA Santuşa 12 milyon təzminat verəcək? - Portuqaliyalı "Beşiktaş"dan da təzminat almışdı
Bu gün, 13:02
“İnqilab olmayacaq” - Kaxa Kaladze
Bu gün, 12:58
Cənubi Qafqazla bağlı prioritetimiz dəyişməyib - Rusiya xarici işlər naziri
Bu gün, 12:54
“JOY TOUR” və “JOY TRAVEL” şirkəti 20-dən çox şəxsi aldatmaqda ittiham olunur, təsisçi həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:52
Santuşun yerinə Pantuşu gətirəcəklər - Aqil Abbas
Bu gün, 12:47
Rus generalın qətlində şok isim: - Bakı ermənisi...
Bu gün, 12:45
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:39
“Azərbaycanda Rusiyanın agentləri və casus şəbəkələri var” - deputat
Bu gün, 12:35
Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr – Azərbaycan 7-cidir
Bu gün, 12:29
“Planet Parni iz Baku”nun aktyoru oğluna toy etdi
Bu gün, 12:16
“OPEK”in yeni qərarı Azərbaycanın neft gəlirlərini azaldacaq? - AÇIQLAMA
Bu gün, 12:12
"Yalnız varlanmaqla məşğul olublar" - Keçmiş deputatdan İTTİHAM
Bu gün, 12:08
Əhəd Abıyev HARALARDADI...
Bu gün, 12:05
201 saylı məktəb: SUYU KƏNARDAN BULANDIRAN VAR İMİŞ... - ŞOK SƏS YAZISI YAYILDI...
Bu gün, 12:00
Bu gün işdən çıxarılan direktora yeni vəzifə verildi - BU DƏFƏ...
Bu gün, 11:54
Bakıda geniş quruculuq-abadlıq işlərinə start verilib - FOTO
Bu gün, 11:42
"Belə absurd qərar olar?" - ETİRAZ
Bu gün, 11:40
Zaxarovanın Bakıdan istədiyi rusları Moskvada həbs gözləyir - FOTO
Bu gün, 11:27
ABŞ səfirliyinin müşaviri AZAL təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib - FOTO
Bu gün, 11:18
Paşinyan Azərbaycandan ABŞ-a şikayət edəcək?
Bu gün, 11:15
Ukraynanı üç hissəyə bölürlər - KİV
Bu gün, 11:13
Xalq artisti Sərdar Fərəcov reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 11:08
Rusiya FTX guya terror aktları planlaşdıran Azərbaycan vətəndaşının saxlanıldığını açıqlayıb - KREML BAŞINI TAM İTİRİB...
Bu gün, 11:06
“Putin istədiyini aldı” - Zelenski
Bu gün, 11:01
ABŞ-ın "aslan qırığı" taktikası - NƏ BAŞ VERİR?
Bu gün, 10:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru