"O hər zaman mənim qəlbimdə yaşayır" .....                     Ukrayna “Maşa və Ayı”nı qadağan edir: bəs biz uşaqlarımızı "Ayı"dan necə qoruyaq? .....                     MƏKTƏB YÜKÜ... .....                     “Kreml Rusiyada yaşayan azərbaycanlılara qarşı zorakılıq və təzyiqləri dayandırmalıdır” .....                     Cənab Mikayılovun nəyinə lazımdır QANUN-MANUN.. .....                     Lavrov bu ölkədə çimərliyə getdi, PUA-lar... .....                     Hüseynbala Mirələmov uzun fasilədən sonra DANIŞDI .....                     BP-nin qrantı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində .....                     Azərbaycanda quş əti ilə özünütəminat səviyyəsi kəskin azaldı .....                     "Moskva bu perspektivi özü üçün strateji risk kimi qiymətləndirir" .....                     Növbəti delimitasiya prosesi Zəngilan-Mehri istiqamətindən BAŞLAYA BİLƏR .....                     "Hazırlıqlar gedir, böyük amnistiya gözləyirik" .....                     İnsanların gəlirləri getdikcə azalır, kredit borcları isə artır .....                     Heydər Babayev bütün biznesini bu ölkəyə köçürdü .....                     İranın “yaxşı polis - pis polis” OYUNU .....                     Putinin Trampla dialoqu təqdir edilir .....                     Putini ilhamlandıran davranış: Əvvəl təşəkkür etdi, sonra meydan oxudu .....                     Zəngəzur dəhlizi geo-iqtisadi strategiyadır .....                     Rusiya bizə möhtacdır: BİZ ONLARA YOX... .....                     Bank of Baku” reklamdakı vədlərə əməl etmir? .....                     Paşinyan ağır imtahan qarşısında .....                     Bilgəhdə “Happy Days” restoranında müştəriləri belə aldadırlar .....                     Tələbələrə DÖVLƏT QAYĞISI adı altında TƏLƏ... .....                     Bu məmurlar İXTİSARA SALINIR... .....                     Kərə yağı adı altında xalqa nə satılır? .....                     Transxəzər boru kəmərini reallaşdırmaq üçün bundan yaxşı şans yoxdur .....                     "Özgüvəniniz olsa, artıq çəki dərd deyil..." .....                     Ruslar ermənilərdən də böyük xəstəliyə yoluxub .....                     Moskvanın baş naziri devirmək planları baş tutmayacaq .....                     Sərdar Cəlaloğlu haqda ŞOK İDDİA: Dəlixanaya yerləşdirilib? .....                     Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir .....                     Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib .....                     Rusiya ermənilərinin lideri: .....                     "Gərək alternativ yollardan istifadə edək..." .....                     Putin Azərbaycana heyət göndərir .....                     “Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin .....                     AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? .....                     Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı .....                     Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... .....                     Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... .....                 

KEÇMİŞ NAZİRDƏN KEÇMİŞ PREZİDENTƏ İTTİHAMLAR
Tarix: 12-10-2011, 16:27 | Çap et
KEÇMİŞ NAZİRDƏN KEÇMİŞ PREZİDENTƏ İTTİHAMLAR

В«AYAZ MÜTƏLLIBOV HƏR ZAMAN MOSKVANIN NÖKƏRİ OLUBВ»

DİA.AZ: - Onu əksəriyyət tanıyır. Ondan narazı qalan da var, onu hələ də lider kimi görən də. Amma onun barəsində ümumi fikir birdir: İsgəndər Həmidov Azərbaycan üçün faydalı bir şəxsiyyətdir və istənilən bir ölkə məhz bu kimi vətənsevər liderlərinin sayəsində ucalır.

Bu vaxta qədər daha çox xoş mənada dəliqanlı kimi tanınıb. Hətta yaşının üstünə yaş gəlməsinə baxmayaraq, yenə də dəliqanlılığını qoruyub saxlayıb. Yenə də В«asaram, kəsərəmВ» deyir, yenə də milləti üçün canından keçməyə hazır olduğunu bildirir.

O da Azərbaycanın dövlət müstəqilliyinə səs verən, bu yolda özünü fəda edən istiqlalçı deputatlardan biridir. Azərbaycan müstəqilləşdi, amma o, 9 il məhbəs həyatına layiq görüldü. Deyir ki, yenə də dustaqlığa hazırdır: В«Müstəqillik mənə nə verdi? Yox, incimirəm. Həbsxanada saxlandığıma görə də peşman deyiləm. Əgər Azərbaycan bütövləşərsə, ömrünün qalanını da məhbəsdə keçirməyə hazıram. Mənim üçün şəxsin çıxarım yox, DÖVLƏTİMİN, MİLLƏTİMİN MARAĞI ÜMDƏDİR»…

Biz də Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü ərəfəsində artıq siyasətdən getdiyin bəyan edən keçmiş daxili işlər naziri İsgəndər Həmidovla siyasətdən və hər şeydən danışdıq. Söhbətimizin maraqlı olduğunu təxmin edib, onu diqqətinizə çatdırırıq.

2-ci hissə

- Bəy, bu günlərdə Ayaz Mütəllibov Bakıda oldu. Övladının dəfn mərasimində iştirak edə bilməsi üçün şərait yaradıldı. Burada hakimiyyətin mövqeyi anlaşılandır. Sırf mentalitet məsələsi. Anlaşılmayanı və hər kəsdə heyrət yaradanı dünənə qədər Ayaz Mütəllibovu az qala vətən xaini kimi təqdim edən müxalifətin davranışları oldu. Sanki Ayaz Mütəllibov Moskvada uzun müddət qalmaqla bütün günahlarını yuyub. Dünənə qədər onu cinayətkar adlandıranların keçmiş prezidentə baxışlarının 180 dərəcə dəyişməsini nədə görürsünüz? Nə baş verdi ki, Ayaz Mütəllibov belə müqəddəsləşdirildi?

- İlk əvvəl, Ayaz Mütəllibovun oğluna Allahdan rəhmət diləyirəm. Övlad itkisi ağır faciədir. Allah kimsəyə bu itkini yaşatmasın. İstər iqtidarda olanlar, istərsə də müxalifətçilər bilməlidirlər ki, Ayaz Mütəllibovun Bakıya gəlişi qanun pozuntusu idi və Azərbaycan dövlətinin qanunlarının hansısa duyğuların təsiri altında tapdalanması idi. Neçə-neçə cinayətkarlar var və onlar ölkədən qaçaq düşüblər. Onların hansı birisinə belə bir şərait yaradılır? Ayaz Mütəllibovun onlardan hansı üstünlüyü var? Bunu izah edin.

Əgər burada Ayaz Mütəllibovun tanınmış sima və yaxud da keçmiş prezident olması önəmlidirsə, o zaman onun törətdiyi, ittiham olunduğu cinayətin də şiddəti nəzərə alınmalıdır. Söhbət VƏTƏNƏ XƏYANƏTDƏN gedir. Bu isə onu göstərir ki, Azərbaycanda qanun şah deyil, şah qanundur. Şah necə buyurursa, şahın fərmanı necədirsə, elə də olur. Qanunların nəyi necə deməsi kimsənin umrunda da deyil.

Müxalifətin bu məsələdəki mövqeyi mənim üçün də anlaşılandır. Həmin Ayaz Mütəllibovdur ki, bizi fitə basdırırdı, bizi döydürürdü, Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə idi. Həmin Ayaz Mütəllibovdur ki, məhz bu müxalifət nümayəndələri ilə birgə, mən özüm də onu azərbaycan konstitusiyasının bərpası naminə vəzifəsindən uzaqlaşdırdıq. O, isə Moskvaya qaçdı və günü bu gün də Rusiya hakimiyyəti onu qorumaqdadır. Onu vermir. Yəni Ayaz Mütəllibovda heç nə dəyişməyib. Dəyişən müxalifətimizdir, müxalifətimizin bu cinayətkara münasibətidir.

- Bəlkə müxalifətimizin Ayaz Mütəllibova yazığı gəlir? Səbəb budur bəlkə? Yəni bizdə belə insani duyğulara qapılma vərdişi ənənəvidir, ona görə deyirəm. Sizcə səbəb budurmu?

- Yox, əsla yox. Mən birincii onu deyim ki, əgər Ayaz Mütəllibov o zaman qaçmasaydı, özünü Azərbaycanın hüquq-mühafizə orqanlarına təslim etsəydi, indi çoxdan amnistiyaya və yaxud da əfvə düşüb, azadlığa çıxmışdı.

O ki qaldı onun barəsində əzabkeş obrazının yaradılmasına, müxalifətin ona ürək ağrısı ilə yanaşmasına bu, doğru deyil. Fakt odur ki, ortada bir münasibət, sima dəyişikliyi var. Mən bir daha Ayaz Mütəllibovun oğluna Allahdan rəhmət diləyirəm. Amma bu faciə səbəbindən Ayaz Mütəllibovun keçmişdə etdiklərini unutmaq olmaz.

Bir məsələni isə ümumiyyətlə, unutmaq olmaz. Ayaz Mütəllibov hətta o zaman Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı məsələni referenduma bizim tələb etdiyimiz şəkildə çıxarmadı. O, referendumda belə bir sual qoydurdu: В«SSRİ-nin qalmasını istəyirsinizmiВ». Halbuki biz Azərbaycanın müstəqil olub-olmaması ilə bağlı sualın ictimai müzakirəyə çıxarılmsını tələb edirdik. Yəni Ayaz Mütəllibov hər zaman Moskvanın nökəri olub. İndi də bu nökərçiliyini davam etdirir. Sadəcə olaraq, Moskvanın idarəçilik şəkli dəyişib. Nə mahiyyətində, nə də bizə olan münasibətində heç bir dəyişiklik baş verməyib. Hələ də Rusiya bizə özünün koloniyası kimi baxır. Hələ də rus şovinistləri Azərbaycanı В«Cənubi RusiyaВ» adlandırırlar. Ayaz Mütəllibov isə onların əlində bir alət kimi hər zaman Azərbaycana qarşı istifadə olunub.

- Bir sualı verim. Siz o zaman hadisələrin tam mərkəzində idiniz. Ayaz Mütəllibov şəxsən Azərbaycanın dövlət müstəqilliyinin lehinə idimi, yoxsa əleyhinə?

- Mən qəti olaraq bildirirəm. Ayaz Mütəllibov Azərbaycanın nəinki müstəqilliyinin əleyhinə idi, hətta bu adam SSRİ-nin dağılacağını belə ağlına gətirə bilməzdi.

- Bəs necə oldu ki, o da razılaşdı və sonradan hətta üçrəngli bayrağımızı diz çöküb öpdü?

- O zamanlr SSRİ-də gedən proseslər elə bir mərhələyə gəlib çatmışdı ki, bütün köhnə sovet respublikaları Moskvanın nəzarətində çıxmışdı. Baş bədəni idarə edə bilmirdi. Belə olan təqdirdə Ayaz Mütəllibov kim idi ki?

Necə ki, o zamankı Ali Sovetdəki deputatlara bizə qarşı çıxmağa göstəriş vermişdi, eləcə də sonradan həmin 90 deputata göstəriş verdi və onlar da bir günün içində dönüb oldular müstəqillik tərəfdarı. Mütəllibov da diz çöküb bayrağımızı öpmək məcburiyyətində qaldı.

- Bu ara mətbuatda belə bir məlumat yayıldı ki, İsgəndər Həmidov yenidən siyasətə qayıdır. Nə qədər doğrudur?

- Təbii ki, mən siyasətdən getdiyimi bəyan edəndə tam səmimiydim, indi də səmimiyəm. Amma hələlik belə bir fikrim yoxdur ki, sözümü yenidən çevirim. Amma istisna da etmirəm ki, elə bir situasiya yetişər ki, mən yenidən siyasətə qayıdım. Bu tarixin və zamanın axarının işidir. Proses elə bir məcraya yön ala bilər və mən buna inanıram.

Kimsə təhlükədən sığortalanmayıb. Eləcə də Azərbaycan xalqı, Aərbaycan dövləti. Elə bir ekstremal şərait yetişə bilər ki, mən yenə də siyasətə dönüm. Bunu istisna etmirəm. Yəni düşünürəm ki, hətta gizli fəaliyyət, təşkilatlanma zərurəti yarandığı təqdirdə də ola bilərəm. Amma hazırki şəraitdə belə bir şəraiti görmürəm.

Bir şeyi də deyim ki, mən görüntü yarada bilmirəm. Mən maksimalist adamam. Ya hər şey, ya heç nə. Mənə görə bu gün siyasətdə varsansa, kabinetində oturub bəyanatlarla öz siyasi mövcudluğunu qorumamalısan. Kabinetdə yatmamalısan. Belə bir adam deyiləm. Siyasətçinin, xüsusən də hazırki dönəmdə Azərbaycanda fəaliyyət göstərən şəxsin yataq yeri maşınlar, yollar, rayonlar olmalıdır. Əyalət insanı ilə işləmək lazımdır. Paytaxtda hər kəs doyub və hər kəs ölkədə baş verənlərin tam mahiyyətindən xəbərdardır. Əsas olanı və əsas qüvvə olanı əyalət insanlarıdır. Onları ölkənin problemlərinə, qayğılarına cəlb etmək lazımdır. Ona görə də mən hazırki şəraitdə belə bir şərtlə siyasətdə qala bilmərəm.

- Onda belə bir nəticə çıxara bilərikmi ki, İsgəndər Həmidov siyasətdən ona görə getdi ki, hazırki siyasi şərtlərlə öz mövcudluğunu qorumağa razı olmadı... Bu qənaətimiz doğrudurmu?

- Bəli. Tam haqlısınız. Mən görüntü yaradılmasının tərəfdarı deyiləm. Sizə bir misal çəkim. İsrail Türkiyə vətəndaşlarını qətlə yetirdi. Azərbaycanda isə bunun heç bir rezonansı müşahidə olunmadı. Sanki heç nə baş verməyib. Bu sözlərim həm iqtidar və həm də müxalifət düşərgəsinə aiddir.

Yəni məsələ bundadır ki, əgər bu gün hansısa kaənar və yaxud da daxili gücün diqtəsi ilə siyasətdə olmaqdansa, olmamaq daha yaxşıdır, daha doğrudur. Sifarişli siyasətdə millətin iradəsi, millətin maraq ifadəsi olmur. Mən isə əqidəcə millətçiyəm və bütün fəaliyyətim boyunca məhz milli maraqlarımızı bütün olanlardan üstün tutmuşam. Siz özünüz deyin, belə bir şəraitdə millətinin, dövlətinin davasını aparan bir şəxsin siyasətdə qalması mümkündürmü?

Təbii ki, yox. Səni hər iki tərəf əzməyə çalışacaq. Mən də əzilmək istəmədim.

Bu gün əgər İsrail Fələstində günahsız insanları qırırsa, mən buna susmaram. Bu gün əgər Amerika İraqda, Əfqanıstanda, Liviyada, Suriyada dəhşətlər törədirsə, ətrafa ölüm saçırsa, mən buna da göz yummaram. Bu gün əgər Fransa Əlcazirdə insanları qətlə yetirib Türkiyənin yaxasından yapışıb hansısa uydurma soyqırımın qəbulunu tələb edirsə, mən buna da demokratiyanın təntənəsi deyə bilmərəm. Yəni mən belə siyasətdə yoxam, belə oyunlarda yoxam. Mən yalan danışa bilmərəm. Mən yalandan hansısa əcnəbinin üzün gülməyi bacarmıram. Yəni bizdə deyirlər, erməniyə dayı de, işin keçincə. Bu iş mənlik deyil.

Bu müxalifət hazırda Amerikaya ümid yeri kimi baxır. Niyə? Mən bunu anlamıram. Həmin Amerikadır ki, Səddam Hüseynin vaxtında cəmi-cümlətanı 30 min itki verən İraq xalqına qarşı əsl soyqırım siyasəti yürütməkdədir. Hanı ədalət? Hanı demokratiya? Amerikanın İraqa, Əfqanıstana niyə girdiyini hətta bu gün Amerikanın ətəyindən yapışıb ondan nicat gözləyənlər də yaxşı bilir. Amma buna rəğmən yenə də azərbaycanda bir AmerikaPƏRƏSTLİK var. Mən bunları həzm edə bilmirəm.

Mənim üçün yeganə pərəstiş ünvanı Azərbaycandır. Mən bunu istəyirəm ki, Azərbaycanda siyasətlə məşğul olub, Azərbaycanın maraqlarına xidmət edəsən. Hansısa dövləti razı salıb iqtidara gəlməkənsə, siyasətlə məşğul olmaqdansa, xalqı razı salıb mərhumiyyətlərə düçar olmaq mənim üçün ən doğru seçimdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"O hər zaman mənim qəlbimdə yaşayır"
Bu gün, 12:37
Ukrayna “Maşa və Ayı”nı qadağan edir: bəs biz uşaqlarımızı "Ayı"dan necə qoruyaq? - VACİBDİRMİ?
Bu gün, 12:35
MƏKTƏB YÜKÜ... - və yüklənən ana-ata...
Bu gün, 12:33
“Kreml Rusiyada yaşayan azərbaycanlılara qarşı zorakılıq və təzyiqləri dayandırmalıdır” - ÇÜNKİ...
Bu gün, 12:28
Cənab Mikayılovun nəyinə lazımdır QANUN-MANUN.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:26
Lavrov bu ölkədə çimərliyə getdi, PUA-lar... - Zaxarova
Bu gün, 12:14
Hüseynbala Mirələmov uzun fasilədən sonra DANIŞDI - "Zəng edib razılığımı alanda dedim ki.."
Bu gün, 12:12
BP-nin qrantı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bahalı alış-veriş...
Bu gün, 12:09
Azərbaycanda quş əti ilə özünütəminat səviyyəsi kəskin azaldı - "Qanunvericiliyi bəhanə edən yerli icra hakimiyyətləri buna imkan vermir"
Bu gün, 12:02
"Moskva bu perspektivi özü üçün strateji risk kimi qiymətləndirir" - deputat
Bu gün, 11:59
Növbəti delimitasiya prosesi Zəngilan-Mehri istiqamətindən BAŞLAYA BİLƏR - AKTUAL
Bu gün, 11:57
"Hazırlıqlar gedir, böyük amnistiya gözləyirik" - MÜHÜM AÇIQLAMA
Bu gün, 11:54
İnsanların gəlirləri getdikcə azalır, kredit borcları isə artır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:51
Heydər Babayev bütün biznesini bu ölkəyə köçürdü - TƏFƏRRÜAT
Bu gün, 11:47
İranın “yaxşı polis - pis polis” OYUNU - NƏ ETMƏLİ?
Bu gün, 07:27
Putinin Trampla dialoqu təqdir edilir - Peskov
Bu gün, 07:25
Putini ilhamlandıran davranış: Əvvəl təşəkkür etdi, sonra meydan oxudu - Görünəni odur ki...
Bu gün, 07:23
Zəngəzur dəhlizi geo-iqtisadi strategiyadır - deputat
Bu gün, 07:21
Rusiya bizə möhtacdır: BİZ ONLARA YOX... - AKTUAL
Bu gün, 07:18
Bank of Baku” reklamdakı vədlərə əməl etmir? - NARAZILIQ VAR...
Bu gün, 07:10
Paşinyan ağır imtahan qarşısında - NƏ BAŞ VERİR?
Bu gün, 07:06
Bilgəhdə “Happy Days” restoranında müştəriləri belə aldadırlar - FOTOFAKT
Bu gün, 07:04
Tələbələrə DÖVLƏT QAYĞISI adı altında TƏLƏ... - İLGİNC FAKTLAR
Bu gün, 07:01
Bu məmurlar İXTİSARA SALINIR... - SİYAHI
Bu gün, 06:49
Kərə yağı adı altında xalqa nə satılır? - SENSASİON AÇIQLAMA
Bu gün, 06:35
Transxəzər boru kəmərini reallaşdırmaq üçün bundan yaxşı şans yoxdur - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:30
"Özgüvəniniz olsa, artıq çəki dərd deyil..." - FOTO
Bu gün, 06:26
Ruslar ermənilərdən də böyük xəstəliyə yoluxub - FAKT BUDUR!
Bu gün, 06:23
Moskvanın baş naziri devirmək planları baş tutmayacaq - ÇÜNKİ...
Dünən, 23:19
Sərdar Cəlaloğlu haqda ŞOK İDDİA: Dəlixanaya yerləşdirilib? – AÇIQLAMA
Dünən, 23:16
Rusiya Azərbaycanın tələblərini yerinə yetirməlidir - Başqa cür ola da bilməz...
Dünən, 11:51
Overçuk Ermənistan üçün “çox pis ssenari”ni təsvir edib
Dünən, 11:48
Rusiya ermənilərinin lideri: - Bakıdan növbəti qələbə...
Dünən, 11:45
"Gərək alternativ yollardan istifadə edək..."
Dünən, 11:37
Putin Azərbaycana heyət göndərir - Kremlin şərti var, Bakı isə...
Dünən, 11:07
“Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin - Qiymətini açıqladı
Dünən, 11:05
AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? - AKTUAL
Dünən, 10:59
Qazaxıstan Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı cinayət işi açıldı
Dünən, 10:53
Qarabağ veteranı bülleten pulunu ALA BİLMİR... - ETİRAZ VAR...
Dünən, 10:39
Oliqarx-məmurun nəvəsi avtoşluqda ad çıxarıb... - Övladdan nəvə...
Dünən, 10:30
HDQ-də nümunəvi gəmi döyüş təlimləri keçirilib - VİDEO
Dünən, 10:16
Şadlıq sarayları əhaliyə “toy tutur” - məcburi menyu problemi
Dünən, 10:14
Pasiyentlər həkim otağının qapısında niyə saatlarla gözləməlidir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:11
Rasim Balayevin səhhətində problem yarandı
Dünən, 10:05
Ermənistan Baş naziri Azərbaycanın hava məkanından istifadə edərək xaricə səfərə gedib - KİV
Dünən, 09:56
Əməkdar artistdən həmkarlarına İRAD - "Muğamı regionlara, bölgələrə bölməyin"
Dünən, 09:55
Rusiya kompensasiyanı ödəməli olacaq: Qaçış yoxdur - ÇÜNKİ...
Dünən, 09:53
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası abituriyentlərin qeydiyyatını niyə təsdiqləmir? - rektordan AÇIQLAMA
Dünən, 09:47
Azərbaycanla normal iqtisadi münasibətlərimiz var - Rusiya Baş nazirinin müavini
Dünən, 09:41
Rusiya narazı qaldığını gizlədə bilmir - NECƏ OLMALI İDİ Kİ...
Dünən, 09:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru