NHMT ailəsinə ağır itki .....                     Tehran ABŞ-nin bölgəyə gəlməsini təhdid kimi görür .....                     Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı? .....                     Finlandiya Ukraynanın xahişi ilə ATƏT-in Daimi Şurasının növbədənkənar iclasını çağırıb .....                     Rus ekspertdən Bakı ilə bağlı sərsəm iddia .....                     Ermənistan, Hindistan və İran nəqliyyat əlaqələri üçün üçtərəfli dialoq aparacaq .....                     Son 10 ildə Sumqayıtda şəhər təsərrüfatı sahəsində görülən işlər sosial rifaha xidmət edir .....                     SEPAH-ın Azərbaycana “Pakistan döyüşçüləri” böhtanı .....                     Bakı və İrəvanda görüş etimad mühitini gücləndirə bilər .....                     Özümü qəti təqsirli saymıram .....                     Türkiyənin xüsusi nümayəndəsi görüş üçün Ermənistana gedəcək .....                     Müharibəyə hazırlaşan Qərb .....                     “Paşinyan Allahın Bakı və Ankaraya hədiyyəsidir” .....                     Erməni cəmiyyəti sülhün vacib olduğunu qəbul edir .....                     Çarın qorxusu və: .....                     Türkiyə ilə sərhədləri açmağa hazırıq .....                     Avropada və Azərbaycanda minimum əməkhaqqı nə qədərdir? .....                     Səfərovun məhkəməsi: .....                     Talıbovdan sonra Naxçıvanda kənd təsərrüfatı “çöküb”? .....                     Bu tikiş şirkətinin 1,5 milyon manat vergi borcu üzə çıxdı .....                     Heydər Babayevin sərvəti əlindən alınır? .....                     “Deyirlər guya ölürəm, danışa bilmirəm...” .....                     Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı .....                     Santuş AFFA-dan təzminat tələb edir .....                     Fernandu Santuş Azərbaycana təşəkkür edib .....                     Ermənistanda siyasi partiyalar hansı resursla seçkiyə gedir? .....                     Balaxanıda sənəd dələduzluğu: .....                     Qurban Qurbanov Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi gətiriləcək? .....                     Pezeşkian ABŞ-yə səfər edəcək .....                     Ekologiyanı pulla çirkləndirənlər: ETSN-də rüşvət qalmaqalı .....                     AFFA Santuşa 12 milyon təzminat verəcək? .....                     “İnqilab olmayacaq” .....                     Cənubi Qafqazla bağlı prioritetimiz dəyişməyib .....                     “JOY TOUR” və “JOY TRAVEL” şirkəti 20-dən çox şəxsi aldatmaqda ittiham olunur, təsisçi həbs edilib .....                     Santuşun yerinə Pantuşu gətirəcəklər .....                     Rus generalın qətlində şok isim: .....                     Mülayim şərq küləyi əsəcək .....                     “Azərbaycanda Rusiyanın agentləri və casus şəbəkələri var” .....                     Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr .....                     “Planet Parni iz Baku”nun aktyoru oğluna toy etdi .....                 

ATƏT-in seçki müşahidəçiləri bu gündən fəaliyyətə başlayır
Tarix: 8-03-2018, 09:25 | Çap et
ATƏT-in seçki müşahidəçiləri bu gündən fəaliyyətə başlayır
Aprelin 11-nə təyin edilmiş prezident seçkisi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçki-2018" Müstəqil Media Mərkəzi martın 7-dən fəaliyyətə başlayıb.

Martın 7-də “Seçki-2018" Müstəqil Media Mərkəzinin açılış mərasimi keçirilib. Tədbirdə MSK sədri Məzahir Pənahov, MSK üzvləri və MSK Katibliyinin təmsilçiləri iştirak ediblər. ”Seçki-2018" Müstəqil Media Mərkəzində yaradılmış şəraitlə tanış olan MSK sədri yerli və beynəlxalq KİV-in asanlıqla məlumat əldə etmələri, habelə digər seçki prosesi iştirakçılarına daha keyfiyyətli və səmərəli xidmət göstərmək üçün öz tövsiyələrini də verib.

Prezident seçkiləri dövründə 24 saat ərzində fəaliyyət göstərəcək “Seçki-2018" Müstəqil Media Mərkəzi namizədlər və onların səlahiyyətli nümayəndələrinin mətbuat konfransları keçirmək və bəyanatlar verməsi üçün də açıqdır. Prezidentliyə namizədliyi qeydə alınmış namizədlər öz seçkiqabağı təşviqat materiallarını mərkəzdə yerləşdirə bilərlər.

“Seçki-2018" Müstəqil Media Mərkəzinin www.secki-2018.az internet səhifəsi də artıq Azərbaycan, rus və ingilis dillərində mütəmadi fəaliyyət göstərir. Bu səhifədə seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatlar yerləşdirilir, həmçinin seçkilərlə bağlı foto və videogörüntülər təqdim edilir.

Məzahir Pənahov həmçinin bildirib ki, prezident seçkilərində müşahidə aparmaq üçün dünya ölkələrinə və beynəlxalq təşkilatlara dəvət göndərilib. O qeyd edib ki, həm Milli Məclis, həm Xarici İşlər Nazirliyi, həm də Mərkəzi Seçki Komissiyası prezident seçkilərində müşahidə aparmaq üçün kifayət qədər təşkilat və ölkə parlamentlərinə dəvət göndərib.

M.Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyasının müşahidəçi kimi martın 8-dən fəaliyyətə başlayacağını məlumat verib.

MSK sədri həmçinin qeyd edib ki, namizədlər seçkiqabağı təşviqat kampaniyası başlamamış təbliğat aparmamalıdırlar. Təbliğat kampaniyası başlamamış təşviqat aparmaq qanun pozuntusudur: “Ola bilər ki, bunu özləri etməsinlər, başqaları-onları gözdən salmaq istəyən şəxslər edir. Bütün tərəflər diqqətli olmalıdır. Azərbaycanda insanlar məsələlərə düzgün qiymət vermək bacarığındadırlar. Hansısa namizəd bu cür əməllərə əl atırsa, öz seçicilərini itirir”.

Seçkiqabağı təşviqat martın 19-da başlayır.

Bu arada İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) prezident seçkilərində ödənişli seçkiqabağı təşviqat aparılması üçün qiymətləri açıqlayıb. İctimai Televiziyada prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının saniyəsi minimum 20 manat, maksimum qiyməti isə 50 manat müəyyən edilib. Bu isə o deməkdir ki, 1 dəqiqə çıxış üçün minimum 1200, maksimum 3000 manat tələb olunur.

İctimai radioda isə çıxışın bir saniyəsi üçün minimum 7, maksimum 25 manat ödəmək lazımdır.

Ödənişli təşviqata qoşulan namizədlər günün müxtəlif saatlarında İTV və İctimai radioda çıxış edə bilərlər.

İctimai Televiziya və Radio Yayımları Şirkəti prezidentliyə qeydə alınan namizədlərə həm də ödənişsiz efir vaxtı ayıracaq. Həmin müddət namizədlər arasında bərabər bölünəcək.

Martın 7-də isə MSK-nın qeydə aldığı namizədlərin sayı 4-ə (Buna qədər YAP-ın namizədi İlham Əliyev qeydə alınmışdı) çatıb. MSK-nın iclasında prezidentliyə namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Zahid Orucun, prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadənin, prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb. MSK katibi Arifə Muxtarova iclasda məlumat verib ki, Zahid Orucun, Araz Əlizadənin və Qüdrət Həsənquliyevin müdafiəsi üçün toplanan imzalar MSK-ya təqdim edilib, Mərkəzi Seçki Komissiyası həmin imzaları yoxlayıb və hər birinin 40 mindən artıq seçici imzası etibarlı sayılıb, onların prezidentliyə namizədliyinin qeydə alınması üçün əsaslar var.

Onların namizədliyinin qeydə alınması məsələsi səsverməyə çıxarılaraq qəbul edilib.

Hər üç namizəd Milli Məclisin deputatıdır.

Qeyd edək ki, MSK 15 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib. İddiaçıların bəziləri artıq imzatoplama kampaniyasını yekunlaşdırıblar. Bəziləri isə hələ davam edirlər. Dünən daha bir iddiaçı-VİP-in namizədi Əli Əliyevin imzatoplama kampaniyası başa çatdırılıb. VİP mətbuat xidmətindən verilən xəbərə görə, tələb olunan imzalar toplanıb. Dairələr üzrə əhatəliliyi araşdırılır, imza vərəqələri qərərgaha toplanaraq yoxlanışdan keçirilir. Vərəqələrin düzgünlüyü yoxlanandan sonra MSK-ya təqdim olunacaq. Prosesin həftə sonuna qədər tamamlanacağı qeyd olunur.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
NHMT ailəsinə ağır itki - "Uzaqdayam, vidalaşa da bilmədim..."
Bu gün, 01:30
Tehran ABŞ-nin bölgəyə gəlməsini təhdid kimi görür - GƏLİŞMƏ
Bu gün, 00:48
Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı? – Direktor daha yüksək vəzifəyə hazırlaşır?
Bu gün, 00:40
Finlandiya Ukraynanın xahişi ilə ATƏT-in Daimi Şurasının növbədənkənar iclasını çağırıb - KİV
Bu gün, 00:35
Rus ekspertdən Bakı ilə bağlı sərsəm iddia
Dünən, 20:19
Ermənistan, Hindistan və İran nəqliyyat əlaqələri üçün üçtərəfli dialoq aparacaq
Dünən, 17:50
Son 10 ildə Sumqayıtda şəhər təsərrüfatı sahəsində görülən işlər sosial rifaha xidmət edir - FOTO
Dünən, 16:33
SEPAH-ın Azərbaycana “Pakistan döyüşçüləri” böhtanı – Tehrandan ağlasığmaz iddialar
Dünən, 16:29
Bakı və İrəvanda görüş etimad mühitini gücləndirə bilər - ONA GÖRƏ DƏ...
Dünən, 16:27
Özümü qəti təqsirli saymıram – İlqar Mustafayev
Dünən, 16:24
Türkiyənin xüsusi nümayəndəsi görüş üçün Ermənistana gedəcək
Dünən, 16:21
Müharibəyə hazırlaşan Qərb - Rusiyanın elan olunmayan bloku
Dünən, 16:19
“Paşinyan Allahın Bakı və Ankaraya hədiyyəsidir”
Dünən, 16:01
Erməni cəmiyyəti sülhün vacib olduğunu qəbul edir -ŞƏRH
Dünən, 16:00
Çarın qorxusu və: - 150 il yaşamaq istəyi
Dünən, 15:55
Türkiyə ilə sərhədləri açmağa hazırıq - Rubinyan
Dünən, 15:53
Avropada və Azərbaycanda minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Dünən, 15:50
Səfərovun məhkəməsi: - vəkilin vəsatəti təmin edildi
Dünən, 15:48
Talıbovdan sonra Naxçıvanda kənd təsərrüfatı “çöküb”? - BU DA FAKT!
Dünən, 15:41
Bu tikiş şirkətinin 1,5 milyon manat vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Dünən, 15:35
Heydər Babayevin sərvəti əlindən alınır? – Gerçəklər üzə çıxdı…
Dünən, 15:30
“Deyirlər guya ölürəm, danışa bilmirəm...” – Lalə Şövkət
Dünən, 15:26
Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı - VİDEO
Dünən, 15:16
Santuş AFFA-dan təzminat tələb edir – ŞOK MƏBLƏĞ
Dünən, 15:14
Fernandu Santuş Azərbaycana təşəkkür edib
Dünən, 15:12
Ermənistanda siyasi partiyalar hansı resursla seçkiyə gedir? - AKTUAL
Dünən, 15:04
Balaxanıda sənəd dələduzluğu: - Qonşu qonşunun 4000 manatını necə ələ keçirib?
Dünən, 14:55
Qurban Qurbanov Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi gətiriləcək? - AÇIQLAMA
Dünən, 13:53
Pezeşkian ABŞ-yə səfər edəcək
Dünən, 13:09
Ekologiyanı pulla çirkləndirənlər: ETSN-də rüşvət qalmaqalı - BU NƏDİ BELƏ?..
Dünən, 13:07
AFFA Santuşa 12 milyon təzminat verəcək? - Portuqaliyalı "Beşiktaş"dan da təzminat almışdı
Dünən, 13:02
“İnqilab olmayacaq” - Kaxa Kaladze
Dünən, 12:58
Cənubi Qafqazla bağlı prioritetimiz dəyişməyib - Rusiya xarici işlər naziri
Dünən, 12:54
“JOY TOUR” və “JOY TRAVEL” şirkəti 20-dən çox şəxsi aldatmaqda ittiham olunur, təsisçi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 12:52
Santuşun yerinə Pantuşu gətirəcəklər - Aqil Abbas
Dünən, 12:47
Rus generalın qətlində şok isim: - Bakı ermənisi...
Dünən, 12:45
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:39
“Azərbaycanda Rusiyanın agentləri və casus şəbəkələri var” - deputat
Dünən, 12:35
Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr – Azərbaycan 7-cidir
Dünən, 12:29
“Planet Parni iz Baku”nun aktyoru oğluna toy etdi
Dünən, 12:16
“OPEK”in yeni qərarı Azərbaycanın neft gəlirlərini azaldacaq? - AÇIQLAMA
Dünən, 12:12
"Yalnız varlanmaqla məşğul olublar" - Keçmiş deputatdan İTTİHAM
Dünən, 12:08
Əhəd Abıyev HARALARDADI...
Dünən, 12:05
201 saylı məktəb: SUYU KƏNARDAN BULANDIRAN VAR İMİŞ... - ŞOK SƏS YAZISI YAYILDI...
Dünən, 12:00
Bu gün işdən çıxarılan direktora yeni vəzifə verildi - BU DƏFƏ...
Dünən, 11:54
Bakıda geniş quruculuq-abadlıq işlərinə start verilib - FOTO
Dünən, 11:42
"Belə absurd qərar olar?" - ETİRAZ
Dünən, 11:40
Zaxarovanın Bakıdan istədiyi rusları Moskvada həbs gözləyir - FOTO
Dünən, 11:27
ABŞ səfirliyinin müşaviri AZAL təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib - FOTO
Dünən, 11:18
Paşinyan Azərbaycandan ABŞ-a şikayət edəcək?
Dünən, 11:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru