"Vilyam Hacıyev icra başçısı olanda onun qəbuluna düşmək çox müşkül məsələ idi..." - NARAZILIQ...
Tarix: 24-07-2020, 09:33 | Çap et
 İmişli rayonu, Xoşçobanlı kənd sakini Zamiq Cahangirov bu gün olduqca acınacaqlı vəziyyət yaşayır. DİA.AZ narazı vətəndaşın gileyini çatdırır:
“2007-ci ildə evlənəndən sonra atamın vaxtilə çiy kərpicdən tikdiyi iç-içə olan ikiotqalı evdə həyat yoldaşım və iki oğlumla yaşayırdıq. Təbii fəlakət nəticəsində- daşqınlar zamanı ev qəzalı vəziyyətə düşdü. İmişli Rayon İcra Hakimiyyətinə müraciət etdim, gəlib evə baxdılar, pis vəziyyətdə olduğunu görsələr də, “yararlı” yazdılar. Üzərindən bir neçə il keçdi, bu dəfə kəndin bələdiyyəsinə müraciət etdim. O da sağ olsun, evin şəkillərini ovaxtkı icra başçısı Vilyam Hacıyevə təqdim etdi. Təəssüf ki, yenə də müraciətimə baxılmadı. Vilyam Hacıyev icra başçısı olanda onun qəbuluna düşmək çox müşkül məsələ idi. Heç kimi yaxın buraxmırdı. Evin vəziyyəti ilə bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazdım. Cavab gəldi ki, sizin müraciətinizə baxılacaq, lakin yenə də nəticəsiz qaldı“.
Şikayətçi köhnə evinin bərpa olunacağına ümidini itirəndən sonra özü yenisini tikmək istəsə də, buna nail olmayıb: “Əvvəlki ev çox acınacaqlı vəziyyətdə idi. İlanların içində yaşayırdıq. Uşaqlar çox qorxurdu. Həyat yoldaşım uşaqlarla birgə ilanlara görə qardaşıgilə köçdü. Mən də evdə tək qalırdım. Yeni evi tikəndə, ağırlıq qaldırdığıma görə vəziyyətim pisləşdi, ağciyərimə su gəldi, işlər yarımçıq qaldı. Əslində, həkim mənə ağır yük qaldırmağı qadağan edib. Amma neyləyim? İki övladım var. Mənə köməklik etsəydilər, bu evi yaşayış üçün yararlı vəziyyətə gətirərdim. Sabah-birigün ölərəm, uşaqlarım pis gündə yaşamasın”.
Vəziyyəti ağırlaşan İmişli sakini Bakıya gələrək, Ağciyər Xəstəlikləri İnstitutunun Vərəm Terapiyası Şöbəsində müalicə olunub: “Düz iki ay xəstəxanada yatdım. Evə qayıdandan sonra isə yataq xəstəsi oldum. Səhhətimlə bağlı ciddi problemlərim yarandığı üçün işləməyə gücüm olmadı. Dostlarım, qohum-əqrəba dava-dərman almağıma kömək etdi. Yeni ayağa qalxmışam. Həyat yoldaşım evdar qadındır, ailədə işləyən mənəm, o da səhhətim imkan verəndə. Hazırda karantin olduğuna görə iş yoxdur. Düşəndə, kiminsə qapısında işləyirəm, beş-üç manat qazanıram. Evin problemlərinə, qənd-çaya veririk. Bundan artıq işləməyə gücüm çatmır. Bu evə də təxminən altı ay öncə köçmüşük. Həyat yoldaşımın ailəsi, qohum-əqrabanın sayəsində evin bir otağını birtəhər düzəldib köçdük. Qaz və işıqpulunu ödəyə bilmirəm. Dövlətdən heç bir gəlirim yoxdur ki, nəsə də verim. Amma iki övladım var”.
“Bakıda xəstəxanada yatanda aldığım kağızı İmişli Rayon Mərkəzi Xəstəxanasına təqdim etdim. Səhhətimə görə əlillik dərcəsi almaq istəyirdim. Lakin yatağa düşdüyüm üçün bu işi sona çatdıra bilmədim”, - Zamiq Cahangirov deyir: “İndi yenidən gedib həmin xəstəxanada yatmalı, sənədi təzələməliyəm. Gətirəm, bura verəm ki, pensiyam düzəlsin. Həkim deyir ki, tez-tez müayinədən keçməlisən, dərmanlar yazılmalıdır. Müalicə olunmalıyam ki, ağırlaşmalar baş verməsin. Yəni xəstəlik daim həkim nəzarəti altında olmalıdır. Çox şükür ki, yolxucu xəstəlik deyil. Amma soyuq və ağır iş olanda qızdırma və ağrılarım olur. İndiyədək dövlətdən bir manat gəlirim olmayıb. 190 manat birdəfəlik ödəmə ilə bağlı müraciət etdim, 30 sot torpaq sahəm olduğu üçün ala bilmədim. Kənddə yaşayırıqsa, hamımızın adına torpaq sahəsi ola bilər”.




|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır - "Razvedçik"
Bu gün, 13:35 |
|
|
|
• “Kitablarımı qaytarmırlar” - Nigar Köçərli
Bu gün, 13:19 |
|
|
|
• Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? - TƏFƏRRÜAT
Bu gün, 13:06 |
|
|
|
• "Belə arvadı ər çırpmasın, nə etsin?" - Fatimənin əri haqqında iddia
Bu gün, 13:03 |
|
|
|
• Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur - Lukaşenko
Bu gün, 13:01 |
|
|
|
• Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? - Azərbaycandakı Kreml KÖLGƏSİ
Bu gün, 12:44 |
|
|
|
• “FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... - FOTO
Bu gün, 12:41 |
|
|
|
• Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu
Bu gün, 12:31 |
|
|
|
• "Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?"
Bu gün, 12:25 |
|
|
|
• Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Bu gün, 12:07 |
|
|
|
• Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Bu gün, 11:58 |
|
|
|
• Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Bu gün, 11:52 |
|
|
|
• Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Bu gün, 11:50 |
|
|
|
• Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Bu gün, 11:39 |
|
|
|
• “Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Bu gün, 11:22 |
|
|
|
• Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Bu gün, 11:20 |
|
|
|
• Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Bu gün, 11:07 |
|
|
|
• Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Bu gün, 11:06 |
|
|
|
• Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Bu gün, 11:03 |
|
|
|
• Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir - DETALLAR
Bu gün, 11:00 |
|
|
|
• Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Bu gün, 10:52 |
|
|
|
• Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Bu gün, 10:36 |
|
|
|
• Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:28 |
|
|
|
• Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Bu gün, 10:26 |
|
|
|
• “Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Bu gün, 10:22 |
|
|
|
• Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Bu gün, 10:17 |
|
|
|
• 20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Bu gün, 10:15 |
|
|
|
• Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar
Bu gün, 09:57 |
|
|
|
• Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb
Bu gün, 09:55 |
|
|
|
• Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı - “İravunk” qəzeti
Bu gün, 09:54 |
|
|
|
• Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... - BU NƏDİ BELƏ?
Bu gün, 09:41 |
|
|
|
• Sülhün qarşısında OHANYAN SƏDDİ - təsirli ola bilərmi?
Bu gün, 09:29 |
|
|
|
• Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb - CƏDVƏL
Bu gün, 09:24 |
|
|
|
• Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 09:22 |
|
|
|
• Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 09:20 |
|
|
|
• Cəlilabadda ağacyeyənlər peyda olub - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:17 |
|
|
|
• Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11 |
|
|
|
• Sülh müqaviləsi tezləşir - seçkilər referendumla eyni vaxtda olacaq?
Bu gün, 09:06 |
|
|
|
• Qardaş olub İngilistan... Azərbaycan... - NƏ BAŞ VERİR?
Bu gün, 09:05 |
|
|
|
• Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb - bu iş rus kəşfiyyatçısına həvalə edilibmiş...
Bu gün, 09:01 |
|
|
|
• Barışığa Qarabağdan atılan güllələr - niyə məhz indi?
Bu gün, 08:59 |
|
|
|
• Geosiyasətin cinayət yolu... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? - AKTUAL
Bu gün, 07:22 |
|
|
|
• Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 07:14 |
|
|
|
• “Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” - Direktor müavini haqqında hökm dəyişdi
Bu gün, 07:09 |
|
|
|
• Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq – Araz Paşayevin qərarı etiraz doğurdu
Bu gün, 07:06 |
|
|
|
• 'Şirvanşah'ın kadrları hədəfdə: HƏBS TƏDARÜKÜ... - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
• “Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTO
Bu gün, 06:50 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədi açılır? - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
|