"Cəfər həkim həkim olanda Fərəc Quliyev kənddə futbol oynayırdı"
Tarix: 2-07-2016, 08:59 | Çap et
 81 yaşlı cərrah Cəfər Quliyev ətrafında ittihamlar səngimək bilmir. 1981-ci il təvəllüdlü xəstə Lumu Veyisovanın ölümünə həkimin səbəbkar olması söylənilir. Milli Məclisin deputatı Aqil Abbas Modern.az-a açıqlamasında həkim barəsində səslənən ittihamlara cavab verib. “Həm sosial şəbəkələrdə, həm də saytlarda Cəfər həkim haqqında nə gəldi yazırlar. Başa düşürəm ki, cavan insan ölüb. Lap yaşlı insan olsun. Həyat itkisidir. O ailənin halına yanıram. Acısını anlayıram. Allah ölənə rəhmət eləsin! Sadəcə, başqa məsələyə toxunmaq istəyirəm. Həkim barəsində önyarğıya başlayıblar. Halbuki, ekspertiza sübut edə bilər ki, xəstənin həyatını itirməsinə səbəb Cəfər həkimdir, yoxsa, xəstə həyatını itirmək üzrə imiş?!. Xəstəni həkimə çatdıranda elə vəziyyətdə imiş. Cəfər həkim başda olmaqla həkimlər allahın bacısı oğlu deyillər. Həkim əzraillə çarpışır. Cəfər həkimi insan kimi, ziyalı kimi, vətənpərvər kimi çox yaxşı tanıyıram. Cəfər həkimi Azərbaycanda tanımayan şair, yazıçı, sənət adamı yoxdur. Bütün ömrünü bu işə həsr edib. İndiyə qədər 5000-dən çox insanın həyatını xilas edib. Çox halal insandır. Pulda, malda gözü olmayan həkimdir”. Aqil Abbas həkimin deputat Fərəc Quliyevlə adının hallanmasına sərt münasibət bildirib. “Bu qədər də önyarğılamaq olmaz axı!. Bir məsələyə də toxunmaq istəyirəm. Deyirlər ki, Cəfər həkim deputatın əmisidir. Kimdir Fərəc Quliyev?! Düzdü, mənim dostumdur. Amma Cəfər həkim həkim olanda Fərəc Quliyev kənddə futbol oynayırdı. Hamı bunu qabardır. Halbuki, Cəfər həkim minlərlə insana həyat verən həkimdir. Hamı müstəntiq olub. Cəfər həkimin çox cavan oğlu rəhmətə gedib. Heç 30 yaşı yox idi. Övlad itirmiş atadır. Xəstəsini itirdiyinə görə onun nələr çəkdiyini bilirəm. Sumqayıtda hörməti olan insandır”. Deputat həkimin yaşının çox olmasına da toxunub. “Tez-tez yaşının çox olmasını qabardırlar. İnsanlar tələb edir, ona inanırlar. Gedib evindən gətirirlər. Nə olsun 81 yaşı var. İstəsə futbol da oynayar. Həkimin əlində anam dünyasını dəyişib. Onda o həkimi tutdurmalı idim?! Bacımın cavan yoldaşı ölüb. Sadəcə, demək istəyirəm ki, həkimin günahı varsa təslim olacaq. Amma insanların onu təhqir etməsinə lüzum yoxdur”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür
Bu gün, 00:08 |
|
|
|
• Banklarda nağd pul çatışmazlığı yaranıb?
Dünən, 18:04 |
|
|
|
• "Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edildi - ƏMR
Dünən, 18:01 |
|
|
|
• Nazir bu xəstəxanaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 18:00 |
|
|
|
• 240 Nömrəli məktəbdə nələr baş verir? - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Deputatın partiyası da qurultaya gedir
Dünən, 17:55 |
|
|
|
• 6 manatlıq şirkətlə 429 min AZN-lik müqavilə: - Lənkəranda su borusu təmirinə görə...
Dünən, 17:48 |
|
|
|
• "Rəşidə xanım bir dəfə bizə müraciət etmişdi, o da oğlu Rəşid ilə bağlı idi"
Dünən, 17:47 |
|
|
|
• Ter-Petrosyan II Qareginlə Ermənistandakı siyasi vəziyyəti müzakirə edib - KİV
Dünən, 17:41 |
|
|
|
• 16 yaşlı qızı qaçıran axundla bağlı müəmma: Niyə həbs edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:37 |
|
|
|
• "Bu, tamam başqa bir hissdir"
Dünən, 17:35 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda yeni təyinat olub - CAVAB
Dünən, 17:32 |
|
|
|
• "Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edilib
Dünən, 17:30 |
|
|
|
• İrəvanda görünməmiş çaxnaşma: ciddi siqnallar gəlir – Paşinyan devrilir?
Dünən, 16:33 |
|
|
|
• Bundan sonra: Bakı-Tehran əlaqələri necə olacaq? - AKTUAL
Dünən, 16:31 |
|
|
|
• Akopyanın Antalyada xərclədiyi şok etdi: Şampan vannası... - Türkiyə mediası
Dünən, 16:28 |
|
|
|
• Xırda biznesmenlər üçün böyük fürsət - GƏLİŞMƏ
Dünən, 16:24 |
|
|
|
• Tanınmış təhsil eksperti xəstəxanaya yerləşdirilib
Dünən, 16:21 |
|
|
|
• Rəsmi Tehran nüvə təsisatlarının ciddi şəkildə zədələndiyini etiraf edib
Dünən, 16:17 |
|
|
|
• Ermənistanda milliləşdirmə dalğası: Paşinyan Zəngəzur dəhlizinə hazırlıq görür? - KİV
Dünən, 15:58 |
|
|
|
• Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib - KİV
Dünən, 15:56 |
|
|
|
• Putin Ermənistanda “peşka”larını qurban verir - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:26 |
|
|
|
• Azərbaycanda kredit faizləri artıb - DETALLAR
Dünən, 15:24 |
|
|
|
• Ermənistanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb
Dünən, 15:19 |
|
|
|
• “Pozğun qadınların atası da, qardaşı da əri də susur“
Dünən, 15:17 |
|
|
|
• İsrail-İran müharibəsi Azərbaycanda istehlakçıları “vurdu” - AKTUAL
Dünən, 15:02 |
|
|
|
• QANUNDANKƏNAR YASAMAL... - Başçısı Elşad olanın...
Dünən, 14:57 |
|
|
|
• “Baku Electronics” rəqabət qanunvericiliyini pozub - RƏSMİ İTTİHAM
Dünən, 14:52 |
|
|
|
• Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik - MƏQALƏ
Dünən, 14:49 |
|
|
|
• Ərdoğan Xankəndiyə gəlir - diplomatik mənbə
Dünən, 13:04 |
|
|
|
• Zəngəzur dəhlizinə qarşı “Sülh kəsişməsi” iddiası: - Paşinyanın Türkiyəyə apardığı "layihə" açıqlandı
Dünən, 13:01 |
|
|
|
• Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir
Dünən, 12:58 |
|
|
|
• LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın? - GÖZÜMÜZ QORXUB...
Dünən, 12:53 |
|
|
|
• BUNUN NƏYİ İXTİSAR OLDU Kİ? - NARAZILIQ VAR...
Dünən, 12:42 |
|
|
|
• “Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” - deputat
Dünən, 12:34 |
|
|
|
• Qadın sərnişinlərə "padxod" edən daha bir taksi sürücüsü tutuldu - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 12:30 |
|
|
|
• Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb
Dünən, 12:27 |
|
|
|
• Mülayim cənub küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:25 |
|
|
|
• Arkoz Holdinq... ÇOBANLARA QARŞI! - İşləsələr də, pullarını ala bilmirlər...
Dünən, 12:23 |
|
|
|
• BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilən DGK-nın sabiq vəzifəli şəxsləri azadlığa buraxılıb
Dünən, 12:21 |
|
|
|
• Tramp savaşa DUR dedi... DURDU! - Sülhə OL desə... OLACAQMI?
Dünən, 12:19 |
|
|
|
• Mürsəl İbrahimova “general-mayor” ali hərbi rütbəsi verildi - SƏRƏNCAM
Dünən, 11:19 |
|
|
|
• Prezident onlara “general-mayor” rütbəsi verdi - ADLAR
Dünən, 11:17 |
|
|
|
• Prezident sərəncam imzaladı - ONLARI TƏLTİF ETDİ
Dünən, 11:15 |
|
|
|
• Məhkəmə sabiq bələdiyyə sədrinə 9 il həbs cəzası verdi - TƏFƏRRÜAT
Dünən, 11:10 |
|
|
|
• Bakıda icra başçısı birinci müavinini işdən çıxardı - ƏMR
Dünən, 11:08 |
|
|
|
• Azərbaycanlı müğənninin rus sevgilisi - FOTO
Dünən, 11:01 |
|
|
|
• SEPAH və ETTELAAT yeni qurum yaradır
Dünən, 10:59 |
|
|
|
• Ermənistanda hakimiyyəti ələ keçirmək planı pozulub - Paşinyan
Dünən, 10:57 |
|
|
|
• Atası da həbs edilmiş şirkət rəhbəri ilə bağlı QƏRAR
Dünən, 10:07 |
|
|
|
|