Süni intellekt Britaniya şirkətlərində ixtisarlara səbəb olacaq .....                     Qanunsuz olaraq ölkədən çıxarılan milyonlar... .....                     Rusiyanın "rəqəmsal pərdəsi": Kreml internet üzərində tam nəzarətə hazırlaşır .....                     Çin ABŞ ilə bəzi ticarət məhdudiyyətlərini dayandırıb .....                     Bakının mavi gecələrində kef edən icra başçısı... .....                     Paşinyan razılaşdı: Bu ərazilər Azərbaycana verilir .....                     "Hər semestr 300 manat tələb olunar heç?" .....                     "Trampdan Qərb liderləri kimi qorxmuram..." .....                     Təhsil sistemi: Belə davam edə bilməz... .....                     Pulumuzu oğurlamaqda BİR DƏNƏDİR .....                     Tısbağa yerişli 'SÜRƏT KARQO'... .....                     “Erməniləri Qarabağdan Ermənistana köçürtdürən elə Ermənistan tərəfi olub...” .....                     "Dost itirəndə insan necə vəziyyətə düşür..." .....                     "Bir cümlədə uzlaşma əlaqəsi pozularsa, bu ciddi dil pozuntusudur" .....                     Ağdaşda gecə saatlarında .....                     Düz 5 il əvvəl Ermənistan O SƏNƏDİ .....                     Paşinyan hökuməti sərhəd koordinatlarını açıqlamır .....                     Bakıdakı parada Ermənistan və Avropadan qəribə reaksiya... .....                     "Mətanət A" şirkətində xeyli miqdarda pul necə yoxa çıxıb? .....                     "İmmiqrasiya mərhələlərini keçdim" .....                     Burenkovun QARABAĞ SANCISI .....                     Azərbaycan və Ermənistan nümayəndələri Antalyada görüşə bilər... .....                     Bayrağı Meydanda ilk dəfə kim qaldırıb? .....                     Ziya Məmmədov uzun müddət sonra burada göründü .....                     Qusmana Türkiyədə mükafat verildi .....                     Şimal-Cənub Nəqliyyat Dəhlizinin ən səmərəli marşrutu Azərbaycan üzərindən keçir .....                     Vətən müharibəsi iştirakçısı olan vəkil vəfat etdi .....                     Şeyxin etiraz etdiyi BU QANUN .....                     Hərbi parad həm də... .....                     “Tik-tokerlərin “lüks həyat” görüntülərinin arxasında təhlükəli plan var” .....                     “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin vergi borcu olan şirkətlə yarımmilyonluq planı .....                     Pensiya sistemində dəyişiklik: Yaş artacaq, ya məbləğ? .....                     Elektromobil alanı cəzalandırmaq məntiqsiz addımdır .....                     Azərbaycan Bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir .....                     Sərkisyan deyib ki, istefasından sonra Putin ona 3 dəfə zəng edib... .....                     AMEA müqəddəs yerdir: İMKAN VERİN, YESİNLƏR... .....                     LEVİTAN, ŞƏMİSTAN BƏY, MÜMTAZ... .....                     Mahir Emreli ağır zədələndi, gözyaşlarını saxlaya bilmədi .....                     Gecə ərzində Rusiya üzərində 44 Ukrayna PUA-sı vurulub .....                     Bu parad həm də o demək idi ki... .....                 

KƏRƏM HƏSƏNOVUN MÜAVİNİNİN FIRILDAQLARI
Tarix: 11-05-2012, 17:22 | Çap et
KƏRƏM HƏSƏNOVUN MÜAVİNİNİN FIRILDAQLARI

MASALLIDAN OLAN QADIN SAHİBKARA NECƏ “TİRBA TİKİLDİ”?

DİA.AZ: - Masallı rayonunda da qadın sahibkar məmur özbaşınalığından uzun illərdir ki, əziyyət çəkir. DİA.AZ-a müraciət edən Masallı rayonunun Qəriblər kənd sakini, qadın sahibkar Səbirə Mirzəyeva bu iddiadadır. “Turan” kooperativinin rəhbəri olan Səbirə Mirzəyeva deyir ki, 1990-cı il martın 1-də “Azərtikinti”Trestinin “Lənkərantikinti” İdarəsi ilə müqavilə bağlayaraq idarənin 29 saylı Səyyar Mexanikləşdirilmiş Dəstəsinin 1,5 hektar əkin üçün yararlı olan torpaq sahəsini icarəyə götürüb. Sahibkar bərbad vəziyyətdə olan həmin ərazini abadlaşdırıb. 10 ilə yaxın bu ərazidən istifadə edən Səbirə Mirzəyeva burada “Turan” kooperativinin hesabına artezian quyuları qazdırıb, ərazidəki yarımçıq tikililəri başa çatdırıb təmir edib. İcarəyə götürdüyü vaxtdan Səbirə Mirzəyeva həmin ərazinin icarə və digər rüsumlarını da vaxtında ödəyib. Ərazidə infrastruktur qurulandan sonra sahibkar sahəni özəlləşdirmək üçün texniki pasportu da şəxsi vəsaiti ilə hazırladıb, digər sənədləri də toplayıb. Amma, yer qəfil olaraq sahibkardan alınıb və saxta sənədlərlə başqa şəxsə satılıb. Əraziyə torpağın mülkiyyətinə dair Dövlət Aktı da verilib, bütün sənədlər qanunauyğun hazırlanıb. Amma, buna baxmayaraq, rayonun yüksək rütbəli məmurları qanunsuz olaraq saxta sənədlərlə torpaq sahəsini sahibkardan alıb başqa şəxsə, Masallı rayonuna aidiyyəti olmayan bir məcburi köçkünə satıb: “2006-cı ildə rayonun Şərəfə kəndi ərazisindəki klubda məcburi köçkün kimi məskunlaşan Qurban Həşimov adlı şəxs Qəriblər ərazi vahidinin Şıxlar kəndi ərazisindəki Masallı-Yardımlı Yol Evini zəbt etmişdi. Bundan xəbər tutan Yardımlı Yol İdarəsinin rəisi məcburi köçkün adı ilə dövlət əmlakını zəbt edən Qurban Həşimovu oradan çıxardı. Nəqliyyat Nazirliyinin müdaxiləsilə həmin yer Qurban Həşimovdan alınandan sonra o Qəriblər kəndi ərazisinə gəldi və bizdən sığınacaq istədi. Mən də Qurban Həşimovun yalanlarına inanaraq ona həmin 1,5 hektar torpaq sahəsində şəxsi vəsaitimlə inşa etdirdiyim binada müvəqqəti sığınacaq verdim. Amma sonra bu bizim başımıza bəla oldu. Bir də xəbər tutduq ki, Qurban Həşimov rayonun yüksək rütbəli məmurları ilə birləşib ərazini ələ keçirib”.

Məmurlar Qəriblər icra nümayəndəsinin binasını da satıb

Səbirə Mirzəyeva deyir ki, həmin ərazidə Qəriblər ərazi icra nümayəndəliyi də fəaliyyət göstərir: “ 2000-ci il mayın 17-də ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Qəriblər ərazi vahidi yaradıldı. Həmin il iyunun 13-də inzibati bina olmadığı üçün “Turan” firması icarəyə götürdüyü həmin ərazidə şəxsi vəsaiti ilə bina tikib əsaslı təmir edərək icra nümayəndəliyinin bu binada yerləşməsinə icazə verdi. Həmin vaxtdan etibarən icra nümayəndəliyi həmin ərazidəki binada yerləşir. Amma, Qurban Həşimov saxta yolla sənəd alandan sonra bu binanı da zəbt edib. O binanın bir tərəfində məskunlaşıb. Ona görə də ərazini bütünlüklə qanunsuz olaraq hasarlayıb və icra nümayəndəliyinə girişi qadağan edib. Özü haçan istəsə qapını açır, icra nümayəndəsinə binaya daxil olmağa icazə verir, istəməyəndə isə oranı qıfıllayıb gedir. Heç kim də bu şəxsin özbaşınalığına “dur” demir. Dəfələrlə Qəriblər, Şıxlar kənd sakinləri bununla bağlı aidiyyəti qurumlara müraciət edib, amma heç bir faydası yoxdur. Heç kim Qurban Həşimovun bu qanunsuzluğuna müdaxilə etmək istəmir. Hazırda məcburi köçkün adından istifadə edən bu şəxs də “Turan” firmasının balansındakı torpaqlarla yanaşı, vətəndaşlara bölünən pay torpaqları da zəbt edib, ora heç kimi buraxmır”. Şikayətçinin dediyinə görə, torpaq sahəsi bələdiyyənin balansında olduğu halda Qəriblər bələdiyyəsinin yeni tərkibi də torpaqlarının qaytarılması ilə bağlı iddia etmir. Bələdiyyənin bu hərəkəti onun da bu məsələdə marağının olmasından xəbər verir. Heç bir əsas olmadan torpaqları zəbt edilən bələdiyyə Qurban Həşimovdan həmin torpaqlarının geri qaytarılmasıl ilə bağlı hec bir tələb irəli sürmür.

Kərəm Həsənovu aldadan mütəşəkkil qrupun üzvləri

Səbirə Mirzəyeva iddia edir ki, həmin ərazinin zəbt edilməsində Qurban Həşimova himayədarlıq edənlər də bəllidir. Həmin şəxslər Masallı və Cəlilabad rayonlarında yüksək vəzifə tuturlar: “ Bu işdə saxtakarlığı Əmlak Məsələləri Dövlət Komitəsinin Cəlilabad Ərazi İdarəsinin müdiri Qalib Xudaverdiyev, komitənin Masallı rayon şöbəsinin müdiri Cəfər Gözəlov və 26 saylı Səyyar Mexanikləşdirilmiş Dəstəsinin rəhbəri Daxil İbayev edib. Həmin şəxslər cinayət əlaqəsinə girərək Əmlak Məsələləri Dövlət Komitəsindən xəbərsiz gizli hərrac keçirib və hərrac barədə heç kimə bildirməyiblər. Onlar bilə-bilə ki, “Turan” firması bu ərazini icarəyə götürüb, bizə məlumat vermədən torpağı Qurban Həşimovun adına keçirib. Həmin vaxt nə hərrac keçirilib, nə də bu barədə elan verilib. Sadəcə həmin şəxslər birləşib müəyyən maraqları hesabına Qurban Həşimovla cinayət əlaqəsinə girib hərracda onun qalib olması barədə Əmlak Məsələləri Dövlət Komitəsinə yalan məlumat veriblər. Nəticədə komitədən Qurban Həşimovun adına saxta sənədlər əsasında şəhadətnamə çıxarıblar. Buna görə də, həmin şəxslər indi də məhkəmələrdə Qurban Həşimovu müdafiə edir, onun guya vicdanlı alıcı olduğunu sübut etməyə çalışırlar. Torpaq sahəsi hərrac qiymətindən 10 qat aşağı qiymətə Qurban Həşimova satılıb. Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov 2008-ci il sentyabrın 24-də sənəd tərtib edərək guya torpaq sahəsinin hərraca çıxarıldığını və Qurban Həşimovun həmin hərracda qalib gəldiyini bildirib. Torpağın qiyməti aidiyyəti qurum tərəfindən 26 min 895 min manat qiymətləndirildiyi halda, Rafiq Cəlilovun imzaladığı sənəddə həmin məbləğ 2 min 356 manata hərraca çıxarıldığı və Qurban Həşimov tərəfindən alındığı bildirilir ”.
Sahibkar məsələ ilə bağlı Masallı rayon məhkəməsində iddia qaldırıb. Lakin, məhkəmə iqtisadi məsələ olduğundan işi Şirvan İqtisad Məhkəməsinə göndərib. Adıçəkilən məhkəmə isə heç bir əsas olmadan işi qeyri-müəyyən vaxta təxirə salıb.

Rafiq Cəlilovun saxta sənədləşmədə marağı

Səbirə Mirzəyeva deyir ki, saxta şəhadətnaməni görəndən sonra Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova müraciət edib. Sahibkarı Kərəm Həsənov deyil, onun müavini Rafiq Cəlilov qəbul edib. Rafiq Cəlilov isə iddia edib ki, guya hərrac qanuni keçirilib. Amma sahibkar hərracın saxta olmasını sübut edən sənədləri ona təqdim edəndə o məsuliyyətdən yayınmaq istəyib. Torpağın 1990-cı ildən “Turan” firmasının icarəsində olduğu barədə sənədləri görən Rafiq Cəlilov sonda onlara yenidən məhkəməyə müraciət etməyi məsləhət görməklə məsuliyyətdən yayınmağa çalışıb. Lakin Səbirə Mirzəyeva bununla sakitləşməyib hüquqlarının müdafiəsi üçün birbaşa Kərəm Həsənovla görüşməyə cəhd edib və nəhayət buna nail olub. Komitənin bəzi məmurlarının müdaxiləsinə baxmayaraq sahibkar komitə sədrinin qəbuluna düşüb. Qəbulda məsələni danışan sahibkar Kərəm Həsənovdan qanunsuzluğu araşdırmasını xahiş edib. Qəbul zamanı məlum olub ki, həqiqətən də Kərəm Həsənovun bu məsələdən məlumatı olmayıb və saxta hərrac məsələsi aşağı səviyyəli məmurlar tərəfindən rəsmiləşdirilib: “Mən Kərəm Həsənova vaxtilə özəlləşmənin mənə verdiyi arayışı, 26 saylı Səyyar Mexanikləşdirilmış dəstənin sabiq rəisinin torpağı özəlləşdirməyə çıxarmaq üçün verdiyi sənədi təqdim etdim. Məlum oldu ki, həqiqətən də torpaq sahəsi hərraca çıxarılarkən bu barədə yerli sakinlərə heç bir məlumat verilməyib və birbaşa hərracda Qurban Həşimov iştirak edib. Həmin maraqlı şəxslər də gizli yolla hərrac keçirməklə Qurban Həşimova torpaq satmaq üçün sənədləri saxtalaşdırıb, bu barədə nə “Turan” firmasına, nə də digər sakinlərə məlumat verməyib. Məsələ ilə bağlı maraqlanan Kərəm Həsənov bütün müavinlərini çağırıb məsələnin ciddi araşdırılmasını tapşırıb və sahibkara şəhadətnamənin ləğv edilməsi üçün məhkəməyə müraciət edilməsini tapşırdı. Bundan sonra sahibkar Xətai rayon məhkəməsində iddia qaldıraraq saxta hərracın nəticələrinin və Qurban Həşimova verilən 24.09.2008-ci il tarixli 00154 sayı şəhadətnamənin ləğv edilməsini, torpaq sahəsilə bağlı yenidən hərracın keçirilməsini istəyib. Lakin, Xətai rayon məhkəməsi iddianı tam təmin etməyib. Məhkəmə araşdırması zamanı hərracın qanunsuz keçirilməsi təsdiqini tapsa da, hakim Leyla Talıbova hərracın nəticələrini ləğv etməyib. Məhkəmənin qərarı ilə şəhadətnamə ləğv edilsə də, hərracın nəticələri olduğu kimi saxlanılıb.Leyla Talıbovanın qəbul etdiyi qərarda göstərilir ki, vətəndaşların torpaqları özlərinə qaytarılandan sonra şəhadətnamənin verilməsinə yenidən Əmlak Məsələləri Dövlət Komitəsində baxıla bilər. Amma, hakimin hərracın nəticələrini niyə ləğv etməməsi iddiaçıya qaranlıq qalıb. Qərarla razılaşmayan iddiaçı sənəddən Bakı Apellyasiya Məhkəməsinə müraciət edir. Səbirə Mirzəyeva deyir ki, Xətai Məhkəməsindən fərqli olaraq Bakı Apellyasiya Məhkəməsində iş obyektiv araşdırılmağa başlanıb. İlk məhkəmə proseslərindən hakim İsa İsmayılov tərəflərin dindirilməsini həyata keçirsə də, cavabdehlərin, yəni Qurban Həşimovun himayədarlarının yalan çıxışlarını dinləməyə ehtiyac görməyib. Hazırda iş üzrə növbəti məhkəmə prosesi mayın 15-ə təyin edilib. Sahibkar inanır ki, Bakı Apellyasiya Məhkəməsi işi sonadək obyektiv araşdıracaq və qanuni, ədalətli qərar qəbul edəcək.
Səbirə Mirzəyeva məsələ ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, ədliyyə naziri Fikrət Məmmədova, nazirliyin Məhkəmə Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynova, Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsini rəisi Azər Cəfərova, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova və Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə iş Komitəsinin sədri Əli Həsənova müraciət edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Süni intellekt Britaniya şirkətlərində ixtisarlara səbəb olacaq
Bu gün, 07:58
Qanunsuz olaraq ölkədən çıxarılan milyonlar... - TƏFƏRRÜAT
Bu gün, 07:56
Rusiyanın "rəqəmsal pərdəsi": Kreml internet üzərində tam nəzarətə hazırlaşır - "Ura.news"
Bu gün, 07:11
Çin ABŞ ilə bəzi ticarət məhdudiyyətlərini dayandırıb
Bu gün, 07:09
Bakının mavi gecələrində kef edən icra başçısı... - REALLIQ İSƏ...
Bu gün, 07:08
Paşinyan razılaşdı: Bu ərazilər Azərbaycana verilir – Surenyants
Bu gün, 06:41
"Hər semestr 300 manat tələb olunar heç?" - NARAZILIQ VAR...
Bu gün, 06:38
"Trampdan Qərb liderləri kimi qorxmuram..." - Zelenski
Bu gün, 05:55
Təhsil sistemi: Belə davam edə bilməz... - ÇÜNKİ...
Bu gün, 05:52
Pulumuzu oğurlamaqda BİR DƏNƏDİR - "Niyə insanların haqqına girirsiniz?"
Bu gün, 05:32
Tısbağa yerişli 'SÜRƏT KARQO'... - BU NƏDİ BELƏ?
Bu gün, 05:25
“Erməniləri Qarabağdan Ermənistana köçürtdürən elə Ermənistan tərəfi olub...” - “Armtimes”
Bu gün, 04:59
"Dost itirəndə insan necə vəziyyətə düşür..."
Bu gün, 04:50
"Bir cümlədə uzlaşma əlaqəsi pozularsa, bu ciddi dil pozuntusudur" - Ekspert deyir ki...
Bu gün, 04:48
Ağdaşda gecə saatlarında ZƏLZƏLƏ
Bu gün, 04:40
Düz 5 il əvvəl Ermənistan O SƏNƏDİ İMZALADI
Bu gün, 04:38
Paşinyan hökuməti sərhəd koordinatlarını açıqlamır - KİV
Dünən, 20:54
Bakıdakı parada Ermənistan və Avropadan qəribə reaksiya... - İLGİNC
Dünən, 20:51
"Mətanət A" şirkətində xeyli miqdarda pul necə yoxa çıxıb? - TƏFƏRRÜAT
Dünən, 19:43
"İmmiqrasiya mərhələlərini keçdim" - ABŞ-yə köçən Hüsniyə
Dünən, 19:39
Burenkovun QARABAĞ SANCISI - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 19:36
Azərbaycan və Ermənistan nümayəndələri Antalyada görüşə bilər...
Dünən, 18:06
Bayrağı Meydanda ilk dəfə kim qaldırıb? - AKTUAL
Dünən, 18:03
Ziya Məmmədov uzun müddət sonra burada göründü - FOTO
Dünən, 17:56
Qusmana Türkiyədə mükafat verildi
Dünən, 17:53
Şimal-Cənub Nəqliyyat Dəhlizinin ən səmərəli marşrutu Azərbaycan üzərindən keçir - deputat
Dünən, 17:52
Vətən müharibəsi iştirakçısı olan vəkil vəfat etdi
Dünən, 13:23
Şeyxin etiraz etdiyi BU QANUN yenidən gündəmdə
Dünən, 13:18
Hərbi parad həm də... GÜC NÜMAYİŞİDİR...
Dünən, 11:00
“Tik-tokerlərin “lüks həyat” görüntülərinin arxasında təhlükəli plan var” - FAKT BUDUR!
Dünən, 10:58
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin vergi borcu olan şirkətlə yarımmilyonluq planı - TƏFƏRRÜAT
Dünən, 10:55
Pensiya sistemində dəyişiklik: Yaş artacaq, ya məbləğ? - Görünəni odur ki...
Dünən, 10:52
Elektromobil alanı cəzalandırmaq məntiqsiz addımdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:00
Azərbaycan Bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir - MƏQALƏ
Dünən, 09:54
Sərkisyan deyib ki, istefasından sonra Putin ona 3 dəfə zəng edib... - Nədən danışıblar?..
Dünən, 09:08
AMEA müqəddəs yerdir: İMKAN VERİN, YESİNLƏR... - ETİRAZ VAR!
Dünən, 09:06
LEVİTAN, ŞƏMİSTAN BƏY, MÜMTAZ... - replika
Dünən, 09:01
Mahir Emreli ağır zədələndi, gözyaşlarını saxlaya bilmədi - FOTO
Dünən, 08:56
Gecə ərzində Rusiya üzərində 44 Ukrayna PUA-sı vurulub - KİV
Dünən, 08:31
Bu parad həm də o demək idi ki... - SÖZARDI...
Dünən, 08:27
Əliyevin ZƏFƏR YÜRÜŞÜ... - GƏLİŞMƏ
Dünən, 08:24
Burda sığorta olundunsa... BATDIN! - ÖZBAŞINA QALIBLAR...
Dünən, 08:20
ABŞ-nin ŞATDAUN QAYĞISI - Müzakirə davam edir...
Dünən, 08:11
`Baku Electronics` mənşəyi bəlli olmayan məhsulları satır - Rəsmi qurumlar HARA BAXIR?
Dünən, 08:09
Dövlət qurumlarında planlanan YENİ İXTİSAR DALĞASI - BELƏ HARA GEDİRİK?
Dünən, 08:03
Keçmiş deputatın şirkəti XALQA QARŞI... - GİLEY
Dünən, 07:59
Qalıcı sülh iradəsinin ehtişamı - Bahəddin Həzi yazır...
Dünən, 07:45
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin KEYFİYYƏTSİZ İŞLƏRİ - NARAZILIQ VAR...
Dünən, 07:36
Göygöl səhiyyəsində SAXTA TENDER HOQQASI - BU NƏDİ BELƏ?
Dünən, 07:31
GDU nə idi ki... nəzdindəki də nəsə olsun... - İTTİHAM VAR...
Dünən, 07:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru