Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır .....                     “Kitablarımı qaytarmırlar” .....                     Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? .....                     "Belə arvadı ər çırpmasın, nə etsin?" .....                     Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur .....                     Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? .....                     “FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... .....                     Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu .....                     "Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?" .....                     Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb .....                     Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq .....                     Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... .....                     Zakir Qaralov uzun müddət sonra göründü .....                     Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... .....                     “Məğlub edilməmiş Rusiya” İMİCİ .....                     Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu .....                     Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı .....                     Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub .....                     Paşinyan xalqdan legitimlik dəstəyi istəyir .....                     Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir .....                     Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı .....                     Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı .....                     Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb .....                     “Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” .....                     Bu qürurun başlanğıcı tarixi Zəfərdir .....                     20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür .....                     Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi .....                     Putinin masasındakı “gizli qovluq”da nələr var? .....                     Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb .....                     Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı .....                     Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... .....                     Sülhün qarşısında OHANYAN SƏDDİ .....                     Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb .....                     Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi .....                     Azərbaycanda logistika şirkəti bağlanır .....                     Cəlilabadda ağacyeyənlər peyda olub .....                     Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... .....                     Sülh müqaviləsi tezləşir .....                     Qardaş olub İngilistan... Azərbaycan... .....                 

Xaləddin İsgəndərovdan seçki öncəsi sabotaj - Başçı bunu qəsddən edir?
Tarix: 12-02-2018, 08:54 | Çap et
Xaləddin İsgəndərovdan seçki öncəsi sabotaj
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun “qoçu dəstələri”nin qanunsuzluqları sərhəd tanımır. Yada salaq ki, fevralın 7-də özünü Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin əməkdaşı kimi təqdim edən Rəfael adlı şəxs başının dəstəsi ilə 99 saylı sahədə yerləşən Ceyran Alışan qızı Rəfiyevanın evinə hücum edib. Onlar ahıl qadının əlindəki və dövlət orqanlarının verdiyi tikintiyə aid sənədlərinə məhəl qoymayaraq hasarını uçurublar, ondan 7 min manat rüşvət tələb ediblər. Bu haqda İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov youtube kanalında çıxış edib. Hadisə yerinə gedərək sökülmüş hasarın fonunda mülk sahibi Ceyran Rəfiyeva ilə baş verənləri anladıblar. Bu haqda “Yeni Müsavat”ın ötən sayında “Binəqədinin icra başçısına yeni rüşvət ittihamları - FOTOLAR, VİDEO” sərlövhəli yazı dərc etmişdik.

Bundan sonra Rasim Məmmədova, vətəndaşa Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, tikintiyə aid sənədlər qanunidir, tikinti apara bilərlər, heç bir problem yaradılmayacaq. Vətəndaş tikintiyə aid eskizə əsasən evin 1-ci mərtəbəsini ucaldıb. Rasim Məmmədovun özünü isə Binəqədi Rayon İcra Hakimiyyətinə tikintiyə aid sənədlərlə bağlı söhbətə dəvət ediblər. Həmin vaxt isə Xaləddin İsgəndərov təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramovu başının dəstəsi ilə 9-cu sahəyə göndərib və ahıl qadının dövlət orqanlarının verdiyi sənədlər əsasında tikdirdiyi evini trakrorla söküb yerlə bir ediblər. Əraziyə Qüdsü Bayramovun başçılığı altında Elgün, Pərviz, Arif, Zaur, Rəfael və Orxan şəxslər göndərilibmiş.

R.Məmmədov baş verən qanunsuzluqlarla bağlı “Yeni Müsavat”a bunları deyib: “2-3 gün idi ki, Xaləddin İsgəndərov ən müxtəlif adamlara zəng etdirib məni bu işdən geri çəkilməyimi istəyirdi. Zəng edənlər arasında xahiş edənlər də, hədə-qorxu gələnlərdə vardı. Mən də Xaləddin İsgəndərovun sözünü çatdıranlara dedim ki, biz vətəndaşın qanunla müəyyən edilən, Konstitusiya ilə qorunan hüquqlarının pozulmamasını, tapdanmamasını istəyirik. Bizim təşkilatın əsas məqsədi, məramı qanunların pozulmamasıdır. Fevralın 10-da 16:00-da YAP-ın Binəqədi Rayon Təşkilatının həyətindəki cay evində Xaləddin İsgəndərovun müavini Vüsal İsmayılovla oturub vətəndaşa verilən sənədlərlə bağlı müzakirə aparırdıq. İcra başçısının müavini 3 min manat rüşvət təklif elədi, stolun üstünə salfetkaya bükülmüş bağlama qoydu. Ona bildirdim ki, təşkilatımızın fəaliyyəti kimlərdənsə pul qoparmaq üçün deyil, vətəndaşlara xidmət etməkdir. Səhv edib bizə rüşvət təklif edirlər”.

R.Məmmədov deyib ki, Vüsal İsmayılovla söhbət etdiyi zaman vətəndaş Ceyran Rəfiyeva ona zəng edib: “Dedi ki, Xaləddin İsgəndərov təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramovu başının dəstəsi ilə göndərib və evini traktorla dağıdıb, yerlə bir ediblər. Əraziyə Qüdsü Bayramovun başçılığı altında Elgün, Pərviz, Arif, Zaur, Rəfael və Orxan göndəriliblər. Vüsal İsmayılova dedim ki, qanunsuz hərəkətlər etməklə ölkə rəhbərliyinin yeritdiyi siyasətə qarşı çıxırsız, prezident seçkiləri öncəsi vətəndaşları dövlətdən narazı salırsız. Şəxsi mülkiyyətdə olan torpaqda 1-ci mərtəbəsi tikilmiş evi uçurmaq cinayətdir, Azərbaycan Konstitusiyasını ayaqlar altına atıb tapdamaqdır. Xaləddin İsgəndərova bu səlahiyyəti verən olmayıb, bu özbaşınalıqdır. Təşkilatımız məhkəməyə, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edəcək və qanunsuzluq edənlərin cəzalandıırlmasını tələb edəcəyik”.

Rasim Məmmədov Xaləddin İsgəndərovla baş verənlərdən 20 gün əvvəl Heydər məscidinin yanında görüşdüklərini və tikintinin aparılması ilə bağlı müzakirə apardıqları söylədi: “Xaləddin İsgəndərov şəxsən özümə bildirdi ki, vətəndaşın sənədləri düzdür, gedib tiksin. Vətəndaş tikintiyə başladı, 3 gün sonra, yəni fevralın 6-da Xaləddin İsgəndərov ora adam yolladı, dedi ki, işi dayandırın. Guya hansısa sənədlər yoxdur, it-bata düşüb. Sənədləri də təqdim etdik. Hacıbala Abutalıbovla da görüşüb ondan xahiş etdik ki, qanuni aparılan tikintiyə maneçilik törədilməsinin qarşısını alsın. Hacıbala müəllim vətəndaşın ərizəsinin üstünü yazdı. Bundan sonra tikinti aparıldı. Bu dəfə Xaləddin İsgəndərov əraziyə Rəfael adlı bir nəfəri göndərmişdi. O gəldi, üstünü Hacıbala Abutalıbovun yazdığı ərizəyə baxıb dedi ki, ərizə saxtadır və evi uçurtdu. Bundan sonra biz müraciətlər elədik. Tikinti aparılmasına dair sənədləri təqdim etdik. Dedilər vətəndaş evini tiksin, sənədlər qanunidir. Bundan sonra da belə bir qanunsuzluq etdilər. Bu Azərbaycanda ulu öndərin ideyalarına qarşı böyük təhlükələrin olmasının göstəricisidir”.

Rasim Məmmədov deyib ki, vətəndaş Binəqədi rayonu, Biləcəri qəsəbəsində 3 sot yarım sahə alıb və özəlləşdirib. Bütün strukturlardan keçərək mülkiyyət hüququ alıb və ev tikintisinin eskizini çəkdirib. Binəqədi Rayon İcra hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin rəsmiləri isə tikinti aparmaq üçün vətəndaşdan 7 min manat rüşvət tələb edirlər. Bu pulu vermədiyinə görə əmlakına qəsd törədilib.

R.Məmmədov bildirib ki, İctimai Nəzarət Koalisiyası ölkə rəhbərliyinə müraciət edərək Biləcəri qəsəbəsində baş verən özbaşınalıqlarla bağlı tədbir görülməsini xahiş edəcək, müvafiq sənədlər, video, foto-materiallar da təqdim olunacaq.

Məsələ ilə bağlı adı hallanan hər kəsi, o cümlədən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun da mövqeyini dinləməyə, dərc etməyə hazırıq.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya İstintaq Komitəsi Solovyovun daşınmaz əmlakları ilə bağlı araşdırma aparır - "Razvedçik"
Bu gün, 13:35
“Kitablarımı qaytarmırlar” - Nigar Köçərli
Bu gün, 13:19
Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? - TƏFƏRRÜAT
Bu gün, 13:06
"Belə arvadı ər çırpmasın, nə etsin?" - Fatimənin əri haqqında iddia
Bu gün, 13:03
Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur - Lukaşenko
Bu gün, 13:01
Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? - Azərbaycandakı Kreml KÖLGƏSİ
Bu gün, 12:44
“FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... - FOTO
Bu gün, 12:41
Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu
Bu gün, 12:31
"Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?"
Bu gün, 12:25
Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Bu gün, 12:07
Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Bu gün, 11:58
Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Bu gün, 11:52
Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Bu gün, 11:50
Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Bu gün, 11:39
“Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Bu gün, 11:22
Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Bu gün, 11:20
Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Bu gün, 11:07
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Bu gün, 11:06
Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Bu gün, 11:03
Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir - DETALLAR
Bu gün, 11:00
Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Bu gün, 10:52
Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Bu gün, 10:36
Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:28
Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Bu gün, 10:26
“Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Bu gün, 10:22
Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Bu gün, 10:17
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Bu gün, 10:15
Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar
Bu gün, 09:57
Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb
Bu gün, 09:55
Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı - “İravunk” qəzeti
Bu gün, 09:54
Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... - BU NƏDİ BELƏ?
Bu gün, 09:41
Sülhün qarşısında OHANYAN SƏDDİ - təsirli ola bilərmi?
Bu gün, 09:29
Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb - CƏDVƏL
Bu gün, 09:24
Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 09:22
Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 09:20
Cəlilabadda ağacyeyənlər peyda olub - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:17
Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11
Sülh müqaviləsi tezləşir - seçkilər referendumla eyni vaxtda olacaq?
Bu gün, 09:06
Qardaş olub İngilistan... Azərbaycan... - NƏ BAŞ VERİR?
Bu gün, 09:05
Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb - bu iş rus kəşfiyyatçısına həvalə edilibmiş...
Bu gün, 09:01
Barışığa Qarabağdan atılan güllələr - niyə məhz indi?
Bu gün, 08:59
Geosiyasətin cinayət yolu... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? - AKTUAL
Bu gün, 07:22
Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 07:14
“Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” - Direktor müavini haqqında hökm dəyişdi
Bu gün, 07:09
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq – Araz Paşayevin qərarı etiraz doğurdu
Bu gün, 07:06
'Şirvanşah'ın kadrları hədəfdə: HƏBS TƏDARÜKÜ... - GƏLİŞMƏ
Bu gün, 07:03
“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTO
Bu gün, 06:50
Türkiyə-Ermənistan sərhədi açılır? - AKTUAL
Bu gün, 06:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru